Məhkəmə qərarları › İş №e-2-2(113)-2725/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2725/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2725/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı icarə haqqının tutulması, materialların geri qaytarılması və ya qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, öhdəliyin lazımınca icra olunmaması, icarə predmetinin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqının tutulması, materialların geri qaytarılması və ya qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 22 iyun 2021-ci il tarixli icarə müqaviləsi və ona edilmiş əlavələrə əsasən yaranmış 20021,44 manat məbləğində icarə haqqının, 502 ədəd dəmir dirəyin və 4000 ədəd cilovuzun iddiaçıya geri qaytarılması, materialların qaytarılması mümkün olmadıqda 4000 ədəd cilovuzun dəyəri olan 4000 manatın və 502 ədəd dəmir dirəyin dəyəri olan 9538 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pulun və 191 manat dövlət rüsumunun tutularaq iddiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu məqsəd ilə "xxxx" MMC ilə iddiaçı arasında 22 iyun 2021-ci il tarixli, 5R saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə № 1də qeyd edilən məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Əlavə № 1-də qeyd edilmiş 22 iyun 2021-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin və ya 1 metrinin icarə qiyməti 0,175 manat olmaqla aylıq icarə haqqı 700 manat olan 4000 ədəd cilovuz və 1 ədədinin və ya metrinin qiyməti 1,14 manat olmaqla aylıq icarə haqqı 1162,80 manat olan 2,25 m-lik dəmir dirək, ümumilikdə aylıq cəmi icarə haqqı 1862.80 manat olan material icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 2 nömrəli təhvil-təslim aktına əsasən 4000 cilovuz icarəçiyə təhvil-təslim edilmişdir. 24 iyun 2021-ci il tarixli 2 nömrəli təhvil-təslim aktına əsasən vahidin qiyməti 19 manat olan 1020 ədəd dəmir dirək icarəçi Cavabdeh MMC-yə təhvil verilmişdir. Müqavilənin şərtlərinə, tərəflər arasındakı razılaşmaya əsasən əlavələrdə göstərilən materialların icarə haqqından icarəçi tərəf 86% icarəyə verənə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımı qaydada, tam yerinə yetirməmiş, yaranmış borcunu ödəməməklə yanaşı icarəyə götürmüş olduğu materialların da bir qismini geri qaytarmamışdır. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 13039,60 manat ödəniş edilmiş, müqavilə üzrə 20021,44 manat məbləğində borcu qalmışdır, icarəyə göürülmüş materiallardan da 1020 ədəd dəmir dirəkdən 518 ədədi qaytarılmış, 502 ədəd dəmir dirək və 4000 ədəd cilovuz isə təhvil verilməmişdir. Tərəflər arasındakı 23 iyun 2021-ci il tarixli və 24 iyun 2021-ci il tarixli təhvil-təslim aktına əsasən malların geri qaytarılması zamanı çatışmayan malların dəyəri, 1 ədəd cilovuzun qiyməti 1 manat, 1 ədəd, 2,25-lik dəmir dirəyin dəyəri 19 manat olmaqla razılaşdırılmışdır. Hal-hazırda 4000 manat dəyərində cilovuz, 9538 manat dəyərində dəmir dirək cavabdeh tərəfindən geri verilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 700.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə 1-də qeyd olunan məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə müddəti, mal və materialların icarəçi tərəfindən icarəyə verənin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev 2096-cı məhəllədə yerləşən dükanından təslim alınması tarixindən başlayır və eyni ünvana iş saatları vaxtında təmizlənmiş, çeşitlərə ayrılmış yenidən işlədiləcək şəkildə demontaj edilərək təslim edildiyi tarixdə bitir; 2.2-ci bəndinə icarəyə verilən mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir; 2.6-cı bəndinə əsasən malların, materialların daşınmasına görə çəkilmiş bütün xərcləri "icarəçi" tərəfindən ödənilir; 3.1-ci bəndinə əsasən icarə müqaviləsində nəzərdə tutulan bir ay 30 gündür. Minimum 1 ay nəzərə alınaraq mallar kirayə verilir; 3.8-ci bəndinə əsasən icarəçi material və alətləri işlədilməsə belə, aylıq icarə məbləğin tam ödəməlidir; 3.9-cu bəndinə əsasən "icarəçi" göstərilən şərtlərlə mal və alətləri təslim edə bilməyəcəyi halda onların təmiri və başqa bu kimi işlərə sərf etdiyi müddət icarə müddətinə əlavə ediləcəkdir, icarəyə götürən icarə haqqını və yarana biləcək başqa borclarını aylıq olaraq ödəməlidir; 3.10-cu bəndinə əsasən icarəyə götürülən malların daşınması "icarəçi"yə aiddir. Akt 2-dəki veriləcək avadanlıqlar tikinti ilə dəqiqləşdirildikdən və mallar təhvil verildikdən sonra qarşılıqlı olaraq imzalanacaqdır; 3.11ci bəndinə əsasən Akt 2-də bütün malların vahid satış qiymətləri qeyd olunmuşdur. Mallar qaytarılan zaman əksik gələn malların qarşılığı vahid satış məbləğinə görə hesablanacaqdır; 3.12-ci bəndinə əsasən "İcayə verən" və "icarəçi" arasında qarşılıqlı ehtimad varsa, depozit məbləği ödənilməyə bilər, o halda yalnız aylıq icarə haqqının ödənilməsi məqbuldur və materiallar geri qaytarılarkən əksik gələn materialların dəyərini bazarın satış qiymətinə uyğun olaraq "İcarəçi" tərəf "icarəyə verən" tərəfə ödəməlidir; 3.13-cü bəndinə əsasən ÖMV 14%-vergini "icarəçi" tərəf, "İcarəyə verən" tərəfin icarə haqqından tutmaqla vergiyə ödəməlidir, yəni 86%-i "icarəyə verən"ə, 14%-i vergiyə ödəməlidir və bəyannaməni vergi idarəsinə təqdim etməlidir; 4.1-ci bəndinə əsasən qeyd olunan mal, material və alətlər hissə-hissə təslim edilə bilər. Bu halda aylıq icarə haqqı qaytarılan material və alətlərin dəyərinə proporsional olaraq qaytarılır; 4.2-ci bəndinə əsasən mal, material və alətlər vaxtından tez qaytarıla bilər. Mal, material və alətlər cari icarə ayının birinci 15 gün ərzində qaytarılarsa, həmin icarə ayı üçün aylıq haqqın yarısı ödənilir; 7.4-cü bəndinə əsasən müqavilənin bütün şərtləri iki il (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək) müddətinə qədər hüquqi qüvvədədir.

8. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1 bağlanmışdır. Sözügedən əlavəyə əsasən 1 ədədinin icarə qiyməti 1,14 manat olmaqla, aylıq icarə haqqı 1162,80 manat olan 1020 ədəd 2,25 m olan dəmir dirək və 1 ədədinin qiyməti 0,175 manat olmaqla, aylıq icarə haqqı 700 manat olan 4000 ədəd cilovuz, ümumilikdə aylıq cəmi icarə haqqı 1862,80 manat olan material icarəyə verilmişdir. Əlavənin 1-ci bəndinə əsasən Əlavədə göstərilən materialların icarə haqqından icarəçi tərəf 86% icarəyə verənə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir; 2-ci bəndinə əsasən yuxarıda qeyd edilən qiymət l (bir) ədəd üçün bir aylıq icarə qiyməti nəzərdə tutularaq verilmişdir, dəqiq ədəd, tikintidə vurulmuş kvadrat sahəsi ölçülərək hesablanacaqdır. Əlavə olaraq hər bir materialın adı və vahid icarə qiyməti elektron qaimədə təsdiqlənəcək.

9. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı imzalanmışdır. Sözügedən aktdan müəyyən edilir ki, tərəflər öz aralarında bağladığı xx.xx.2021-ci il tarixli, 5R nömrəli icarə müqaviləsinə əsasən mal(lar)ın (cilovuz – vahidinin qiyməti 1 manat olmaqla 4000 ədəd) icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim edildiyini təsdiq etmişlər. Aktda qeyd edilmişdir ki, icarəçi tərəf malları geri qaytararkən çatışmayan və xarab olan malların dəyərini cədvəldə göstərilmiş bazarın satış qiymətinə uyğun qiymətləndirərək icarəyə verənə ödəməlidir. Cədvəldə göstərilən vahidin qiymətinə ƏDV daxil deyildir. Cədvəldə cilovuzun miqdarı 4000 ədəd, 1 ədədinin qiyməti 1 manat olaraq göstərilmiş və 4000 ədəd cilovuz təhvil verildi qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı imzalanmışdır. Sözügedən aktdan müəyyən edilir ki, tərəflər öz aralarında bağladığı xx.xx.2021-ci il tarixli, 5R nömrəli icarə müqaviləsinə əsasən mal(lar)ın (dəmir dirək 2.25m bağ vəz – vahidinin qiyməti 19 manat olmaqla 1020 ədəd) icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim edildiyini təsdiq etmişlər. Aktda qeyd edilmişdir ki, icarəçi tərəf malları geri qaytararkən çatışmayan və xarab olan malların dəyərini cədvəldə göstərilmiş bazarın satış qiymətinə uyğun qiymətləndirərək icarəyə verənə ödəməlidir. Cədvəldə göstərilən vahidin qiymətinə ƏDV daxil deyildir. Cədvəldə dəmir dirəyin miqdarı 1020 ədəd, 1 ədədinin qiyməti 19 manat olaraq göstərilmiş və 1020 ədəd dəmir dirək təhvil verildi qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 741482 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

12. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 777700 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

13. xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 466355 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

14. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 193503 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

15. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 195839 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

16. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 196424 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

17. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 741197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

18. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 742308 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

19. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 648096 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

20. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 648167 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

21. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 861176 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

22. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 863264 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

23. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 269415 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

24. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 276856 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

25. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 945237 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

26. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 948209 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

27. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 900709 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

28. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 901301 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

29. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 635981 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 700 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

30. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 636056 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1162,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

31. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 151494 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1862,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktları” qeyd edilmişdir.

32. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 151543 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1862,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktları” qeyd edilmişdir.

33. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 100361 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1862,80 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktları” qeyd edilmişdir.

34. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 100643 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 87,04 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

35. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 100825 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktları” qeyd edilmişdir.

36. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 141059 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktları” qeyd edilmişdir.

37. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 301163 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktları” qeyd edilmişdir.

38. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 974575 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

39. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 975001 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

40. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 071800 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

41. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 071815 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 870,96 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

42. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 381154 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

43. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 589139 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 220,08 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2023-cü il tarixli, 2 nömrəli malları geri təhvil vermə aktı” qeyd edilmişdir.

44. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 733321 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

45. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 734425 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

46. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 739429 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

47. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 377378 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

48. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 377741 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

49. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 378057 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

50. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 378186 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

51. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 378454 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

52. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 368559 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 572,28 manat təşkil edir. Sözügedən qaimənin göndərilməsinə əsas olaraq “xx.xx.2021-ci il tarixdə 5R nömrəli icarə müqaviləsi, xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1, xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı” qeyd edilmişdir.

53. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 700 manat ödəniş edilmişdir.

54. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 1162,80 manat ödəniş edilmişdir. Həmin ödənişlər müvafiq olaraq EBBG seriyalı, 466355 nömrəli və EBBK seriyalı, 193503 nömrəli elektron qaimələr üzrə edilmişdir.

55. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2022-ci il tarixdə 1162,80 manat, xx.xx.2022-ci il tarixdə 3025,60 manat ödəniş edilmişdir. Həmin ödənişlər müvafiq olaraq EBBD seriyalı, 777700 nömrəli; EBBK seriyalı, 196424 nömrəli və EBBK seriyalı, 195839; EBBL seriyalı, 741197; EBBL seriyalı, 742308 nömrəli elektron qaimələr üzrə edilmişdir.

56. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2022-ci il tarixdə 1162,80 manat ödəniş edilmişdir. Həmin ödəniş EBBD seriyalı, 777700 nömrəli; EBBG seriyalı, 466355 nömrəli və EBBK seriyalı, 196424 nömrəli elektron qaimələr üzrə edilmişdir.

57. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2023-cü il tarixdə 3725,60 manat ödəniş edilmişdir. Həmin ödənişlər EBBO seriyalı, 861176 nömrəli, EBBO seriyalı, 863264 nömrəli, EBBQ seriyalı, 269415 nömrəli və EBBQ seriyalı, 276856 nömrəli elektron qaimələr üzrə edilmişdir.

58. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2023-cü il tarixdə 1162,80 manat (hazirki mübahisəyə aid olmayan elektron qaimə üzrə ödəniş), xx.xx.2023-cü il tarixdə 700 manat ödəniş edilmişdir. Həmin ödənişlər müvafiq olaraq EBBN seriyalı, 648167 nömrəli və EBBN seriyalı, 648096 nömrəli elektron qaimələr üzrə edilmişdir.

59. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya göndərilmişdir.

Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi

62. Tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 22 iyun 2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə № 1-də qeyd edilən məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Əlavə № 1-də qeyd edilmiş 22 iyun 2021-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin və ya 1 metrinin icarə qiyməti 0,175 manat olmaqla, aylıq icarə haqqı 700 manat olan 4000 ədəd cilovuz və 1 ədədinin və ya metrinin qiyməti 1,14 manat olmaqla aylıq icarə haqqı 1162,80 manat olan 2,25 m-lik dəmir dirək, ümumilikdə aylıq cəmi icarə haqqı 1862,80 manat olan material cavabdehə icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 2 nömrəli təhviltəslim aktına əsasən 4000 cilovuz icarəçiyə təhvil-təslim edilmişdir. 24 iyun 2021-ci il tarixli 2 nömrəli təhvil-təslim aktına əsasən vahidin qiyməti 19 manat olan 1020 ədəd dəmir dirək icarəçi Cavabdeh MMC-yə təhvil verilmişdir. Müqavilənin şərtlərinə, tərəflər arasındakı razılaşmaya əsasən əlavələrdə göstərilən materialların icarə haqqından icarəçi tərəf 86% icarəyə verənə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir. İddiaçı cavabdehin müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımı qaydada yerinə yetirmədiyini, ödəməli olduğu icarə haqqını tam ödəmədiyini bildirərək, cavabdehdən 20021,44 manat məbləğində icarə haqqının tutulmasını xahiş etmişdir.

63. Həmin hissədə iddia tələbinin təsdiqi qismində yuxarıda sadalanan sübutlar təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1-də tərəflərin razılaşmasından görünür ki, materialların dəqiq ədədi, tikintidə vurulmuş kvadrat sahəsi ölçülərək hesablanacaq, əlavə olaraq hər bir materialın adı və vahid icarə qiyməti elektron qaimədə təsdiqlənəcək. Müəyyən olunur ki, icarə haqqının ödənişi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, onların əsasında da ödənişlər edilmişdir. Həmin hal məhkəməyə təqdim edilən bank hesabından çıxarışlarla təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı iddiaçı tərəfindən məhkəməyə 42 elektron qaimə təqdim olunmuşdur. Həmin qaimələr üzrə ümumi məbləğ 38443,04 manat təşkil edir. Tərəflər arasında olan razılaşmaya əsasən əlavələrdə göstərilən materialların icarə haqqından icarəçi tərəf 86% icarəyə verənə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir. Beləliklə, həmin razılaşmaya uyğun olaraq cavabdehin həmin qaimələr üzrə iddiaçıya ödəməli olduğu məbləğ 33061,014 manat (38443,04x86:100=33061,014) təşkil edir. Bank hesabından çıxarışdan göründüyü kimi, həmin qaimələr üzrə cavabdeh tərəfindən ümumilikdə 13039,60 manat ödəniş edilmişdir (1000+700+400+1162,80+1162,80+3025,60+1162,80+3725,60+700=13039,60). Həmin çıxarışda göstərilən xx.xx.2023-cü il tarixdə edilmiş 1162,80 manat ödəniş hazirkı mübahisəyə aid olmayan başqa elektron qaimə üzrə ödənişdir. Beləliklə, təqdim olunan elektron qaimələr üzrə qalıq borc 20021,4 manat (33061,014- 13039,60=20021,414~20021,4) təşkil edir.

64. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, iddiaçıya müəyyənləşdirilmiş icarə haqqını tam ödəmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 20021,4 manat məbləğində icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir.

65. İddia tələbinin digər hissəsini 502 ədəd dəmir dirəyin və 4000 ədəd cilovuzun iddiaçıya geri qaytarılması, materialların qaytarılması mümkün olmadıqda 4000 ədəd cilovuzun dəyəri olan 4000 manatın və 502 ədəd dəmir dirəyin dəyəri olan 9538 manat pul vəsaitinin cavabdehdən tutulması təşkil edir.

66. İddia tələbinin həmin hissəsi ilə bağlı müəyyən olunmuşdur ki, icarəçi icarəyə götürmüş olduğu materialların bir qismini geri qaytarmamışdır. Belə ki, icarəyə göürülmüş materiallardan 1020 ədəd dəmir dirəkdən 518 ədədi qaytarılmış, 502 ədəd dəmir dirək və 4000 ədəd cilovuz isə geri qaytarılmamışdır.

67. Məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 502 ədəd dəmir dirək və 4000 ədəd cilovuz alınaraq İddiaçı geri qaytarılmalı, materialların qaytarılması mümkün olmadıqda, 4000 ədəd cilovuzun dəyəri olan 4000 (dörd min) manat (4000x1 manat=4000) və 502 ədəd dəmir dirəyin dəyəri olan 9538 (doqquz min beş yüz otuz səkkiz) manat (502x19=) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

68. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, əvvəla, icarə müqaviləsinin 7.4-cü bəndinə əsasən müqavilənin bütün şərtləri iki il (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək) müddətinə qədər hüquqi qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. Ona görə də icarəçi icarəyə götürdüyü əşyanı icarə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmaq vəzifəsi daşıdığından iddiaçı cavabdehə qarşı həmin tələbi irəli sürməkdə haqlıdır. Bundan başqa, müqavilənin şərtlərinə əsasən mallar qaytarılan zaman əksik gələn malların qarşılığı vahid satış məbləğinə görə hesablanacaq, materiallar geri qaytarılarkən əksik gələn materialların dəyərini bazarın satış qiymətinə uyğun olaraq "İcarəçi" tərəf "icarəyə verən" tərəfə ödəməlidir. Eyni zamanda tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 2 nömrəli və xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktlarında qeyd edilmişdir ki, icarəçi tərəf malları geri qaytararkən çatışmayan və xarab olan malların dəyərini cədvəldə göstərilmiş bazarın satış qiymətinə uyğun qiymətləndirərək icarəyə verənə ödəməlidir. Təhvil-təslim aktlarında təhvil verilən cilovuzun miqdarı 4000 ədəd, 1 ədədinin qiyməti 1 manat, təhvil verilən dəmir dirəklərin miqdarı 1020 ədəd, 1 ədədinin qiyməti isə 19 manat olaraq göstərilmiş, həmin aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Məhkəmə göstərilən nəticəyə gələrkən nəzərə almışdır ki, materiallar geri qaytarılarkən əksik gəlmə hallarının ola biləcəyi mümkündür.

69. Eləcə də, iddiaçı 320 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 191 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

70. Məhkəmə hesab edir ki, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 191 (yüz doxsan bir) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20021,4 manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 502 ədəd dəmir dirək və 4000 ədəd cilovuz alınaraq İddiaçı geri qaytarılsın, materialların qaytarılması mümkün olmadıqda 4000 ədəd cilovunuz dəyəri olan 4000 (dörd min) manat (bir ədədinin qiyməti 1 manat) və 502 ədəd dəmir dirəyin dəyəri olan 9538 (doqquz min beş yüz otuz səkkiz) manat (1 ədədinin qiyməti 19 manat) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 191 (yüz doxsan bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar