Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2791/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdehnə qarşı istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən istifadə edilmiş elektrik enerjisinə görə yaranmış 126923,89 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********5 olan Olimp MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 123907,67 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh Olimp MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 123 907,67 manat borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Olimp MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» xx.xx.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. «xxxx» ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC tərəfindən təqdim edilmiş abunə haqqında məlumatlardan görünür ki, abonent kodu **********5 olan Cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2020-ci illər ərzində sərf etdiyi elektrik enerjisinə görə vaxtaşırı ödənişləri yerinə yetirməklə “xxxx” ASC qarşısında 126923,89 manat borcu yaranmışdır. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 01/xx-xx/2982 nömrəli maliyyə arayışından görünür ki, abonent kodu **********5 olan Cavabdeh sərf etdiyi elektrik enerjisinə görə xx.xx.2015-ci il tarixinə qalıq borcu 101645,85 manat, xx.xx.2015xx.xx.2015-ci il tarixlərində borcu 34190,12 manat, həmin dövrdə 41713,60 manat ödəniş etməklə qalıq borcu 94122,34 manat, 2016-cı il üzrə borcu 126525 manat, həmin il üzrə 219100 manat ödəniş etməklə, qalıq borcu 1547,34 manat olmuş, 2017-ci il üzrə borcu 146789,41 manat, həmin il üzrə 127965,41 manat ödəniş etməklə qalıq borcu 20371,34 manat olmuş, 2018-ci il üzrə borcu 134584,29 manat, həmin il üzrə 109934,02 ödəniş etməklə qalıq borcu 45021,61 manat olmuş, 2019-cu il üzrə borcu 111786,84 manat, həmin il üzrə 70644,68 manat ödəniş etməklə qalıq borcu 86163,77 manat olmuş və xx.xx.2020-ci il tarixə qədər borc 93508,47 manat, həmin dövr üzrə 52748,35 manat ödəniş etməklə yekun qalıq borcu 126923,89 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə tədiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi tərəflərin arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmış “xxxx” ASC cavabdehi elektrik enerjisi ilə təchiz etmiş, Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 126923,89 manat məbləğində borcu ödəməmişdir. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixədək 101645,85 manat, həmçinin 2015-ci ilin üç ayı üçün 34190,12 manat və 2016-cı il üçün 126525 manat cəmi 262360,97 manat borcun olması, kooperativin isə 2015 və 2016-cı illərdə həmin borclara görə müvafiq olaraq 41713,60 və 219100 manat cəmi 260813,60 manat məbləğində ödəniş etməsi və 2016-cı il üçün cəmi 1547,34 manat məbləğində borcun qalması, beş il öncə yaranmış 101645,85 manat məbləğində qalıq borcun 2015-2016-cı illərdə ödənildiyi başa düşülür. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, “xxxx” ASC-nin iddiası əsaslı olduğundan təmin edilməli və Cavabdehndən yaranmış 126923,89 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq “xxxx” ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 126923,89 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2791/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2791/2020
24.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver