Məhkəmə qərarları › İş №e-2-2(113)-2727/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2727/2022

19.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2727/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 oktyabr 2017-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra İdarəsi, 12 saylı Ərazi Vergilər İdarəsi, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında üçüncü şəxs T.Qəhrəmanovun nümayəndəsi və vəkili Nümayəndə vəsatət verərək hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın və nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 2017-ci ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, daha sonra iddiaçı iddiadan imtina etmiş, Məhkəmənin 30 oktyabr 2017-ci il tarixli 2-2(83)-467/2017 saylı qərardadı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının digər proses iştirakçılarının nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmənin sorğusuna cavab olaraq Gəncə Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 418.30-03 saylı məktubla Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2-2(83)-467/2017 saylı “iş üzrə icraata xitam verilməsi barədə” qərardadının təsdiq edilmiş surətini təqdim etmiş, əlavə olaraq bildirilmişdir ki, həmin qərardaddan şikayət verilməmişdir. Materiallara əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2- 2(83)-467/2017 saylı qərardadına əsasən iddiaçı xx.xx.2017-ci il tarixli hərracın və onun nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, daha sonra iddiadan imtina etmiş, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad öz qanuni qüvvəsini almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar