Məhkəmə qərarları › İş №e-2-2(113)-2752/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2752/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2752/2021 02.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə "xxxx" MMC 01 oktyabr 2015- ci il tarixli kredit müqaviləsi üzrə banka 9328,70 ABŞ dolları əsas, 169.178,84 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 33556,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 319.493,34 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə "xxxx" MMC 01 oktyabr 2015- ci il tarixli kredit müqaviləsi üzrə banka 9328,70 ABŞ dolları əsas, 169.178,84 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 33556,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 319.493,34 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Abşeron rayonu, Masazır kəndi, R.Dünyamalıyev küçəsində yerləşən, 6 otaqlı, 315.9 kv.m ümumi, 165.2 kv.m yaşayış, 117.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməyini məhkəmə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmələri kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar