Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2793/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2021-ci il tarixli, 530 saylı icarə müqaviləsi üzrə 97654.42 manat və ona hesablanmış 17577.79 ƏDV borcunun, xx.xx.2021-ci il tarixli, 541 saylı “Xidmətlərin göstərilməsi” haqqında müqavilə üzrə 21585.33 manat və ona hesablanmış 3885.35 ƏDV borcunun, xx.xx.2021-ci il tarixli, VD-047 saylı “yüklərin daşınması” haqqında müqavilə üzrə 1700 manat və ona hesablanmış 306 ƏDV borcunun, 1000 manat cərimə borcunun, ümumi dəyəri 33839 manat olan – 118 ədəd alt ayar mili 38, 70 ədəd anker bolt M-10, 2 dəst aliminium araba, 6 ədəd boru 1.2 m, (sinkli), 35 ədəd boru 1.5m (sinkli), 4 ədəd boru 1m sinkli, 14 ədəd boru 3m sinkli, 1 ədəd boru 6.4m sinkli 48-lik, 72 ədəd boru 6m sinkli, 13 ədəd kuplock 2.5m, 11 ədəd kup-lock ayaq 2m, 1 ədəd kup-lock ayaq 3 m, 4 ədəd kuplock 1.45 m, 14 ədəd kup-lock 1 m, 15 ədəd kup-lock qol 2.5 m, 39 ədəd kup-lock qol 2m, 24 ədəd dik 1.30x0.5, 2 ədəd dik 1.52x0,18, 29 ədəd Dikt işlənmiş bütöv, 17 ədəd Dikt parcası 1.52x1.1m, 8 ədəd Dikt parcası 1.52x1.2m, 12 ədəd Dikt parçası 0.25x1.52m, 7 ədəd Dikt parçası 0.80x1.52, 97 ədəd Dikt parçası 1.52x0.35m, 8 ədəd Dikt parçası 1.52x0.4m, 18 ədəd Dikt parçası 1.52x0.5m, 10 ədəd Dikt parçası 1.52x0.70 m, 1 ədəd Dikt parçası 1.52x0.90 m, 13 ədəd Dirak 4.5M, 26 ədəd Dirak 5.7M, 7 ədəd Divara Barkitmə 1m, 31 ədəd Flanş ayaq 3m Sinkli, 17 ədəd Flanş ayaq hissə 2m, 28 ədəd Flanş ayaq hissə 3m, 7 ədəd Flanş diaqonal qol 2.1m, 13 ədəd Flanş diaqonal qol 3.25 saypot (urtim), 1 ədəd Flanş qol 0.7m, 28 ədəd Flanş qol 0.95m, 48 ədəd Flanş qol 1.1m, 17 ədəd Flanş qol 1.45m, 32 ədəd Flanş qol 2.45m, 66 ədəd Fianş qol 2.50 (urtim), 5 ədəd Flanş qol 2m, 63 ədəd Flanşlı qol 3m (damir), 10 ədəd H20 2.45m, 3 ədəd H20 2.90m, 1 ədəd H20 2m, 17 ədəd H20 3.6m, 3 ədəd H20 4.2m, 3 ədəd H20 4,5 m, 7 ədəd Kama xancar, 2 ədəd ladder beam 8 m, 1 ədəd Payanda dabani, 3 ədəd Payanda pimi, 1 ədəd Platforma, 17 ədəd plyvvood 2.5x1.25m, 22 ədəd Qalas, 4 ədəd Qalas 2 m URT, 5 ədəd Qalas 2.45m Sinkli, 80 ədəd Qalas 2.5m URT, 36 ədəd Qalas 2m, 1 ədəd Qalas 2m qapağ, 27 ədəd Qalas 3m, 1 ədəd Qalas nardivanh 2.62 URT, 82 ədəd Taxta 5x10 1.5m, 100 ədəd Taxta 5x20 3m, 3 ədəd Taxta 5x20 4m, 26 ədəd Taxta 5x20 6m, 132 cüt Taxta qalapça 1.2m, 12 ədəd Tie-Rod Anker (X1 Miii), 33 ədəd Xamut Firlanan, 133 ədəd Xamut Subay, 27 ədəd Xamut Silv, 32 ədəd Xamut beam plank, 524 ədəd Xamut sabit (ikiqat), 4 ədəd dik 0.45x1.52, 62 ədəd İskala Bakı yağmur ayaq hissə, 115 ədəd İskalə Bakı yağmur qisa qol, 6 ədəd İskala Bakı yağmur uzun qol, 12 ədəd İskəla Özlar ayaq hissa, 164 ədəd əklama 38-İlk (Flanş, Kublock), 53 ədəd 48-lik Əkləmənin, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun (469 manat iddia tələbi və 47 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi qanunverici iddiaçının bir neçə tələbi bir iddia ərizəsində birləşdirməsi imkanını nəzərdə tutmuş, lakin bunu yalnız tələblərin bir-biri ilə bağlı olduğu hallarla şərtləndirmişdir. Hazırkı işdən məlum olur ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi tələb tərəflər arasında bağlanmış üç fərqli müqavilədən, yəni xx.xx.2021-ci il tarixli, VD-047 saylı “yüklərin daşınması”, xx.xx.2021-ci il tarixli, 541 saylı “xidmətlərin göstərilməsi” və xx.xx.2021-ci il tarixli, 530 saylı “əmlakın icarəyə verilməsi” barədə müqavilələrdən irəli gəlir. Belə ki, iddiaçı ayrı-ayrı müqavilələr üzrə yaranmış öhdəliklərin (icarə müqaviləsi üzrə 97654.42 manat əsas və 17577.79 ƏDV borcunun, “Xidmətlərin göstərilməsi” haqqında müqavilə üzrə 21585.33 manat əsas və 3885.35 manat ƏDV borcunun və “yüklərin daşınması haqqında” müqavilə üzrə 1700 manat əsas, 306 manat ƏDV borcunun və ümumi dəyəri 33839 manat olan əmlakların geri qaytarılması) icrasını bir tələbdə birləşdirməklə məhkəmədə irəli sürmüşdür. Məhkəmə iş materillarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının tələbi bir cavabdehə (Cavabdeh MMC) qarşı yönəlsə də, onun tələbinin əsasını bir-biri ilə əlaqədar olmayan 3 fərqli müqavilədən irəli gələn müxtəlif mülki hüquq münasibətləri təşkil edir. Nəzərə alınmalıdır ki, hər bir müqavilə üzrə tələblərin hüquqi əsasını ayrı-ayrı maddi hüquq normaları təşkil etdiyindən həmin tələblər üzrə məhkəmə araşdırmasının bir icraatda aparılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə, mülki hüquq münasibətlərindən irəli gələn maddi mübahisələrin hüquqi və faktiki əsaslarının fərqli olması onların sübutetmə predmetlərinin də müxtəlif olması ilə nəticələnir, bu isə hər bir müqavilə üzrə tələblərin ayrı-ayrılıqda irəli sürülməsini zəruri edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı iddiaçı tərəfindən ödənilmiş 469 manat məbləğində dövlət rüsumu ona geri ödənilməli və qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 469 (dörd yüz altmış doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2793/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2793/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver