Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2725/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tələbi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “VH AND RZ LOGİSTİCS COMPANYM”əhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2024-ci il tarixli MTS2402692 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə müqaviləyə əsasən iddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göstərilmiş yükdaşıma xidmətinə görə yaranan 36380 (otuz altı min üç yüzsəksən) manat əsas borc, dəbbə pulu ödənişi 6000 (altı min) manat, ümumilikdə 42380 (qırx iki min üç yüzsəksən) dövlət rüsumunu 218 manat borcun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Çünki iddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənədlərin (müqavilə üzrə pulun cavabdehə köçürülməsi barədə qəbz,pretenziya məktubu,iddia ərizəsinin qarşı tərəfə elektron qaydada çatdırılması) əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilmədən məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. - 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. - 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X1, "xxxx" MMC-yə qarşı “pul” tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. ********** saylı qəbz üzrə ödənilmiş 54.49 manat dövlət rüsumu LPO İddiaçı ASC -yə (İddiaçı ASC Müştəri Xidməti Departamenti Bakı, C.Məmmədquluzadə küç.,102A VÖEN - ********** Kod- 505817 M/h-AZ75NABZ******************** SWİFT - AZEGAZ22) qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2725/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2725/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver