Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2727/2023 17.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" X15 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərracın etibarsızlığı, beh, ödəniş qaydası, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Məhkəmə iclas katibi Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ləğv prosesində olan "xxxx" X15 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Müəssisəsi və X7) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan "xxxx" X15 Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" KB QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2021ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir: 2.1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" Müəssisəsindən LPO QSC "xxxx" KB QSC-nin xeyrinə 3 200 000 manat əsas, 294 376, 63 manat faiz və 70000 manat cərimə borcu olmaqla, cəmi 3 564 376,63 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumları tutulmuş, ipoteka predmetləri olan digər əmlaklarla yanaşı X13 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0.50 ha torpaq sahəsinin ilkin satış qiyməti 150 000 manat və "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 5 450 000 manat müəyyən edilməklə, tutma həmin daşınmaz əmlaklara yönəldilməsi, adları çəkilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına LPO "xxxx" KB QSC-nin təmin edilmiş tələblərin ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyev tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 2.2. Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli sifariş məktubu ilə "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsi və X13 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0.50 ha torpaq sahəsinin satılması üçün Cavabdeh MMCyə sifariş verilmişdir. Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakların satışına dair hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə X9 ilə Cavabdeh MMC arasında hərracda iştirak üzrə müqavilə imzalanmışdır. 2.3. Yuxarıda qeyd olunan əmlakların satılmasına dair Cavabdeh MMC tərəfindən daxil olmuş 50 nömrəli xx.xx.2021-ci il tarixli hərrac bildirişində beh məbləğinin ödəniləcəyi bank hesabı qeyd edilmiş, həmçinin hərrac bildirişində, hərracın keçirilməsinə dair “525-ci qəzet”in xx.xx.2021-ci il tarixli buraxılışında da hərrac mərkəzinin behin ödənilməsinə dair depozit hesabı qeyd edilmişdir. Yəni bildirişdə və qəzetdə qeyd olunub ki, hərracda iştirak etmək üçün müvafiq sənədlər (fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənəd, hərrac mərkəzinin depozit hesabına behin köçürülməsini təsdiq edən sənəd) hərracın başlanmasına ən geci bir iş günü qalanadək təqdim olunmalıdır. Qəzetdə və bildirişdə qeyd olunan hesaba isə X11 (kimliyi onlara bəlli olmayan şəxs) tərəfindən beh məbləği xx.xx.2021-ci il tarixdə saat 09:33:23 radələrində, yəni hərracın keçirilməsindən 15 gün sonra ödənilmişdir. Beh məbləğinin bank hesabına ödənildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə beh verən X9 tərəfindən hərrac mərkəzinə ərizə ilə müraciət edilərək beh məbləğinin geri qaytarılması xahiş edilmişdir və həmin tarixdə beh məbləği X4 hesabına qaytarılmışdır. Göründüyü kimi, beh məbləği hərracın keçirilməsindən 15 gün sonra hərrac mərkəzinin hesabına ödənilmiş və həmin gün məbləğ geri qaytarılmışdır. Həmçinin LPO "xxxx" KB QSC-nin nümayəndəsi hərrac keçirilən gün hərrac mərkəzində olsa da, qeyd olunan əmlakla bağlı beh verənin olmadığı ona bildirilmişdir. 2.4. Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin satış qiyməti ilə hərraca çıxarılan və satışı baş tutmayan daşınar və daşınmaz əmlakların siyahısı “525-ci qəzet”in xx.xx.2021-ci il tarixli buraxılışında dərc edilmişdir. Əgər sözügedən əmlak kompleksinin satılması üçün təşkil edilmiş hərracda iştirak etmək üçün X8 tərəfindən bildirişdə və elanda qeyd edilmiş qaydada beh məbləği ödənilsə idi, həmin qəzetdə hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldiyi üçün satışı baş tutmayan daşınmaz əmlak kimi dərc etməli idi. Habelə həmin kompleksin satılması üçün xx.xx.2021-ci il tarixinə təyin edilmiş hərracda satış qiyməti ilkin qiymətindən 15% az olmamalı idi. 2.5. xx.xx.2021-ci il tarixdə, yəni hərrac keçirilən gün tərtib edilmiş gündəlik məsələyə dair 50 nömrəli protokolda hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilməsi, 1 №-li alıcı X3 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması və bununla əlaqədar lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. 1 №-li alıcı X8 beh məbləğinin geri qaytarılmasına dair ərizə ilə hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə (beh məbləğinin bank hesabına ödənildiyi gün) müraciət edərkən səhhətində yaranmış problemi əsas gətirərək ərizəni gec yazdığını qeyd etmişdir. Əgər X8 xx.xx.2021-ci il tarixdə hərrac təşkilatında alıcı kimi iştirak etsə idi, behin geri qaytarılmasına dair ərizəni də hərrac keçirilən gün yazmalı idi. Buradan da görünür ki, X8 tərəfindən həmin əmlakın satışında iştirak etmək üçün qanunda nəzərdə tutulmuş qaydada beh məbləği ödənilməmişdir və hərrac təşkilatında alıcı kimi iştirak etməmişdir. 2.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Lakin Cavabdeh MMC tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli hərracda X9 hərrac bildirişində və elanda göstərilən qaydaya uyğun olaraq beh ödəməmişdir, yəni hərrac keçiriləndən 15 gün sonra beh ödəmişdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli hərrac qanunvericiliyin tələblərinə, xüsusilə Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hərracın etibarsızlığı tələblərinin əsasını həmçinin hərrac təşkilatının rəsmi internet saytında elanın dərc olunmaması, qəzetdə elan dərc edilməmişdən əvvəl bildirişin göndərilməsidir. Belə ki, “İpoteka haqqında” Qanunun tələbinə əsasən hərrac barədə hərrac təşkilatının rəsmi internet saytında elan dərc olunmalı, həmçinin mediada və rəsmi internet saytında elan dərc edildikdən sonra ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərilməlidir. Lakin bildiriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, qəzetdə isə xx.xx.2021-ci il tarixdə dərc olunmuşdur. Bildirişin özündə də yazılmışdır ki, xx.xx.2021-ci il tarixdə elan dərc edilmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahatında bildirmişdir ki, hərracın keçirilməsi ilə bağlı tərəflərə bildirişlər göndərilmiş və bildirişlərlə yanaşı kütləvi informasiya vasitələrində də elan verilmişdir. Bildirişlər 19 aprel tarixə verilmiş, elan da 19 apreldə verilməsinə baxmayaraq, 5-ci günə düşmüş və 20 apreldə elanlar qəzetdə yerləşdirilmişdir. Həmin vaxt internet saytlarında profilaktik iş aparıldığı üçün elanları öz saytlarında dərc etdirə bilməmiş və digər elan saytında yerləşdirmişlər. X7 hərracda iştirak üçün müraciət etmiş və hərracda iştirak üzrə müqavilə bağlanmışdır. X7 hərracda iştirak etmiş, onun bank hesabı olmadığı üçün behin qaytarılması yubanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, beh məbləği kassa vasitəsi ilə daxil olmuş, beh verənə mədaxil qəbzi təqdim olunmuşdur. Rəhmanov X1 problem olduğu üçün xahiş etmiş, onlar da pulu həmin şəxsin bank hesabına köçürmüşlər. xx.xx.2021-ci il tarixli qəbzdə adı qeyd olunan X12 hərrac təşkilatının mühasibidir.
6. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Müəssisəsinin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək iddianın əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir.
7. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, X7 hərrac barədə üçüncü bir şəxsdən məlumat almış, həmin vaxt bir neçə əmlakını satdığı üçün bir istiqamətdə bizneslə məşğul olmaq istəmişdir. Köməkçisini əmlak kompleksinə baxmaq üçün göndərmiş, o isə əmlakın əlverişli qiymətə olduğunu bildirmişdir. Həmçinin ona bildirilmişdir ki, müəssisə işlək müəssisədir, fəaliyyətə başlaması üçün çox xərc tələb olunmayacaq. Behi ödəmiş, hərracda iştirak etmiş, hərrac baş tutmamışdır. Elə hesab etmişdir ki, ikinci dəfə hərracda iştirak edəcək. Lakin sonradan bilmişdir ki, müəssisənin fəaliyyətə başlaması üçün çox xərc lazımdır, ona görə də behin geri qaytarılması üçün ərizə ilə müraciət etmiş, beh qaytarılmışdır. Həmin vaxt səhhətində yaranmış problemə görə ərizə ilə gec müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, behin hərrac təşkilatına ödənildiyi tarix qəbzdə qeyd olunan tarixdir. Prosedur qaydaları yaxşı bilmədiyi üçün behi nağd qaydada ödəmişdir.
8. Cavabdeh və üçüncü şəxs "xxxx" Müəssisəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin sonuncu iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdeh işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" Müəssisəsindən LPO QSC “Bank Standard" KB-nin xeyrinə 3 200 000 manat əsas, 294 376,63 manat faiz və 70 000 manat cərimə borcu olmaqla, cəmi 3 564 376,63 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumları tutulmuş, ipoteka predmetləri olan digər əmlaklarla yanaşı X13 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinin ilkin satış qiyməti 150 000 manat və "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 5 450 000 manat müəyyən edilməklə, tutma həmin daşınmaz əşyalara yönəldilmiş, adları çəkilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına LPO QSC "xxxx" KB-nin təmin edilmiş tələblərin ödənilməsi qət edilmişdir.
12. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyev tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
13. xx.xx.2021-ci il tarixli (məktuba düzəliş edilməsi barədə xx.xx.2021-ci il tarixli), 18814/21-38-7 saylı sifariş məktublarından görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80.3 kv.m ümumi, 36.2 kv.m əsas, 44.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150 000 manat və "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 5 450 000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə Cavabdeh MMC-yə sifariş verilmişdir.
14. xx.xx.2021-ci tarixli hərrac bildirişindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixinə 11:00-da ilkin hərrac təyin edilmişdir.
15. Poçt xəbərnamələrindən görünür ki, ipoteka qoyana, ipoteka saxlayana və digər şəxslərə hərrac bildirişləri çatdırılmışdır.
16. “525-ci qəzet”in 20 aprel 2021-ci il tarixli nömrəsindən görünür ki, "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı barədə elan dərc olunmuşdur.
17. Cavabdeh MMC-nin məlumatından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin hərracın tarixi xx.xx.2021-ci il tarixə keçirilmişdir.
18. “525-ci qəzet”in 21 aprel 2021-ci il tarixli nömrəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin hərracın xx.xx.2021-ci il tarixə keçirilməsi barədə elan dərc olunmuşdur.
19. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ƏXZ/1№643557 saylı kassa mədaxil orderindən görünür ki, xx.xx.2021-ci il tarixli hərracda iştirak etmək üçün 272 500 manat beh məbləği X7 tərəfindən ödənilmişdir.
20. X7 tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin açıq hərracında ödədiyi behi nəzərə alaraq alıcı kimi iştirakına icazə verilməsini və ödənilən beh ilə bağlı müqavilə bağlanılmasını xahiş etmişdir.
21. Hərracda iştirak üzrə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, fiziki şəxs X10 açıq hərraca çıxarılmış əmlak üzrə müəyyən olunmuş 272 500 manat beh məbləği ödəyərək hərracda iştirak hüququnu əldə etmişdir.
22. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 50 saylı protokolundan görünür ki, hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmiş və 1 №-li alıcı X5 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması və bununla əlaqədar lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır.
23. X7 tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, səhhətində yaranmış problem səbəbindən ödədiyi behin geri qaytarılması ilə bağlı müraciət edə bilmədiyini, 272 500 manat behin ən qısa müddətdə "xxxx" ASC-də yerləşən cari hesabına köçürülməsini xahiş etmişdir.
24. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 024 saylı kassa məxaric orderindən görünür ki, 272 500 manat pul X6 verilmişdir.
25. xx.xx.2021-ci il tarixli FJB**********336 saylı qəbzdən görünür ki, X12 tərəfindən 272 500 manat pul Cavabdeh MMC-nin hesabına mədaxil edilmişdir.
26. xx.xx.2021-ci il tarixli 001AZ**********1 saylı ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən 272 500 manat pul X2 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür.
27. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2021-ci il tarixli (məktuba düzəliş edilməsi barədə xx.xx.2021-ci il tarixli), 18814/21- 38-7 saylı sifariş məktubu ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80.3 kv.m ümumi, 36.2 kv.m əsas, 44.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 150 000 manat və "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 5 450 000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə Cavabdeh MMC-yə sifariş verilmiş, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixinə ilkin hərrac təyin edilmiş, bu barədə “525-ci qəzet”in 20 aprel 2021-ci il tarixli nömrəsində elan dərc olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin hərracın tarixi xx.xx.2021-ci il tarixə keçirilmiş, bu barədə “525-ci qəzet”in 21 aprel 2021-ci il tarixli nömrəsində elan dərc edilmiş, X7 xx.xx.2021-ci il tarixli hərracda iştirak etmək üçün xx.xx.2021-ci il tarixdə 272 500 manat beh ödəmiş, onunla xx.xx.2021-ci il tarixli hərracda iştirak üzrə müqavilə bağlanmış, həmin şəxs hərracda iştirak hüququ əldə etmiş, xx.xx.2021-ci il tarixli hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmiş, X2 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması qərara alınmış, X7 xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək beh məbləğinin "xxxx" ASC-də yerləşən cari hesabına köçürülməsini xahiş etmiş, 272 500 manat pul Cavabdeh MMC-nin hesabına mədaxil edilərək X2 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür.
28. İddiaçı qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyi üçün hərracın etibarsız hesab edilməsini xahiş edir və bildirir ki, nümayəndələri hərrac keçirilən gün hərrac mərkəzində olsa da, qeyd olunan əmlakla bağlı beh verənin olmadığı ona bildirilmiş, behin ödənilməsi qaydası pozulmuş, beh məbləği bildirişdə və elanda qeyd olunan bank hesabına kimliyi onlara bəlli olmayan X12 tərəfindən hərracın keçirilməsindən 15 gün sonra ödənilmiş, X9 xx.xx.2021-ci il tarixdə hərrac təşkilatında alıcı kimi iştirak etsə idi, behin geri qaytarılmasına dair ərizəni də hərrac keçirilən gün yazmalı olduğu halda xx.xx.2021-ci il tarixdə yazmış, ikinci hərrac barədə dərc olunan xx.xx.2021-ci il tarixli elanda əmlakın 15% aşağı qiymətlə (qanunda əmlakın 15% aşağı qiymətlə təkrar hərraca çıxarılması hərracın iştirakçısı olmadığı halda nəzərdə tutulmuş) hərraca çıxarılması qeyd olunmuş, hərrac təşkilatının rəsmi internet saytında hərrac barədə elan dərc olunmamış, qəzetdə elan dərc edilməmişdən əvvəl hərrac barədə bildiriş göndərilmişdir.
29. Cavabdeh tərəf hərracın qanunvericiliyin tələbinə uyğun keçirildiyini, rəsmi internet saytlarında profilaktik iş aparıldığı üçün elanı orada dərc edə bilmədiklərini bildirir.
30. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Müəssisəsi və X7 iddiaya etiraz edir və təmin olunmamasını xahiş edir.
31. Məhkəmə hazırkı mübahisənin həlli üçün aşağıdakı qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
32. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir
33. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
34. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
36. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
37. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır.
38. Həmin Qanunun 42.3-ci maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər.
39. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir.
40. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
41. Həmin Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
42. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, hazırkı işdə hərracın etibarsız sayılması üçün əsaslar müəyyən edilmir.
43. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarını qarşılıqlı təhlil etdikdə aydın olur ki, qanunvericilikdə müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər və maraqlı şəxslər o şəxslər hesab edilir ki, hərracın qanunsuz keçirilməsi nəticəsində onların hüquqları və (və ya) qanuni mənafeləri pozulur. Qeyd olunan qaydalar hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi elə tələbləri özündə ehtiva edir ki, onların pozulması şəxslərin qanunla qorunan mülki hüquq və mənafelərinin pozulması ilə nəticələnir. Bu zaman həmin tələblərin mülki hüquq və mənafelərin müdafiəsinə yönələn əsas mahiyyətini nəzərə almadan formal əsaslarla çıxış edərək etibarsızlıq tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə olmaqla hərracın etibarsız sayılması üçün əsas hesab edilə bilməz.
44. Bu mənada məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı aşağıdakıları qeyd edir.
45. Əvvəla, iddiaçının nümayəndələrinin hərrac keçirilən gün hərrac mərkəzində olması və adıçəkilən əmlakla bağlı beh verənin olmadığı barədə bildirdikləri ilə bağlı qeyd edilir ki, həmin hal hər hansı sübuta əsaslanmayan iddiaçı tərəfin formal mülahizələrdən ibarətdir. Həmçinin “İpoteka haqqında” Qanunun 42.3 və 42.4-cü maddəsinə əsasən ipoteka saxlayanın hərracda alıcı qismində iştirak edə bilməsi və beh ödəməkdən azad olunduğu nəzərə alındıqda iddiaçının (ipoteka saxlayanın) nümayəndəsinin hərrac mərkəzində olduğu halda hərracda iştirak etməməsi istinad etdiyi halla ziddiyyət təşkil edir.
46. Bundan başqa iddiaçı tələbinin əsası kimi qeyd edir ki, ikinci hərrac barədə dərc olunan xx.xx.2021-ci il tarixli elanda əmlakın 15% aşağı qiymətlə hərraca çıxarılması birinci hərracda iştirakçı olmadığı qənaətinə gəlməyə əsas verir. İddiaçının bu mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan digər sübutlarla təsdiq olunmamaqla birlikdə bu hal etibarsızlığı tələbi irəli sürülən hərrac keçirildikdən sonraya aid haldır və hərracın təşkilatçısının ipoteka predmetini qanunazidd olaraq daha aşağı qiymətlə təkrar hərraca çıxarması əvvəlki hərracın keçirilməsi ilə bağlı qaydalara aid olan məsələ deyildir, əvvəlki hərracın etibarsızlığına səbəb ola bilməz.
47. Eyni zamanda iddiaçı behin ödənilməsi qaydasının pozulduğunu qeyd edir və bunu onunla əsaslandırır ki, beh məbləği bildirişdə və elanda qeyd olunan bank hesabına kimliyi onlara bəlli olmayan X11 tərəfindən hərracın keçirilməsindən 15 gün sonra ödənilmişdir və X9 xx.xx.2021-ci il tarixdə hərrac təşkilatında alıcı kimi iştirak etsəydi behin geri qaytarılmasına dair ərizəni də hərrac keçirilən gün yazmalı idi, lakin xx.xx.2021-ci il tarixdə yazmışdır.
48. İşin müəyyən edilən halına əsasən X7 xx.xx.2021-ci il tarixli hərracda iştirak etmək üçün xx.xx.2021-ci il tarixdə 272 500 manat beh ödəmiş, behin ödənilməsi hərrac təşkilatçısı tərəfindən kassa mədaxil orderi ilə rəsmiləşdirilmiş, onunla xx.xx.2021-ci il tarixli hərracda iştirak üzrə müqavilə bağlanmışdır. Göründüyü kimi, beh məbləği hərrac keçirilməmişdən 1 gün əvvəl ödənilmişdir.
49. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində müəyyən edilmiş hərracın keçirilməsinə dair elanda və bildirişdə behin ödənilməsi qaydası barədə məlumatın təsbit olunması tələbi hərracda iştirak etmək istəyən şəxslərin hüquqlarının təminatına yönəlmiş tələbdir və cavabdeh tərəfindən qeyd olunan tələbə əməl olunaraq bu barədə məlumat elan və bildirişdə təsbit olunmuşdur. Eyni zamanda həmin maddədə qeyd olunmuşdur ki, hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, behin ödənilməsi tələbinin müəyyən edildiyi bu normada qayda müəyyən edilməmiş, hüquqların müdafiəsi baxımından behin ödənilməli olması təsbit olunmuşdur. Hazırkı iş üzrə hərracın iştirakçısı beh məbləğini ödəmişdir. Behin bank hesabına deyil, hərrac təşkilatına nağd qaydada ödənilməsi behin ödənilməsi faktını inkar etməyə əsas verə bilməz. Behin geri alınması ilə bağlı iddiaçının bildirdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 7 təqvim günü müddətində geri qaytarılır. Bu qayda beh verənin hüquqlarının müdafiəsinə yönələn qaydadır və beh verən tərəfindən ərizə ilə müraciət olunması əsasından asılı edilməmişdir. xx.xx.2021-ci il tarixli, 50 saylı protokolundan da görünür ki, 1 №-li alıcı X5 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması qərara alınmışdır. Belə olan halda beh verənin hüququndan vaxtında (7 gün müddətində) istifadə etməyərək behin qaytarılması üçün sonradan müraciət etməsi hərracın keçirilməsi qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Təqdim olunan sübutlardan da görünür ki, hərracın iştirakçısı behin bank hesabına qaytarılmasını xahiş etmiş, beh məbləği hərrac təşkilatçısının hesabına mədaxil edilərək köçürmə yolu ilə beh verənə qaytarılmışdır.
50. Məhkəmə qəzetdə elan dərc edilməmişdən əvvəl hərrac barədə bildirişin göndərilməsi, bununla da “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinin pozulması barədə iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan normada elan və bildirişin məzmununa dair tələblər eyni olmaqla hərracın vaxtı, yeri, keçirilmə qaydası və s. məlumatların əks olunmasını nəzərdə tutur və “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” müddəası elan və bildirişin məzmununa dair tələblərlə qarşılıqlı təhlil olunmalıdır. Bu zaman aydın olur ki, “bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” tələbi dərc olunan elan barədə bildirişi deyil, məhz hərracın vaxtı, yeri və s. barədə bildirişin göndərilməsini nəzərdə tutur. Belə olan halda həmin normada elan və bildirişin birinin digərindən əvvəl və ya sonra olması ilə bağlı tələbin qoyulmadığı aydın olur. Odur ki, iddiaçının qeyd olunan dəlili də əsassızdır.
51. Hərrac təşkilatının rəsmi internet saytında hərrac barədə elanın dərc olunmaması ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə qeyd olunan tələbin qoyulması hərrac barədə məlumatın şəxslərə çatımlılığını təmin etməkdir. Cavabdeh rəsmi internet saytında profilaktik iş aparıldığı üçün elanı orada dərc edə bilmədiklərini qeyd etmişdir. Bununla bərabər hərrac barədə mediada (qəzetdə) elan dərc olunmuş, hərracın iştirakçısı da olmuşdur. Həmçinin ipoteka qoyana, ipoteka saxlayana hərrac barədə lazımi qaydada məlumat verilmişdir. Hərracı ipoteka saxlayanın mübahisələndirdiyi, onun isə hərrac barədə məlumatlı olması nəzərə alındıqda qeyd olunan halın ipoteka saxlayanın hansı hüququnu pozduğu məhkəməyə aydın deyildir. Bu zaman məhkəmə həm də nəzərə alır ki, ipoteka saxlayanın öz hüququnun müdafiəsi üçün irəli sürdüyü iddia məhz hərracın iştirakçısı olan üçüncü şəxsin hərracda iştirak etməməsinin sübut edilməsi yönündədir. Belə olan halda qeyd olunan elanın hərrac təşkilatının rəsmi internet saytında dərc edilməməsini iddiaçının hüquq və mənafelərinə toxunub-toxunmaması baxımından qiymətləndirdikdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının hüquq və mənafelərinin müdafiəsi baxımından qeyd olunan hal hərracın etibarsızlığına səbəb olan hal kimi şərh oluna bilməz.
52. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
53. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə əsasən qeyd edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərci (hazırkı halda mediasiya xərci) də iddiaçıya aid edilir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdehnə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova