Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2784/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Benazir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı2 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər olan 252.000 manat icarə haqqı borcunu, iddiaçıya ödənməsi və iddiaçıya məxsus və onun tərəfindən icarəyə verilmiş DGR-0469 SAYLA xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gəmi Reyestrrində qeydiyyatdan keçmiş VƏTƏN gəzinti yaxtası (sonradan Nəqliyyat Vasitəsi adlandırılır, mühərriklərin nömrəsi. DYM8NVD48A (1X736 KV,) VƏ İCE 8NVD48A (1X736 KV.), BURAXİLİŞ İLİ. 1963, MATERİAL.POLAD,) tipli gəminin geri qaytarılması və 542 manat dövlət rüsumun iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e2-2(113)2784/2025 saylı qərardadı ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı göstərilən tələbinə dair iddiası məhkəmənin icraatına qəbul edilmiş və növbəti hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı və cavabdeh arasında şifahi razılaşma əldə olunduğundan iddia ərizəsinin baxılmamış geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması üçün cavabdehin razılığının tələb olunmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi qaytarılsın. 73198223 saylı qəbzə əsasən ödənilmiş 546,34 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2-2(113)-2784/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2784/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver