Məhkəmə qərarları › İş №e-2-2(113)-2769/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2769/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2769/2024 13.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh1 birgə qaydada K2733/06/01 saylı kredit müqaviləsinə əsasən 6,349,355.96 manat əsas borc, 125,499.66 manat faiz borcu, 778,238.92 manat cərimə borcu olmaqla, cəmi 7,253,094.54 manat borcun onun xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan: Qusar şəhərində yerləşən 0.14 ha yaşayış məntəqələrinin torpaq sahəsinə (reyestr nömrəsi: **********75,qeydiyyat tarixi: xx.xx.2023,qeydiyyat nömrəsi: **********); Qusar şəhəri, Yeni yaşayış massivində yerləşən 0.0972 ha yaşayış məntəqələrinin torpaq (reyestr nömrəsi: **********48, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********); Qusar şəhərində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaq sahəsinə (Reyestr nömrəsi: **********76,qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********); Qusar şəhərində yerləşən 0.35 ha yaşayış məntəqələrinin torpaq (reyestr nömrəsi: **********77, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********); Qusar şəhəri, Çiləgir kəndində yerləşən 0.0242 ha yaşayış məntəqələrinin torpaq sahəsinə (reyestr nömrəsi: **********78, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********); Qusar şəhəri, Yeni yaşayış massivində yerləşən 0.136 ha yaşayış məntəqələrinin torpaq sahələrinə (reyestr nömrəsi: **********50, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) yönəldilməsi, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh2 QSC və X2 ona olan borclarının ödənilməsinə yönəldilməsi; əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin ona olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh2 QSC və X1 birgə qaydada tutularaq onun hesabına ödənilməsi; iddia ərizəsinin verilməsi üçün 4646 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsində qeydiyyata alınması üçün 90 (doxsan) manat dövlət rüsumu və 720 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasındakı mübahisə məhkəmədən kənar qaydada həll olunduğu üçün yaranmış zərurət ilə əlaqədar olaraq, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının borcunun ödənildiyini bildirmiş, müvafiq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 4646 (dörd min altı yüz qırx altı) manat məbləğində dövlət rüsumu (qəbz № **********) ona geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar