Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2797/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X4, iddiaçı "xxxx" X9 Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X1, X3, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi” tələbinə dair kiçik iddialara dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" X9 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" ATSC-yə məxsus olan əraziyə elektrik enerjisinin satışı üçün çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və quraşdırılmış 3 ədəd elektrik hesabat sayğaclarının (X3 – sayğacın kodu 050 501 400 180 03 Y; X2 – sayğacın kodu 050 501 400 180 03 M; X1 – sayğacın kodu – 050 501 4000T 015 M) sökülməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Çünki kommersiya mübahisələri üzrə iddianın qiyməti on min manatdan az olan iddialara sadələşdirilmiş qaydada baxılır. Hazırki iddia tələbi isə cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Göründüyü kimi hazırki iddia tələbi qiymətləndirilməyən iddia tələbi olduğundan ona sadələşdirilmiş qaydada baxılması Mülki Prossesual Məcəllənin tələbləri baxımından mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əssən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, İddiaçı "xxxx" X9 Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X1, X3, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi” tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268, 269 və 284-cü maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı "xxxx" X9 Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X1, X3, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2797/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2797/2025
27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver