Məhkəmə qərarları › İş №e-2-2(113)-2739/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2739/2025

21.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2739/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonent saldosu, qanunsuz qoşulma, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının abonent kartından 9562 manat həcmində borcun silinməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarındda bağlanılmış 072634 saylı müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hazırda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X5) tərəfindən İddiaçınə içməli su satılır və tullantı suların axıdılması xidməti göstərilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 tərəfindən 03 oktyabr 2024-cü il tarixində İddiaçınə 539523 saylı xəbərdarlıq ünvanlanaraq 9562 manat həcmində borcun ödənilməsi tələb edilmişdir. Xəbərdarlığı qəbul etdikdən sonra İddiaçı MTK tərəfindən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X6 müraciət edilmiş, MXD- 2935 saylı, 04 may 2017-ci il tarixli “İnventar aktı”və onun qoşmalarını əldə edilmişdir. Həmin günə kimi İddiaçı içməli sudan qeyri-qanuni istifadəyə və tullantı sularının axıdılması xidmətinə görə borcu olduğundan xəbəri olmamışdır. Həmin sənədləri aldıqdan sonra məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları 04 may 2017-ci il tarixində obyektin nümayəndəsinin iştirakı olmadan İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 14 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasına baxış keçirmiş və güya 2052 m³ miqdarında 4056,78 manat dəyərində içməli sudan qeyri-qanuni istifadə edilməsi, 2794 m³ midarında 2729,79 manat dəyərində tullantı sularının axıdılması və 2794 m³ midarında 2729,79 manat dəyərində tullantı sularının axıdılması nəticəsində "xxxx" ASC-yə cəmi 9516,36 manat ziyan vurulması müəyyən edilmişdir. Bunun nəticəsi olaraq həmin əməkdaşlar tərəfindən MXD-2935 saylı, 04 may 2017-ci il tarixli “inventar aktı” tərtib edilmişdir. Həmin “inventar aktı”-da “obyektin nümayəndəsi” qrafasında sadəcə olaraq “Bəxtiyar” yazılmış və qarşısında heç bir imza mövcud deyildir. İddiaçı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X3rşısında heç bir borc öhdəliyi mövcud deyildir. Əks təqdirdə 04 may 2017-ci il tarixindən sonra "xxxx" ASC İddiaçı MTK barəsində qanunamüvafiq tədbirlər görərdi.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi E.İsgəndərov iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən iddiaçı barəsində 2017-ci ilin 04 may tarixində akt tərtib edilmiş, həmin akt əsasında iddiaçıya 9562 manat borc yazılmışdır. Aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MXD-2935 saylı invertar aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 14 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasına baxış keçirilməsi nəticəsində 2 ədəd diametri 25 mm olan boru vasitəsilə qurunt suyunun qeyri-qanuni olaraq kanalizasiya şəbəkəsinə axıdılması halı aşkar edilmişdir.

8. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, MXD35 nömrəli akt üzrə itirilmiş su hesabatlarına əsasən iddiaçıya 9562 manat borc hesablanmışdır.

9. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2017-ci ildə su borcu 2052 manat, çirkab borcu 2052 manat və qrunt su borcu 5458 manat olmaqla iddiaçıya cəmi 9562 manat məbləğində borc hesablanmışdır.

10. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sahəyə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan və kanalizasiya xəttindən qeyri-qanuni istifadə halları müəyyən olunmuşdur.

12. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları (video, fotoşəkillər və sairə) məhkəməyə təqdim edə bilməmişdir.

13. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, MXD35 nömrəli aktlara münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə və tullantı sularının qanunsuz axıdılması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

14. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

15. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

16. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

17. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

19. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

20. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

21. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

22. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

23. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

24. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 9562 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 9562 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MTK-ya əsassız olaraq hesablanmış 9562 (doqquz min beş yüz altmış iki) manat borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 həvalə edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar