Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-276/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 İB və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:ziyan) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh1- İBnin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 İB və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 İB və "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və Cavabdeh1dən birgə qaydada 18964 manat, Cavabdeh1 İB-dən 193791 manat barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus istixanada qaz sızmasından partlayış baş vermiş, nəticədə istixananın ərazisində yerləşən ümumi sahəsi 120 kv.metr olan qazanxana yanğının təsirinə məruz qalmışdır. Baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılıb və 04 İyun 2024-cü il tarixdə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-3/347 saylı rəyinə əsasən, qaz tənzimləyicisinin alt hissəsində vintlərlə birləşmə sahəsinin üzərində zədələr vardır. Həmin zədələr yüksək təzyiq nəticəsində yaranmağa xarakterik aralanma, əyilmə, sınma zədələridir. Təyin edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/713 saylı rəyinə əsasən, partlayış nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qazanxana binasına tikinti üzrə dəymiş ziyan 18964 manatdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/652 saylı rəyinə əsasən, əmtəə üzrə dəymiş ziyan 193791 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli10/673 saylı rəyinə əsasən, Bəhrə-2010 MMC-yə məxsus istixana kompleksinin qazanxanasında baş vermiş partlayışın mənbəyi qazanxananın daxilində olmuşdur. Partlayış qazanxanaya daxil olduqda üzbəüz divarın qarşısında yerləşən sol tərəfdən birinci istilik qazanının forsunkasına qoşulmuş qaz xəttinin üzərində olan qaz tənzimləyicisinin aralanmış hissəsindən sızan qazın qazanxananın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar “Qaz təchizatı haqqında” qanunun 6-2 maddəsinin və “Qazdan istifadə qaydaları”nın 3.1.2, 3.1.8, 3.1.9, 3.3.1, 3.3.6, 3.3.7 bəndlərinin tələbləri pozulmuşdur. Qaz paylayıcısı tərəfindən istixananın qaz avadanlıqlarına müayinənin həyata keçirməsi və istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin edilmədiyinə görə “Qaz təchizatı haqqında” qanunun 6-2 maddəsinin və “Qazdan istifadə qaydaları”nın 3.1.2, 3.1.8, 3.1.9 bəndlərinin tələbləri Cavabdeh1 İB tərəfindən, istixananın qaz qurğularında rejim-sazlama işlərinin aparılması, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə “Qazdan istifadə qaydaları”nın 3.3.1, 3.3.6, 3.3.7 bəndlərinin tələbləri istehlakçı tərəfindən pozulmuşdur. 13 Aprel 2023-cü il tarixdə Cavabdeh2 ASC ilə “Daşınmaz əmlakın icbarı sığorta” müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən sığorta məbləği 221141 manat müəyyən olunub. Tikinti üzrə dəymiş ziyan (18964 manat) hər iki cavabdehdən birgə qaydada, əmtəə üzrə dəymiş ziyan (193791 manat) isə cavabdeh Azəriqaz İB tərəfindən bizə ödənilməlidir. İddiaçı həm tikinti həm də əmtəə üzrə dəymiş ziyanın ödənilməsi üçün pretenziya qaydasında 10 İyun 2024-cü il tarixdə cavabdehlərə müraciət edib, lakin indiyədək ziyanın ödənilməsinə dair müsbət cavab almayıb.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hesablanmış 193791 manat ziyanın Cavabdeh1 İB-dən, 18464 manat ziyanın cavabdeh "xxxx" ASC-dən və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 503 manat pulun cavabdehlər "xxxx" ASC və Cavabdeh1dən birgə qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Cavabdeh1 İB-nin nümayəndəsi məhkəmə iclasında izahatında iddia ərizəsinə etiraz edib,təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 İB tərəfindən hər bir istehlakçı sayğacın göstəricilərinə uyğun olaraq təbii qaz ilə təchiz olunur.Belə ki, əgər tərəflərindən yüksək təzyiqdə qaz verilsə idi o zaman sayğac da yararsız vəziyyətə düşərdi.
6. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. BB seriyalı 806629 saylı Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən Abşeron rayonu,Masazır qəsəbəsi,Zəngilan şəhərciyi arxasında yerləşən "xxxx" MMC "xxxx"ASC tərəfindən sığortalanmışdır.
11. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 20 yanvar 2024-ci il tarixde saat 04 radelerinde Abgeron rayonu, Masaztr qesebesinde yerləşən "xxxx" MMC-yə məxsus istixanada bag vermiş partlayış hadisəsi ile elaqedar "Azəriqaz" lstehsalat Birliyinin müvafiq funksiyalarının yerine yetirməli olan əməkdaşlarının əməllərinde cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması redd edilməsi qərara alınmışdır.
12. "xxxx" MMC (“sifarişçi”) ilə "xxxx" MMC (“icraçı”) arasında xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi imzalamışdır.
13. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı öz riski ilə ildə 1 (bir) dəfə Sifarişçinin Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən qaz qurğularının istilik-texniki (rejim) sazlanmasını, avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanmasını, köməkçi avadanlıqların sazlanmasını, əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlanması işlərini həyata keçirir. Sifarişçi həmin xidmətə görə haqq ödəyir.
14. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Baxış zamanı qaz qurğularının istilik-texniki(rejim) sazlanması, avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanması, köməkçi avadanlıqların 'sazlanması, əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanması işləri həyata keçirilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7710 saylı ekspert rəyinə əsasən İstehlakçının qaz təsərrüfatı qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin edilmədiyinə və istixananın qaz avadanlıqlarına müayinələr keçirilmədiyinə görə «Qazdan istifadə Qaydaları»nın 3.1.2, 3.1.8, 3.1.9 bəndlərinin və «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-2 maddəsinin tələbləri Cavabdeh1 müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur.“Bəhrə 2010“ MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixana kompleksinin qaz avadanlıq və qurğularının texniki cəhətdən saz vəziyyətdə olması təmin edilmədiyinə görə «Qazdan istifadə Qaydaları»nın 3.3.1, 3.3.6, 3.3.7 bəndlərinin tələbləri istixananın qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxslər tərəfindən pozulmuşdur (xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən keçirilmiş baxış və sınaq zamanı qaz sızmasının baş verdiyi tənzimləyici klapanda mövcud olmuş nasazlığın, hansı səbəbdən vaxtında aşkar edilməməsinə məhkəmə tərəfindən qiymət verilə bilər.) Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 19 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, “Bəhrə- 2010 MMC-yə məxsus istixana kompleksinin qazanxanasında baş vermiş Partlayış nəticəsində, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC -nin xx.xx.2024-cu tarixi, qusur aktına əsasən, partlayış nəticəsində yanaraq istifadəyə yararsız hala düşmüş yanmamışdan əvvəl normal bazar qiyməti ilə dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən 193791 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
18. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “X3” - 3.1-ci bəndinə əsasən Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: - 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; - 3.1.8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq müayinəni həyata keçirməli; - 3.1.9. qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirməli; - 3.3. Sənaye qaz qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları yerinə yetirməlidirlər: - 3.3.1. qaz qurğularının istismarı prosesində 3 (üç) ildə bir dəfədən az olmayaraq, aşağıdakı rejim-sazlama işlərinin aparılmasını: - 3.3.6. əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını; - 3.3.7. əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı;
20. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir. Vİ.Məhkəmənin mövqeyi:
21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, işin mübahisəsiz hallarına əsasən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus istixanada qaz sızmasından partlayış baş vermiş, nəticədə istixananın ərazisində yerləşən ümumi sahəsi 120 kv.metr olan qazanxana yanğının təsirinə məruz qalmış, BB seriyalı 806629 saylı Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən Abşeron rayonu,Masazır qəsəbəsi,Zəngilan şəhərciyi arxasında yerləşən "xxxx" MMC "xxxx"ASC tərəfindən sığortalanmışdır. Məhkəmənin hazırlıq iclasında cavabdeh "xxxx"ASC-ni səklahiyyətli nümayəndəsi onlara qarşı yönəldilmiş 18464 manat ziyan tələbini qəbul etdiklərini və həmin hissədə idda tələbinin etiraf etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tələb həmin hissədə əsaslıdır, həmçinin cavabdeh tərəfindən etiraf edildiyindən MPM-nin 52,106.3, 191-ci maddələrinin tələblərinə əsasən cavabdehin etirafı nəzərə alınmalı və həmin hissədə iddia tələbi təmin edilməlidir.
23. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinə vurulmuş ziyanın məbləği və vurulmuş ziyanda cavabdeh "Azəriqaz" lstehsalat Birliyinin təqsiri ilə bağlıdır.
24. Belə ki, iş materiallarından görünür ki,iddiaçı 193791 manat ziyanın Cavabdeh1 İBdən, 18464 manat ziyanın cavabdeh "xxxx" ASC-dən tutulmasını xahiş edir.
25. Hazırki iş üzrə hadisənin yaranmasının təqsirini müəyyən etmək məqsədilə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2- 10/7710 saylı ekspert rəyinə əsasən İstehlakçının qaz təsərrüfatı qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin edilmədiyinə və istixananın qaz avadanlıqlarına müayinələr keçirilmədiyinə görə «Qazdan istifadə Qaydaları»nın 3.1.2, 3.1.8, 3.1.9 bəndlərinin və «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-2 maddəsinin tələbləri Cavabdeh1 müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur.“Bəhrə 2010“ MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixana kompleksinin qaz avadanlıq və qurğularının texniki cəhətdən saz vəziyyətdə olması təmin edilmədiyinə görə «Qazdan istifadə Qaydaları»nın 3.3.1, 3.3.6, 3.3.7 bəndlərinin tələbləri istixananın qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxslər tərəfindən pozulması müəyyən edilir.
26. 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7710 saylı saylı ekspert rəyinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7710 saylı saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
27. Belə ki, iddia ərizəsində göstərilən 18464 manat ziyanın cavabdeh "xxxx" ASC-dən tutulması barədə tələbə dair məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclaslarında (xx.xx.2024-cü il tarixli iclas) verdiyi izahatlarından göründüyü kimi yaranmış 18464 manat borcu qəbul etmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən 18464 bmanat pul tutularaq iddiaçıya ödənilməlidir.
29. İddia tələbinin ikinci hissəsi - 193791 manat ziyanın Cavabdeh1 İB-dən tutulması- ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə iclasında tədqiq edilən iddiaçı tərəfindən tədqiq edilən sübutlarla, həmçinin ekspertiza rəyləri ilə , həmçinin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlar, və ekspertlərin ifadələri ilə, iddiaçıya məxsus qeyri yaşayış sahəsində baş vermiş partlayışın yalnız Cavabdeh1 İB tərəfindən yüksək təzyiq nəticəsində qazın verilməsi nəticəsində olması öz təsdiqini tapmamışdır. Belə ki, ekspertiza rəyi nəticəsində qaz tənzimləyicinin klapanın yüksək təzyiq nəticəsində aralanmaya xarakterik olması müəyən edilsə də, yüksək təzyiqin hansı təzyiq olunması iş materialları ilə təsdiqini tapmamış, həmçinin həmin aralanmasının “klapanın” özünün nasaz olması və ya verilmiş qazən təzyiqinə uyğun olmaması iş materialları və verilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7710 saylı ekspert rəyinə əsasən Bəhrə 2010“ MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixana kompleksinin qaz avadanlıq və qurğularının texniki cəhətdən saz vəziyyətdə olması təmin edilmədiyinə görə «Qazdan istifadə Qaydaları»nın 3.3.1, 3.3.6, 3.3.7 bəndlərinin tələbləri istixananın qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan şəxslər tərəfindən pozulması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 İB-nə münasibətdə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.
31. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
32. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.
33. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 503 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
34. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145.39 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 manat pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 18464 (on səkkiz min dörd yüz altmış dörd) manat əsas borc və ödənilmiş 145.39 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 manat pul vəsaitinin iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova