Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2725/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinəxx.xx.2018-ci il tarixli, SHNİP-0277/180 saylı kredit müqaviləsi üzrə kreditə görə 7605,73 manat, faiz borcuna görə 294,7 manat, cərimə borcuna görə 388,26 manat, cəmi 8288,69 manat, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 103 manat məbləğində, cəmi 143 manat pul tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 61, 2 otaqlı 17 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2018-ci il tarixli, SHNİP-0277/180saylı kredit müqaviləsi üzrə cəmi 8288,69 manat borc və dövlət rüsumu kimi ödənilmiş cəmi 143 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 61, 2 otaqlı 17 saylı mənzilə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, keçmiş mülkiyyətçi və onun ailə üzvlərinin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli, SHNİP0277/180 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, hesab edir ki,iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehlərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2725/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2725/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver