Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-275/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 20/37 saylı alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 81089,56 manat əsas borcun, 40544,78 manat cərimənin, 5068,10 manat faiz borcunun, 400 manat mediasiya xərclərinin, 17 manat ödənilmiş dövlət rüsumunun, cəmi 127119 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını vəsatışını həyata keçirir. 10 avqust 2020-ci il tarixində İddiaçı ilə Cavabdeh MMC arasında 20/37 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-ə malları satmağı, cavabdeh isə müqavilənin 5.1.1-ci maddəsinə əsasən malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə, yənimüqavilə bağlandıqdan etibarən hər ay bərabər bölünməklə 3 aydan gec olmamaq şərtilə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların dəyəri 81089,56 manat olduğu halda, cavabdeh bu məbləğdən ödəniş etməmiş, 81089,56 manat borc bu günə qədər ödənilmiş olaraq qalmışdır. Qeyd olunan borcla bağlı tərəflər arasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli üzləşmə aktları bağlanılmış və 81089,56 manat məbləğində borcun mövcudluğu təsdiq edilmişdir. Bu müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 40544,78 manat təşkil edir. Bundan əlavə, Mərkəzi Bankın xx.xx.2020-ci il tarixindən etibarən 6,25% uçot faiz dərəcəsi müəyyən etmişdir. Buna əsasən, cavabdehin bizə ödəməli olduğu faizin məbləği 5068,10 manat təşkil edir. Beləliklə, Cavabdeh MMC-in İddiaçınə ödəməli olduğu borc məbləğinin həcmi 126702,44 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq faiz borcunu AR Mülki Məcəlləsinin 439.3cü maddəsinə əsasən tələb edildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10 avqust 2020-ci il tarixli 20/37 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-ni mütəmadi olaraq bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin edir, Cavabdeh MMC isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini İddiaçı MMC-yə ödəyir. Müqavilənin 5.3-cü maddəsinə əsasən ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 nömrəli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 81089,56 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli 344 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 18 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC alınan mallara görə 81089,56 manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 81089,56 manat əsas borc, 400 manat mediasiya xərci və 17 manat ödənilmiş dövlət rüsumu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcu hissəsi ilə bağlı isə qeyd edir ki, həmin tələb AR Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən tələb edildiyinə görə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək hesablanmış borc azaldılaraq 3910,44 manat hissədə təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 81089,56 manat əsas borc və 3910,44 manat cərimə cəmi 85000 manat, həmçinin 400 manat məbləğində mediasiya xərci və 17 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 81089,56 manat əsas borc və 3910,44 manat cərimə cəmi 85000 manat, həmçinin 400 manat məbləğində mediasiya xərci və 17 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-275/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-275/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver