Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2786/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, dəbbə pulunun azaldılması, iddianın qismən etirafı, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCS00241828-02 saylı kredit müqaviləsinə əsasən 18370,25 manat əsas borc, 275,09 manat faiz borcu, 4937,35 manat cərimə borcu olmaqla cəmi 23582,69 manat, DCL00241828-10 saylı kredit müqaviləsinə əsasən 109 812,77 manat əsas borc, 4341,32 manat faiz borcu, 31751,96 manat cərimə borcu olmaqla cəmi 145 906,05 manat, DCL00241828-12 saylı kredit müqaviləsinə əsasən 28000 manat əsas borc, 1596,55 manat faiz borcu, 11100,44 manat cərimə borcu olmaqla cəmi 40 696,99 manat, DCL00241828-15 saylı kredit müqaviləsinə əsasən 24500 manat əsas borc, 1466,37 manat faiz borcu, 7687,56 manat cərimə borcu olmaqla cəmi 33653,93 manat, DCL00241828-16 saylı kredit müqaviləsinə əsasən 25000 manat əsas borc, 2467,38 manat faiz borcu, 6022,22 manat cərimə borcu olmaqla cəmi 33489,60 manat məbləğində borcun və ödənilmiş 568 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02041LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 2.2. Ümumi şərtlər toplusu çərçivəsində iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli DCL00241828-10 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 110 000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Qeyd edilən öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli DG**********89 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.3. Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00241828-12 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 28000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Qeyd edilən öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli DG**********54 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.4. Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00241828-15 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 24500 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Qeyd edilən öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli DG**********203 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.5. Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCL00241828-16 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən borcalana xx.xx.2023cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25152 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Qeyd edilən öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə xx.xx.2022-ci il tarixli DG**********952 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.6. Bundan əlavə iddiaçı ilə borcalan arasında xx.xx.2020-ci il tarixli DCS00241828-02 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 06 oktyabr 2021-ci il tarixli ZM-125/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 150 000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən öhdəliyin təminatı olaraq iddiaçı ilə cavabdeh arasında Qanuni nümayəndə xx.xx.2020-ci il tarixli DG**********64 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.7. Lakin cavabdehlər kredit müqavilələri üzrə öz öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini pozmuşlar.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 442, 443.1, 448.1 və s. maddələri göstərilmişdir.
4. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini 5 kredit müqaviləsi üzrə əsas və faiz borcu hissəsində etiraf etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddianı 5 kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcu hissəsində etiraf etdi, lakin cərimə məbləğini mübahisələndirdiklərini qeyd etdi.
6. İddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehlər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə OnGTC-02041LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli DCL00241828-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 110 000 manat məbləğində, xx.xx.2021-ci il tarixli DCL00241828-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 28000 manat məbləğində, xx.xx.2021-ci il tarixli DCL00241828-15 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 24500 manat məbləğində, xx.xx.2022-ci il tarixli DCL00241828-16 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2023cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 25152 manat məbləğində birdəfəlik kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında 06 oktyabr 2020-ci il tarixli DCS00241828-02 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı dövriyyə vəsaitlərinin artırılması üçün qaytarılmaq, məqsədli istifadə və faizlər ödəmək şərti ilə cavabdehə 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin adıçəkilən 5 kredit müqaviləsi üzrə cavabdeh Qanuni nümayəndə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
12. İddiaçı DCS00241828-02 saylı kredit müqaviləsinə əsasən 18370,25 manat əsas borc, 275,09 manat faiz borcu, DCL00241828-10 saylı kredit müqaviləsinə əsasən 109 812,77 manat əsas borc, 4341,32 manat faiz borcu, DCL00241828-12 saylı kredit müqaviləsinə əsasən 28000 manat əsas borc, 1596,55 manat faiz borcu, DCL00241828- 15 saylı kredit müqaviləsinə əsasən 24500 manat əsas borc, 1466,37 manat faiz borcu, DCL00241828-16 saylı kredit müqaviləsinə əsasən 25000 manat əsas borc, 2467,38 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
13. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borclarını qəbul etdiyini bildirir və məhkəməyə yazılı ərizə təqdim edərək, iddianı həmin müqavilələr üzrə əsas və faiz borcu hissəsində etiraf edir.
14. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh Qanuni nümayəndə həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olduğundan iddianın etirafı barədə ərizə verməyə səlahiyyətlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
15. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
16. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
17. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
18. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
19. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddianı qismən etiraf edərək əsas və kreditdən istifadəyə görə razılaşdırılmış faiz məbləği hissəsində iddianı etiraf etməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
20. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
21. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, DCS00241828-02 saylı kredit müqaviləsinə əsasən 18370,25 manat əsas borc, 275,09 manat faiz borcu, DCL00241828-10 saylı kredit müqaviləsinə əsasən 109 812,77 manat əsas borc, 4341,32 manat faiz borcu, DCL00241828-12 saylı kredit müqaviləsinə əsasən 28000 manat əsas borc, 1596,55 manat faiz borcu, DCL00241828-15 saylı kredit müqaviləsinə əsasən 24500 manat əsas borc, 1466,37 manat faiz borcu, DCL00241828-16 saylı kredit müqaviləsinə əsasən 25000 manat əsas borc, 2467,38 manat faiz borcu olmaqla ümumilikdə 215829,73 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
22. İddiaçı 06 oktyabr 2020-ci il tarixli DCS00241828-02 saylı kredit müqaviləsi üzrə 4937,35 manat cərimə, xx.xx.2021-ci il tarixli DCL00241828-10 saylı kredit müqaviləsi üzrə 31751,96 manat cərimə, xx.xx.2021-ci il tarixli DCL00241828-12 kredit müqaviləsi üzrə 11100,44 manat cərimə, xx.xx.2021-ci il tarixli DCL00241828-15 kredit müqaviləsi üzrə 7687,56 manat cərimə, xx.xx.2022-ci il tarixli DCL00241828-16 kredit müqaviləsi üzrə 6022,22 manat cərimə məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasını məhkəmədən xahiş edir.
23. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00241828-10 saylı, xx.xx.2021-ci il tarixli DCL00241828-12 saylı, xx.xx.2021-ci il tarixli DCL00241828-15 saylı, xx.xx.2022-ci il tarixli DCL00241828-16 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır.
24. xx.xx.2020-ci il tarixli DCS00241828-02 saylı kredit müqaviləsinin 4.2-ci bəndindən görünür ki, borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
25. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
28. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamış, lakin məhkəmə icraatının gedişində cavabdeh tərəf əsas və faiz borcu hissəsində iddianı qismən etiraf etmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
29. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cərimə məbləği xx.xx.2021-ci il tarixli DCL00241828-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5490 manat, xx.xx.2021-ci il tarixli DCL00241828-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1400 manat, xx.xx.2021-ci il tarixli DCL00241828- 15 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1225, xx.xx.2022-ci il tarixli DCL00241828-16 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1250 və xx.xx.2020-ci il tarixli DCS00241828-02 saylı kredit müqaviləsi üzrə 920 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
30. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2021-ci il tarixli DCL00241828-10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5490 manat, xx.xx.2021-ci il tarixli DCL00241828-12 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1400 manat, xx.xx.2021-ci il tarixli DCL00241828-15 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1225, xx.xx.2022-ci il tarixli DCL00241828-16 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1250 və xx.xx.2020-ci il tarixli DCS00241828-02 saylı kredit müqaviləsi üzrə 920 manat pul cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
31. İddiaçı həmçinin ödənilmiş 568 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddiaçı tərəfindən dövlət büdcəsinə 568 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
35. İş materialları ilə müəyyən olunur ki, kredit borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və bununla cavabdehlərlə mübahisənin məhkəməyəqədər qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlərdən tutulmalıdır.
36. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 568 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 06 oktyabr 2020-ci il tarixdə bağlanmış DCS00241828-02 saylı kredit müqaviləsi üzrə 18370 (on səkkiz min üç yüz yetmiş) manat 25 (iyirmi beş) qəpik əsas borc, 275 (iki yüz yetmiş beş) manat 09 (doqquz) qəpik faiz borcu, 920 (doqquz yüz iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixdə bağlanmış DCL00241828-10 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 109 812 (yüz doqquz min səkkiz yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik əsas borc, 4341 (dörd min üç yüz qırx bir) manat 32 (otuz iki) qəpik faiz borcu, 5490 (beş min dörd yüz doxsan) manat cərimə, xx.xx.2021-ci il tarixdə bağlanmış DCL00241828-12 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 28000 (iyirmi səkkiz min) manat əsas borc, 1596 (min beş yüz doxsan altı) manat 55 (əlli beş) qəpik faiz borcu, 1400 (min dörd yüz) manat cərimə, xx.xx.2021-ci il tarixdə bağlanmış DCL00241828-15 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 24500 (iyirmi dörd min beş yüz) manat əsas borc, 1466 (min dörd yüz altmış altı) manat 37 (otuz yeddi) qəpik faiz borcu, 1225 (min iki yüz iyirmi beş) manat cərimə, xx.xx.2022-ci il tarixdə bağlanmış DCL00241828-16 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 25000 (iyirmi beş min) manat əsas borc, 2467 (iki min dörd yüz altmış yeddi) manat 38 (otuz səkkiz) qəpik faiz borcu, 1250 (min iki yüz əlli) manat cərimə olmaqla ümumilikdə 226 114 (iki yüz iyirmi altı min yüz on dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 568 (beş yüz altmış səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova