Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-276/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 62410,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 06/22-343 olan Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 62410,11 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MTK-yadəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 62410,11 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatımüəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» xx.xx.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. “xxxx” ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Daha sonra iddiaçı “xxxx” ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 68791,29 manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxx 2020-ci il tarixli “Enerjitəchizatı müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə birtipli” müqavilədən görünür ki, enerjitəzhizatı müəssisəsi - “xxxx” ASC ilə abonent - Cavabdeh MTK arasında olan razılığa əsasən 1 kVts aktiv elektrik enerjisi üçün 0,09 manat məbləğində müəyyən edilməklə enerjitəzhizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak etdiyi elektrik enerjisini elektrik sayğacının göstəricisinə uyğun olaraq enerjitəzhizatı müəssisəsi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqaviləni abonent Cavabdeh MTK-nın adından L.Nəsirov adlı şəxs imzalamışdır. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 57/180 nömrəli maliyyə arayışından görünür ki, abonent kodu 06/22-343 olan Cavabdeh Mənzil Tikinti Kooperativinin sərf etdiyi elektrik enerjisinə görə 2014-cü il tarixinə (2015-ci il üçün qalıq) qalıq borcu 768,04 manat, 2015-ci il tarixinə borcu 46848 manat, həmin dövrdə 46703 manat ödəniş etməklə qalıq borcu 913,04 manat, 2016-cı il üzrə borcu 56289,15 manat, həmin il üzrə 51313 manat ödəniş etməklə, qalıq borcu 5889,19 manat olmuş, 2017-ci il üzrə borcu 97159,32 manat, həmin il üzrə 86986 manat ödəniş etməklə qalıq borcu 16062,51 manat olmuş, 2018-ci il üzrə borcu 80151,22 manat, həmin il üzrə 57919 manat ödəniş etməklə qalıq borcu 38294,73 manat olmuş, 2019-cu il üzrə borcu 58119,03 manat, həmin il üzrə 42384 manat ödəniş etməklə qalıq borcu 54029,75 manat olmuş və 2020-ci il üzrə borcu 53199,54 manat, həmin dövr üzrə 38438 manat ödəniş etməklə yekun qalıq borcu 68791,29 manat təşkil edir. “xxxx” ASC tərəfindən təqdim edilmiş müxtəlif dövrləri əhatə edən “xxxx” ASC-nin möhürü ilə təsdiq edilmiş arayışların surətindən görünür ki, abonent kodu 06/22-343 olan Cavabdeh Mənzil Tikinti Kooperativinin sərf etdiyi elektrik enerjisinə görə 2015-2020-ci illərdə hər ay elektrik enerjisi sərf etməklə edilmiş ödənişləri nəzərə almaqla xx.xx.2020-ci il tarixə qalıq borcu 68791,29 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə tədiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. İş məhkəmədə araşdırılarkən müəyyən edilmişdir ki, “xxxx” ASC Cavabdeh Mənzil Tikinti Kooperativindən 2015-ci il tarxindən 2020-ci il tarixinədək olan dövr üçün istifadə edilmiş elektrik enerjisinə görə borcun ödənilməsi tələb etsə də, iddiaçı məhkəməyə elektrik enerjisinin alqı-satqısı barədə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləni təqdim etmiş, əvvəlki illər üçün heç bir sənəd təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqdim edilən müqavilə mötəbər sübut kimi qiymətləndirilə bilməz, belə ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin direktoru X3 olduğu halda, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədə abonent Cavabdeh Mənzil Tikinti Kooperativinin adından L.Nəsirov adlı şəxs imza atmış, sonuncunun isə həmin müqaviləni imzalamaq səlahiyyətinin olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin həmin müqavilə cavabdehin möhürü ilə təsdiq edilməmişdir. Göründüyü kimi 2015-2020-ci illər ərzində sərf edilmiş elektrik enerjisinə görə cavabdehliyi məhz Cavabdeh MTK-nın daşıması barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh MTK-dan istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 68791,29 manat manat borc tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 68791,29 manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 68791,29 manat manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-276/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-276/2021
30.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver