Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2734/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 İstismar İdarəsinin Kürdəmir XS-i üzrə rəis müavini Elşən Rəhimov tərəfindən tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir, belə ki, “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə məhkəmədə baxılmalıdırsa, “28 dekabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi” tələbinə sözügedən akt hüquqi nəticə yaratmadığına görə həmin tələblərə məhkəmədə baxılmalı deyil. Həmçinin məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçı akt əsasında hesablanmış borcun silnməsini xahiş etsə də, hansı məbləğdə borcun silinməsini qeyd etməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, cavabdehə qarşı kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblə (silinəsi borcun məbləği dəqiq göstərilməlidir) yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2734/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2734/2023
05.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver