Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2792/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəfərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-nə və X3 qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və X1 26 sentyabr 2022-ci tarixli, RB/KM-1603 saylı kredit müqaviləsi üzrə kreditə görə 1195827,07 manat, faiz borcuna görə 62044,90 manat, cərimə borcuna görə 11383,36 manat, cəmi 1269255,33 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 1425 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması və 26 sentyabr 2022-ci tarixli, RB/KM-1603 saylı kredit müqaviləsi üzrə tələbin 26 sentyabr 2022-ci tarixli, RB/KM-1603 saylı Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 MMC-yə məxsus olan Daşınar Əmlaklara yönəldilməsbi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 26 sentyabr 2022-ci tarixli, RB/KM-1603 saylı kredit müqaviləsi üzrə cəmi 1.269.255,33 manat borcunun və dövlət rüsumu ödənilmiş cəmi 1425 manat məbləğində pulun ödənilməsi, girov predmetləri satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh1 MMC-dən və X2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatınızda olan kommersiya işi üzrə cavabdehlə iddiaçı arasında borcun icrası ilə bağlı razılaşma əldə olunduğu üçün, hazırki iddia ərizəsinin baxılmadan hazırlıq icraatından geri qaytarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və X3 qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 1425 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2792/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2792/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver