Məhkəmə qərarları › İş №e-2-2(113)-2731/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2731/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2731/2021 10.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 28.742,05 manat məbləğində əsas borcu və 3.422,53 manat məbləğində faiz borcu olmaqla, cəmi 32.164,58 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçünm ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC "xxxx" QSC ilə bağladığı 17.09.2019-cu il tarixli 001N**********77 saylı bank hesabının kreditləşməsi barədə müqaviləyə əsasən 01.09.2020-ci il tarixədək (overdraft müddəti) illik faiz dərəcəsi 18% оlmaqla, 30.000 manat məbləğində overdraft açılmışdır. Hesab sahibi bu müqavilə üzrə borcunu ödədikcə overdraft müddətində overdraft limiti bərpa olunur. Cavabdeh3 MMC bank hesabının kreditləşməsi barədə müqavilənin 1.3-cü bəndinin tələbini pоzaraq müqavilə üzrə ödəmələri dəfələrlə vəsaitləri 27.05.2020-ci il tarixdən banka istifadə etdiyi overdraft limitindən 1.246,17 manat ödəmiş, onun 28.742,05 manat məbləğində əsas borcu qalmışdır. Müqavilənin 2.4-cü və 2.5-ci bəndinə əsasən faizlər overdraft borcu yarandığı tarixdən (daxil olmaqla) başlayaraq borcun banka tam qaytarılması tarixinədək (daxil olmaqla) hesablanır. Bir gün üçün faiz illik faiz dərəcəsinin 1/360 kimi müəyyən edilir. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh3 MMC overdraft borcundan və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.04.2021-ci il tarixə 329 gün üçün hesablanmış faiz borcu 3.422,53 manat təşkil edir. Bank hesabının kreditləşməsi barədə müqavilənin 4.4.1-ci bəndinən əsasən bank hesab sahibinə bildiriş göndərməklə overdraft borcunun dərhal banka qaytarılmasını və bu müqavilə əsasında hesablanmış faizlərin banka dərhal ödənilməsini tələb etməklə bu müqaviləni birtərəli qaydada ləğv еtmək hüququna malikdir. Bank hesabının kreditləşməsi barədə müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 MMC ilə birgə məsuliyyət daşıyır və müqavilə üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddia tələbinin tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -"xxxx" QSC ilə Cavabdeh3 MMC arasında bağlanılmış 001N**********77 saylı, 17.09.2019-cu il tarixli Bank hesabatının kreditləşməsi barədə müqaviləsindən görünür ki: 1.1-ci bəndinə əsasən cari hesabda pul vəsaiti hesab sahibinin ödəniş tapşırıqlarını yerinə yetirməyə kifayət etmədikdə, yaxud cari hesabda pul vəsaiti olmadıqda bank hazırkı müqavilədə müəyyən olunmuş şərtlərlə hesab sahibinin ödəniş tapşırıqlarını icra etməyi öz öhdəsinə götürür və həmin ödəniş tapşırıqlarını icra etdiyi hallarda bank bu müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibinə kredit vermiş sayılır. 1.2-ci bəndinə əsasən bank bu müqavilə üzrə hesab sahibinə 01 sentaybr 2020-ci il tarixədək illik faiz dərəcəsi 18% olmaqla 30.000 manat məbləğində overdraft açır. Overdraft limiti overdraft müddətində istənilən ana hesab sahibinin bank qarşısında hesablanmış faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Hesab sahibi bu müqavilə üzrə borcunu ödədikcə overdraft müddətində overdraft limiti bərpa olunur. 1.3-cü bəndinə əsasən hesab sahibi overdraft müddətində overdraftdan istifadə etməyi, overdraftı borclarını, overdraftdan istifadə etdiyi üçün hesablanmış faizləri bu müqaviləyə uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən overdraft faizləri hər bir overdraft borc ayrılıqda hesablanır. 2.4-cü bəndinə əsasən faizlər overdraft borcu yarandığı tarixdən başlayaraq overdraft borcunun banka tam qaytarılması tarixinədək hesablanır. 2.5-ci bəndinə əsasən bir gün üçün faiz illik faiz dərəcəsinin 1/360 kimi müəyyən olunur. 2.7-ci bəndinə əsasən hesab sahibi bu müqavilənin şərtlərinə əməl etmədikdə möhlət dövründən sonra və ya overdraft müddəti bitdikdən sonra bu müqavilədə nəzərdə tutulmuş müvafiq faiz dərəcəsinin 2 mislində faiz dərəcəsi tətbiq olunur. 3.1-ci bəndinə əsasən overdraft borcu overdraft müddətinin son tarixindən gec olmayaraq banka ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 001N**********77 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" QSC (bank) ilə Cavabdeh1 (zamin) arasında 17 sentyabr 2019cu il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditin məbləği 30.000 manat, faiz dərəcəsi: aylıq 1,5%, müddəti 12 ay təşkil edir. Müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfdən imza ilə təsdiq edilmişdir. - 001N**********77 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" QSC (bank) ilə Cavabdeh2 (zamin) arasında 17 sentyabr 2021-ci il tarixli, 001S**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditin məbləği 30.000 manat, faiz dərəcəsi: 1,5%, müddəti 12 ay təşkil edir. Müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin nak qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfdən imza ilə təsdiq edilmişdir. - Maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin 26.04.2021-ci il tarixə 001N**********77 saylı 17.09.2019-cu il tarixli Bank hesabının kreditləşməsi barədə müqavilə üzrə əsas borc məbləği 28.742,05 ABŞ dolları, faiz üzrə borc 3.422,53 ABŞ dolları, cəmi borc 32.164,58 ABŞ dolları təşkil edir. -"xxxx" QSC tərəfindən Cavabdeh1 03.08.2021-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq 15.03.2021-ci il tarixədək hesablanmış borc məbləği banka qaytarılmadığı təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. -"xxxx" QSC tərəfindən Cavabdeh2 03.08.2021-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq 15.03.2021-ci il tarixədək hesablanmış borc məbləği banka qaytarılmadığı təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. -"xxxx" QSC tərəfindən Cavabdeh3 MMC-yə 03.08.2021-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq 15.03.2021-ci il tarixədək hesablanmış borc məbləği banka qaytarılmadığı təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC (bank) ilə Cavabdeh3 MMC (hesab sahibi) arasında 17.09.2019-cu il tarixdə 001N**********77 saylı Bank hesabının kreditləşməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı QSC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh3 MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 28.742,05 manat məbləğində əsas, 3.422,53 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, yuxarıda göstərilən müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin təmin edilməsi məqsədilə bankla Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 MMC-nin bank hesabının kreditləşməsi haqqında müqavilədən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə əsas öhdəlik üzrə borcu Cavabdeh3 MMC-nin 17.09.2019-cu il tarixli, 001N**********77 saylı bank hesabının kreditləşməsi haqqında müqavilə üzrə "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə banka borcunun yarandığını, eləcə də zaminlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı QSC kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada əsas borclu və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlərdən müqavilə üzrə tutulmalı olan kredit borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMCnin nümayəndəsi və vəkili faiz borcunun düzgün hesablanmadığını bildirsə də, göstərilən dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən bank hesabının kreditləşməsi haqqında müqavilə üzrə müştərək qaydada tutulacaq əsas borcun məbləği 28.742,05 manat, faiz borcunun məbləği isə 3.422,53 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.742,05 manat (iyirmi səkkiz min yeddi yüz qırx iki manat beş qəpik) məbləğində əsas borc, 3422,53 manat (üç min dörd yüz iyirmi iki manat əlli üç qəpik) məbləğində faiz borcu, cəmi 32.164,58 manat (otuz iki min yüz altmış dörd manat əlli səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar