Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2760/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 370438-CNS-45583/1 saylı əlavə razılaşmaya əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 1516.64 manat məbləğində əsas borc, 124.67 manat məbləğində faiz borcu cəmi 1641.31 manat məbləğində borcun və ödənilmiş 36.41 dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə sahibkar olan fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 370438-CNS-45583 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 20 faiz hesablanması şərti ilə 18 ay müddətinə 7000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 370438-CNS-45583/1 saylı “xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə 01 saylı əlavə razılaşma”ya əsasən kredit müddəti xx.xx.2025-ci il tarixədək, faiz dərəcəsi 20, məbləği isə 2722.37 manat müəyyən edilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1641.31 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 92.31 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 370438-CNS-45583 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh illik 20 faizlə 18 ay müddətinə 7000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit vermişdir. Həmin razılaşmaya əsasən gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 AZN məbləğində cərimə hesablanır. Cavabdeh təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və apanlan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X5/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. xx.xx.2023-cü il tarixli, 370438-CNS-45583 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 01 saylı Əlavə Razılaşmaya əsasən “Borcalan”ın maliyyə çətinliyinin yaranması səbəbindən, Kredit Müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin etmək məqsədilə, Tərəflər Krediti restrukturizasiya edərək, “Borcalan”ın xx.xx.2024-cü il tarixinə olan “Kredit Müqaviləsi”ndən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 2,722.37 AZN (iki min yeddi yüz iyirmi iki manat 37 qəpik) (bundan sonra “Kredit məbləği” adlandırılacaq) müəyyən edilir. X2 1-ci bəndini nəzərə alaraq, Tərəflər "Kredit Müqaviləsi”nin aşağıda sadalanan bəndlərini növbəti redaksiyada verilməsini qəbul və təsdiq edirlər: 3.3. Kreditin müddəti: Kredit alan Krediti tam məbləğdə 22 fevral 2025-ci il tarixində və ya Kredit Müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. “Kredit müddəti”nin bitmə tarixi qeyrı-iş gününə düşdükdə, əlavə günlərə faizlərin hesablanması şərti ilə qeyri-iş günündən sonrakı ilk iş günü başa çatır. 3.4.1 Kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 20 % (İyirmi) olmaqla və Krediti Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və va azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 3.5. Kreditin qaytarılması va faizlərin ödənilməsi qaydası: Hər ay, Ödəniş cədvəlinə uyğun olaraq (Əlavə A), Annuitet ödənişlər (bundan sonra - Ödənişlər) - Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasına yönəldilən müntəzəm bərabər aylıq ödənişlərdir, yəni Kredit alan tərəfindən öhdəliklərin yerinə yetirilməsi şərti ilə Kredit Müqaviləsinin müddətinin sonunda borcun tam ödənilməsinə hesablanan, Kreditin geri qaytarılması və faizlərin ödənilməsidir. 3.5.1. Faiz məbləğinin hesablanması Müqavilənin V bölməsinə uyğun olaraq aparılır. 9.2. Bu Müqavilə ilə müəyyənləşdirilən Kreditin geri qaytarılınası və/ və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər Kredit alan tərəfindən vaxtında icra edilmədikdə, o hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 10 (on manat) AZN üçün 0.02 AZN məbləğində cərimə hesablanır va “Borcalan” tərəfindən ödənilir. 12.1. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. X2 imzalanması ilə, Tərəflər qəbul və təsdiq edirlər ki, “Kredit Müqaviləsi”nin tərkib hissəsi hesab olunan və onun 3.5-ci bəndində əks olunan Əlavə 1 (ödəniş cədvəli) qüvvədən düşərək, Kreditin qaytarılması və faizlərin ödənilməsi hər ay bu Əlavə Razılaşmanın tərkib hissəsi hesab olunan Əlavə 1 (yeni ödəniş cədvəli) əsasında “Kredit Müqaviləsi”nin müvafiq müddəaları nəzərə alınmaqla həyata keçiriləcəkdir. Bu səbəbdən, “Kredil Müqaviləsi”nin 3.4 2; 3.5: 5.1; 5.1.1; 5.1.2-ci bəndlərində qeyd olunan “Ödəniş cədvəli” X2 ayrılmaz, tərkib hissəsi sayılan Əlavə 1-də qeyd olunan yeni ödəniş cədvəli başa düşüləcəkdir. Həmçinin Tərəflər qəbul və təsdiq edirlər ki, Əlavə 1 ilə göstərilmiş müddətlər Borcalan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdiriklikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda və/və ya “Kredit Müqaviləsi” ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə, Bank Borcalanı Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və “Kredit Müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. X2 imzalanması ilə “Kredil Müqaviləsi”nin 3.1 və 3.5.1-ci bəndləri qüvvədən düşmüş hesab edilsin. “Kredit Müqaviləsi”nin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh 1516,64 manat məbləğində əsas bоrcu, 124,67 manat məbləğində faiz bоrcu, 0 manat məbləğində cərimə olmaqla, cəmi 1641,31 manat borcu vardır. Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 370438-CNS-45583 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 7000 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh 03 iyul 2023-cü il tarixdən 02 dekabr 2024-cü il tarixinə qədər hər ay 453,79 manat (sonuncu ay 448,3 manat) ödəməlidir. Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixində, xx/xx/2023-cü il tarixli 370438- CNS-45583 saylı KREDİT Müqaviləsi-nə (annuitet cədvəl üzrə) 1 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 2979,04 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh 22 may 2024-cü il tarixdən 24 fevral 2025-ci il tarixinə qədər hər ay 297,94 manat (sonuncu ay 297,58 manat) ödəməlidir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 41,61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli, 370438-CNS-45583 saylı razılaşmaya əsasən 7000 manat məbləğində xx.xx.2025-ci il tarixədədək qaytarmaq şərtilə illik 20 faizlə kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, aylıq ödənişlərini ödəməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehdən borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2023cü il tarixli, 370438-CNS-45583 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə cavabdehdən 1516,64 manat məbləğində əsas bоrcu, 124,67 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 41,61 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 370438-CNS-45583 saylı kredit müqaviləsinə əsasən 1516,64 manat məbləğində əsas bоrcu, 124,67 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə isə 1641 (min altı yüz qırx bir) manat 31 (otuz bir) qəpik borc və 41 (qırx bir) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2760/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2760/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver