Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2728/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 MMC, Cavabdeh3, X1, Cavabdeh4 qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:maneələrin aradan qaldırılması öhdəliyin qoyulması) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X1, Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC, Cavabdeh3, X1, Cavabdeh4 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindənBakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MMMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – İddiaçı) 2003-cü ildən etibarən fəaliyyətə başlamışdır. Fəaliyyətimiz əsas etibarilə ölkənin şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, dövlət təşkilatlarına müasir tipli optik və ADS L internet, İP-TV kimi telekommunikasiya xidmətləri göstərməkdir.Telekommunikasiya sahəsində böyük təcrübəyə sahib olan şirkətimiz də bu istiqamətdə daxili investisiyalar hesabına böyük həcmli layihələr həyata keçirir. Bu layihələrdən biri Uninetin (CityNet ticarət nişanı) Bakı şəhəri və kəndlərində optik texnologiya(GPON) əsasında qurulmuş evədək optikalayihəsidir. Yuxarıda göstərilən layihə çərçivəsində Bakı şəhəri, Həsən bəy Zərdabi propsekti, 92 ünvanında yerləşən “Melissa park” Yaşayış kompleksindəki binaların müxtəlif idarəediciləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlanmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh2 (“Melissa Park” yaşayış kompleksinin idarəçisi "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-074 saylı qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə (bundan sonra – Əməkdaşlıq Müqaviləsi) Uninet tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti92a və204A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə Uninet tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Bundan başqa,İddiaçı ilə Cavabdeh3 (“Melissa Park” yaşayış kompleksinin idarəçisi "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) arasında bağlanmışxx.xx.2021-ci il tarixli, UM-095 saylı qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə (bundan sonra – Əməkdaşlıq Müqaviləsi) Uninet tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 202 və 202A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə Uninet tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Daha sonra, İddiaçı ilə Cavabdeh4 (“Melissa Park” yaşayış kompleksinin idarəçisi "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) arasında bağlanmışxx.xx.2021ci il tarixli, UM-075 saylı qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə (bundan sonra – Əməkdaşlıq Müqaviləsi) Uninet tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə Uninet tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Daha sonra “Melissa park” yaşayış kompleksinin rəhbərliyi həmin binaların idarəedilməsi ilə bağlı Cavabdeh1 MMMC-nin dövlət qeydiyyatından keçdiyini və yeni müqavilələrin Cavabdeh1 MMMC ilə bağlanılacağını bildirdi. Bu barədə arayış da verilmişdir. Lakin sonradan yeni müqavilənin imzalanması ilə bağlı danışıqlar dayandırıldı.
3. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi müqavilələr fiziki şəxslər olan komendantlarla bağlanılıb və İddiaçı MMC ilə Cavabdeh1 MMMC arasında hər hansı bir müqavilə mövcud deyil. UM-075 saylı, qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin 2-ci maddəsinə görə “Təşkilat” “Uninet’ə aid olan qurğuların və avadanlıqların razılaşdırılmış sahələrdə yerləşdirilməsinə şərait yaratmalı, avadanlıqların enerji mənbəyinə qoşulmasına imkan yatarmalı, “Təşkilaf’a aid ayrılmış sahəyə və ərazilərə “Uninet’in nümayəndəsinin giriş-çıxışını təmin etməli olub. Müqavilənin 2.3-cü bəndinə əsasən isə, “Təşkilat” tərəfindən ayrılmış sahədən müqavilə şərtlərinə uyğun olaraq istifadə etmək və yararsız hala gətirməmək İddiaçıin vəzifələrindən biri olub.Həmçinin həmin müqavilənin 7.3.1-ci bəndinə əsasən hər hansı tərəf digər tərəfə 90(doxsan) təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.Müqavilənin 2.3.3-cü bəndinə görə müqaviləyə xitam verildikdən sonra 30 (otuz) təqvim günü ərzində sahəni tərk etmək İddiaçıin vəzifəsi kimi təsbit edilib.Müqavilənin mahiyyətindən və göstərilən müddəalardan tam aydındır ki, xidmətin göstərilməsi üçün ayrılan sahə və buna razılıq birbaşa “Təşkila”a aiddir və müqavilə xitamından sonra sahəyə müstəqil sərəncam verən, istifadə edən şəxs də “Təşkilaf’dır. “Təşkilat’'ın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir.İddiaçının müvafiq ünvanda sakinlərlə müqavilə bağlamaq hüququ var. “Təşkilat” bu hüququ məhdudlaşdırmır və istehlakçıların hüquqlarına müdaxilə etməməklə, onları istəmədikləri şəxslərdən xidmət almağa məcbur etmir. Bu absurd bir fikirdir və əslində “Təşkilaf’ı ittiham etmək, onun nüfuzuna xələl gətirməkdir ki, bunun da hüquqi məsuliyyəti vardır.Əgər “Uninet’ göstərilən ünvanda xidmətlər göstərmək və sakinlərlə müqavilə bağlamaq istəyirsə, avadanlıqların, digər xətt və qurğuların “Təşkilat’’a aid olmayan sahə və ərazidən (şaxtadan) aparılması və quraşdırılmasında sərbəst öz hüququnu həyata keçirə bilər. Əks təqdirdə, öz iradəsi əleyhinə fiziki və hüquqi şəxsləri sahədən istifadə edilməsinə razı salmaq qanunsuz və əsassızdır. “Təşkilaf’ın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir.Eyni zamanda, diqqətinizə çatdırıram ki, Müqavilənin 7.4-cü maddəsinə əsasən. İddiaçı 7.3-cü bənddəki hallardan başqa əlavə olaraq onun üçün səmərəli və rentabelli olmadığı halda istənilən an müqaviləyə xitam verilməsi hüququna sahibdir. Belə çıxır ki, bu hüquqdan İddiaçı yararlana bilər, qarşı tərəf yox. Bu müqavilənin mahiyyətinə və qarşılıqlı münasibətlərə ziddir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin, yuxarıda göstərilən ünvanlarda yerləşən avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin qarşısının alınması, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 izahatında tərəflər arasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən “Mülkiyyətçi” "xxxx" Mənzil Tikinti Kooperativi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. ”202”, ’’202A” ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən” Cavabdeh3 verməyi, "İdarə edən” edən isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür.Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin müddəti 1 iyul 2018-ci il tarixdən 31 dekabr 2025-ci il tarixədək qüvvədədir.
11. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-074 nömrəli qarşılıqlı əməkdaşlıq haqqında müqaviləsinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi") fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. Həmin müqavilənin 7.1- ci maddəsinə əsasən müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir.
12. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs Cavabdeh3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-075 nömrəli qarşılıqlı əməkdaşlıq haqqında müqaviləsinə əsasən “Uninet" tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. Həmin müqavilənin 7.1- ci maddəsinə əsasən müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir.
13. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs Cavabdeh4 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, UM-095 nömrəli qarşılıqlı əməkdaşlıq haqqında müqaviləsinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr., pr. 190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir.
14. İddiaçı Cavabdeh3 ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış 19 oktaybr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-075 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiberoptik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. - 3.1-ci bəndinə əsasən “Uninet", Yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün Yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 AZN və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilat”a ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş edir. Yaşayış kompleksindən “Uninet" in şəbəkəsinə qoşulmuş aktiv abunəçi olmadıqda, "xxxx" tərəfindən “Təşkilafa hər hansı bir ödəniş edilmir. - 3.3-cü bəndinə əsasən Bu müqavilə üzrə ödəniş rüblük əsasda edilir. Təqvim rübü bitdikdən sonra İddiaçı 5 (beş) iş günü ərzində xidmətlərə qoşulan aktiv abunəçilərin rübün sonuncu gününə olan siyahısını “Təşkilafa təqdim edir. Siyahı razılaşdırıldıqdan sonra və ödəniş edilməsi üçün "Təşkilat” tərəfindən müvafiq sənədlər (hesab-faktura. elektron qaimə və s.) təqdim edildikdən sonra bu sənədlərdən sonuncusu təqdim edildiyi tarixdən etibarən 30 (otuz) iş günü ərzində “Uninet" tərəfindən hesablanmış ödəniş edilir. - 3.4-cü bəndinə əsasən “Tərəflər” arasında hesablaşma nağd və ya köçürmə yolu ilə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
15. İddiaçı Cavabdeh2 oğlu ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış 19 oktaybr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-074 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin:
16. 1.1-ci bəndinə əsasən İddiaçı tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir.
17. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 22 noyabr 2021-ci il tarixli, 570 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204 a ünvanında yerləşən və Cavabdeh1 MMMC-nin idarəsində olan 1 (bir) binada 161 (yüz altmış bir) mənzil mövcüddur. Arayış İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Anar Verdiyevə təqdim etmək üçün verilir.
18. İş materiallarında olan Cavabdeh1 MMMC-nin qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 6 may 2024-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204 a ünvanında yerləşən və Cavabdeh1 MMMC-nin idarəsində olan 1 (bir) binada 161 (yüz altmış bir) mənzil mövcüddur. V. Tətbiq edilən hüquq:
19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
23. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
24. Belə ki,hazırki iddia tələbi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin, yuxarıda göstərilən ünvanlarda yerləşən avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin qarşısının alınması, İddiaçı MMC-nin əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılmasından ibarətdir.
25. Tərəflərin məhkəmə iclarında verdiyi izahatlarla həmçinin, məhkəmə iclasarında tədqiq edilən sübutlarla müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq etməsinə dair müqavilə münasibətləri mövcud olmuş, iddiaçı həmin müqavilə əsasında qeyd edilən yaşayış binalarında sakinlərə internet xidmətləri göstərmişdir. Qarşılıqlı əməkdaşlıq haqqında həmin müqavilələrin 2-ci maddəsinə görə müqavilə tərəfləri olan cavabdehlər “Uninet’ə aid olan qurğuların və avadanlıqların razılaşdırılmış sahələrdə yerləşdirilməsinə şərait yaratmalı, avadanlıqların enerji mənbəyinə qoşulmasına imkan yatarmalı, müqavilə tərəfləri olan cavabdehlər aid ayrılmış sahəyə və ərazilərə “Uninet’in nümayəndəsinin giriş-çıxışını təmin etməli olub. Müqavilənin 2.3-cü bəndinə əsasən isə, “Təşkilat” tərəfindən ayrılmış sahədən müqavilə şərtlərinə uyğun olaraq istifadə etmək və yararsız hala gətirməmək İddiaçıin vəzifələrindən biri olub.Həmçinin həmin müqavilənin 7.3.1-ci bəndinə əsasən hər hansı tərəf digər tərəfə 90(doxsan) təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.Müqavilənin 2.3.3-cü bəndinə görə müqaviləyə xitam verildikdən sonra 30 (otuz) təqvim günü ərzində sahəni tərk etmək İddiaçıin vəzifəsi kimi təsbit edilib. Tərəflərin də izahatları ilə müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, cavabdeh müqavilə üzrə ödənişləri etmədiyi üçün həmin müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. Hazırda tərəflər arasında işin mübahisələndirilən halı, iddiaçı hazırda həmin binalarda internet xidməti göstərilməsi ilə bağlı cavabdehl tərəfindən onun fəliyyətinə qanunsuz mdaxilə edildiyini bildirərək, həmin mmaneələin aradan qaldırılmasını tələb edir, cavabdeh isə idianı qəbul etməyərək, müdaxilə mövcud olsa da, müdaxilənin qanunsuz olmadığını, və müqavilə münasibətləri bitdiyi üçün iddiaçının qeyd edilən binalarda fəaliyyətinin mümkün olmadığını bildirir.
26. Məhkəmöə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd edilən binalarda cavabdehlərlə aralarında olan üqavilələr əsasında fəaliyyətə başlamışdır. Həmin müqavilələrə xitam verildiyindən (müqavilələrin xitam verilməsi işin tərəflər arasında mübahisələndirilməyən halıdır) iddiaçının cavabdehlərin idarəçiliyində olan qeyd edilən binalrda fəaliyyətinin hər hansı bir qanuni və müqavilə əsası olmadığından iddia təmin edilməməlidir. Cavabdeh1 MMMC-nə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMMC tərəfindən hər hansı bir maneənin həyata keçirilməsi ümumiyyətlə sübuta yetirilməmişdir.
27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.
28. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
29. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.
30. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2,Cavabdeh3 oğlu,Cavabdeh4, Cavabdeh1 MMMC-yə qarşı “maneələrin qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova