Məhkəmə qərarları › İş №e-2-2(113)-2763/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2763/2025

22.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2763/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin naturada təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin naturada təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli, 12 və 13 nömrəli müqavilələr əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı”A-B” yaşayış sahəsi ünvanında inşa edilmiş yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində hər biri 70 kv.metr olan iki qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi və dövlət rüsumu olaraq ödədiyi 100 manat və vəkil xidmət haqqı olaraq ödədiyi 320 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 12 nömrəli müqavilə əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 70 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi öhdəsinə götürülmüşdür. Həmin müqavilədə tərəfindən pay haqqı olaraq qoyulacaq məbləğ 126000 manat müəyyən edilmişdir. Həmçinin Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 13 nömrəli müqavilə əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyriyaşayış təbəqəsinin birinci mərtəbəsində 70 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi öhdəsinə götürülmüşdür. Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 12 və 13 nömrəli müqavilələr əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kv.m. olan qeyri-yaşayış sahəsinin pay haqqı hər iki obyekt üzrə ayrı ayrılıqda 126000 manat olmaqla tərəfindən koperativin sədri X2 tam şəkildə ödənilmiş və xx.xx.2021-ci il tarixli, 26 və 27 nömrəli, borcun olmamasına dair maliyyə arayışları alınmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq bina tikilib artıq başa çatmasına baxmayaraq qeyri-yaşayış sahələri təhvil verilməmişdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki münasibətlər sahəsində mülkiyyət hüququnun tanınması və müdafiə olunmasına yönəlmiş hüququi mexanizimləri müəyyənləşdirir. Bütün yuxarıda qeyd edilən hüquq normalarının təhlilindən birbaşa olaraq görünür ki, MTK-da pay haqqı tərəfindən tam şəkildə ödənilmiş hər biri 70 kv.metr olmaqla iki qeyri-yaşayış obyekti naturada təhvil verilməlidir. Tərəfindən Cavabdeh MTK-ya rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq qeyri-yaşayış obyekti təhvil verilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" İnşaat MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 12 və 13 saylı müqavilələrə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən "Kooperativ" “Payçıdan qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m 1800 (bir min səkkiz yüz ) AZN olmaqla. "Kooperativ" tərəfindən Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın (bundan sonra "Bina" adlandırılacaq) qeyri yaşayış təbəqəsinin 1-ci mərtəbəsində, ümumi sahəsi (qeyri-yaşayışın daxili tərəfi hesablanmaqla) 70 kv.m olan qeyri-yaşayış binasının "Payçı"nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən “Payçının pay şəkilində qoyacağı pul vəsaiti 126000 manat təşkil edir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən “Kooperativ” aşağıdakıları öhdəsinə götürür;

12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Bina”ın (Mənzilin) tikintisinin layihə sənədlərinə (mərtəbə planına) və tikinti-norma qaydalarına uyğun surətdə, müəyyən edilmiş müddətdə başa çatdırılması;

13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Mənzili tikinti-norma qaydalarına uyğun və bu Müqavilədə göstərilən vəziyyətdə “Payçı”ya təhvil verməsi;

14. Müqavilənin 2.1.3-cü bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq “Bina”nın 1.1-ci bəndində və mərtəbə planında göstərilən “Mənzil”i “Payçı”ya bu Müqavilənin 3.1-ci bəndində göstərilən texniki vəziyy ətdə təhvil verməyi, əlavə ödəniş tələb etmədən “Mənzilə “Payçının” mülkiyyət hüququnu təsdiq protokolu, qeyri-yaşayışın təsdiq olunmuş cizgisini və maliyyə arayışını verməyi;

15. Müqavilənin 2.1.4-cü bəndinə əsasən “Bina”nın tikintisi başa çatdıqda və “Bina” “Kooperatıv”in balansına alındıqdan sonra “Bina” nın idarəçiliyə götürülməsini və payçılara xidmətin (“bina”nın daimi mühafizəsi, “Bina”nın və “Mənzil”in kommunal, o cümlədən və digər xidmətlərin) göstərilməsinin təşkil etməyi;

16. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Bina”nın tikintisi başa çatdıqdan sonra qanunvericiliyi uyğun olaraq Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul olunmasını təşkil etməyi;

17. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı aşağıdakıları öhdəsinə götürür:

18. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bənində göstərilən üzvlük haqqını aşağıda göstərilən qaydada ödəməyi.

19. Müqavilənin 2.2.4-cü bəndinə əsasən "Kooperativ in razılığı ilə digər ödəniş iisullan da təyin edilə bilər. Qarşı tərəf ödənişləri vaxtında və lazımınca yerinə yetirməzsə müqavilə öhdəlikləri pozulmuş hesab edilir və mənzillə bağlı sərəneamvermə hüquqları tam şəkildə "Kooperativdə keçir.

20. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti işləri başa çatdırıldıqdan sonra tərəflər arasında təhvil-təslim aktı bağlanılır.

21. Müqavilənin 3.2-ci bəndinə əsasən təhvil-təslim vaxtı müəyyən olunan çatışmamazlıqlar "Kooperativ" tərəfindən müəyyənləşdirilmiş akta əsasən aradan qaldırılmalıdır.

22. xx.xx.2021-ci il tarixli 26 və 27 saylı maliyyə arayışlarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binası Cavabdeh MTKya məxsus olduğu və qeyri-yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m. olan obyektin pay dəyəri “Payçı” İddiaçı tərəfindən 126.000 manat (hər birinə görə ayrıayrılıqda) tam ödənildiyi və hazırda MTK-ya borcu olmadığı qeyd olunmuşdur.

23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

24. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 12 nömrəli müqavilə əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 70 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi öhdəsinə götürülmüşdür. Həmin müqavilədə tərəfindən pay haqqı olaraq qoyulacaq məbləğ 126000 manat müəyyən edilmişdir. Həmçinin Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 13 nömrəli müqavilə əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 70 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi öhdəsinə götürülmüşdür. Cavabdeh MTK ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 12 və 13 nömrəli müqavilələr əsasında 1 kv.m. 1800 manat olmaqla Kooperativ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada qeyri-yaşayış təbəqəsinin birinci mərtəbəsində 50 kv.m. olan qeyri-yaşayış sahəsinin pay haqqı hər iki obyekt üzrə ayrı ayrılıqda 126.000 manat olmaqla tərəfindən koperativin sədri X2 tam şəkildə ödənilmiş və xx.xx.2021-ci il tarixli, 26 və 27 nömrəli, borcun olmamasına dair maliyyə arayışları alınmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq bina tikilib artıq başa çatmasına baxmayaraq qeyri-yaşayış sahələri təhvil verilməmişdir.

25. Beləliklə, tərəflər arasında obyektin tikintisinə dair öhdəlik hüquq münasibətləri yaranmış, iddiaç tərəfindən müqavilələrdə nəzərdə tutulan öhdəlik (126.000 +126.000 manat pulun ödənilməsi) tam icra edilsə də, cavabdeh MTK tərəfindən öhdəlik icra edilməmiş qalmış və bugünə kimi qeyri-yaşayış sahələri iddiaçıya təhvil verilməmiş, iddiaçı da məcbur qalaraq məhkəməyə müraciət etmişdr.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi)

27. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə).

28. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə).

29. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə)

30. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə)

31. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi)

32. Məhkəmə iş materiallarında olan müqavilələrin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddiaların həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.

33. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə)

34. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə)

35. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə)

36. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə)

37. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə)

38. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə)

39. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə)

40. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə)

41. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə)

42. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə)

43. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir.

44. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

45. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

47. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.

48. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

49. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

52. Beləliklə, məhkəmə bütün yüxarıda qeyd olunanarı nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq xx.xx.2021-ci il tarixli, 12 və 13 nömrəli müqavilələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı ”A-B” yaşayış sahəsi ünvanında inşa edilmiş yeni binanın birinci mərtəbəsində hər biri 70 kv.metr olan iki qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir.

53. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 100 məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 12 və 13 nömrəli müqavilələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlı ”A-B” yaşayış sahəsi ünvanında inşa edilmiş yeni binanın birinci mərtəbəsində hər biri 70 kv.metr olan iki qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar