Məhkəmə qərarları › İş №e-2-2(113)-2754/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2754/2025

19.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2754/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim olunması, səhmdar cəmiyyəti, ümumi yığıncağın qərarı, protokol, maliyyə, mediasiya xərci) X2 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən - Cavabdeh ASC-nin nizamnaməsi, Cavabdeh ASC-nin 2019-2020-2021-2022-2023-2024-cü illər üzrə Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətləri, Cavabdeh ASC-nin 2019-2020-2021-2022-2023- 2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətləri, Cavabdeh ASC-nin Emissiya prospektinin surəti, Cavabdeh ASC-nin 2018-2019- 2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri, Cavabdeh ASC-nin 2018-2019-2020-2021-2022- 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışı, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsində tikilən hündür mərtəbəli yaşayış kompleksinin (fiziki və ya hüquqi şəxslərə) kimə aid olması haqqında yazılı arayışı, Cavabdeh ASC tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqləyərək Cavabdeh ASC tərəfindən iddiaçıya təqdim edilməsini və 200 (iki yüz) manat məbləğində ödənilən dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

1. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçılar xx.xx.2025-ci il tarixli depo hesabından çıxarışlara əsasən Cavabdeh ASC-nin səhmdarlarıdırlar. İddiaçı2 və İddiaçı1 xx.xx.2025-ci il tarixdə Cavabdeh ASC-dən ASC-dən iddia tələbində göstərilən sənədlərin təqdim edilməsini xahiş etmişlər. Cavabdeh ASC-yə ünvanladıqları müraciətlərləri poçt vasitəsilə göndərmələrinə baxmayaraq cavabdehin köçdüyü və həmin ünvanda olmadığı qeyd edilmişdir. Cavabdehə ünvanladıqları müraciətləri geri qayıtmasına dair poçt tərəfindən təqdim edilmiş sənədlər məhkəməyə təqdim olunur. İddiaçı2 xx.xx.2025-ci il tarixdə, İddiaçı1 xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə Cavabdeh ASC-yə yenidən müraciət etmişlər. Cavabdeh ASC-yə müraciət etmələrinə baxmayaraq Səhmdar cəmiyyəti müraciətlərinə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin səhmdarlara təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər onlara təqdim edilməmişdir. Bildirilir ki, Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə onlara verilən bir sıra hüquqları, o cümlədən Mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.

2. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 99.1, 102.4, 106-cı maddələri göstərilmişdir.

3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki- Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsini xahiş etdi. Digər İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdi.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri sonuncunun və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki-Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Sənədlərin təqdim edilməsi tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

8. İş materiallarında olan Cavabdeh ASC-nin 0107-P292-47683 № ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınan nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 79.664 manata bərabər tutulan 995800 ədəd adi, adlı, sənədsiz səhmdir. Hər bir səhmin qiyməti 0,08 manatdır (7.1-ci bənd). Cəmiyyətin səhmdarları Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Emitentdə göstərilən şəxslərdir (3.1).

9. İş materiallarında olan qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2025-ci il tarixə olan çıxarışdan görünür ki, qeydiyyat sənədinin nömrəsi 0107-P292-47683 olan emitentin (Cavabdeh ASC-nin) buraxdığı qiymətli kağızlar dövlət qeydiyyat nömrəsi AZ**********, nominal dəyəri 0.08 manat olan 995800 ədəd adi adlı səhmdən ibarətdir və yerləşdirilməmiş, geri satın alınmış səhmi yoxdur. Həmçinin görünür ki, səhmlərin 640 ədədi (0,0643%) İddiaçı1, 320 ədədi (0,0321%) İddiaçı2 mülkiyyətindədir.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçılar cavabdehə müraciət edərək ASC-nin nizamnaməsini, Cavabdeh ASC-nin 2019-2020- 2021-2022-2023-2024-cü illər üzrə Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətlərini, Cavabdeh ASC-nin 2019-2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərini, Cavabdeh ASC-nin Emissiya prospektinin surətini, Cavabdeh ASC-nin 2018-2019-2020-2021-2022-2023- 2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərini, Cavabdeh ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısını, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışını, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsində tikilən hündür mərtəbəli yaşayış kompleksinin (fiziki və ya hüquqi şəxslərə) kimə aid olması haqqında yazılı arayışı, Cavabdeh ASC tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqləyərək Cavabdeh ASC tərəfindən iddiaçıya təqdim edilməsini xahiş etmiş, müraciət məktubu cavabdehin həmin ünvanda yaşamadığı göstərilməklə geri qaytarılmışdır. İddiaçı2 xx.xx.2025-ci il tarixdə, İddiaçı1 xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə Cavabdeh ASC-yə yenidən müraciət etmişlər. Cavabdeh ASC-yə müraciət etmələrinə baxmayaraq Səhmdar cəmiyyəti müraciətlərinə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin səhmdarlara təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər onlara təqdim edilməmişdir.

11. Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh ASC-nin nizamnamə kapitalı 79664 manata bərabər tutulan 995800 ədəd adi, adlı, sənədsiz səhmdən ibarətdir, iddiaçılar Cavabdeh ASC-nin səhmdarlarıdırlar və ASC-də ümumilikdə 21806 ədəd (2.19%) adi adlı səhmləri vardır. Həmin səhmlərdən 14478 ədədi (1,4539%) İddiaçı1, 7328 ədədi (0,7359%) İddiaçı2 mülkiyyətindədir.

12. İddiaçılar bildirir ki, Cavabdeh ASC-nin səhmdarları olsalar da, bu günə qədər onlara ASC-nin fəaliyyətindən əldə edilmiş xalis mənfəətindən dividend ödənilməmişdir. ASC-nin idarə heyəti tərəfindən onların hüquqları kobud şəkildə pozulmaqda davam etdirilir, ASC-nin fəaliyyətindən əldə edilmiş, lakin bölüşdürülməmiş xalis mənfəət ümumi yığıncağın qərarı olmadan qanunsuz olaraq sərf edilir, ona görə də öz qanuni hüquqlarını həyata keçirmək üçün Cavabdeh ASC-dən ASC-nin nizamnaməsinin, ASC-nin 2019- 2020-2021-2022-2023-2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2019-2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2018- 2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ASC-nin yerləşdiyi torpaq sahəsində tikilən hündür mərtəbəli yaşayış kompleksinin (fiziki və ya hüquqi şəxslərə) kimə aid olması haqqında yazılı arayışın, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla onlara təqdim edilməsi zəruridir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır.

19. Belə ki, Mülki Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

20. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.

21. Həmin Məcəllənin 107-5.3 və 107-6.3-cü maddələrinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.

22. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər.

23. Cavabdeh ASC-nin Nizamnaməsinin 9.3-cü bəndinə əsasən səhmdarların cəmiyyətin idarə edilməsində iştirak etmək (9.3.1), qanunvericilikdə müəyyən olunmuş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq (9.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (9.3.5) hüquqları vardır.

24. Hazırkı iş üzrə iddiaçılar Cavabdeh ASC-nin səhmdarları kimi xx.xx.2025-ci il tarixdə yazılı müraciət edərək Cavabdeh ASC-dən ASC-nin nizamnaməsinin, ASC-nin 2019-2020-2021-2022-2023-2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2019-2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ASC-nin yerləşdiyi torpaq sahəsində tikilən hündür mərtəbəli yaşayış kompleksinin (fiziki və ya hüquqi şəxslərə) kimə aid olması haqqında yazılı arayışın, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla onlara təqdim edilməsini tələb etmiş, (məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuş) cavabdehə çatdırılmış, lakin həmin sənədlər onlara təqdim edilməmişdir.

25. Qanunvericiliyin tələbindən və ASC-nin nizamnaməsindən göründüyü kimi, səhmdar cəmiyyətinin göstərilən sənədlərin surətini tələb etmək hüququ birbaşa və,ya...təsbit olunmuş, göstərilən sənədlərin ona təqdim edilməsi vəzifəsi müəyyən olunmuşdur. Həmçinin səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməsi vəzifəsi və səhmdarların ümumi yığıncağının qərarından səhmdarın məhkəməyə şikayət vermək hüququ qanunvericilikdə əks olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar ümumi yığıncaqlarının protokollarının və qərarlarının və digər sənədlərin təsdiq olunmuş surətlərini onlara təqdim edilməsini tələb etməkdə haqlıdırlar.

26. Bundan başqa, Mülki Məcəllədə və ASC-nin nizamnaməsində səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ birbaşa təsbit olunmuşdur. Həmçinin Mülki Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir; 106- 1.3.2-ci maddəsinə əsasən Səhmdar Cəmiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar alması, ildə 1 (bir) dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olması üçün səhmdarlarına şərait yaratmalıdır; 106-1.3.8-4.-cü maddəsinə əsasən bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüququ vardır; 107-5.4-cü maddəsində səhmdarların elə hüquqları təsbit olunmuşdur ki, bir qisim hüquqların realizə olunması ASC-nin mühasibat-maliyyə sənədlərindən əldə olunan məlumatlar əsasında öz hüquqlarını və qanunla nəzərdə tutulmuş vəzifələrinin həyata keçirilməsi üçün ASC-nin fəaliyyətinə dair məlumatlar əldə etmək üçün iddia tələbində göstərilən sənədlərin təsdiq olunmuş surətlərinin onlara təqdim edilməsini tələb etməkdə haqlıdırlar.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC-dən ASC-nin nizamnaməsinin, ASC-nin 2019-2020-2021-2022- 2023-2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2019- 2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2018-2019-2020- 2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, ASC-nin yerləşdiyi torpaq sahəsində tikilən hündür mərtəbəli yaşayış kompleksinin (fiziki və ya hüquqi şəxslərə) kimə aid olması haqqında yazılı arayışın, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 təqdim edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

28. İddiaçı tərəfindən məhkəməyə müraciət edərkən 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

31. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 200 manat pul cavabdehdən tutularaq müştərək qaydada iddiaçılara ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh ASC-dən - Cavabdeh ASC-nin nizamnaməsi, Cavabdeh ASC-nin 2019-2020- 2021-2022-2023-2024-cü illər üzrə Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətləri, Cavabdeh ASC-nin 2019-2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətləri, Cavabdeh ASC-nin Emissiya prospektinin surəti, Cavabdeh ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri, Cavabdeh ASC-nin 2018-2019-2020-2021-2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışı, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsində tikilən hündür mərtəbəli yaşayış kompleksinin (fiziki və ya hüquqi şəxslərə) kimə aid olması haqqında yazılı arayışı, Cavabdeh ASC tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqləyərək Cavabdeh ASC tərəfindən iddiaçıya təqdim edilsin. 200 (iki yüz) manat məbləğində ödənilən dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar