Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2733/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, "xxxx" MMC, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, mediasiya xərcinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2 MMC-dən və X1 İddiaçı ASC-nin xeyrinə 25309,52 manat əsas, 4181,02 manat faiz, cəmi 29490,54 manat borc, həmçinin mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə 125000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Zaminlik Müqavilələrinə əsasən "xxxx" MMC Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək X2 və Cavabdeh2 MMC "xxxx" MMC-yə zamin durmuşlar. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixinə əsas borcu 25309,52 manat, faiz borcu 4181,02 manat, cəmi 29490,54 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdehlər götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında tələbin tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etsə də, hazırda cavabdehlərin banka 12154,10 manat məbləğində borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X5 izahatında ilkin tələbi qəbul etmədiyini, cavabdehin banka 12154,10 manat əsas borc və 400 manat mediasiya xərci borcunun olduğunu bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 001-KRM-077-2019 nömrəli İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC "xxxx" MMC-yə 36 ay müddətinə illik 22 % ödəmək şərti ilə 125000 manat məbləğində kredit verir. xx.xx.2020-ci il tarixli 01 nömrəli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC xx.xx.2019-cu il tarixli İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və "xxxx" MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli 001-KZM-078-2019 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və "xxxx" MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli 9/4861 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 25309,29 manat əsas borc, 3840,69 manat faiz borcu, xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə illik 5 % hesablanmaqla "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 25309,29 manat əsas borc 4051,60 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 25309,29 manat əsas borc, 4571,85 manat faiz borcu müəyyən olunur. Tədqiqatın dəyəri 145 manatdır. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və X1 12154,10 manat əsas borc, həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 145 manat məbləğində xərc cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və X1 12154,10 manat əsas borc, həmçinin mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 145 manat məbləğində xərc cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2733/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2733/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver