Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2783/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının xxxnin nümayəndəsi Nümayəndə2) Cavabdehnə qarşı əmtəə nişanlarından istifadənin qadağan edilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmtəə nişanlarından qanunsuz istifadə edilməsi, əmtəə nişanlarından istifadənin qadağan edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının xxxnin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının xxxnin nümayəndəsi Nümayəndə2) Cavabdehnə qarşı əmtəə nişanlarından istifadənin qadağan edilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə patent hüququ ilə qorunan “*” prefiksli, “XXXX” dörd rəqəmli qısa nömrələr və onunla bağlı texnologiyadan, həmçinin qeydiyyata alınmış “X16”, “OSS” və “OSSN” əmtəə nişanlarından istənilən üsul və qaydada istifadəyə/tətbiqə yönələn fəaliyyətin qadağan edilməsi, Cavabdeh MMC-nin üzərinə özünə məxsus www.starn@azrəsmi veb-səhifəsində, o cümlədən Facebook (facebook.com/starnumberaz), İnstagram (@starnumber.az) və Linkedin (X11) sosial şəbəkə hesablarında mövcud patent hüququ ilə qorunan “*” prefiksli, “XXXX” dörd rəqəmli qısa nömrə və onunla bağlı texnologiyaya aid, eləcə də, qeydiyyata alınmış “X16”, “OSS” və “OSSN” nişanı, emblem və loqolarının əks olunduğu istənilən şəkil, video, slayd və digər reklam/təbliğat materiallarının dərhal və tamamilə silinməsi öhdəliyinin qoyulması, Cavabdeh MMC-nin iddiaçının xidmət istifadəçiləri qarşısında işgüzar nüfuzunun pozulmasına və sahibkarlıq fəaliyyətinə qarşı qanunsuz müdaxilə və maneələrə səbəb olan hərəkətlərə yol verməsi nəticəsində vurulan zərərə görə 10000 (on min) manat, eləcə də, xidmət istifadəçilərindən 09 fevral 2025-ci ildən sonrakı dövr üzrə abunə haqqının qanunsuz olaraq alınması ilə iddiaçıya əldən çıxmış fayda şəklində vurulan zərərə görə cəmi 1091 (min doxsan bir) manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xarici qeydiyyatlı “X16 Limited” şirkəti “*” prefiksli, “XXXX” qısa nömrə resurslarının (sonradan “OSSN” adlanacaq) tətbiqinə dair texnologiyanı ehtiva edən patentin sahibidir. Bu patent PCT/İL2005/001044 nömrəli patent ərizəsi və həmin şirkət adına verilmiş 30 iyun 2009-cü il tarixli, 011837 nömrəli Avrasiya Patenti sənədi ilə təsdiq edilməkdədir. Eləcə də, “X16 Limited” şirkəti yeganə təsisçisi olduğu “X16 Netherlands B.V.” vasitəsiylə “X16”, “OSS” və “OSSN” yazılı əmtəə nişanlarına münasibətdə hüquq sahibidir. Həmin hüquqlar Beynəlxalq Əqli Mülkiyyət Agentliyində beynəlxalq qeydiyyata alınmış və hüquq sahibinin adına 09 oktyabr 2007-ci il tarixindən 09 oktyabr 2027-ci il tarixədək qüvvədə olan 946727 və 946728 nömrəli qeydiyyat şəhadətnamələri verilmişdir. “X16 Limited” şirkəti uzun müddətdir birbaşa və ya subsidarı olduğu şirkətlər vasitəsi ilə istinad olunan patentlə qorunan texnologiyanın və ondan irəli gələn xidmətlərin dünyanın müxtəlif ölkələrində olan müştərilərə satışı da daxil olmaqla, yayılması və təchizatı ilə məşğuldur. Xidmətin mahiyyəti aylıq ödəniş əsasında yerli müştərilərə ulduz nömrələrinin (məs:*0166, *1888 və s.) təqdim edilməsindən ibarətdir. O cümlədən cavabdeh də həmin şirkətin subsidarı olduğu “X16 Netherlands B.V.” şirkətilə 20 noyabr 2009-cü il tarixli eksklüziv françayz müqaviləsi (sonradan “françayz müqaviləsi”) bağlayaraq səlahiyyət ərazisi Azərbaycan Respublikası olmaqla “OSSN” xidmətinin yayılması və təchizatı üzrə distributorluq hüququna sahib olmuşdur. Françayz müqaviləsinin prembula hissəsində fəaliyyətin patent hüququ ilə təsdiqlənmiş texnologiya üzrə olması qarşılıqlı bəyan edilərək razılaşdırılmış, cavabdeh qarşı tərəfin patent və həmin texnologiyaya dair mülkiyyət hüququnu tanımış və həmin texnologiya üzrə fəaliyyət göstərməyi qəbul etmişdir (Estoppel). Daha sonra cavabdeh françayz müqaviləsindən irəli gələn hüquqlar üzrə xidmət və təchizatın həyata keçirilə bilməsi üçün Azərbaycan Respublikasının xxx (sonradan “Nazirlik”) ilə 09 fevral 2011-ci il tarixli, 97 saylı müqavilə bağlamış və bu istiqamətdə ölkə ərazisində yeganə hüquq sahibi kimi fəaliyyətə başlamışdır. Nazirliklə bağlanan müqavilənin predmeti “*0000-9999” nömrə resurslarının şəbəkədə tətbiqi məqsədilə cavabdehə ayrılması və istifadəsinə dair hüquq olmuşdur. Lakin 2024-cü ilin aprel ayından etibarən françayz müqaviləsi üzrə öhdəliklərini davamlı pozması və bu pozuntuların aradan qaldırılmaması səbəbindən “X16 Netherlands B.V.” tərəfindən cavabdehin direktoru və təsisçisinə 17 yanvar 2025-ci il tarixli rəsmi yazılı xitam bildirişi göndərilmiş və 08 fevral 2025-ci il tarixindən françayz müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda Nazirlik də cavabdehə 10 oktyabr və 29 noyabr tarixlərində bildirişlər göndərərək, 09 fevral 2011-ci il tarixli, 97 saylı müqavilənin növbəti müddətə uzadılmayacağını və xx.xx.2025-ci il tarixindən dayandırılacağını qeyd etmiş və hazırda həmin müqavilənin müddəti uzadılmamışdır. Beləliklə, cavabdeh 09 fevral 2025-ci il tarixindən etibarən OSSN-lər və onunla bağlı texnologiyanın, eləcə də istinad olunan yazılı əmtəə nişanlarının Azərbaycan Respublikası ərazisində yayımı və bu sahədə xidmətlərin göstərilməsi üzrə hər hansı hüquq, icazə və səlahiyyətlərə malik deyildir. İddiaçı ilə “X8 LDT” şirkəti arasında (subsidarı “X16 Limited” şirkətinin müqavilə üzrə təsdiqi ilə) 09 yanvar 2025-ci il tarixli X3 bağlanılmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində OSSN-lər və onunla bağlı texnologiyanın tətbiqi, yayımı və bu sahədə xidmətlərin göstərilməsinə, eləcə də istinad olunan əmtəə nişanlarından istifadəyə dair bütün hüquq, icazə və səlahiyyətlərə sahib yeganə qurum iddiaçı olmuşdur. Eləcə də, əməkdaşlıq müqaviləsinin 6-cı maddəsinin 4-cü bəndinə əsasən iddiaçının xəbərdar olduğu texnologiyadan hər hansı qeyri-düzgün və ya qanunsuz istifadəni dərhal müqavilə üzrə tərəfdaşın diqqətinə çatdırmaq və bu müqavilə üzrə öz vəzifələrini yerinə yetirərkən tərəfdaşın əmlak hüquqlarını və maraqlarını qorumaq üçün bütün səylərdən istifadə etmək öhdəliyi müəyyən edilmişdir. Bundan başqa, əməkdaşlıq müqaviləsinin əlavəsi olan xx.xx.2025-ci il tarixli məktubda da öz vəzifələrini yerinə yetirərkən tərəfdaşın əmlak hüquqlarını və maraqlarını qorumaq üçün bütün səylərdən istifadə etmək (o cümlədən məhkəmə qaydasında) səlahiyyətləri iddiaçıya verilmişdir. Daha sonra, əməkdaşlıq müqaviləsindən irəli gələrək, ölkə ərazisində fəaliyyət göstərə bilməsi üçün xx.xx.2025-ci il tarixində nazirliklə iddiaçı arasında “*0000-9999” nörmə resurslarının şəbəkədə tətbiqi məqsədilə ayrılması və istifadəsinə dair bağlanmışdır. Nazirliyin 14 yanvar 2025-ci il tarixli rəsmi məktubu, eləcə də 05 fevral 2025-ci il tarixində telekommunikasiya operatorlarına ünvanlanan rəsmi müraciəti cavabdehin fəaliyyətinin hazırda dayandırılmış olduğunu, OSSN-lərin yayımı və bu sahədə xidmətlərin göstərilməsi üzrə yerli səlahiyyətli qurumun iddiaçı olduğunu təsdiq edir. Beləliklə, hər iki müqavilədən irəli gələrək, iddiaçı 10 fevral 2025-ci il tarixindən etibarən ölkə ərazisində OSSN-lərin yayımı və bu sahədə xidmətlərin göstərilməsi, eləcə də istinad olunan əmtəə nişanları üzrə bütün hüquq və icazələrə sahib yeganə qurumdur. Əlavə olaraq, iddiaçının müvafiq əqli mülkiyyət hüquqlarının pozuntusuna səbəb olmuş qanunsuz fəaliyyətlərə qarşı zəruri səyləri göstərmək öhdəliyi, həmçinin əməkdaşlıq müqaviləsi ilə verilən müstəsna hüquq və səlahiyyətlərin realizəsinə qarşı yönələn qanunsuz fəaliyyətlərin dayandırılması məqsədilə hüquqi hərəkətlər etmək (o cümlədən məhkəmə qaydasında) səlahiyyətləri mövcuddur. AR Milli Məclisinin 2 may 1995-ci il, 1032 nömrəli qərarı ilə 1994-cü il 9 sentyabr tarixli “X5” Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir. Konvensiyanın 9.1-ci və 13.2-ci madələrinə əsasən “Avrasiya patentinin sahibi patentləşdirilmiş ixtiranı istifadə etmək, onun istifadəsinə icazə vermək və ya başqalarının istifadəsini qadağan etmək üzrə müstəsna hüquqa malikdir; Hər bir tərəfdaş Dövlət Avrasiya patentinin pozulması halında milli patentə hüququn pozulması ilə eyni mülki və ya digər məsuliyyət tədbirlərini təmin edir.” “X16 Limited” şirkətinin 30 iyun 2009-cü il tarixli, 011837 nömrəli Avrasiya Patenti sənədinin etibarlılığı və onun Azərbaycan Respublikasının ərazisində qüvvədə olması X6 rəsmi veb-səhifəsində öz əksini tapmışdır. Odur ki, sənaye mülkiyyəti obyekti kimi OSSN texnologiyası üzərində patent sahibi olaraq “X16 Limited” şirkətinin əqli mülkiyyət hüquqları Azərbaycan Respublikasının ərazisində mühafizə olunur. Bundan başqa, daha əvvəl də qeyd edildiyi üzrə françayz müqaviləsi üzrə cavabdeh qarşı tərəfin patent hüququnu tanımışdır. Digər tərəfdən, “X16” və “OSSN” yazılı əmtəə nişanları 25 dekabr 1995-ci il tarixindən Azərbaycan Respublikasının qoşulduğu “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinə əsasən Beynəlxalq Əqli Mülkiyyət Agentliyində beynəlxalq qeydiyyata alınmışdır və hüquq sahibi olan “X16 Netherlands B.V.”-nin adına 09 oktyabr 2007-ci il tarixindən 09 oktyabr 2027-ci il tarixədək qüvvədə olan, müvafiq olaraq 946727 və 946728 nömrəli qeydiyyat şəhadətnamələri verilmişdir. Yuxarıda qeyd olunan faktlardan aydın olduğu üzrə cavabdehin 09 fevral 2025-ci il tarixindən sonrakı dövr üzrə patent hüququ ilə mühafizə olunan OSSN-lərdən və onlara bağlı texnologiyalardan, eləcə də “X16”, “OSS”, və “OSSN” əmtəə nişan, emblem və loqolarından istifadəsi qanunsuzdur. Lakin heç bir hüquq, icazə və səlahiyyəti olmadığı halda cavabdeh 09 fevral 2025-ci il tarixindən sonra da OSSN-lər və onunla bağlı texnologiya, eləcə də “X16”, “OSS”,“OSSN” əmtəə nişan, emblem və loqoları ilə bağlı fəaliyyətlərinə, eləcə də bu istiqamətdə müştərilərdə çaşqınlıq yaratmağa yönələn hərəkətlərini davam etdirməkdədir. Belə ki, hüquqi adının "xxxx" MMC olaraq dəyişdirilməsinə baxmayaraq, cavabdeh özünə aidwww.starn@az rəsmi veb-səhifəsində “StarNumber Texnologiya”sı adı altında “*” dörd rəqəmli qısa nömrələri üzrə müştərilərə telefon rabitə xidmətləri təklif etməkdədir və bununla da o, faktiki olaraq özünün OSSN-lər üzrə texnologiyaya hüquq sahibi olmasını açıq-aşkar iddia etməklə nümayiş etdirir. Eyni zamanda, cavabdeh Facebook, İnstagram, Linkedin sosial şəbəkələrində istifadəsində olan profillərdə OSSN-lər və bununla bağlı texnologiyaya dair, eləcə də “X16”, “OSS”, “OSSN” əmtəə nişanı, emblem və loqolarının əks olunduğu şəkil, slayd, video tanıtım və s. materialları saxlayaraq, bu sahədə xidmət təklif etməklə geniş ictimaiyyətə nümayiş etdirir. Həmçinin qeyd olunan sosial platformalarda cavabdehin səlahiyyətli şəxsi olan direktoru Qanuni nümayəndə tərəfindən xidmət istifadəçilərinə yönələn qanunsuz çağırış da cavabdehin qanunzidd fəaliyyətini təsdiq etməkdədir. Bundan başqa, cavabdeh OSSN-lər üzrə faktiki xidmət istifadəçiləri olan müştərilərlə mövcud xidməti göstərmək hüquq və səlahiyyətində olmasına, habelə xidmət istifadəçilərində əslində səlahiyyətli subyekt olan iddiaçı haqqında onun işgüzar nüfuzuna xələl yetirən, yanıldıcı və manipulyativ təsəvvür və rəyin formalaşmasına yönələn xx.xx.2025 və xx.xx.2025-ci il tarixli rəsmi yazılı müraciətlər etmişdir. Əlavə olaraq, cavabdeh bütün xidmət istifadəçilərinə ünvanladığı xx.xx.2025-ci il tarixli rəsmi müraciətində iddiaçı haqqında “...əsassız şəkildə mənbəyi, mənşəyi, fəaliyyət sahəsi bəlli olmayan, həmçinin bu xidmət sahəsində hər hansı bir təcrübəyə malik olmayan şirkətə (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə)..” kimi biznes etikasına yaraşmayan, əsassız iddialar irəli sürməklə, sonuncunu müştərilər qarşısında gözdən salmağa, nəticə etibarilə onun işgüzar nüfuzunun pozulmasına yönələn davranışa yol vermişdir. Eyni zamanda, həmin məktubda “...məhkəmə mübahisəsi yekunlaşana kimi İddiaçı ilə hər hansı əməkdaşılıq etməməyiniz xahiş edirik.” kimi hər hansı hüquqi və qanuni əsası olmayan müraciət edilmişdir. Qeyd olunanlarla yanaşı, cavabdeh 09 fevral 2025-ci il tarixindən sonra OSSN-lərdən irəli gələn xidmətin təmini üzrə hüquq və səlahiyyətə malik olmadığını bildiyi halda, qəsdən bu qəti və aşkar faktı gizlədərək, bir çox xidmət istifadəçisi olan müştərilərdən 09 fevral 2025-ci il tarixindən sonrakı dövrə münasibətdə öncədən xidmət haqqı almışdır. "xxxx" MMC tərəfindən ünvanlanan məktub və həmin məktuba əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh həmin MMC-yə “*2020 qısa nömrəsinə görə dekabr 2024-fevral 2025-ci ayları üzrə 1050 (min əlli) manat abunə haqqı” tələbi ilə 11889146 nömrəli, xx.xx.2024-cü il tarixli elektron-qaimə faktura göndərmiş və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən həmin məbləğdə vəsaiti abunə haqqı kimi qəbul etmişdir. Daha sonra, cavabdeh "xxxx" MMC-yə “*6555 qısa nömrəsinə görə yanvar 2025-mart 2025-ci ayları üzrə 1050 (min əlli) manat abunə haqqı” tələbinə ilə 11653788 nömrəli, xx.xx.2025-ci il tarixli elektron-qaimə faktura göndərmiş və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən həmin məbləğdə vəsaiti abunə haqqı kimi qəbul etmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən ünvanlanan məktub və həmin məktuba əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh həmin MMC-yə “*3331 qısa nömrəsinə görə dekabr 2024-fevral 2025-ci ayları üzrə 1170 (min yüz yetmiş) manat abunə haqqı” tələbi ilə 11924411 nömrəli, xx.xx.2024-cü il tarixli elektron-qaimə faktura göndərmiş və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən həmin məbləğdə vəsaiti abunə haqqı kimi qəbul etmişdir. Beləliklə, yuxarıda sadalanan faktlardan aydın olduğu kimi, 09 fevral 2025-ci il tarixindən sonra da cavabdeh OSSN və onunla bağlı texnologiyandan və istinad olunan əmtəə nişanlarından icazəsiz istifadə etməkdədir. Cavabdehin yol verdiyi qanunsuz hərəkətlər faktiki olaraq yerli bazarda xidmətdən yararlanan, eləcə də potensial müştərilər arasında çaşqınlığa səbəb olmaqla iddiaçının kommersiya fəaliyyətinə əsassız maneələr yaradır, onun hüquqi və qanuni əsaslı sahibkarlıq fəaliyyətini həyata keçirməsinə müdaxilə edir. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticə etibarilə 09 fevral 2025-ci il tarixindən sonrakı dövrə münasibətdə OSSNlərin təmini üzrə müştərilərlə iddiaçı arasında xidmət müqavilələrinin bağlanması prosesində çətinliklər yaratmış, bu prosesin aparılmasına öz mənfi təsirini göstərmiş və hal-hazırda da göstərməkdədir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən Nazirliyə ünvanlanan məktubdan aydın olduğu üzrə cavabdehin təqdim etdiyi yanlış məlumatlar müştərilər arasında çaşqınlıq yaradır və iddiaçının hüquqi və qanuni əsaslı sahibkarlıq fəaliyyətini həyata keçirməsinə mane olur. Bundan başqa, cavabdehin faktiki olaraq OSSN-lər üzrə əqli mülkiyyət hüquqlarından post-factum olaraq qeyri-qanuni istifadəsi iddiaçının adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi faydadan (gəlirdən) məhrum edilməsinə də səbəb olmuşdur. Çünki, 09 fevral 2025-ci il tarixindən sonrakı dövr üçün müştərilərdən xidmət haqları toplanılmışdır və bugün də bu fəaliyyət davam etdirilir. İddiaçı tərəfindən yuxarıda sadalanan qanunsuz hərəkətlərin dayandırılması və nəticələrinin aradan qaldırılmasına dair cavabdehə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli pretenziya məktubları göndərilməsinə baxmayaraq, tələblər nəzərə alınmamış və sonuncu tərəfindən bu cür qanunsuz hərəkətlər davam etdirilməkdədir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə patent hüququ ilə qorunan “*” prefiksli “XXXX” dörd rəqəmli qısa nömrələr və onunla bağlı texnologiyadan, həmçinin qeydiyyata alınmış “X16”, “OSS” və “OSSN” əmtəə nişanlarından istənilən üsul və qaydada istifadəyə/tətbiqə yönələn fəaliyyətin qadağan edilməsi, Cavabdeh MMC-nin üzərinə özünə məxsus www.starn.az və www.ossn.az rəsmi veb-səhifələrində, o cümlədən Facebook (facebook.com/starnumberaz), İnstagram (@starnumber.az) və Linkedin (X11) sosial şəbəkə hesablarında mövcud patent hüququ ilə qorunan “*” prefiksli, “XXXX” dörd rəqəmli qısa nömrə və onunla bağlı texnologiyaya aid, eləcə də qeydiyyata alınmış “X16” “OSS” və “OSSN” nişanı, emblem və loqolarının əks olunduğu istənilən şəkil, video, slayd və digər reklam/təbliğat materiallarının dərhal və tamamilə silinməsi öhdəliyinin qoyulması, Cavabdeh MMC-nin iddiaçının xidmət istifadəçiləri qarşısında işgüzar nüfuzunun pozulmasına və sahibkarlıq fəaliyyətinə qarşı qanunsuz müdaxilə və maneələrə səbəb olan hərəkətlərə yol verməsi nəticəsində vurulan zərərə görə 10000 (on min) Azərbaycan manatı, eləcə də xidmət istifadəçilərindən 09 fevral 2025-ci ildən sonrakı dövr üzrə abunə haqqının qanunsuz olaraq alınması ilə iddiaçıya əldən çıxmış fayda şəklində vurulan zərərə görə cəmi 3223 (üç min iki yüz iyirmi üç) Azərbaycan manatı məbləğində kompensasiyanın və ödənilmiş 124 (yüz iyirmi dörd) Azərbaycan manatı məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Sahibkarlıq fəaliyyəti” haqqında Qanununun 7, 15-ci, “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 22.1, 26, 32.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4, 23.6, 1096.1, 1097.1, 1098.1, 1098.3-cü maddələrinə istinad edilmişdir.
5. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış mülahizədə qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinə WİPOnun (X7 Organization) veb-saytından notarial təsdiqli çıxarış əlavə edilmişdir. Həmin çıxarışda “One Smart Star” əmtəə nişanının qeydiyyata alındığı ölkələrin siyahısında Azərbaycan Respublikası qeyd edilməmişdir. Məlum olduğu kimi, əmtəə nişanının Koreya, ABŞ, İsveçrə, Keniya, Qazaxıstan və Ukraynada qeydiyyata alındığı qeyd edilmişdi. Daha sonra cavabdeh tərəfindən ilkinlik tarixi 20 fevral 2025-ci il olmaqla, “X16” əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alındığına dair qərar və xx.xx.2025-ci il tarixli şəhadətnamə elektron informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edildi. Məhz bundan sonra iddiaçının nümayəndəsi tərəfindən WİPO-nun veb-saytından yeni çıxarış sistemə əlavə edildi. Həmin çıxarışda ölkələrin siyahısında Azərbaycan Respublikasının da adı mövcuddur. Ancaq həmin veb-saytdan təqdim edilən çıxarışdan görünür ki, iddiaçı cavabdeh tərəfin əmtəə nişanını qeydə aldırmasından sonra 14 may 2025-ci ildə həmin nişanın Azərbaycanda qeydə alınması üçün müraciət edib və hələlik Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən həmin müraciətə cavab bildirilməyib. Paris Konvensiyasına və Madrid Protokoluna əsasən ölkədaxili qurum beynəlxalq müraciətə ən geci 18 ay ərzində cavab verə bilər. İddiaçının müraciəti barədə rədd qərarının təqdim ediləcəyini təxmin etmək də çətin deyildir. Odur ki, iddiaçı təsdiq edilməmiş müraciətini qeydiyyata alınmış kimi göstərərək məhkəməni çaşdırmağa cəhd etməkdədir. Bundan əlavə, elə bu hal özü də təsdiq edir ki, beynəlxalq qeydiyyat konvensiyaya üzv dövlətlərdə avtomatik mühafizə təmin etmir. Nişanın mühafizə olunması üçün mühafizə olunması istənilən ölkəyə müraciət edilməsi və həmin ölkədə həmin nişandan istifadə edilməsi şərtləri mövcuddur.
6. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış mülahizədə qeyd edilmişdir ki, patent və əmtəə nişanı ilə qorunan predmetlərdən istənilən üsul və qaydada istifadəyə/tətbiqə yönələn fəaliyyətin qadağan edilməsi tələbi əsassızdır. Birincisi, iddiaçının iddia etdiyi patentə və əmtəə nişanına dair subyektiv hüququnu təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Əvəzində iddiaçı Niderlandda qeydiyyatdan keçmiş şirkətin hüquqlarına istinad edir. Halbuki patent və ya əmtəə nişanına dair hüquqların ötürülməsinin müəyyən prosedur qaydaları vardır (məsələn, əqli mülkiyyət agentliyində qeydiyyata alınan müstəsna lisenziya müqaviləsi, qeyri-müstəsna lisenziya müqaviləsi və s.). Hazırda iddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmayan qaydada dolayı təmsil ilə Niderland şirkətini təmsil etməyə cəhd etməkdədir ki, bu da ona subyektiv hüquq vermir. İkincisi, patent və əmtəə nişanının mühafizəsini təmin etməsi üçün onun Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınması lazımdır. Niderland şirkəti əmtəə nişanının qeydiyyata alınması üçün 14 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Hələlik həmin müraciətə heç bir cavab verilməmişdir. İddiaçı tərəf həmin müraciəti sanki qeydiyyata alınma kimi təqdim etməklə aldatmağa da cəhd etmişdir. Patentə gəldikdə isə yenə Azərbaycan Respublikasında qeydiyyat aparılmadığı üçün onun mühafizəsi hal-hazırda mümkün deyildir. AR xxx (bundan sonra Nazirlik) tərəfindən belə bir sənəd tələb edilməmişdir və edilə də bilməz. Müraciət olunacağı halda AR Əqli Mülkiyyət Agentliyinin müsbət və ya mənfi cavab verəcəyinin məlum olmadığı patentin mühafizəsi təmin edilə bilməz və hər hansı mərkəzi icra hakimiyyəti orqanı ölkədəki fəaliyyətin legitimliyinin əsası kimi həmin patentə istinad edə bilməz. İddiaçı tərəfin ölkə tərəfindən beynəlxalq konvensiyaların ratifikasiya edilməsini patent və əmtəə nişanlarının ölkədə də avtomatik mühafizə təmin etməsilə bağlı iddiaları da tamamilə absurddur. Bu elə onun öz hərəkətləriylə də bilinir. Əgər əmtəə nişanının başqa ölkələrdə qeydiyyatı Azərbaycan Respublikasında da avtomatik qeydiyyat təmin edirsə, onda nə üçün AR Əqli Mülkiyyət Agentliyi cavabdehin eyni əmtəə nişanı ilə bağlı müraciətini qeydə alır? və yaxud əgər mühafizə avtomatik təmin olunursa, iddiaçı tərəf nə üçün WİPO vasitəsilə Azərbayacana da müraciət etmək ehtiyacı hiss edir? Bəs üstünlük üçün əmtəə nişanına münasibətdə 6 ay, patentə münasibətdə 12 aylıq müddətlərin əhəmiyyəti nədir? X4 müəllifi olduğu “marka hukuku” kitabından təqdim edilən hissələr də bunu dəstəkləyir. Üçüncüsü, Cavabdeh MMC istəsə belə “*” prefiksli “XXXX” dörd rəqəmli qısa nömrələrlə bağlı xidmət həyata keçirə bilməz. Çünki həmin xidməti həyata keçirməsi texniki cəhətdən mümkün deyildir. Məlum olduğu kimi həmin xidmətin göstərilməsi üçün mobil operatorlar və Nazirliyin nəzdində fəaliyyət göstərən xidmət təmin edicilər tərəfindən texniki dəstək göstərilməlidir. Hazırda Nazirliyin göstərişi əsasında həmin texniki dəstək yalnız İddiaçı MMC-yə göstərilir. Üstəlik texniki dəstəyin göstərilməsi məqsədilə Cavabdeh MMC ilə bağlanmış müqaviləyə bütün operatorlar tərəfindən xitam verilmişdir. Veb səhifələrində və sosial şəbəkə hesablarında “*” prefiksli “XXXX” dörd rəqəmli qısa nömrə və onunla bağlı texnologiyaya aid, eləcə də qeydiyyata alınmış “X16” “OSS” və “OSSN” nişanı, emblem və loqolarının əks olunduğu istənilən şəkil, video, slayd və digər reklam/təbliğat materiallarının dərhal və tamamilə silinməsi öhdəliyinin qoyulması tələbinə münasibətdə bildirilmişdir ki, bu tələb də əsassızdır. Belə ki, iddia ərizəsi ilə tələb edilən öhdəliyin icrası üçün birincisi, öhdəlik icra edilməmiş olmalı, ikincisi, onun icrası mümkün olmalıdır. Əks halda bu həm prosessual qənaət prinsipinin pozulmasına səbəb olar, həm məhkəməyədək artıq həll edilmiş məsələyə yenidən baxılmasına səbəb olar, həm də tərəfə icrası mümkün olmayan öhdəlik yüklənmiş olar. Təqdim edilən ekran şəkillərindən də göründüyü kimi, iddiaçı tərəfin silinməsi öhdəliyinin qoyulmasını istədiyi predmetlərin yerləşdirildiyi veb saytlar, sosial şəbəkə hesablarının özləri silinmişdir. Deməli, əgər cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi var idisə, o artıq icra olunmuşdur. Digər tərəfdən həmin veb saytlar və sosial şəbəkə hesabları tamamilə silindiyi üçün orada yerləşdirilmiş şəkil, video, slayd və digər materiallar da silinmişdir və ən əsası artıq onlar silindiyi üçün yenidən silinmələri texniki cəhətdən mümkün deyildir. Təsəvvür edilsə ki, bu tələb məhkəmə tərəfindən təmin edildi, axı cavabdehin onu yenidən icra etməsi mümkün deyil, o artıq icra edilib. İşgüzar nüfuzun pozulması və 10000 manat pul tələbinə münasibətdə bildirilmişdir ki, bu tələb də əsassızdır. Tələbin əsası kimi iddiaçı tərəfindən nəzərdən keçirilən hallar bundan ibarət olmuşdur ki, cavabdeh ünvanladığı müraciətində iddiaçı haqqında “...əsassız şəkildə mənbəyi, mənşəyi, fəaliyyət sahəsi bəlli olmayan, həmçinin bu xidmət sahəsində hər hansı bir təcrübəyə malik olmayan şirkətə (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə)..” kimi ifadələrə yer verməklə sonuncunu müştərilər qarşısında gözdən salmağa, nəticə etibarilə onun işgüzar nüfuzunun pozulmasına yönələn davranışa yol vermişdir. Birincisi, məktubun ünvanlandığı tarix 30 yanvar 2025-ci ildir. Yəni həmin tarixdə hələ Cavabdeh MMC-nin Nazirliklə müqaviləsi qüvvədəydi və İddiaçı MMC nömrə resurslarına dair hər hansı müqavilə bağlamamışdı. Belə olan halda tərəfdaşlardan daxil olan çoxsaylı müraciətlərdən həmin vaxta qədər adı, ünvanı və s. məlumatları Cavabdeh MMC-yə bəlli olmayan İddiaçı MMC adında bir şirkətin özünü yeganə səlahiyyətli şirkət kimi təqdim edərək, Cavabdeh MMC-nin hüquq və öhdəliklərini üzərinə götürdüyünü bildirərək, müştərilərə xidmət təklif etdiyi müəyyən olunmuşdur. Buna görə Cavabdeh MMC öz hüquqlarını və öhdəliklərini heç kimə ötürmədiyini və hüquqi müstəvidə mübarizə apardığını bildirmək məqsədilə belə bir məktub ünvanlamışdır. Nazirliyin nömrə resurslarını İddiaçı MMC-yə ayırmasını əsassız hesab etmək və yaxud İddiaçı MMC-ni bu sahədə təcrübəsiz adlandırmaq qətiyyən onun işgüzar nüfuzunun pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh bunu əsassız hesab etdiyi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2025-ci ilin fevral ayına qədər ölkədə bu sahədə yeganə təcrübəli şirkətin Cavabdeh MMC olduğu isə işin mübahisəsiz halıdır. İddiaçı MMC-nin bu sahədə hal-hazırkı vaxta cəmi 6 aylıq təcrübəsi mövcuddur, həmin vaxt isə ümumiyyətlə təcrübəsi olmamışdır. Nazirlik nömrə resurslarının ayrılması və istifadəsi qaydalarının 3.3-cü və 5-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq onun hüquqlarını əsassız şəkildə İddiaçı MMC-yə ötürdüyündən cavabdeh məcbur qalaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur. “Mənbəyi, mənşəyi, fəaliyyət sahəsi bəlli olmayan” ifadələrinə münasibətdə bildirilmişdir ki, həmin ifadələr “Fast Solutions MMC-nin bu sahədəki təcrübəsinə yönəlik cavabdehin qiymətləndirici rəyidir. Bununla cavabdeh iddiaçının həqiqətən də mənbəyinin və ya mənşəyinin bilinmədiyinə deyil, nömrə resursları ilə bağlı xidmət sektorunda təcrübəsi olmadığına diqqəti cəlb etməkdədir. Eyni zamanda bu ifadələr hər hansısa hüquqi şəxsin digər hüquqi şəxs barədə fakt ortaya qoyması kimi qiymətləndirilə bilməz, əksinə bu ifadənin İddiaçı MMCnin qanunsuz zəngləri və Nazirliyin qanunsuz hərəkətləri ilə sıx bağlılığı mövcuddur. Unudulmamalıdır ki, Cavabdeh MMC-nin həmin nömrə resursları ilə bağlı xidmət göstərdiyi istisnasız olaraq bütün müştəriləri cavabdehin özü tərəfindən cəlb edilmişdir. Cavabdeh MMC-nin uzun illər ərzində müxtəlif çalışmalarla cəlb etdiyi müştərilər sayəsində hazırda İddiaçı MMC ciddi maliyyə vəsaiti əldə etməkdədir və bunun üçün Cavabdeh MMC-yə heç bir kompensasiya da ödənilməmişdir. Avropa İnsan hüquqları Məhkəməsi ifadə azadlığı ilə bağlı məsələlərə baxarkən qeyd edib ki, şəxslərin istifadə etdikləri ifadələrdə faktları qiymətləndirici rəylərdən ayırmaq lazımdır. Əgər birincilərin sübutlarla təsdiq və ya təkzib edilməsi mümkündürsə, digərləri üçün nə belə təkzibi, nə sübut etməyi tələb etmək mümkün deyil (Linqens Avstriyaya qarşı iş üzrə 8 iyul 1986-cı il tarixli qərar). Oxşar yanaşma AİHM tərəfindən Oberşlik Avstriyaya qarşı işində də tətbiq olunmuşdur. Belə ki, həmin işdə jurnalist keçmiş kansler olan ultra sağçı partiyanın rəhbərini “axmaq (idiot)” adlandırmışdır. AİHM belə qənaətə gəlmişdir ki, sərt tənqidi ifadənin obyekti siyasətçi olduğundan onun tənqidinin geniş hüdudları tanınmalıdır və istifadə olunan termin “səbəbsiz şəxsi hücum” deyil, jurnalistin fikri və dəyər mühakiməsidir (Oberschlick v. Austria, (No.2), 1997). Belə olduğu halda, həmin ifadə AİHK-in 10-cu maddəsinin müdafiəsi çətiri altına düşür. Məhkəmə bir çox hallarda həm ifadəyə, həm də onun istifadə edildiyi ümumi kontekstə önəm verir. Ümumilikdə, ictimai maraq kəsb edən diskussiyalarda tərəflər bir-birilərinin söz və fikirlərinə daha təmkinli yanaşmalıdırlar. İctimai müzakirələrdə iştirak edən şəxslər də yüksək dözümlülük səviyyəsi nümayiş etdirməlidirlər (Harris, O’Boyle, Warbrick, 2014: 929). AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da oxşar məsələlərə toxunulur. Həmin qərarda kollegiya qeyd edir ki, ifadə azadlığı bəzi hallarda məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlər başqalarının nüfuzunun və hüquqlarının qorunması, milli təhlükəsizlik, ictimai asayişin təmin edilməsi və oxşar məqsədlər üçün tətbiq edilə bilər. Lakin bu cür məhdudiyyətlər yalnız “demokratik cəmiyyət üçün zəruri” və “mütənasib” olduğu hallarda əsaslı hesab olunur. Qeyd edilən maddədə “demokratik cəmiyyət üçün zəruri” olan hallar ifadə azadlığına müdaxilənin yalnız əhəmiyyətli sosial tələbat yarandıqda tətbiq edilə biləcəyi ilə bağlı olan hallardır. “Mütənasib” hallar dedikdə isə məhdudiyyət, əldə etmək istədiyi məqsədəuyğun olmalı və ifadə azadlığına həddən artıq müdaxiləyə səbəb olmamalıdır. Xüsusilə də ictimai maraq doğuran məsələlər barədədirsə, məhdudiyyətin tətbiqi daha ciddi əsaslandırma tələb edir. Əldən çıxmış fayda tələbinə münasibətdə bildirilmişdir ki, iddiaçının həmin vəsaitləri tələb etməyə subyektiv hüququ yoxdur və bu cür tələb müqavilələrin nisbiliyi prinsipinin kobud pozuntusudur. Məlum olduğu kimi, müqavilə üzrə hüquq və öhdəliklər yalnız tərəflərə aiddir və hüququn irəli sürülməsi və yaxud da öhdəliyin icrası tələbi yalnız müqavilə tərəfinə aid hüquqdur. Başqa şəxsin həmin tələbi irəli sürməsinin hüquqi əsası da yoxdur.
7. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin mülahizəzinə etiraz daxil olmuşdur. Etriaz onunla əsaslandırılmışdır ki, iddia tələbinin 1-ci hissəsi üzrə cavabdehin etirazının mahiyyət etibarilə əsasları ondan ibarətdir ki, 011837 saylı Avrasiya patenti sənədinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi yoxdur və cavabdehin fəaliyyəti ümumiyyətlə həmin texnologiya ilə əlaqəli deyil. Lakin bu etirazlar əsassız və hüquqi baxımdan qəbulolunmazdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli, 1032 nömrəli qərarı ilə Azərbaycan Respublikası 9 sentyabr 1994-cü il tarixli “X5”nı ratifikasiya etmişdir. Həmin Konvensiyanın 9.1-ci və 13.2-ci maddələrinə əsasən Avrasiya patenti sahibinə patentləşdirilmiş ixtiranı istifadə etmək, istifadəsinə icazə vermək və ya istifadəsini qadağan etmək hüququ verilir. Eyni zamanda, Konvensiyaya üzv olan hər bir dövlət, Avrasiya patentinin pozulması halında milli patent hüququnun pozulmasına münasibətdə tətbiq edilən mülki və digər hüquqi məsuliyyət tədbirlərini tətbiq etməyi öhdəsinə götürür. Bundan əlavə, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar, bu Qanunda nəzərdə tutulan qaydalardan fərqli olduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. Beləliklə, yuxarıda qeyd olunan Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının hüquqi məkanında birbaşa və üstün hüquqi qüvvəyə malik olduğu birmənalı şəkildə müəyyən olunur. Bu isə öz növbəsində patent sahibinə Avrasiya patenti əsasında patentləşdirilmiş ixtiranın Azərbaycan Respublikası ərazisində qanunsuz istifadəsinin qarşısını almaq hüququ verir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, cavabdeh tərəf, No 011837 saylı Avrasiya patenti sənədinin sahibi olan “X16 Limited” şirkətinin törəmə qurumu olan “X16 Netherlands B.V.” ilə 20 noyabr 2009-cu il tarixində bağlanmış eksklüziv françayz müqaviləsinin tərəfidir. Həmin müqavilənin preambula hissəsində tərəflər açıq şəkildə razılaşmışlar ki, fəaliyyət patentləşdirilmiş texnologiya əsasında həyata keçiriləcəkdir. Cavabdeh bu sənəddə qarşı tərəfin patent və texnologiyaya dair mülkiyyət hüquqlarını tanımış, həmin texnologiya üzrə fəaliyyət göstərməyi öhdəsinə götürmüşdür. Qeyd edilməlidir ki, bu müqavilə əsasında tərəflər arasında təqribən 13-14 il ərzində işgüzar münasibətlər mövcud olmuş, bu müddət ərzində cavabdeh sözügedən texnologiyanın Azərbaycan Respublikası ərazisində distributoru kimi çıxış etmiş və patent sahibinə mütəmadi olaraq aylıq xidmət haqqı ödəmişdir. Bu hallardan çıxış edərək haqlı sual yaranır: əgər 011837 saylı Avrasiya patenti Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəyə malik deyildirsə, nə üçün cavabdeh eksklüziv françayz müqaviləsində bu hüquqları açıq şəkildə tanımış və 13-14 il ərzində patent sahibinə texnologiyanın istifadəsinə görə xidmət haqqı ödəmişdir? Aydın olduğu kimi, cavabdeh özünün uzunmüddətli fəaliyyəti və müqavilə öhdəlikləri ilə patentin hüquqi qüvvəsini de-fakto tanımışdır. Cavabdehin uzun illər ərzində patent sahibi ilə bağladığı müqavilə əsasında fəaliyyət göstərməsi, texnologiyanı istifadə etməsi və müntəzəm ödənişlər etməsi hüquqi praktikada “konkludent hərəkətlər” kimi qiymətləndirilir. Bu cür davranışlar cavabdehin patent hüququnu faktiki olaraq tanıdığını sübut edir. Belə olduqda, indi bu hüququ inkar etməsi etibarlı hüquqi mövqe deyil və “estoppel” prinsipinə ziddir. Qısa desək, şəxs uzun müddət bir hüququ tanıyıb ona uyğun davranırsa, sonradan bu hüququ inkar etməsi hüquqi baxımdan müdafiə edilə bilməz. Əlavə olaraq, cavabdehin bu gün iddia etdiyi mövqe, yalnız hüquqi baxımdan deyil, kommersiya münasibətləri və müqavilə etikası baxımından da qəbuledilməzdir. O, patentin tanındığını bilə-bilə 13-14 il ərzində texnologiyadan istifadə etmiş, xidmət haqqı ödəmiş, bu müddətdə əldə etdiyi gəlirlərlə fəaliyyətini genişləndirmiş, lakin indi hüquqi məsuliyyətdən yayınmaq məqsədilə əvvəlki davranışını inkar etmək yolunu seçmişdir. Bu yanaşma, sadəcə texniki hüquqi məsələ deyil, həm də kommersiya hüququnun sabitlik və etibarlılıq prinsiplərinə ziddir. İddia tələbinin 2-ci hissəsi üzrə cavabdehin etirazının əsasları mahiyyət etibari ilə ondan ibarətdir ki, qeyd olunan əmtəə nişanlarının beynəlxalq qeydiyyatı onların Azərbaycan Respublikası ərazisində hüquqi qorunmasını təmin etmir; bunun üçün əlavə milli prosedurların icrası tələb olunur və bu prosedurlar ya ümumiyyətlə həyata keçirilməmiş, ya da gecikdirilmişdir. Bundan əlavə, cavabdeh iddia edir ki, “X16” əmtəə nişanı onun tərəfindən Azərbaycan ərazisində qeydiyyatdan keçirilmişdir və bu nişandan istifadə etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlə “X16 Netherlands B.V.” şirkəti arasında 20 noyabr 2009-cu il tarixində imzalanmış eksklüziv françayz müqaviləsi mövcuddur. Həmin Müqavilənin 6-cı maddəsində cavabdeh açıq şəkildə bəyan etmiş və öhdəsinə götürmüşdür ki: qarşı tərəfin əmtəə nişanlarına dair hüquqlarını tanıyır; həmin nişanlardan yalnız müqavilənin qüvvədə olduğu müddət ərzində və qarşı tərəfin yazılı razılığı ilə istifadə edəcək; müqavilənin qüvvədən düşməsi ilə belə, 6-cı maddənin müddəaları öz hüquqi qüvvəsini saxlayacaq; əmtəə nişanlarından irəli gələn və ya onlarla bağlı hər hansı müstəqil kommersiya fəaliyyəti həyata keçirməyəcək. Hesab edilir ki, bu müddəalar cavabdehin müqavilədən irəli gələn hüquqi öhdəliklərini açıq şəkildə müəyyən edir. Beləliklə, əmtəə nişanlarının ölkə ərazisində qeydiyyat vəziyyətindən asılı olmayaraq, cavabdehin bu nişanlardan istifadəsi müqavilə ilə qadağan olunmuşdur. Cavabdehin arqumenti əmtəə nişanlarının milli qeydiyyatla bağlı texniki prosedurlarına istinad edir. Lakin bu iddia da əsassızdır. Çünki, hətta qeyd olunan əmtəə nişanlarının Azərbaycan Respublikası ərazisində hüquqi qorunması təmin edilməmiş olsa belə, bu, cavabdehə müqavilə şərtlərini pozmaq hüququ vermir. Müqavilə münasibətlərində tərəflər razılaşdıqları hüquqi şərtlərə əməl etməyə borcludurlar və müqavilə öhdəliyi bu kontekstdə əmtəə nişanının qeydiyyat vəziyyətindən müstəqil hüquqi məsuliyyət doğurur. Başqa sözlə, qeyd olunan əmtəə nişanının Azərbaycan Respublikasında mühafizə olunmaması, cavabdehə həmin nişanı müqavilə ilə qadağan edilmiş formada istifadə etmək üçün hüquqi əsas yaratmır. Belə bir vəziyyətdə, texniki hüquqi statusdan asılı olmayaraq, cavabdeh üçün istifadə qadağandır – çünki bu, onun özünün açıq şəkildə qəbul etdiyi müqavilə öhdəliyidir. Bu isə əmtəə nişanının qeydiyyat statusuna deyil, cavabdehin spesifik hüquqi münasibətinə əsaslanır. Əlavə olaraq qeyd edilmişdir ki, indiki vəziyyətdə “X16” əmtəə nişanının qeydiyyatı ilə bağlı risk də cavabdehin üzərinə düşür. Çünki, cavabdeh müqavilə əsasında həmin əmtəə nişanından istifadənin yalnız icazə əsasında mümkün olduğunu bilirdi və ya bilməli idi. Bu halda, qeydiyyat aparılmış olsa belə, həmin hüquqlardan istifadə etmək üçün hüquqi əsas yaranmır- çünki müqavilə hüququ bu istifadəyə mütləq qadağa qoyur. Əgər cavabdeh bu nişan üzrə qeydiyyat aparıbsa belə, bu hərəkət onun müqavilə şərtlərini pozmaq niyyəti ilə həyata keçirildiyi anlamına gəlir. Dolayısı ilə hazırda iddiaçının qadağa ilə bağlı tələbi də məhz müqavilə şərtlərinin icrası zərurəti ilə bağlıdır. İddia tələbinin 3-cü hissəsi üzrə cavabdehin etirazının əsasları mahiyyət etibari ilə ondan ibarətdir ki, onun müştərilərə ünvanladığı müraciətlərində qeyd olunan fikirlər heç bir halda iddiaçını müştərilər qarşısında gözdən salmağa, onun işgüzar nüfuzunun pozulmasına yönələn davranışlar hesab edilə bilməz, çünki bu fikirlər doğrudur. Azərbaycan Respublikası qanunvericiliyinə, istərsə də o beynəlxalq təcrübəyə görə, doğru və ya faktiki əsaslı olduğu iddia edilən məlumatlar belə, əgər məqsədli şəkildə yanıltma, manipulyasiya, işgüzar nüfuzun ləkələnməsi və ya rəqabət üstünlüyü əldə etmək üçün müştərilərin çaşdırılması məqsədilə yayımlanırsa, bu halda həmin məlumatlar hüquqi məsuliyyət doğuran davranışlar hesab olunur. Qaldı ki, cavabdehin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarında yer alan “mənbəyi və mənşəyi bəlli olmayan, bu xidmət sahəsində təcrübəsi olmayan şirkət” ifadələri subyektiv və əsaslandırılmamış qiymətləndirmələrdir, obyektiv məlumat deyil və müştərilərdə iddiaçıya qarşı etimadsızlıq yaratmaq məqsədi güdür. Dolayısı ilə istənilən hallarda bu cür fikrin səsləndirilməsi işgüzar nüfüza qarşı yönəlmişdir. Daha sonra, cavabdehin müştərilərə ünvanladığı və xx.xx.2025ci il tarixli məktubunda “məhkəmə yekunlaşana qədər iddiaçı ilə əməkdaşlıq etməyin” çağırışı heç bir hüquqi əsası olmayan, özünü məhkəmə qərarı vermiş orqan kimi təqdim edən və iddiaçı ilə kommersiya əlaqələrinin qarşısını almağa yönəlmiş açıq hüquqa zidd çağırışdır. Bu cür hərəkətlər əngəlləyici rəqabət, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilə və hüquqsuz nüfuz sarsıtması kimi qiymətləndirilməlidir. Bundan başqa, cavabdeh xidmət abunəçilərinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda heç bir hüquq və səlahiyyəti olmadığı halda, özünü yenidən müvafiq texniki xidmətin təminatçısı kimi göstərməyə və yanlış rəyin formalaşdırılmasına çalışmışdır. Qeyd olunanlarla yanaşı, həmçinin həmin məktubda cavabdeh müştəriləri alternativ xidmətdən istifadəyə yönəldərək, dolayısı ilə alternativ xidmətin varlığını təsdiq edərək, bu istiqamətdə iddia tələbini də qəbul etmişdir. İddiaçının hazırkı iddia tələbi ilə çıxış etmə hüququna dair əsaslandırma: İddiaçı ilə “X8 LDT” şirkəti arasında (müqavilə üzrə “X16 Limited” şirkətinin təsdiqi ilə) 09 yanvar 2025-ci il tarixində X3 bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən 10 fevral 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində OSSN-lərin və əlaqəli texnologiyanın tətbiqi, yayımı və bu sahədə xidmətlərin göstərilməsi, habelə əlaqəli əmtəə nişanlarından istifadə hüquqları yalnız iddiaçıya məxsus olmuşdur. Beləliklə, iddiaçı müvafiq hüquq, icazə və səlahiyyətləri özündə cəmləşdirən yeganə subyekt statusuna malikdir. Əməkdaşlıq Müqaviləsinin 6.4-cü bəndinə əsasən iddiaçının texnologiyanın hər hansı qeyri-qanuni və ya sui-istifadə hallarını müqavilə üzrə tərəfdaşın diqqətinə çatdırmaq və tərəfdaşın əmlak hüquqları və maraqlarını qorumaq məqsədilə bütün zəruri tədbirləri görmək (o cümlədən hüquqi müdafiə vasitələrindən istifadə etmək) öhdəliyi müəyyən olunmuşdur. Bundan əlavə, müqaviləyə əlavə edilmiş və 10 fevral 2025-ci il tarixli məktubda da tərəfdaşın əmlak hüquqlarını və maraqlarını qorumaq məqsədilə bütün vasitələrdən (o cümlədən məhkəmə müdafiəsi) istifadə etmək səlahiyyəti bilavasitə iddiaçıya həvalə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının hazırkı iddia tələbləri ilə çıxış etmək və cavabdehə qarşı müvafiq hüquqi müdafiə tədbirləri görmək hüququ tam şəkildə mövcuddur. Yuxarıda qeyd olunan halları ümumiləşdirərək belə bir qənaətə gəlinir ki, cavabdeh irəli sürdüyü etirazlarını, nə milli, nə də beynəlxalq hüquq normaları ilə əsaslandırıla bilməmişdir. X5, müqavilə öhdəlikləri və kommersiya etikasına zidd hərəkətlər fonunda, cavabdehin hazırkı hüquqi mövqeyi əsassız və qeyri-legitimdir. İddiaçı, ixtiraya və əmtəə nişanlarına dair hüquqi müdafiə vasitələrini tətbiq etmək və kommersiya nüfuzuna vurulan zərərə görə kompensasiya tələb etmək hüququna tam şəkildə malikdir. Bu səbəbdən, iddianın təmin olunması hüquqi baxımdan əsaslıdır. Odur ki, yekun məhkəmə aktı qəbul olunan zaman qeyd olunan halların nəzərə alınması xahiş edilmişdir.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili Ağamoğlan Əlövsət oğlu məhkəmə iclasında iddia ərizəsi və təqdim etdiyi ərizələrə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, qarşı tərəf silinmələrlə bağlı sənədlər təqdim edibdir. İddia tələbinin 2-ci hissəsi ilə bağlı artıq mübahisə yoxdur. Patent hüququ qeydiyyata alınıb və bununla bağlı sənəd mövcuddur. Müqavilənin 6-cı bəndinə əsasən iddiaçının icazəsi olmadan qarşı tərəf istifadəni həyata keçirə bilməz. Gələcəkdə istifadə etsə belə, iddiaçının razılığı ilə istifadə edə bilərlər. Hüququ verən şirkət xarici şirkətdir və üç tərəfli müqavilə bağlanılıbdır. Zərər işgüzar nüfuza vurulmuş zərər kimi müəyyənləşdirilmişdir. İşgüzar nüfuza vurulmuş zərərlə bağlı sübutlar təqdim olunub. Şirkətlərdən biri Cəmiyyətə məktubla müraciət edib və buna əsasən əldən çıxmış fayda kimi hesablanmışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında yuxarıda onun tərəfindən təqdim edilən ərizələrə uyğun izahat verərərk, iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, həmin məlumatlar əvvəlcədən silinmişdi və təmsil etdiyi şəxslə dəqiqləşmə aparmışdır. Xidmət dayandırılandan sonra silinmə olubdur. Nömrə resursları hazırda onlardan alınıbdır və texniki dəstək yoxdur. Buna görə də hazırda texniki baxımdan da istifadə etmək mümkün deyildir. Nömrə resursları nazirlik tərəfindən alınıbdır. Qadağan olunma mümkün olmalıdır və qeyri-müəyyən olmamalıdır.
10. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək, nazirlik olaraq iddiaya heç bir münasibətlərinin olmadığını qeyd etdi.
11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəfdaş qismində “X16” MMC ilə “X16 Netherlands BV” Şirkəti arasında xx.xx.2009-cu il tarixli eksklüziv françayzinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən OSS texnologiyanı ərazidəki operatorlara paylamaq üçün tərəfdaşa eksklüziv françayzinqi təqdim edir; 2.2-ci bəndinə əsasən tərəfdaş bununla françayzinqi qəbul edir və ərazidə texnologiyaya tələbin inkişaf etdirilməsi və bütün operatorların operator müqaviləsini imzalamasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə razılaşır.
12. Sifarişçi qismində “X16” MMC ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında xx.xx.2011-ci il tarixli, 97 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün sifarişçiyə, Nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir; 2.1-ci bəndinə əsasən sifarişçiyə ayrılan nömrə resursu 10001 ədəd mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə istifadə olunan “*0000-9999” nömrə resursudur; 3.1-ci bəndinə əsasən nömrə resurslarının ayrılması üzrə ödənişlər, Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2006-cı il tarixli iclasının “Azərbaycan Respublikasının ümumi istifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadə üzrə tariflərin təsdiq edilməsi barədə” 09 nömrəli qərarına uyğun olaraq hesablanır. Həmin hesaba əsasən müqavilə üzrə cəmi ödənilməli məbləğ 30000 manat təşkil edir (birdəfəlik 28000, illik 2000 manat); 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 ildir. Tərəflərdən biri qarşı tərəfə ən azı bir ay qabaqcadan müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraicət təqdim etməzsə, müqavilənin qüvvədə olma müddəti növbəti il üçün uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən tərtib edilmiş əmtəə nişanının qeydiyyata alınması haqqında qərarın məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi 2025 00563 nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən (511) Əmtəə və/və ya xidmətlərin sinifləri, 35 - Üçüncü şəxslər üçün telekommunikasiya xidmətlərinə abunə, 38 - Telefon xidmətləri, telefon bağlantısı, mobil telefon əlaqələri, telekommunikasiya marşrutlaşdırma və əlaqə xidmətləri, 42 - Telekommunikasiya texnologiyaları sahəsində məsləhətlərin verilməsi əmtəələri və/və ya xidmətləri üzrə əmtəə nişanının qeydiyyata alınması haqqında qərar qəbul etmişdir.
14. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2025 0646 nömrəli şəhadətnamənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-yə məxsus əmtəə nişanı 35 - Üçüncü şəxslər üçün telekommunikasiya xidmətlərinə abunə, 38 - Telefon xidmətləri, telefon bağlantısı, mobil telefon əlaqələri, telekommunikasiya marşrutlaşdırma və əlaqə xidmətləri, 42 - Telekommunikasiya texnologiyaları sahəsində məsləhətlərin verilməsi əmtəələri və/və ya xidmətləri üzrə qeydiyyata alınmışdır.
15. İddiaçı MMC ilə “X8 LTD” Şirkəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli X3nin məzmunundan müəyyən olunmuşdur ki, “X8 LTD” Şirkəti “X16” MMC-dən əqli mülkiyyət hüquqları, patentlər, ticarət nişanları ilə bağlı hüquqları əldə etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “X8 LTD” Şirkəti tərəfdaşa ərazi daxilində OSSN məhsullarını və texnologiyanı operatorlara və müştərilərə yaymaq üçün müstəsna hüquq verir; 2.2-ci bəndinə əsasən tərəfdaş bu hüquqları qəbul edir və ərazi daxilində texnologiyaya tələbat yaratmaq üçün əlindən gələn bütün səyləri edəcəyini, həmçinin bütün operatorların operator müqaviləsinə qoşulmasını və müştərilərlə müqavilə bağlanmasını təmin edəcəyini qəbul edir; 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının xxxndən “*0000 – 9999” nömrə resurslarının istifadəsinə bu müqavilənin icrasına əsasən tərəfdaşa verilən rəsmi icazəyə müvafiq olaraq CSİ, burada müəyyən edilmiş şərtlər və müddəalar əsasında tərəfdaşa müvafiq hüquqları və lisenziyanı təqdim edir. Əgər bu müqavilə ləğv edilərsə və ya müddəti başa çatarsa, bütün hüquqlar və lisenziyalar dərhal CSİ-yə qaytarılacaq və/və ya tərəfdaş tərəfindən istifadəsi və sahibliyi dayandırılacaqdır; 2.2-ci bəndinə əsasən bu müqavilənin icrası aşağıdakı 4-cü bölmədə müəyyən edilmiş fəaliyyət mərhələsindən başlayır. Fəaliyyət mərhələsi müxtəlif operatorlarla müqavilələrin bağlanması ilə OSSN xidməti və Star Phone-un fəaliyyətini nəzərdə tutur. Fəaliyyət mərhələsi ərzində tərəflər bu müqavilənin şərtlərinə uyğun olaraq “X16” nömrələri və “Star Phone”-nun ərazi daxilində yayılması üçün əməkdaşlıq edirlər.
16. xxx ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 380/2025 nömrəli müqavilənin məzmunundan müəyyən olunur ki, bu müqavilə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və çağrı mərkəzlərinin təyinatına oxşar xidmətlərin fəaliyyətinin təşkili üçün “*” işarəsi ilə başlayan “*XXXX” nömrə resurslarının ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiqi ilə bağlı sifarişçiyə mövcud qanunvericiliyə uyğun olaraq nömrə resurslarının ayrılması məqsədini daşıyır və nömrə resurslarından təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçiyə ayrılan nömrə resursu 10001 ədəd mövcud resurslardan istifadə etməklə müraciətlərin qəbulu və cavablandırılması üçün çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin, həmçinin çağrı mərkəzlərinin təyinatına oxşar xidmətlərin fəaliyyətinin təşkili məqsədilə istifadə olunan “*0000-9999” nömrə resursudur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. Dünya Əqli Mülkiyyət Agentliyi tərəfindən tərtib edilən cari beynəlxalq əmtəə nişanının qeydiyyatı barədə sənədin məzmunundan müəyyən olunur ki, “X16” MMC-nin xidmət göstərdiyi ölkələr arasında Azərbaycan Respublikası qeyd edilməmişdir.
18. Dünya Əqli Mülkiyyət Agentliyi tərəfindən tərtib edilən cari beynəlxalq əmtəə nişanının qeydiyyatı barədə sənədin məzmunundan müəyyən olunur ki, “X16” MMC-nin xidmət göstərdiyi ölkələr arasında Azərbaycan Respublikası da qeyd edilmişdir.
19. İş materiallarına əlavə edilmiş beynəlxalq ticarət nişanının məzmunundan müəyyən olunur ki, “X16 LTD” Şirkətinin xidmət göstərdiyi ölkələr siyahısında Azərbaycan Respublikasının adı qeyd edilmiş, statusunu təsdiqləyən qərarın gözlənildiyi qeyd edilmişdir.
20. X9 X12 tərəfindən tərtib edilmiş 011837 nömrəli avrasiya patentinin məzmunundan müəyyən olunur ki, “biznes müştəriləri ilə əlaqə” ixtirasına patent hüququnun sahibi “X14 Limited” Şirkəti, ixtira edən X10. Qeyd edilmişdir ki, müəyyən edilmiş illik rüsumun ödənilməsi ilə patent Avrasiya Konvensiya iştirakçısı olan dövlətlərin – Azərbaycan Respublikası, Qırğızıstan Respublikası, Ermənistan Respublikası, Qazaxıstan Respublikası, Moldova Respublikası, Tacikistan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Respublikası ərazisində qüvvədə olur.
21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6557/2025 nömrəli qərarının məzmunundan müəyyən olunur ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikasının xxxnə qarşı (İddiaçı MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “qərarın ləğvi” tələbinə dair iddiasının təmin edilməməsini qərara almışdır.
22. “X13” MMC tərəfindən Azərbaycan Respublikasının xxxnə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Cəmiyyət xeyli müddətdir ki, * işarəsi ilə başlayan qısa nömrələrin istifadəsi məqsədilə "X16" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq etməkdədir. Ötən müddət ərzində xidmətin göstərilməsində heç bir neqativ halla rastlanmamışdır və müqavilə hal-hazırda da qüvvədədir. Ancaq son günlər özlərini İddiaçı nümayəndəsi kimi təqdim edən şəxslər tərəfindən zənglər edilərək, * işarəsi ilə başlayan qısa nömrəylə bağlı eyni məzmunlu xidmət təklif olunur. Xidmət təklif olunması ilə yanaşı artıq qısa nömrələrə dair yeganə səlahiyyətli şəxsin "Fast Solutions” MMC olduğu və "X16" MMC ilə bağlanmış müqaviləyə xitam verməli olduqları da bildirilir. "X16" MMC tərəfindən təqdim olunmuş məktubda isə yuxarıda göstərilənlər təkzib edilməklə tərəflər arasında məhkəmə prosesinin mövcud olduğu ilə bağlı məlumat verilir. Tərəflərin ziddiyyətli mövqeləri və məhkəmə çəkişməsinin davam etməsi qısa nömrələrin istifadəsi ilə bağlı qeyri-müəyyənlik yaratmışdır. Bu səbəbdən qanuni qüvvəsini almış yekun məhkəmə qərarı olmadan qısa nömrənin İstifadəsinə dair hər hansı müqaviləyə xitam verilməsinin və yaxud da yeni müqavilə bağlanmasının hazırkı mərhələdə cəmiyyətin mənafeyinə uyğun olmadığı qeyd edilmişdir. Odur ki, qısa nömrədən istifadənin daimiliyinin təmin edilməsi və məsələyə aydınlıq gətirilməsi məqsədilə nazirliyə müraciət etmək zərurəti yaranmışdır.
23. “X16” MMC tərəfindən xidmət göstərdiyi bütün abunəçilərə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "X16" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikasının xxx arasında imzalanmış 09 fevral 2011-ci il tarixli "nömrə resurslarının ayrılması və istifadəsi barədə" müqavilə hal-hazırda qüvvədədir. Həmin müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 09 nömrəli, 12 aprel 2006-cı il tarixli qərarına uyğun olaraq illik 2000 manat ödəniş cəmiyyət tərəfindən həyata keçirilməkdədir. Məlumat üçün qeyd edilmişdir ki, 2025-ci il üzrə ödənişin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının xxxnin məsul şəxsləri tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 64 nömrəli hesab-faktura əsasında xx.xx.2025-ci il tarixində “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2000 manat ödəniş həyata keçirilmişdir. Bunlarla yanaşı, cəmiyyət tərəfindən mobil vǝ stasionar operatorlarla imzalanmış bütün müqavilələr də qüvvədədir. Tərəfdaşlara xidmət göstərmək üçün bütün texniki və hüquqi imkanlara sahibdirlər. Müqavilə bağlayan tərəflərin iradəsi xaricində onların hüquqlarının və öhdəliklərinin üçüncü şəxsə ötürülməsi qanunvericiliklə yolverilməzdir. Tərəfdaşlarla imzalanan bütün müqavilələr üzrə öhdəliklərin mümkün olan ən yaxşı formada yerinə yetirilməsi üçün işlər davam etdirilməkdədir.
24. “X16” MMC tərəfindən xidmət göstərdiyi bütün abunəçilərə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məlum olmayan səbəblərdən Azərbaycan Respublikasının xxx əsassız şəkildə 14 ildən çoxdur davamlı və uğurlu fəaliyyət göstərən, daim yüksək səviyyədə xidmət göstərən “X16” MMC arasında bağlanmış "nömrə resurslarının ayrılması və istifadəsi barədə" müvafiq müqaviləni uzatmayacağını bildirmişdir. Halbuki, 2025-ci il üzrə ödənişin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının xxxnin məsul şəxsləri tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 64 nömrəli hesab-faktura əsasında xx.xx.2025-ci il tarixində “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödəniş həyata keçirilmişdir. Həmçinin tərəfdaşlardan daxil olan çoxsaylı müraciətlərdən məlum olmuşdur ki, İddiaçı tərəfindən zənglər edilməklə qısa nömrələrə aid resursların "X16" MMC-nin səlahiyyətində olmadığı, abunəçilərlə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərin onlara ötürüldüyü bildirilmişdir. Azərbaycan Respublikasının xxx əsassız şəkildə mənbəyi, mənşəyi, fəaliyyət sahəsi bəlli olmayan, həmçinin bu xidmət sahəsində ümumiyyətlə hər hansı bir təcrübəyə malik olmayan şirkətə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə) nömrə resurslarının ayrılması ilə bağlı tövsiyyə məktubu təqdim etmişdir. Hal-hazırda Azərbaycan Respublikasının xxxnə qarşı "müqavilənin bağlanmasında üstünlük hüququndan istifadə edilməsi, müqavilə münasibətlərinin davam etdirilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi"nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və 20 fevral 2025-ci il tarixə inzibati mübahisə üzrə məhkəmə iclası təyin edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsində davam edən işdə "xxxx" MMC-nin də cəlb olunması üçün işlər davam etdirilir. Həmçinin qeyd edilmişdir ki, yaranmış vəziyyət ilə bağlı müvafiq dövlət strukturlarına da müraciət olunacaq. Odur ki, Azərbaycan Respublikasının xxx ilə “X16” MMC arasında bağlanmış "nömrə resurslarının ayrılması və istifadəsi barədə" müqavilə üzrə "X16" MMC-nin hüquqları kobud şəkildə pozulduğu üçün məhkəmə mübahisəsi yekunlaşana kimi İddiaçı ilə hər hansı əməkdaşlıq etməmələri xahiş edilmişdir. Abunəçilərə ayrılmış nömrə resursları bu mübahisədən asılı olmayaraq fəaliyyətini davam etdirəcək və hər hansı bir problem olmayacaq. Hazırda istifadə etdiyiniz "*" işarəsi ilə başlayan, "XXXX" prefikslərinin fasiləsiz texniki təminatı "X16" MMC tərəfindən həyata keçirilir.
25. İddiaçı tərəfindən iş materiallarına Cavabdeh MMC-nin rəsmi internet saytının şəkilləri əlavə edilmişdir. Həmin şəkillərdən müəyyən olunur ki, Cavabdeh MMC-nin hazırkı vaxta internet saytları vasitəsilə xidmətlərdən istifadə edilməsi mümkün deyildir.
26. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubun məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən “X16” MMC-yə xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, ******* nömrəli elektron qaiməyə əsasən dekabr 2024-fevral 2025 ayları üzrə “*2020” nömrəsinin və xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli, MT2412 seriyalı, 11653788 nömrəli elektron qaiməyə əsasən yanvar 2025-fevral 2025 ayları üzrə “*6555” nömrəsinin abunə haqları olaraq ümumilikdə 2289 manat ödəniş edilmişdir. Ödənişlərin əsası olan qaimələr iş materiallarına əlavə edilmiş qaimələr "xxxx" MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
27. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubun məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş məlumatda qısa nömrələrin lisenziya hüququnun İddiaçı MMC-yə məxsus olduğunun qeyd edildiyi bildirilmiş və *3331 qısa nömrəsinə görə 3 aylıq xidmətə görə göndərilən elektron qaimələr üzrə 1380 manat ödənişin edilməsi barədə xəbərdarlıq edilmişdir. Ödənişlərin əsası olan qaimə "xxxx" MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
28. “X15 Limited” LTD Şirkəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 09 yanvar 2025-ci il tarixində "xxxx" MMC ilə bağlanmış X3nə (sonradan "Müqavilə") əsasən OSSN-lərin ("*XXXX" qısa nömrə texnologiyası) yayımı və bu sahədə xidmətlərin təmini üzrə "X16 Limited" Şirkəti, eləcə də "X8 Ltd" Şirkətini Azərbaycan Respublikasında təmsil etmək hüququna, lisenziya və səlahiyyətlərinə malik yeganə rəsmi tərəfdaş "xxxx" MMC-dir. "X16 Limited" şirkətinin şahidliyi və təsdiqi ilə bağlanmış müqavilənin preambulası, eləcə də 6.1 və 6.4-cı maddələri ilə bəyan və qəbul edildiyi kimi, müqavilə üzrə OSSN texnologiyası və "X16" "OSSN" əmtəə nişanları üzərindəki əqli mülkiyyət hüquqlarının qorunması və bu xüsusda bütün lazımı səylərin göstərilməsi müqavilə üzrə tərəfdaş olan "xxxx" MMC-nin öhdəliyi olaraq müəyyən edilmişdir. Odur ki, "X16" Ltd. və "X8" Ltd. şirkətləri adından bununla əlavə olaraq təsdiq edilmiş və bildirilmişdir ki, "X16 Limited" şirkəti adına X1 qeydiyyata alınmış (Patent No 011837/30 iyun 2009 tarixli) OSSN texnologiyası və onun bağlı xidmətin göstərilməsi, eləcə də "X16 Limited" şirkətinin yeganə təsisçisi olduğu "X16 Netherlands B.V." adına Beynəlxalq Əqli Mülkiyyət Təşkilatı tərəfindən 946727 və 946728 qeydiyyat nömrələri ilə beynəlxalq qeydiyyata alınmış "X16" "OSSN" əmtəə nişanları və sair oxşar loqo vǝ emblemlərdən istənilən üçüncü şəxs tərəfindən qanunsuz istifadənin qadağan olunması məqsədilə bütün prosessual (məhkəmə, arbitraj, mediasiya və s.) və qeyri-prosessual hüquqi müdafiə vasitə və mexanizmlərindən istifadə ilə bağlı "xxxx" MMC-yə tam səlahiyyət və icazə verilir.
29. “X16 Netherlands BV” tərəfindən “X16” MMC-yə ünvanlanmış xx.xx.2009-cu il tarixli françayzinq müqaviləsinin xitamına dair xx.xx.2025-ci il tarixli bildirişin məzmunundan müəyyən olunur ki, müqavilənin 4.8 və 4.8.1.1-ci maddələri üzrə öhdəliklərin davamlı şəkildə pozuntusu ilə yanaşı, tərəfdaş olaraq “X16 Netherlands BV”yə aprel 2024-cü ildən bu bildirişin tarixinədək olan müddət üzrə qarşılıqlı razılaşdırılmış aylıq XXXX ABŞ dolları məbləğində françiza haqqı, həmçinin 2024-cü ilin yanvar ayından etibarən ayda XXXX manat mənfəət həddindən yuxarı əldə edilən gəlirin 50%-lik əlavə haqq ödənilməli idi. Bundan əlavə, bu günə qədər OSS-yə 2023-cü ilin 1-ci rübü üçün ödənilmiş və artıq tutulmuş olan XXXX ABŞ dolları məbləğində gəlir vergisinin geri qaytarılması həyata keçirilməmişdir, halbuki bu məbləğin 2024-cü ilin 1-ci rübündə OSS-yə qaytarılması nəzərdə tutulurdu. OSS tərəfindən əvvəllər göndərilmiş 3 məktubda bəyan edilmiş tərəfdaşın müqavilə pozuntularına dair xəbərdarlıqlardan altı aydan artıq müddət keçməsinə baxmayaraq, bu pozuntuların heç biri indiyədək aradan qaldırılmamış və ya düzəldilməmişdir. Buna görə də, bu məktub vasitəsilə “X16” MMC ilə bağlanmış müqavilə birtərəfli qaydada ləğv etmək hüququ bəyan edilmişdir. Bu ləğvetmə, müqavilənin 9 və 11.3-11.4-cü maddələrinə əsasən həyata keçirilir və xx.xx.2025-ci il tarixindən qüvvəyə minəcəkdir və OSS-nin hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bütün hüquqi müdafiə vasitələrindən istifadə ediləcəkdir. xx.xx.2025-ci ildən etibarən müqavilə üzrə tərəfdaş statusu ləğv edilmiş hesab ediləcəyi və bundan sonra müqavilə çərçivəsində verilmiş və ya əldə edilmiş hər hansı hüquqların, lisenziyaların, icazələrin və səlahiyyətlərin istənilən formada istifadəsi və ya sahiblik edilməsi qanunsuz olub məsuliyyətə səbəb olacağı bildirilmişdir.
30. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi tərəfindən “X16” MMC-yə ünvanlanmış məktubun məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı xxx) ilə “X16” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli, 97 nömrəli müqavilə ilə “✱” işarəsi ilə başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Nazirlik tərəfindən “X16” MMC-yə “✱0000-9999” nömrə resursları ayrılmışdır. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri qarşı tərəfə ən azı bir ay qabaqcadan yazılı müraciət təqdim etməklə müqavilənin qüvvədə olma müddətini növbəti il üçün uzatmaya bilər. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə ayrılmış və istifadəyə verilmiş nömrə resurslarının daha səmərəli istifadəsini təmin etmək üçün Nazirliklə “X16” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli, 97 nömrəli müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılması məqsədəuyğun hesab edilməmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən telekommunikasiya fəaliyyəti, o cümlədən nömrə resurslarının səmərəli istifadəsi prinsipi əsasında həyata keçirilir. Ölkənin nömrə resursları dövlətə məxsusdur və ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.
31. Azərbaycan Respublikasının xxx tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-27/3-6-1/2025 nömrəli ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi üçün “*0000-9999” nömrə resursunun ayrılması məqsədilə verilmiş icazənin (Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki xxx) ilə “X16” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli, 97 nömrəli müqavilənin ) ləğv edilməsi barədə qərarının məzmunundan müəyyən olunur ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 6, mənzil 5,4 olan “X16” MMC-yə “*0000-9999” nömrə resurslarının ayrılması və istifadəsi üçün verilmiş icazə (xx.xx.2011-ci il tarixli, 97 nömrəli müqavilə) xx.xx.2025-ci il tarixindən ləğv edilmişdir.
32. Azərbaycan Respublikasının xxx tərəfindən Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına ünvanlanmış nömrə resurslarının ayrılması barədə məktubun məzmunundan müəyyən olunur ki, ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi məqsədilə “*0000-9999” nömrə resurslarının ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki xxx) ilə “X16” MMC arasında bağlanılmış müqavilə üzrə münasibətlər xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Sözügedən “*0000-9999” nömrə resursları mövcud qanunvericiliyə uyğun olaraq xxx ilə bağlanılmış müqavilə əsasında İddiaçı MMC-nin istifadəsi üçün ayrılmışdır. “*XXXX” nömrə resursundan istifadə etməklə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və s. oxşar xidmətlərin təşkili ilə əlaqədar İddiaçı MMC ilə birgə tədbirlər görülməsi xahiş olunmuşdur.
33. İddiaçı MMC tərəfindən “X16” MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixindən gec olmayaraq işgüzar nüfuzlarının pozulmasına səbəb olan, eləcə də, qanuni fəaliyyətlərinə əsassız olaraq maneə yaratmış hərəkətlərin təkzib edilməsinə dair bütün OSSN (*XXXX qısa nömrə) istifadəçilərinə təkzib məktublarının göndərilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
36. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, “X16” MMC (hazırkı Cavabdeh MMC) ilə “X16 Netherlands BV” Şirkəti arasında xx.xx.2009-cu il tarixli eksklüziv françayzinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən OSS texnologiyanı ərazidəki operatorlara paylamaq üçün tərəfdaşa eksklüziv françayzinqi təqdim etmiş, tərəfdaş isə bununla françayzinqi qəbul etmiş və ərazidə texnologiyaya tələbin inkişaf etdirilməsi və bütün operatorların operator müqaviləsini imzalamasını təmin etmək üçün mümkün olan hər şeyi etməklə razılaşmışdır. “X16” MMC ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında xx.xx.2011-ci il tarixli, 97 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün sifarişçiyə, nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Sifarişçiyə ayrılan nömrə resursu 10001 ədəd mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə istifadə olunan “*0000-9999” nömrə resursu olaraq razılaşdırılmışdır. X9 X12 tərəfindən tərtib edilmiş 011837 nömrəli avrasiya patentinə əsasən “biznes müştəriləri ilə əlaqə” ixtirasına patent hüququnun sahibi “X14 Limited” Şirkətidir. Eyni zamanda, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2025 0646 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh MMC-yə məxsus əmtəə nişanı 35 - Üçüncü şəxslər üçün telekommunikasiya xidmətlərinə abunə, 38 - Telefon xidmətləri, telefon bağlantısı, mobil telefon əlaqələri, telekommunikasiya marşrutlaşdırma və əlaqə xidmətləri, 42 - Telekommunikasiya texnologiyaları sahəsində məsləhətlərin verilməsi əmtəələri və/və ya xidmətləri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının xxx tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-27/3-6-1/2025 nömrəli ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi üçün “*0000-9999” nömrə resursunun ayrılması məqsədilə verilmiş icazənin (Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki xxx) ilə “X16” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli, 97 nömrəli müqavilənin ) ləğv edilməsi barədə qərarla “X16” MMC-yə “*0000-9999” nömrə resurslarının ayrılması və istifadəsi üçün verilmiş icazə (xx.xx.2011-ci il tarixli, 97 nömrəli müqavilə) xx.xx.2025-ci il tarixindən ləğv edilmişdir. Bundan əlavə, İddiaçı MMC ilə “X8 LTD” Şirkəti arasında xx.xx.2025-ci il tarixli X3 bağlanmış və həmin müqaviləyə əsasən “X8 LTD” Şirkəti tərəfdaşa ərazi daxilində OSSN məhsullarını və texnologiyanı operatorlara və müştərilərə yaymaq üçün müstəsna hüquq vermiş, tərəfdaş bu hüquqları qəbul etmiş və ərazi daxilində texnologiyaya tələbat yaratmaq üçün əlindən gələn bütün səyləri edəcəyini, həmçinin bütün operatorların operator müqaviləsinə qoşulmasını və müştərilərlə müqavilə bağlanmasını təmin edəcəyini qəbul etmişdir. xxx ilə İddiaçı MMC arasında xx.xx.2025-ci il tarixli, 380/2025 nömrəli müqavilə bağlanmış və müqavilə ilə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və çağrı mərkəzlərinin təyinatına oxşar xidmətlərin fəaliyyətinin təşkili üçün “*” işarəsi ilə başlayan “*XXXX” nömrə resurslarının ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiqi ilə bağlı sifarişçiyə mövcud qanunvericiliyə uyğun olaraq nömrə resurslarının ayrılması, nömrə resurslarından təyinatı üzrə istifadə şərtləri, müddəti, tərəflərin öhdəliklərini müəyyənləşdirilmişdir. Həmin müqaviləyə əsasən sifarişçiyə ayrılan nömrə resursu 10001 ədəd mövcud resurslardan istifadə etməklə müraciətlərin qəbulu və cavablandırılması üçün çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin, həmçinin çağrı mərkəzlərinin təyinatına oxşar xidmətlərin fəaliyyətinin təşkili məqsədilə istifadə olunan “*0000-9999” nömrə resursudur.
37. İddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını iddia edərək, ona qarşı bir sıra tələblər irəli sürmüşdür.
38. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-yə patent hüququ ilə qorunan “*” prefiksli, “XXXX” dörd rəqəmli qısa nömrələr və onunla bağlı texnologiyadan, həmçinin qeydiyyata alınmış “X16”, “OSS” və “OSSN” əmtəə nişanlarından istənilən üsul və qaydada istifadəyə/tətbiqə yönələn fəaliyyətin qadağan edilməsi təşkil edir.
39. Cavabdehin nümayəndəsi iddianı, o cümlədən həmin hissədə qəbul etməyərək, yuxarıdakı ərizəsində qeyd olunan əsaslarla təmin olunmamasını xahiş etmiş, o cümlədən subyektiv hüququn olmamasına istinad etmişdir.
40. Məhkəmənin qənaətinə əsasən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, iddiaçının bağladığı müvafiq müqavilələr, o cümlədən Nazirliklə bağladığı müqavilə belə bir qənaətə gəlməyə əsas verir. Hər iki müqavilədən irəli gələrək, iddiaçı 10 fevral 2025-ci il tarixindən etibarən ölkə ərazisində OSSN-lərin yayımı və bu sahədə xidmətlərin göstərilməsi, eləcə də istinad olunan əmtəə nişanları üzrə bütün hüquq və icazələrə sahib qurumdur (əvvəllər oxşar əsaslarla cavabdeh belə hüquq və icazələrə malik olmuşdur). İddiaçının bağlanan müqavilələlərə əsasən müvafiq əqli mülkiyyət hüquqlarının pozuntusuna səbəb olmuş qanunsuz fəaliyyətlərə qarşı zəruri səyləri göstərmək öhdəliyi, həmçinin əməkdaşlıq müqaviləsi ilə verilən müstəsna hüquq və səlahiyyətlərin realizəsinə qarşı yönələn qanunsuz fəaliyyətlərin dayandırılması məqsədilə hüquqi hərəkətlər etmək (o cümlədən məhkəmə qaydasında) səlahiyyətləri mövcuddur. Ona görə də iddiaçı *” prefiksli, “XXXX” dörd rəqəmli qısa nömrələr və onunla bağlı texnologiyadan, həmçinin qeydiyyata alınmış “X16”, “OSS” və “OSSN” əmtəə nişanlarından istifadəyə/tətbiqə yönələn fəaliyyətin qadağan edilməsinə dair iddia irəli sürə bilər və bununla bağlı subyektiv hüquqa malikdir.
41. Eyni zamanda məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, müəyyən olunur ki, cavabdeh 09 fevral 2025-ci il tarixindən etibarən OSSN-lər və onunla bağlı texnologiyanın, eləcə də istinad olunan yazılı əmtəə nişanlarının Azərbaycan Respublikası ərazisində yayımı və bu sahədə xidmətlərin göstərilməsi üzrə hər hansı hüquq, icazə və səlahiyyətlərə malik deyildir və cavabdeh həmin fəaliyyəti hazırda həyata keçirmir və keçirmək istəsə belə, bu, texniki cəhətdən mümkün deyil, çünki bunun üçün cavabdehə Nazirlik tərəfindən texniki imkanlar yaradılmalı, müvafiq icazə verilməlidir (müqavilə baqlanılmalıdır). Əvvəllər cavabdehlə müvafiq müqavilə bağlansa da, hazırda həmin müqaviləyə xitam verilmiş, yeni müqavilə iddiaçı ilə bağlanılmışdır. Hazırda cavabdehin qeyd olunan fəaliyyəti mövcud deyil və mövcud olmayan fəaliyyət isə qadağan oluna bilməz. Ona görə də həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlinmişdir.
42. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-nin üzərinə özünə məxsus www.starn.az və www.ossn.az rəsmi veb-səhifələrində, o cümlədən Facebook (facebook.com/starnumberaz), İnstagram (@starnumber.az) və Linkedin (X11) sosial şəbəkə hesablarında mövcud patent hüququ ilə qorunan “*” prefiksli, “XXXX” dörd rəqəmli qısa nömrə və onunla bağlı texnologiyaya aid, eləcə də qeydiyyata alınmış “X16” “OSS” və “OSSN” nişanı, emblem və loqolarının əks olunduğu istənilən şəkil, video, slayd və digər reklam/təbliğat materiallarının dərhal və tamamilə silinməsi təşkil edir.
43. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, artıq müvafiq fəaliyyəti həyata keçirmədiklərindən hazırda cavabdeh "xxxx" MMC-yə məxsus bütün veb səhifə və sosial şəbəkə hesabları bağlanmış və şəkil, video, slayd və digər reklam/təbliğat materialları əvvəllər mövcud olsa da tamamilə silinmişdir.
44. Bundan əlavə, məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi və vəkili də həmin hissəni mübahisələndirməmişdir. Ona görə də cavabdehin üzərinə gələcəkdə icrası mümkün olmayan öhdəlik qoyula bilməz.
45. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-nin iddiaçının xidmət istifadəçiləri qarşısında işgüzar nüfuzunun pozulmasına və sahibkarlıq fəaliyyətinə qarşı qanunsuz müdaxilə və maneələrə səbəb olan hərəkətlərə yol verməsi nəticəsində vurulan zərərə görə 10000 (on min) manat pulun cavabdehdən tutulması təşkil edir. Tələbin əsası kimi cavabdehin ünvanladığı, yuxarıda qeyd olunan müraciətində iddiaçı haqqında “...əsassız şəkildə mənbəyi, mənşəyi, fəaliyyət sahəsi bəlli olmayan, həmçinin bu xidmət sahəsində hər hansı bir təcrübəyə malik olmayan şirkətə (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə)..” kimi ifadələrə yer verməklə sonuncunu müştərilər qarşısında gözdən salmağa, nəticə etibarilə onun işgüzar nüfuzunun pozulmasına yönələn davranışa yol verilməsi göstərilmişdir.
46. Hesab olunur ki, iddia həmin hissədə də təmin olunmamalıdır.
47. Belə ki, məhkəmənin qənaətinə əsasən iddiaçıya qədər müqavilə əsasında təxminən 14 il ərzində müvafiq fəaliyyəti həyata keçirən cavabdeh müqavilələrin xitam tarixinə qədər müxtəlif səylər göstərmiş, onun münasibətlərin bərpa olunması, fəaliyyətini davam etdirməsi üçün ümidləri olmuşdur. Son olaraq Cavabdeh yuxarıda qeyd olunan iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia təmin olunmamışdır. Hesab olunur ki, cavabdehin həmin səyləri, o cümlədən müraciətlər daha çox müqavilə münasibətlərinin davam etdirilməsi məqsədi daşımışdır.
48. Bundan başqa, qeyd olunan ifadələr və s.-lə bağlı iddiaçının işgüzar nüfuzunun pozulması və sahibkarlıq fəaliyyətinə qarşı qanunsuz müdaxilə və maneələrə səbəb olan hərəkətlərə yol verməsi nəticəsində zərərin nədə ifadə olunması, bununla bağlı sübutlar təqdim olunmamışdır. İddiaçı ona ziyan dəyməsini və ya xidmət sahəsində nüfuzunun aşağı salınmasını təsdiq edən əsaslı sübutları iş materiallarına əlavə etməmişdir.
49. İddia tələbinin bir hissəsini də xidmət istifadəçilərindən 09 fevral 2025-ci ildən sonrakı dövr üzrə abunə haqqının qanunsuz olaraq alınması ilə iddiaçıya əldən çıxmış fayda şəklində vurulan zərərə görə cəmi 3223 (üç min iki yüz iyirmi üç) manat məbləğində kompensasiyanın ödənilməsi təşkil edir.
50. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də rədd edilməlidir.
51. Belə ki, əvvəla qeyd olunmalıdır ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən “X16” MMC-yə ödənilmiş vəsaitlər 2024-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayına qədər olan xidmət haqlarını əhatə etmişdir və “X16” MMC ilə Azərbaycan xxx tərəfindən müqavilə xx.xx.2025-ci ildən ləğv edilmişdir. Bundan əlavə, əgər göstərilən məbləğ cavabdehə əsassız ödənilmişdirsə, həmin məbləğin tutulmasına dair iddianı hazırkı iddiaçı qaldıra bilməz. Həmin məbləğin əldən çıxmış fayda şəklində vurulan zərər kimi cavabdehdən tutulmasına münasibətdə isə qeyd olunur ki, bununla bağlı iddiaçının hüququnun pozulması (həmin hissədə ilk öncə iddiaçının cavabdeh tərəfindən hüququnun pozulması sübut olunmalıdır) ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
52. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zeynəb Axundova