Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-278/2021 25.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMCdən xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə ƏDV daxil olmaqla 7080 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 7610 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan İddiaçı MMC ilə Azərbaycan Respublikası hüquqi şəxsi olan Cavabdeh MMC arasında xx xxxxxx 2019-cu il tarixli, **-TA-***9 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İcarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 ay müddətinə İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını İcarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, İcarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, İcarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimiş və nəticədə onun icarə verənə Müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 7080 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1-ci bəndinə əsasən İcarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin Cədvəl №1 bəndində öz əksini tapmış Texnikanı, yəni FORD CARGO 3535D markalı, YÜK tipli, HO22630 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV xaric 3500 manata, FORD CARGO 3535D markalı, YÜK tipli, HO22632 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV xaric 3500 manata, FORD CARGO 3535D markalı, YÜK tipli, ** JR *** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV xaric 3500 manata, CAT 329 markalı, Ekskovator Tipli, 10 P 919 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV xaric 6500 manata və CAT 329 markalı, Ekskovator Tipli, ** AB *** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV xaric 6500 manata icarəyə verir, İcarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. Müqavilə üzrə icarə haqqının məbləği, ƏDV daxil olmaqla ümumilikdə bir ay üçün 27730 manat təşkil etmişdir. Bundan başqa, Müqavilə üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına Cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən Cavabdehə xx xxxxxxxx 2020-ci il tarixdə 032 saylı məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq Cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da, Cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş noyabr 2019cu il üçün görülmüş işlərin 01 saylı aktından görünür ki, noyabr ayı ərzində icarəyə verilmiş texnika üzrə ƏDV daxil olmaqla 15502,25 manat cavabdehin icarə müqaviləsi üzrə manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş noyabr 2019-cu il üçün görülmüş işlərin 02 saylı aktından görünür ki, noyabr ayı ərzində icarəyə verilmiş texnika üzrə ƏDV daxil olmaqla 1888 manat cavabdehin icarə müqaviləsi üzrə manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş dekabr 2019-cu il üçün görülmüş işlərin 03 saylı aktından görünür ki, dekabr ayıərzində icarəyə verilmiş texnika üzrə ƏDV daxil olmaqla 14695,43 manat cavabdehin icarə müqaviləsi üzrə manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş dekabr 2019-cu il üçün görülmüş işlərin 04 saylı aktından görünür ki, dekabr ayı ərzində icarəyə verilmiş texnika üzrə ƏDV daxil olmaqla 1888 manat cavabdehin icarə müqaviləsi üzrə manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, tərəflər aarsında imzalanmış icarə müqaviləsi üzrə cavabdehin ümumilikdə ƏDV daxil olmaqla 33973,68 manat borcu yaranmış bu borcdan cavabdeh tərəfindən ƏDV daxil olmaqla 26893,68 manat ödənilmiş və iddia qaldırılan günə cavabdein bu icarə müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 7080 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə1 arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair xx xxxxxx 2020-cu il tarixli 1797 saylı müqavilə və xx xxxxxx 2020-ci il tarixli 151 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə1 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, **-TA-***9 saylı icarə müqaviləsinə əsasən İddiaçı MMC ona məxsus olan və cədvəl 1-də əks olunmuş texnikaları “xxxx” MMC-yə icarəyə verməyi, oda texnikaları təyinatı üzrə istifadə edib xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2019-cu il tarixli, **-TA-***9 saylı icarə müqaviləsi üzrə nəzərdə tutulmuş texnikalar “xxxx” MMC-yə təhvil verilmişdir. - xx.xx.2019-cu il tarixli 01 saylı akta əsasən “xxxx” MMC-yə görülmüş xidmətin dəyəri 15502.25 manat, 2 saylı akta əsasən 1888 manat, xx xxxxxx 2019-cu il tarixli 03 saylı akta əsasən 14695,43 manat, 04 saylı akta əsasən 1888 manat təşkil etmişdir. - xx.xx.2019-cu il tarixli EBAE seriyalı, 125392 saylı elektron qaiməyə əsasən “xxxx” MMC-yə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc 17390,25 manat və xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 635567 saylı elektron qaiməyə əsasən 16583.43 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xxxx MMC-nin qalıq borcu 6000 manat ƏDV borcu 1080 manat olmaqla cəmi borc 7080 manat təşkil etmişdir. - xx.xx-2020-ci il tarixli 151 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesbaına 500 manat hüquqi xidmət üçün ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 7080 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, xidmətlərin göstərilməsi təqdim olunmuş sübutlar, aktlar və elektron qaimələrlə təsdiqini tapdığından iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsinə 500 manat məbləğində hüquqi xidmət haqqının ödənilməsi ilə bağlı qəbz əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 7080 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat və hüquqi yardım üçün vəkilə ödənlmiş xidmət haqqının əvəzi qismində 500 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-278/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-278/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver