Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2766/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 №-li kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 54.233.43 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 26 avqust 2015-ci il tarixli 23- BİZ-2-0-437-15 №-li kredit müqaviləsinə əsasən iddiaçıdan illik 14%-lə 60 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 26-dək cavabdehin 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 №-li kredit müqaviləsi üzrə iddiaçıya (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) ümumilikdə cəmi 54.233,43 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Abbasov iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Yediyarov iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 saylı kredit müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh 5.000.000 ABŞ dolları pulu illik 14 % dərəcəsi ilə kredit götürmüşdür. Müqavilənin 9.2-ci maddəsinə əsaəsn borcalan üzərinə düşən öhdəliklərini icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığıı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli 2(011)-101/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı xxxx İKB ASC-nin cavabdehlər Cavabdeh MMC, X4, X5 və X3 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh “xxxx” İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun olaraq 31 avqust 2020-ci il kimi qeyd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər "X9" MMC-yə və qeyrilərinə qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, cavabdeh “Cavabdeh" MMC-dən kredit müqaviləsi üzrə 56754.88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcu "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X2 mülkiyyətində olan və "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038.6 kv.m ümumi, 1038.6 kv.m əsas sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın - Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038.6 kv.m ümumi, 1038.6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış binası ilkin satış qiyməti 934740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh "Cavabdeh" MMC-nin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X3 geri qaytarılması, həmin ipoteka predmetinin satıldıqdan sonra bir ay müddətində cavabdeh X6 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması qət edilmişdir. Həmçinin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı "Cavabdeh” MMC-nin qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx” İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun 31 avqust 2020-ci il kimi qeyd edilməsi" tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. İddiaçı “xxxx" İKB ASC ilə cavabdeh "Cavabdeh” MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 31 avqust 2020-ci il olduğu müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2019-cu il tarixli 2(103)- 12378/2019 saylı qətnaməsinə əsasən iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh MMC, X4, X5 və X3 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh “xxxx” İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun olaraq 31 avqust 2020-ci il kimi qeyd edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(011)-101/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(011 )-101/2019 saylı qətnaməsi iddiaçı “xxxx” İKB ASC-nin iddiasına münasibətdə, habelə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilmiş hissədə, yəni iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 31 avqust 2020-ci il olduğu müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx" İKB ASC-nin iddiası qismən təmin edilmiş, “xxxx” İKB ASC və Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 N°-li Kredit müqaviləsi ləğv edilmiş, xxxx İKB ASC və Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 N°-li Kredit müqaviləsinə əsasən 05 may 2017ci il tarixə ödənilməmiş 701640 ABŞ dolları məbləğində əsas, 56754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq “xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın X6 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 934740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilmiş, iddiaçı “xxxx” İKB ASC-nin iddiası qalan hissədə əsassız olduğu üçün təmin edilməmiş, iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddiası iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23- BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 31 avqust 2020-ci il olduğunun müəyyən edilməsi hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.09.2020-ci il tarixli 2(102)-3067/2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2019-cu il tarixli 2(103)-12378/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC Hərrac Mərkəzi tərəfindən verilmiş 20.03.2021-ci il tarixli, 01/1792 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68- 160200-16 saylı, 04.03.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş: 1) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası; 2) Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 964301.62 və 595896.75 manat olmaqla ipoteka saxlayana təklif olunur. Hərracın yekunları barədə 29/11 saylı, 09.04.2021-ci il tarixli protokola əsasən N.Ağayeva məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsindən yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir. Hərracın yekunları barədə 29/12 saylı, 09.04.2021-ci il tarixli protokola əsasən N.Ağayeva məxsus Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (iddiaçı) tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 26 aprel 2021-ci il tarixinə cavabdehin 28 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya əldən çıxmış fayda olaraq hesablanmış ümumi borcu 54.233.43 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 26 aprel 2021-ci il tarixli KBD-6541 saylı xəbərdarlıq məktubuna əsasən cavabdehdən 54.233,43 ABŞ doları məbləğində əldən çıxmış faydanın 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır və iddia tələbi təmin edilməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya əldən çıxmış faydaya görə 54.233,43 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 54.233,43 (əlli dörd min iki yüz otuz üç dollar qırx üç sent) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2766/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2766/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver