Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-279/2022 18.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 12 avqust 2014-cü il tarixli ümumi yığıncağının protokolunun, 10-cu qərarının etibarsız hesab edilməsini, həmin yığıncağda qəbul olunan 10-cu qərarın, yəni “Cəmiyyətin balansında olan torpaq sahəsinin müəssisənin adına səhmdarlar tərəfindən özəlləşdirilməsi məqsədilə, torpağın qiymətinin müəyyən edilməsi üçün İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilsin” və həmin qərarın 12.08.2014-cü il tarixli protokola əlavə edilməsinin Cəmiyyətə həvalə edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə göndərərək cavabdeh "xxxx" ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddiadan imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiadan imtinaları qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiadan imtinaları qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-279/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-279/2022
18.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver