Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2796/2020 04.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC -nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsinə tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 17118.42 (on yeddi min yüz on səkkiz ) manat (qırx iki) qəpik məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, ümumilikdə 17648,43 (on yeddi min altı yüz qırx səkkiz ) manat (qırx üç ) qəpik məbləğin tutularaq iddiaçı “İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan “İddiaçı" MMC ilə Azərbaycan Respublikası hüquqi şəxsi olan "Cavabdeh" MMC arasında xx xxxxxx 2019-cu il tarixli, **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 12 (on iki) ay müddətinə icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür.Buna baxmayaraq, icarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, icarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimiş və nəticədə onun icarə verənə müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 17118.42 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində öz əksini tapmış texnikanı, yəni CAT 329 markalı, ekskovator tipli, az 10 P 923 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV daxil 7080,00 manata icarəyə verir. İcarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. Bundan başqa müqavilə üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə “İddiaçı" MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına cavabdeh məhəl qoymadığından “İddiaçı" MMC tərəfindən cavabdehə xx xxxxxx 2020-ci il tarixdə 030 saylı məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş yanvar 2020-ci il liçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, yanvar ayı ərzində icarəyə verilmiş texnika 280 saat işləməklə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 7080.00 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş fevral 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, fevral ayı ərzində icarəyə verilmiş texnika 247 saat işləməklə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 6245,57 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş mart 2020-ci il üçün görülmüş işlərin təhvil-təslim aktından görünür ki, mart ayı ərzində icarəyə verilmiş texnika 150 saat işləməklə ƏDV daxil olmaqla cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 3792.86 manat borcu yaranmışdır. Cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə prosesində iştirak etməmişdir. Cavabdeh tərəf məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, eləcə də iddiaya qarşı etiraz və ya mülahizəsini təqdim etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (icarəyə verən) ilə “xxxx-A” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində öz əksini tapmış texnikanı, yəni CAT 329 markalı. Ekskovator tipli, az 10 P 923 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV daxil 7080,00 (yeddi min səksən.00) manata verir, icrəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun olaraq istifadə edir. Həmin müqavilədə qeyd edilən texnikanı icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İcarə obyektinin icarəçinin iş yerinə çatdırılması, icarəçinin müqavilə müddəti başa çatdıqdan sonra isə texnikanın geri qaytarılması icarəyə verənin üzərinə qoyulur. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı texnika(lar) üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında "Xidmətlərin təhvil-təslim aktı" tərtib olunur, imzalanır, möhürlənir. -Həmin müqavilənin 3.4-cü bəndində əsasən, müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. -Həmin müqavilənin 3.5-ci bəndində əsasən, aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən hesablanacaq. -Həmin müqavilənin 5.1-ci bəndində əsasən,hazırkı müqavilə imzalandığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə qalır. -xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə dair xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar icarəyə verənə məxsus 1 saylı cədvəldə nəzərdə tutulmuş texnika icarəçiyə təhvil verilmiş, icarəçi isə onu təhvil almışdır. -TA-EKO 01/20 nömrəli, görülmüş işlərin təhvil-təslim aktına əsasən, **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, yanvar 2020-ci il tarixində “icraçı” tərəfindən 1 adda 7.080 AZN dəyərində, TA-EKO 02/20 nömrəli, görülmüş işlərin təhviltəslim aktına əsasən, fevral 2020-ci il tarixində 1 adda 6.245 AZN dəyərində, TA-EKO 03/20 nömrəli, görülmüş işlərin təhvil-təslim aktına əsasən, mart 2020-ci il tarixində 1 adda 3.792,86 AZN dəyərində texnika icarəyə vermiş, icarəçi isə onu təhvil almışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur. -Seriya: EBAG № 029152, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2019-cu il dekabr ayı üzrə x xxxx 4172,15 AZN dəyərində, Seriya: EBAG № 821279, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2020-ci il yanvar ayı üzrə x xxxx 7080,01 AZN dəyərində, Seriya: EBAK № 140907, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2020-ci il fevral ayı üzrə x xxxx 6245,57 AZN dəyərində, Seriya: EBAK № 141821, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2020-ci il mart ayı üzrə x xxxx 3792,86 AZN dəyərində texnika icarəyə verilmişdir. -xx.xx.2020-ci il tarixli 030 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdeh “xxxx-A” MMC-yə xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış 17.118,42 AZN məbləğində borcun ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində öz əksini tapmış texnikanı, yəni CAT 329 markalı. Ekskovator tipli, az 10 P 923 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq ƏDV daxil 7080,00 manata icarəyə verir, icrəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun olaraq istifadə edir. Həmin müqavilədə qeyd edilən texnikanı icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İcarə obyektinin icarəçinin iş yerinə çatdırılması, icarəçinin müqavilə müddəti başa çatdıqdan sonra isə texnikanın geri qaytarılması icarəyə verənin üzərinə qoyulur. Cavabdehin iddiaçıya 17118.42 manat borcu vardır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, texnikanı cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2019-cu il tarixli **-TA-***9 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış 17118,42 manat icarə haqqı borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 17118.42 (on yeddi min yüz on səkkiz) manat, (qırx iki) qəpik manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat , ümumilikdə 17648,43 (on yeddi min altı yüz qırx səkkiz) manat ( qırx üç ) qəpik tutularaq iddiaçı “İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2796/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2796/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver