Məhkəmə qərarları › İş №e-2-2(113)-2729/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2729/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2729/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 09 avqust 2022-ci il tarixli nəqliyyat vasitəsinin xidmət və icarə müqaviləsinə əsasən 504 349,86 manat əsas borcun, 170 000 manat maddi zərərin əvəzinin və mediasiya xərci olaraq 500 manat, ödənilmiş dövlət rüsumu olaraq 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi – qanuni təmsilçisi X1 iddia ərizəsini icraata götürmək barədə qərardad çıxarılanadək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsi haqqında qərardad çıxarılmadığından və iddiaçının nümayəndəsi ərizənin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə olunuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzlə 980 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 980 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 980 (doqquz yüz səksən) manat məbləğində pul İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar