Məhkəmə qərarları › İş №e-2-2(113)-2731/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2731/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2731/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin iştiarkları olmadan, İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialından və Cavabdeh3 müştərək (birgə) qaydada 1) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 1.879.76 (bir min səkkiz yüz yetmiş doqquz manat yetmiş altı qəpik) manat əsas kredit borcunun, 21.90 (iyirmi bir manat doxsan qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 510.90 (beş yüz on manat doxsan qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 2.409.56 (iki min dörd yüz doqquz manat əlli altı qəpik) manat; 2) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 1.854.36 (bir min səkkiz yüz əkki dörd manat otuz altı qəpik) manat əsas kredit borcunun, 31.58 (otuz bir manat əlli səkkiz qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 441.34 (dörd yüz qırx bir manat otuz dörd qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 2.327.28 (iki min üç yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) manat; 3) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 3.513.56 (üç min beş yüz on üç manat əlli altı qəpik) manat əsas kredit borcunun, 82.50 (səksən iki manat əlli qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 833.43 (səkkiz yüz otuz üç manat qırx üç qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 4.429.49 (dörd min dörd yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat; 4) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 6.336.11 (altı min üç yüz otuz altı manat on bir qəpik) manat əsas kredit borcunun, 144.44 (bir yüz qırx dörd manat qırx dörd qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 1.499.85 (bir min dörd yüz doxsan doqquz manat səksən beş qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 7.980.40 (yeddi min doqquz yüz səksən manat qırx qəpik) manat; 5) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 8.801.76 (səkkiz min səkkiz yüz bir manat yetmiş altı qəpik) manat əsas kredit borcunun, 256.10 (iki yüz əlli altı manat on qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 1.783.93 (bir min yeddi yüz səksən üç manat doxsan üç qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 10.841.79 (on min səkkiz yüz qırx bir manat yetmiş doqquz qəpik) manat; 6) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 6.619.30 (altı min altı yüz on doqquz manat otuz qəpik) manat əsas kredit borcunun, 237.33 (iki yüz otuz yeddi manat otuz üç qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 652.55 (altı yüz əlli iki manat əlli beş qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 7.509.18 (yeddi min beş yüz doqquz manat on səkkiz qəpik) manat; 7) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 7.882.39 (yeddi min səkkzi yüz səksən iki manat otuz doqquz qəpik) manat əsas kredit borcunun, 327.06 (üç yüz iyirmi yeddi manat altı qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 826.84 (səkkiz yüz iyirmi altı manat səksən dörd qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 9.036.29 (doqquz min otuz altı manat iyirmi doqquz qəpik) manat; 8) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 1.567.02 (bir min beş yüz altış yeddi manat iki qəpik) manat əsas kredit borcunun, 65.06 (altmış beş manat altı qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 310.86 (üç yüz on manat səksən altı qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 1.942.94 (bir min doqquz yüz qırx iki manat doxsan dörd qəpik) manat; 9) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 5.239.87 (beş min iki yüz otuz doqquz manat səksən yeddi qəpik) manat əsas kredit borcunun, 219.14 (iki yüz on doqquz manat on dörd qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 897.06 (səkkiz yüz doxsan yeddi manat altı qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 6.356.07 (altı min üç yüz əlli altı manat yeddi qəpik) manat; 10) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 3.154.66 (üç min yüz əlli dörd manat altmış altı qəpik) manat əsas kredit borcunun, 132.26 (bir yüz otuz iki manat iyirmi altı qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 521.62 (beş yüz iyirmi bir manat altmış iki qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 3.808.54 (üç min səkkiz yüz səkkiz manat əlli dörd qəpik) manat; 11) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 8.280.56 (səkkiz min iki səksən manat əlli altı qəpik) manat əsas kredit borcunun, 343.17 (üç yüz qırx üç manat on yeddi qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 1.445.19 (bir min dörd yüz qırx beş manat on doqquz qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 10.068.92 (on min altmış səkkiz manat doxsan iki qəpik) manat; 12) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 14.694.38 (on dörd min altı yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat əsas kredit borcunun, 693.27 (altı yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 2.671.94 (iki min altı yüz yetmiş bir manat doxsan dörd qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 18.059.59 (on səkkiz min əlli doqquz manat əlli doqquz qəpik) manat; 13) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 4.597.44 (dörd min beş yüz doxsan yeddi manat qırx dörd qəpik) manat əsas kredit borcunun, 217.01 (iki yüz on yeddi manat bir qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 725.46 (yeddi yüz iyirmi beş manat qırx altı qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 5.539.91 (beş min beş yüz otuz doqquz manat doxsan bir qəpik) manat; 14) xx.xx.2023-cü il tarixli Kredit sazişi üzrə 2.116.89 (iki min yüz on altı manat səksən doqquz qəpik) manat əsas kredit borcunun, 98.91 (doxsan səkkiz manat doxsan bir qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 320.48 (üç yüz iyirmi manat qırx səkkiz qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 2.536.28 (iki min beş yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat; 15) xx.xx.2024-cü il tarixli Kredit sazişi üzrə 20.669.91 (iyirmi min altı yüz altmış doqquz manat doxsan bir qəpik) manat əsas kredit borcunun, 1.228.91 (bir min iki yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 3.020.03 (üç min iyirmi manat üç qəpik ) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 24.918.85 (iyirmi dörd min doqquz yüz on səkkiz manat səksən beş qəpik) manat; 16) xx.xx.2024-cü il tarixli Kredit sazişi üzrə 7.334.57 (yeddi min üç yüz otuz dörd manat əlli yeddi qəpik) manat əsas kredit borcunun, 433.96 (dörd yüz otuz üç manat doxsan altı qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 1.077.79 (bir min yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 8.846.32 (səkkiz min səkkiz yüz qırx altı manat otuz iki qəpik) manat; 17) xx.xx.2024-cü il tarixli Kredit sazişi üzrə 6.103.14 (altı min yüz üç manat on dörd qəpik) manat əsas kredit borcunun, 363.24 (üç yüz altmış üç manat iyirmi dörd qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 872.63 (səkkiz yüz yetmiş iki manat altmış üç qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 7.339.01 (yeddi min üç yüz otuz doqquz manat bir qəpik) manat; 18) xx.xx.2024-cü il tarixli Kredit sazişi üzrə 21.078.74 (iyirmi bir min yetmiş səkkiz manat yetmiş dörd qəpik) manat əsas kredit borcunun, 1.358.34 (bir min üç yüz əlli səkkiz manat otuz dörd qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 2.771.26 (iki min yeddi yüz yetmiş bir manat iyirmi altı qəpik) manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, cəmi: 25.208.34 (iyirmi beş min iki yüz səkkiz manat otuz dörd qəpik) manat; 19) xx.xx.2023-cü il tarixli Qarantiya müqaviləsi üzrə 0.00 (sıfır manat sıfır qəpik) ABŞ dolları əsas məbləğ borcunun, 7.141.81 (yeddi min yüz qırx bir ABŞ dolları səksən bir sent) ABŞ dolları faiz borcunun, cəmi: 7.141.81 (yeddi min yüz qırx bir ABŞ dolları səksən bir sent) ABŞ dolları; 20) xx.xx.2023-cü il tarixli Qarantiya müqaviləsi üzrə 14.487.07 (on dörd min dörd yüz səksən yeddi ABŞ dolları yeddi sent) ABŞ dollarıəsas məbləğ borcunun, 5.229.24 (beş min iki yüz iyirmi doqquz ABŞ dolları iyirmi dörd sent) ABŞ dollarıfaiz borcunun, cəmi: 19.716.31 (on doqquz min yeddi yüz on altı ABŞ dolları otuz bir sent) ABŞ dolları; ümumilikdə: 159.158.76 (bir yüz əlli doqquz min yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat və 26.858.11 (iyirmi altı min səkkiz yüz əlli səkkiz ABŞ dolları on bir sent)ABŞ doları məbləğində kredit borcunun və 494.82 AZN (dörd yüz doxsan dörd manat səksən iki qəpik) manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun«X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 2, mənzil 4 (yeni qaydada: AZ1008, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148 kv.m. olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin əmlaka görə isə 251.600 AZN (iki yüz əlli bir manat altı yüz) manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zamindən tutulmasının təmin edilməsi, hərracda mənzil «X4 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ABŞ dolları məbləğinə dair hissəsi ödənildiyi üçün həmin hissədə iddia azaldılması xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında həmin iş üzrə barışıq sazişi bağlanmışdır. Barışıq sazişini təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində cavabdehlər ayrı-ayrılıqda məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdilər ki, tərəflər arasında həmin iş üzrə barışıq sazişi bağlanmışdır. Barışıq sazişini təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazışının təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 122.3-cü maddəsinə əsasən Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən iddiaçı "xxxx" QSC (Bank) və digər tərəfdən cavabdehlər “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı, Cavabdeh3 və Cavabdeh1 (bir yerdə Tərəflər) 20 aprel 2021 -ci il tarixdə "xxxx" QSC ilə “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 20210420 Ne-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə kredit münasibətlərindən irəli gələn, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(l 13)-2731/2025 saylı kommersiya iş üzrə aralarındakı mübahisələri qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881, Mülki Prosessual Məcəlləsinin 52,191 və 370-ci maddələrimdə rəhbər tutaraq bu Barışıq Sazişini aşağıdakı şərtlərlə bağlayırlar: 1.“X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı, Cavabdeh3 və Cavabdeh1 "xxxx" QSC-yə, "xxxx" QSC-yə ilə “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 20 aprel 2021-ci il tarixli 20210420 Ne-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə ayrılmış 09 iyun 2023-cü il tarixli 10 Ne-li Kredit sazişi, 05 iyul 2023-cü il tarixli 8 Ne-li Kredit sazişi, 12 iyul 2023-cü il tarixli 9 Ne-li Kredit sazişi, 10 avqust 2023-cü il tarixli 10 Ne-li Kredit sazişi, 19 avqust 2023-cü il tarixli 11 Ne-li Kredit sazişi, 06 oktyabr 2023-cü il tarixli 12 Ne-li Kredit sazişi, 09 oktyabr 2023-cü il tarixli 13 Ne-li Kredit sazişi, 17 oktyabr 2023-cü il tarixli 14 Ne-li Kredit sazişi, 06 noyabr 2023-cü il tarixli 15 Ne-li Kredit sazişi, 07 noyabr 2023-cü il tarixli 16 Ne-li Kredit sazişi, 20 noyabr 2023-cü il tarixli 17 Ne-li Kredit sazişi, 30 noyabr 2023-cü il tarixli 18 Ne-li Kredit sazişi, 08 dekabr 2023-cü il tarixli 19 Ne-li Kredit sazişi, 15 dekabr 2023cü il tarixli 20 Ne-li Kredit sazişi, 15 yanvar 2024-cü il tarixli 21 Ne-li Kredit sazişi, 26 yanvar 2024-cü il tarixli 22 Ne-li Kredit sazişi, 01 fevral 2024-cü il tarixli 23 Ne-li Kredit sazişi və 26 fevral 2024-cü il tarixli 24 Ne-li Kredit sazişləri üzrə yaranmış 04 dekabr 2025-ci il tarixə əsas məbləğ 131.140.72 (bir yüz otuz bir min yüz qırx manat yetmiş iki qəpik) manat, faiz məbləği 29.287.66 (iyirmi doqquz min iki yüz səksən yeddi manat altmış altı qəpik) manat, cərimə məbləği 39.120.65 (otuz doqquz min yüz iyirmi manat altmış beş qəpik) manat, cəmi: 199.549.03 (bir yüz doxsan doqquz min beş yüz qırx doqquz manat üç qəpik) manat kredit borcun və digər xərc (dövlət rüsumu) 494.82 (dörd yüz doxsan dörd manat səksən iki qəpik) manat olmasını qəbul, təsdiq və bəyan edirlər.

2. “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" QSC əsas kredit borcu üzrə 131.140.72 (bir yüz otuz bir min yüz qırx manat yetmiş iki qəpik) manat məbləğində kredit borcunun 36 (otuz altı) ay müddətinə, illik 19 (on doqquz faiz) % və gecikmə gününə hesablanacaq gecikmə faizi 26 (iyirmi altı faiz) % olmaqla ödənilməsi üzrə razıllğa gəlinmişdir. “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı əsas kredit borcunun aşağıdakı qrafıklə ödənilməsini öhdəsinə götürür.

Sıra Əsas Məbləğ Faiz Əsas Məbləğ Aylıq Ödəniş Ödəniş tarixi qalığı

1. 131,140.72 2,145.61 2,661.49 4,807.10 05/Yan/2026

2. 128,479.23 2,034.25 2,772.85 4,807.10 05/Fev/2026

3. 125,706.38 1,990.35 2,816.75 4,807.10 05/Mar/2026

4. 122,889.63 2,010.61 2,796.49 4,807.10 06/Apr/2026

5. 120,093.14 1,838.09 2,969.01 4,807.10 05/May/2026

6. 117,124.13 1,854.47 2,952.63 4,807.10 05/lyn/2026

7. 114,171.50 1,867.97 2,939.13 4,807.10 06/lyl/2026

8. 111,232.37 1,702.47 3,104.63 4,807.10 05/Avg/2026

9. 108,127.74 1,826.16 2,980.94 4,807.10 07/Sen/2026

10. 105,146.80 1,553.84 3,253.26 4,807.10 05/Okt/2026

11. 101,893.54 1,613.31 3,193.79 4,807.10 05/Noy/2026

12. 98,699.75 1,666.93 3,140.17 4,807.10 07/Dek/2026

13. 95,559.58 1,412.16 3,394.94 4,807.10 05/Yan/2027

14. 92,164.64 1,459.27 3,347.83 4,807.10 05/Fev/2027

15. 88,816.81 1,406.27 3,400.83 4,807.10 05/Mar/2027

16. 85,415.98 1,352.42 3,454.68 4,807.10 05/Apr/2027

17. 81,961.30 1,297.72 3,509.38 4,807.10 05/May/2027

18. 78,451.92 1,324.97 3,482.13 4,807.10 07/lyn/2027

19. 74,969.79 1,107.89 3,699.21 4,807.10 05/lyl/2027

20. 71,270.58 1,128.45 3,678.65 4,807.10 05/Avg/2027

21. 67,591.93 1,105.88 3,701.22 4,807.10 06/Sen/2027

22. 63,890.71 977.88 3,829.22 4,807.10 05/Okt/2027

23. 60,061.49 950.97 3,856.13 4,807.10 05/Noy/2027

24. 56,205.36 919.58 3,887.52 4,807.10 06/Dek/2027

25. 52,317.84 800.75 4,006.35 4,807.10 05/Yan/2028

26. 48,311.49 815.93 3,991.17 4,807.10 07/Fev/2028

27. 44,320.32 678.35 4,128.75 4,807.10 06/Mar/2028

28. 40,191.57 615.15 4,191.95 4,807.10 05/Apr/2028

29. 35,999.62 569.99 4,237.11 4,807.10 05/May/2028

30. 31,762.51 502.91 4,304.19 4,807.10 05/lyn/2028

31. 27,458.32 434.76 4,372.34 4,807.10 05/lyl/2028

32. 23,085.98 389.90 4,417.20 4,807.10 07/Avg/2028

33. 18,668.78 275.88 4,531.22 4,807.10 05/Sen/2028

34. 14,137.56 223.84 4,583.26 4,807.10 05/Okt/2028

35. 9,554.30 156.32 4,650.78 4,807.10 06/Noy/2028

36. 4,903.52 75.05 4,903.52 4,978.57 05/Dek/2028 Toplam 42.086.35 131,140.72 173,227.07

3. “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı, hesablanmış cəmi 68.408.31 (altmış səkkiz min dörd yüz səkkiz manat otuz bir qəpik) manat məbləğində faiz borcunun 48.408.31 (qırx səkkiz min dörd yüz səkkiz manat otuz bir qəpik) manat hissəsini aşağıdakı qrafiklə 24 (iyirmi dörd) ay müddətində ödənilməsini qəbul edir.

Sıra Tarix Ödəniş məbləği 1 05/Yan/2026 AZN 2,017.01 2 05/Fev/2026 AZN 2,017.01 3 05/Mar/2026 AZN 2,017.01 4 06/Apr/2026 AZN 2,017.01 5 05/May/2026 AZN 2,017.01 6 05/lyn/2026 AZN 2,017.01 7 06/lyl/2026 AZN 2,017.01 8 05/Aug/2026 AZN 2,017.01 9 07/Sen/2026 AZN 2,017.01 10 05/Okt/2026 AZN 2,017.01 11 05/Noy/2026 AZN 2,017.01 12 07/Dek/2026 AZN 2,017.01 13 05/Yan/2027 AZN 2,017.01 14 05/Fev/2027 AZN 2,017.01 15 05/Mar/2027 AZN 2,017.01 16 05/Apr/2027 AZN 2,017.01 17 05/May/2027 AZN 2,017.01 18 07/lyn/2027 AZN 2,017.01 19 05/lyl/2027 AZN 2,017.01 20 05/Avg/2027 AZN 2,017.01 21 06/Sen/2027 AZN 2,017.01 22 05/Okt/2027 AZN 2,017.01 23 05/Noy/2027 AZN 2,017.01 24 06/Dek/2027 AZN 2,017.01 Toplam AZN 48,408.31

4. "xxxx" QSC bu Sazişin 2-ci bəndində qeyd olunan əsas və bu Sazişin 3-cü bəndində göstərilən faiz borcu məbləği tam və vaxtında ödənildikdən sonra 20.000 (iyirmi min) manat faiz borcunun güzəşt olunmasını qəbul edir.

5. “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı 494.82 (dörd yüz doxsan dörd manat səksən iki qəpik) manat məbləğində digər xərcin (dövlət rüsumu) bu Sazişin 2-ci və 3-cü bəndi bu razılaşmanın şərtlərinə müvafiq olaraq vaxtında icra edildiyi təqdirdə 05 dekabr 2028-ci il tarixdə ödənilməsini öhdəsinə götürür.

6. Bu Sazişin 2-ci və 3-cü bəndində qeyd olunan borc məbləği razılaşdırılmış şərtlərə müvafiq olaraq Banka ödənildiyi təqdirdə təminat qismində çıxış edən müvafiq ipotekaya və zaminliyə xitam verilir (xitam veriləcəkdir).

7. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borc verən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zamindən) tələb edilməsi hüququna malik olacaqdır.

8. “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı “X4 Azərbaycan” QSC-yə Szişin 2-ci və 3-cü bəndi üzrə razılaşdırılmış şərtlərə müvafiq olaraq ödəyənədək kredit müqaviləsi üzrə təminat qismində çıxış edən ipoteka (ipoteka müqaviləsi) qüvvəsində qalır (hüquqi qüvvəsini saxlayır) və həmin ipoteka pretmeti (ipoteka predmetləri); - Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 2, mənzil 4 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 75, M2, m4, ümumi sahəsi 148 kv.m, olan mənzil üzərində də, “İddiaçı”nın xeyrinə mövcud olan ipoteka yüklülüyü bu Barışıq Sazişi üzrə öhdəliklər tam icra edilənədək qüvvədə qalacaqdır.

9. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borcverən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zaminlərdən) tələb edilməsi ilə yanaşı, həmçinin tutmanı ipoteka predmeti olan yuxarıda qeyd edilən ipoteka predmetlərinə yönəltmək və onların məhkəmə kimi başqa prosedurlar tələb edilmədən elektron hərracda 310.000 (üç yüz on min) manat bazar dəyəri olmaqla satılmasını tələb etmək hüququna malik olacaqdır.

10. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada müəyyən edilmiş borc ödənilmədiyi təqdirdə hər hansı bir məhkəmə prosesi tələb edilməyəcəkdir və borcun məcburi qaydada alınıb “İddiaçı”ya ödənilməsi (tutmaların ipoteka premetlərinə yönəldilərək açıq hərracda satılması prosesi daxil olmala) işləri buna dair verilən müvafiq icra vərəqəsi əsasında həyata keçiriləcəkdir ki, ipoteka predmetləridə satıldıqdaValındıqda cavabdehlər (ipoteka qoyanlar) onların 1 (bir) ay ərzində boşaldaraq təhvil verilməsini təmin edəcəklər.

11. Tərəflər razılaşırlar ki, cavabdeh (“Zamin”) Cavabdeh3 “İddiaçı” qarşısında “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının borcunun vaxtında və lazımı qaydada qaytarılması (ödənilməsi) üzrə öhdəlikləri üçün zamin olaraq birgə (müştərək) qaydada məsuliyyət daşımaları üzrə zaminliklə bu Barışıq Sazişinə görə öhdəliklər “İddiaçı” (Borcverən) qarşısında tam icra edilənədək qüvvədə qalacaqdır.

8. Cavabdeh (“Borc alan”) “X1 X3 X2 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı İddiaçı (“Borc verən”) "xxxx" QSC - yə bu sazişin 2-ci və 3-cü bəbdində qeyd olunan kredit borcunu bu saziş üzrə şərtlərə müvafiq olaraq ödəyib bitirdiyi gün kredit üzrə ipoteka və zaminliyə xitam verilir, borcluya, ipoteka qoyana və zaminə 3 (üç) iş günündən gec olmayaraq bunu təsdiq edən yazılı, imzalı və möhürlü sənəd verilir.

9. Tərəflərdən biri bu sazişin şərtlərini pozduğu və nəticədə kredit borcu üzrə 2 (iki) ay müddətində gecikmə yaranarsa bu halda, digər tərəfin müvafiq məhkəməyə müraciət edərək, bu saziş (onu təsdiq edən qərardad) əsasında icra sənədi verilməsini tələb etmək hüququ vardır.

10. Tərəflər razılaşırlar ki, cavabdehlər hazıki Barışıq Sazişi ilə üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etmədiyi təqdirdə, “İddiaçı”nın kredit müqaviləsi üzrə həmin tarixə mövcud olan (hesablanan) borc məbləğlərini (əsas borc, hesablanmış faiz və cərimə daxil olmaqla) və 494.82 (dörd yüz doxsan dörd manat səksən iki qəpik) manat digər xərc (dövlət rüsumu) cavabdehlərdən (borclu və zaminlərdən) müştərək (birgə) qaydada tələb etmək, həmçinin iddiaçının xeyrinə yüklü edilmiş ipoteka predmetləri hesabına tutma yönəltməklə ödətdirmək hüququ yaranır.

11. Tərəflər bu Banşıq Sazişini imzalamaqla Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəmədə özləri və ya səlahiyyətli nümayəndələri vasitəsi ilə iştirak etməyi öz öhdələrinə götürürlər, əksi təqdirdə Tərəflər arasında əldə edilmiş razılıqlar qüvvəsini itirir.

12. Bu banşıq sazişi tərəflərdə və məhkəmədə saxlanılmaqla eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərdib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar