Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-277/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X3, Mustafayev Yasin Çoban oğluna və X6 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi”tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, faiz borcu, dəbbə pulu, ipoteka müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X3, Mustafayev Yasin Çoban oğluna və X6 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 165564,81 manat borc olmaqla – bundan 103722,58 manat əsas, 54561,64 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 7190,59 manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 406 manat məbləğində mediasiyaya dair xərcinin, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 174 manat rüsumun cavabdehlər Mustafayev Yasin Çoban oğlu, X9 və X2 müştərək qaydada tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Mustafayev Yasin Çoban oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evinə və tam mülkiyyət hüququ üzrə X6 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan yaşayış sahəsinə yönəlməsi, - yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Mustafayev Yasin Çoban oğlu, X9 və X2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Mustafayev Yasin Çoban oğlu arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 02/0047/OBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 170000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X6 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 26 dekabr 2018-ci il tarixli 02/0047/OBK saylı Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Mustafayev Yasin Çoban oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 26 dekabr 2018-ci il tarixli 02/0047/OBK saylı Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. X11 Çoban oğluna kredit verilərkən X7 və X9 ilə Bank arasında 26 dekabr 2018-ci il tarixli beş tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********167 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Mustafayev Yasin Çoban oğlu, X9 və X3 qarşı borcunun qaytarılması tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023- 00588 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. xx.xx.2023-cü il tarixinə Mustafayev Yasin Çoban oğlunun kredit üzrə cəmi borcu 165564,81 manat təşkil edir. Bundan 103722,58 manat əsas, 54561,64 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 7190,59 manat borcu təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" ASC-nin Yasamal filialı ilə Mustafayev Yasin Çoban oğlu arasında xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 170000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 36 ay müddətinə borcalana verilmişdir.
8. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması üçün verilmişdir.
9. Müqavilənin 3.2.2-ci bəndinə əsasən kreditalan bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə krediti faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
10. "xxxx" ASC-nin Yasamal filialı ilə X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən borcalanın borcverən qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak bankın xeyrinə yüklü edilmişdir.
11. "xxxx" ASC-nin Yasamal filialı ilə Mustafayev Yasin Çoban oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən borcalanın borcverən qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak bankın xeyrinə yüklü edilmişdir.
12. xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı zaminlik müqaviləsinə əsasən X9 və X7 borclunun bank qarşısında 02/0047/OBK saylı xx.xx.2018-ci il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
13. xx.xx.2023-cü il tarixli **********166 saylı maliyyə arayışına əsasən "xxxx" ASC ilə Mustafayev Yasin Çoban oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02/0047/OBK saylı kredit müqaviləsi üzrə 15 may 2023-cü il tarixinə 165564,81 manat təşkil edir. (müqavilə üzrə 103722,58 manat, müqavilənin xx.xx.2018-xx.xx.2021, tələb olunan faiz 54651,64, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 7190,59 manat)
14. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-002-A/2024 saylı rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən Mustafayev Yasin Çoban oğluna məxsus 3567 saylı bağ evinin hazırkı bazar qiyməti 145000 manat və likvid qiyməti 120000 manat, LP-002/2024 saylı rəyinə əsasən isə ünvan 4 ünvanında yerləşən X6 məxsus mənzilin hazırkı bazar qiyməti 81000 manat və likvid qiyməti 75000 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası MEM-in xx.xx.2024-cü il tarixli 9/8941 saylı rəyinə əsasən Mustafayev Yasin Çoban oğlunun banka xx.xx.2021-ci il tarixə müqavilə müddəti bitdiyi tarixədək əsas borcu 103973,96 manat, faiz borcu 39436,39 manat, xx.xx.2023-cü il tarixədək əsas borcu 103973,96 manat və faiz borcu 42642,36 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 103973,96 manat və faiz borcu 42642,36 manat təşkil edir.
16. Azərbaycan Respublikası MEM-in xx.xx.2024-cü il tarixli, 9/3618 saylı rəyinə əsasən xx.xx.2021-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc 103973,96 manat, faiz borcu 39436,39 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 103973,96 manat, faiz borcu 35436,39 manat və əldən çıxmış fayda borcu 7205,97 manat müəyyən edilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Mustafayev Yasin Çoban oğlu arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 02/0047/OBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 170000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X6 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 26 dekabr 2018-ci il tarixli 02/0047/OBK saylı Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Mustafayev Yasin Çoban oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 26 dekabr 2018-ci il tarixli 02/0047/OBK saylı Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. X11 Çoban oğluna kredit verilərkən X7 və X9ilə Bank arasında 26 dekabr 2018-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
20. İddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
28. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
31. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
32. Bundan başqa məhkəmə tələbin əsas və faiz borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/3618 saylı rəyinə əsasən xx.xx.2021-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc 103973,96 manat, faiz borcu 39436,39 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 103973,96 manat, faiz borcu 35436,39 manat və əldən çıxmış fayda borcu 7205,97 manat olması qeyd olunmuşdur.
33. Beləliklə, müəyyən olunur ki, iddiaçı bankın müqavilə üzrə tələb etdiyi əsas borc məbləğləri üzrə sadəcə xx.xx.2018-ci il tarixli 02/0047/OBK saylı kredit müqaviləsi üzrə iddia tələbi üzrə faiz borcu ekspert rəyində müəyyən edilən faiz borcundan artıq - 54561,64 manat həddində (ekspert rəyində 35436,39 manat) göstərildiyi üçün iddia tələbi üzrə faiz borcu ekspert tərəfindən müəyyən edilən həddə, əsas və 5% ilə hesablanan borclar isə ekspert rəyində iddia tələbindən daha yuxarı həddə göstərildiyindən və iddia həmin hissədə artırılmadığı üçün iddia tələbində qeyd olunan əsas və illik 5%-lə hesablanmış borc məbəği tələbdə qeyd olunan həddə müəyyən edilməklə cavabdehlərdən birgə tutulması qanunamüvafiq və ədalətlidir.
34. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı borclar üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
35. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin Yasamal filialı ilə X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən borcalanın borcverən qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak bankın xeyrinə yüklü edilmişdir. "xxxx" ASC-nin Yasamal filialı ilə Mustafayev Yasin Çoban oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən borcalanın borcverən qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak bankın xeyrinə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
36. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
37. “İpoteka haqqında” Qanunun:
38. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
39. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
40. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
41. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
42. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
43. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
44. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
45. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, birləşmiş işlər üzrə cavabdehlər kredit müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişlər. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
46. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Mustafayev Yasin Çoban oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evinə və X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 27 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan 2 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Mustafayev Yasin Çoban oğluna və X6 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlər müvafiq olaraq cavabdehlər X2, Mustafayev Yasin Çoban oğlundan və X4 tutulmalıdır.
47. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
48. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
49. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
50. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə kommersiya məhkəməsində baxılarkən (əmlakın əvvəlki məhkəmə giymətləndirməsindən bir neçə il keçdiyi üçün) məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin yeni rəyi alınmışdır.
51. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-038/2024 saylı mütəxəssis rəyinə əsasən xx.xx.2024-cü il tarixli, LP-002-A/2024 saylı rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən Mustafayev Yasin Çoban oğluna məxsus 3567 saylı bağ evinin hazırkı bazar qiyməti 145000 manat və likvid qiyməti 120000 manat, LP-002/2024 saylı rəyinə əsasən isə ünvan 4 ünvanında yerləşən X6 məxsus mənzilin hazırkı bazar qiyməti 81000 manat və likvid qiyməti 75000 manat dəyərində olması müəyyən edilmişdir.
52. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evinin likvid qiyməti 120.000 manat və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 27 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan 2 saylı mənzilin likvid qiymətinin 75.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir və göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evinin ilkin satış qiyməti 120000 manat və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 27 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan 2 saylı mənzilin 75000 manat məbləğində müəyyən edilməlidir.
54. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəflərindən ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun qarşı tərəfdən tutulmasını xahiş edir.
55. MPM-in:
56. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
58. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
60. Məhkəmə dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricisini nəzərə alınaraq, hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 437 manat dövlət rüsumunun əvəzi və həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 174 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
61. Bundan əlavə, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 600 manat qiymətləndirmə xidmətinin hesabına və məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 245 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər X2, Mustafayev Yasin Çoban oğlundan və X4 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 02/0047/OBK saylı kredit müqaviləsi üzrə 103722,58 manat əsas borc məbləği, 35436,39 manat faiz borcu, borcun gecikdirilməsinə görə illik 5% ilə hesablanan 7190,59 manat faiz borcu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 437 manat, ipoteka predmüetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 174 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma Mustafayev Yasin Çoban oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,3 kv.m olan 3567a nömrəli bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilsin. Tələb üzrə tutma X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 27 ünvanında yerləşən ümumi sahəsi 47,98 kv.m olan 2 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilsin. Əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər Mustafayev Yasin Çoban oğluna və X6 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X2, Mustafayev Yasin Çoban oğlundan və X4 müştərək qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaiti cavabdehlər X2, Mustafayev Yasin Çoban oğlundan və X4 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 245 manat məbləğində pul vəsaiti müştərək qaydada X2, Mustafayev Yasin Çoban oğlundan və X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova