Məhkəmə qərarları › İş №e-2-2(113)-280/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-280/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-280/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı cavabdeh LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası, kredit müqaviləsinin dəyişdirilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, ilkin iddiaçının, qarşılıqlı cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İlkin iddiaçı LPO İddiaçı ASC-nin ilkin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı cavabdeh LPO İddiaçı ASC-yə qarşı faiz hesablanması illik 5 faiz dərəcəsində təyin edilməklə müqavilə şərtlərində dəyişikliyin edilməsinin cavabdeh tərəfindən təmin edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (borcverən) ilə Cavabdeh1 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən "Borcverən" bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün "Borcalan"a bərpa edilən kredit xətti açır, "Borcalan" isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Borcverən"ə qaytarmasını öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra, "Borcalan"a bu müqavilənin 1.2. və 1.3-cü maddələri ilə müəyyənləşdirilmiş məbləğ və müddət çərçivəsində yeni kredit borcunun verilməsi imkanı kimi başa düşülür. 1.2-ci bəndinə əsasən kredit xəttinin ümumi məbləği (limiti) 300.000 manat təşkil edir. 1.3-cü bəndinə əsasən kredit xətti üzrə "Borcalan"a kredit(lər) xx.xx.2020-ci il tarixinədək (12 ay müddətinə) verilir. Kredit xətti üzrə kredit(lər) kredit (kredit sazişləri) (nağd) və/və ya qarantiya, akkreditiv (qarantiya, akkreditiv sazişləri) (qeyri-nağd) formasında verilə bilər. "Tərəflər" arasında qarantiya, akkreditiv üzrə münasibətlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq sazişlərlə tənzimlənəcək. Kredit(lər) "Borcalan"a bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə(lərinə) əsasən hissə-hissə verilir. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin(lərin) müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişi(ləri) ilə müəyyən edilir. Lakin hər bir halda hissə-hissə götürülmüş kredit (borc) məbləğlərinin cəmi bu müqavilənin 1.2. maddəsində göstərilmiş 300.000 (üç yüz min ) manat məbləği (limiti) aşmamalıdır. Bununla belə kredit xətti üzrə: "Borcalan"a hissə-hissə verilən hər hansı bir kreditin müddəti 12 aydan artıq ola bilməz, sonuncu kredit borcu (kredit hissəsi) isə həmin kreditin sonuncu ödəniş tarixi kredit xəttinin bitmə vaxtını keçməmək şərti ilə verilə bilər. Kredit(lər) üzrə faizlər kredit(lər) "Borcalan"a verildiyi (köçürüldüyü) gündən borcun tam qaytarılması amnadək hesablanır. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit(lər) üzrə faizlər ilin 360 gününün faktiki saylarının əsasında hesablanır. Bu müqavilə "Borcverən"in kredit vermək vədini ifadə etmir. Kredit xətti çərçivəsində ayrı-ayrı kreditin(lərin) (tranşların/hissələrin) verilməsi, "Borcalan"ın həmin məbləğin(lərin) ayrılması haqqında yazılı müraciətləri əsasında, "Borcverən"in səlahiyyətli orqanının (struktur bölməsinin) buna dair müsbət qiymətləndirmə rəyindən (qərarından) sonra verilməsi ilə müəyyənləşdirilə bilər. Qarşılıqlı razılığa əsasən kredit(lər), limit daxilində (limiti aşmamaq şərti ilə) AR Mərkəzi Bankının həmin günə olan rəsmi məzənnəsinə müvafiq konvertasiya edilərək digər valyutalarda da verilə (istifadə edilə) bilər. 5.1-ci bəndinə əsasən "Borcalan" aldığı kreditin(lərin) və/və ya ona hesablanmış faizlərin bu müqavilə və/və ya kredit sazişi(ləri) ilə müəyyən edilmiş qaytarılması müddətlərini və / və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə gündəlik 0 % miqdarında cərimə ödəyir. 7.2.2-ci bəndinə əsasən kreditin(lərin) əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faizləri müəyyən edilmiş və razılaşdırılmış qaydada, məbləğdə və müddətlərdə qaytarmaq, bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditlə(lərlə) və/ və ya kreditin geri qaytanlması ilə bağlı "Borcverən"in çəkdiyi və/və ya çəkməli olduğu bütün xərclərinin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə "Borcverən"in əldən çıxmış faydasım ödəmək borcalanın vəzifəsidir (öhdəliyidir). 10.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz hüquq, vəzifə və öhdəliklərini tam şəkildə yerinə yetirənədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (borcverən) ilə Cavabdeh1 MMC (borclu) və Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən müqaviləyə görə «Zamin», «Borclu»nun «Bank» qarşısında 04/0323/HBK 31 iyul 2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. - 3-cü bəndinə əsasən “Zamin” yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə «borclu»nun öhdəlikərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə ödəniş və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməsi halları da daxil olmaqla, «Bank» qarşısında «Borclu» ilə eyni həcmdə məsuliyyət daşıyır. “Zamin”in məsuliyyətinin əsaslan aşağıdakılardır: Müqavilədə göstərilən müddətdə kreditin qaytarılmaması; Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit üzrə faizlərin ödənilməməsi: Kreditdən təyinatı üzrə istifadə edilməməsi. 4-cü bəndinə görə müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədə kredit müqaviləsinin uzadıldığı müddətədən qüvvədə olur. Müqavilə borcverənin və borclunun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (borcverən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsinə dair xx.xx.2020-ci il tarixli 01 saylı kredit sazişi imzalanmışdır. Həmin sazişə görə: - "Borcverən" "Borcalan"a tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/0323/HBK №-li kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 32500 manat məbləğində 6 ay müddətinə kredit verir. "Borcalan" isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə "Borcverən"ə qaytarmasını öhdəsinə götürür. - "Borcalan" kreditdən istifadə edilməsinə görə "Borcverən"ə illik 22% dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə faizlər verildiyi gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği "Borcalan"a "xxxx" ASC-də açdığı müvafiq hesaba köçürülməklə verilir. "Borcalan" "Borcverən"ə razılaşdırılmış qaydada 0% məbləğində komissyon haqqını ödəyir (kredit verilmə komissyonu). Kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 22% faiz təşkil edir. - Kreditin əsas məbləği və ona hesablanmış faizlər bu sazişin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafikinə müvafiq olaraq ödənilir. Kredit üzrə geri ödənişlər aparılarkən, ödənilən borc nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin gecikdirilməsindən əmələ gələn zərər və/və ya cərimələr, sonra faizlər və nəhayət kreditin əsas məbləği üzrə borcun ödənilməsi həyata keçirilir. "Borcalan"ın müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. - "Borcalan" aldığı kreditin və ona hesablanmış faizlərin kredit xəttinin açılması barədə müqavilə və bu kredit sazişi ilə müəyyən edilmiş qaytarılması müddətlərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə gündəlik 0,3% miqdarında cərimə ödəyir. - Bu Saziş imzalandığı gündən qüvvəyə minir və tərəflər öz hüquq və vəzifələrini yerinə yetirənədək qüvvədə qalır. 01 saylı saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı ASC (borcverən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsinə dair xx.xx.2020-ci il tarixli 02 saylı kredit sazişi imzalanmışdır. Həmin sazişə görə: - "Borcverən" "Borcalan"a tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/0323/HBK №-li kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 20000 manat məbləğində 6 ay müddətinə kredit verir. "Borcalan" isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə "Borcverən"ə qaytarmasını öhdəsinə götürür. - "Borcalan" kreditdən istifadə edilməsinə görə "Borcverən"ə illik 22% dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə faizlər verildiyi gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği "Borcalan"a "xxxx" ASC-də açdığı müvafiq hesaba köçürülməklə verilir. "Borcalan" "Borcverən"ə razılaşdırılmış qaydada 0% məbləğində komissyon haqqını ödəyir (kredit verilmə komissyonu). Kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 22% faiz təşkil edir. - Kreditin əsas məbləği və ona hesablanmış faizlər bu sazişin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafikinə müvafiq olaraq ödənilir. Kredit üzrə geri ödənişlər aparılarkən, ödənilən borc nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin gecikdirilməsindən əmələ gələn zərər və/və ya cərimələr, sonra faizlər və nəhayət kreditin əsas məbləği üzrə borcun ödənilməsi həyata keçirilir. "Borcalan"ın müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. - "Borcalan" aldığı kreditin və ona hesablanmış faizlərin kredit xəttinin açılması barədə müqavilə və bu kredit sazişi ilə müəyyən edilmiş qaytarılması müddətlərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə gündəlik 0,3% miqdarında cərimə ödəyir. 02 saylı saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olmaqla) ödəyəcək əsas məbləğ 32500 manat, faizin məbləği 3.574,98 manat, cəmi ödəniləcək məbləğ 36.074,98 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

6. xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olmaqla) ödəyəcək əsas məbləğ 52500 manat, faizin məbləği 5.775 manat, cəmi ödəniləcək məbləğ 58275 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

7. Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən: - 17.1 LPO İddiaçı ASC-nin müştərisi Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə əsas borcdan 2640 manat və faiz borcundan 4860 manat olmaqla ümumilikdə 7500 manat məbləğin 30 iş günü ərzində ödənilməsi təmin edilməli; - 17.2 Bu məsələ üzrə 17.1-ci bəndin icrası təmin olunduqdan sonra kredit müqaviləsinin faiz hesablanması illik 5 faiz dərəcəsində təyin edilməli və 17.3-cü bənddə göstərilən şərtlərə (fövəlada hallar istisna edilməklə) 2 ay ərzində əməl edilmədiyi və ya vaxtında əməl edilmədiyi halda qərar qüvvədən düşmüş hesab edilir və bu qərarla verilən güzəştlər ləğv edilir; - 17.3 Bu məsələ üzrə 17.1-ci bəndin icrası təmin olunduqdan sonra təqdimatın verildiyi günə BƏS-də hesablanmış faiz borcunun 50% miqdarında güzəşt olunmaqla BƏS-də olan qalıq borcun 36 ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsi təmin edilməli; -17.4 Bu məsələ üzrə 17.1-ci və 17.3-cü bəndlərin icrası təmin olunduqdan sonra BƏSdə olan qalıq borc məbləğinə güzəşt tətbiq edilərək balansdan və BƏS-dən silinməsi məqsədəmüvafiq hesab edilməldir.

8. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən 04/0323/HBK saylı kredit müqaviləsi üzrə 7500 manat ödəniş edilmişdir.

9. Cavabdeh1 MMC-nin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətində qeyd edilmişdir ki, Fondun Kredit Komitəsinin qərarı ilə kredit müqaviləsi üzrə əsas borcdan 2640 manat və faiz borcundan 4860 manat olmaqla ümumilikdə 7500 manat məbləğin 30 iş günü ərzində ödənilməsinin təmin edilməsi və qalan 49860 manat məbləğ isə illik 5% olmaqla 36 ay müddətində ödənilməsi qərara alınmışdır, Cavabdeh1 MMC Komitənin çıxardığı qərara uyğun olaraq 7500 manat məbləği uyğun hesablara ödəmiş, hesablama aparılaraq məlum olur ki, bu gün Cavabdeh1 MMC-nin LPO İddiaçı ASC-yə 49860 manat borcu vardır, lakin Mərkəzi Kredit Reyestrində hələ də əvvəlki məbləğ qeyd olunmuş və aylıq ödəniş məbləği düzgün göstərilməmişdir. Bununla yanaşı onlara nə Komitənin qərarının əsli, nə də ki, ödəniş qrafiki təqdim olunmamışdır. Fondun əməkdaşı tərəfindən adi kağız formada (möhürsüz və imzasız) və anlaşılmayan formada qrafik təqdim olunmuşdur ki, onlar da buna əsasən bu günə kimi ödəniş apara bilməmişlər. Qeyd edilənlərə əsasən xahiş edirlər ki, Cavabdeh1 MMC-nin müqavilə üzrə qalıq 49860 manat məbləğinin illik 5% olmaqla 36 aylıq müddətində ödəniş qrafikini rəsmi formada (imza və möhürlə) onlara təqdim edilsin ki, onlar da öz növbəsində həmin məbləğləri uyğun olaraq ödəyə bilsinlər.

10. Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildimişdir ki, Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsi üzrə 7500 manat ödəməklə kreditin illik faiz dərəcəsinin 22%-dən 5%-ə endirilməsi və kredit müqaviləsinin 36 müddətinə uzadılması, hesablanmış faiz borcuna 50% güzəşt olunması, 36 ay ərzində hər ay bərabər şəkildə olmaqla ödənilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda bildirirlər ki, xx.xx.2022-ci il tarixindən etibarən 1 ay ərzində öhdəlik tam yerinə yetirilmədiyi təqdirdə Kredit Komitəsinin qərarı qüvvədən düşmüş hesab edilir və verilən güzəştlər ləğv edilir.

11. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli, **********164 saylı bildiriş (xəbərdarlıq məktubu) ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

12. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

13. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 49860 manat, faiz borcu 7.669,33 manat, cərimə borcu 0 manat, AR MM-nin 445.7-ci madddəsinə görə gecikdirilmiş vaxt (985 gün) üçün hesablanan faiz məbləği 6.826,05 manat olmaqla cəmi borc 64.355,38 manat təşkil edir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli, 9/9178 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin hesabdan çıxarış məlumatları, Sazişlərin şərtləri əsas götürülməklə xx.xx.2020-ci il tarixə (müqavilənin bitmə tarixə) Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə ödənilməli əsas borcu 52500 manat, faiz borcu 4.876,67 manat, xx.xx.2023-cü il (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan əsas borcu 49.860 manat, faiz borcu (5%-lə) 7.241,35 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri

15. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 64.355,38 manat borc olmaqla, 49.860 manat əsas, 7.669,33 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 6.826,05 manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 404 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 31 iyul 2019-cu il tarixli 04/0323/HBK nömrəli Kredit xətti müqaviləsinə əsasən borcalana 31 iyul 2020-ci il tarixinədək illik 22 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2020-ci il tarixli 01 saylı Kredit sazişinə əsasən, ilkin olaraq 32500 manat olmaqla 6 ay müddətinə; - xx.xx.2020-ci il tarixli 02 saylı Kredit sazişinə əsasən, sonuncu dəfə 20000 manat olmaqla 6 ay müddətinə kredit verilmişdir. Cavabdeh1 MMC-yə kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 31 iyul 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan kredit xətti üzrə götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi təqdirdə, bu barədə borcverənə məlumat verməklə verilmiş kredit əsas məbləğini və ona hesablanmış faizləri dərhal qaytarması barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit xətti müqaviləsinin 7.2.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faizləri müəyyən edilmiş və razılışdırılmış qaydada, məbləğdə və müddətlərdə qaytmadıqda borcun ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023- 00565 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********164 saylı xx.xx.2023cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 64.355,38 manat təşkil edir. Bundan 49860 manat əsas, 7.669,33 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 6.826,05 manat borcu təşkil edir.

17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 474.2 və 739.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

18. İddiaya qarşı etiraz təqdim olunmasa da cavabdehlədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, Cavabdeh2 iş üzrə cavabdeh siyahısından çıxarılması barədə qərardad qəbul edilməklə və eyni zamanda iddia müddəti ötürüldüyü üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

19. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri

20. 23.10.2023-cü il tarixdə Cavabdeh1 MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, NBCBank ASC ilə aralarında bağlanmış 31 iyul 2019-cu il tarixli, 04/0323/HBK saylı kredit müqaviləsi üzrə sonradan Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmiş faiz hesablanmasının illik 5 faiz dərəcəsində təyin edilməsi və BƏS-də hesablanmış faiz borcunun 50 % faiz miqdarına güzəşt olunmaqla BƏS-də olan qalıq borcun 36 ay müddətinə bərabər hissələrə bölünməklə tam ödənilməsinin təmin edilməsi şərtlərinin müqaviləyə edilmiş dəyişiklik olaraq cavabdeh tərəfindən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC heç bir öhdəliyini pozmamışdır. Belə ki, iddiaçı ilə aralarında aparılan müzakirələr nəticəsində iddiaçı olan Əmanətlərin Sığortalanması Fondu güzəşt tətbiq edilməsinə dair razılığa gəlmişdir. Bu razılığın əvəzi olaraq öhdəliklərinə düşən vəsaiti ödəsələr də iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli **********339 nömrəli "xxxx" ASC-nin cavab məktubunda qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 04/0323/FiBK saylı Kredit müqaviləsi üzrə 7500 manat ödəməklə kreditin illik fazi dərəcəsinin 22%-dən 5 %-ə endirilməsi və kredit müqaviləsinin 36 ay müddətinə uzadılması, hesablanmış faiz borcuna 50 % güzəşt olunması, 36 ay ərzində hər ay bərabər şəkildə olmaqla ödənilməsi məqsədəuyğun hesab edilmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 7500 manat məbləğində kredit ödənilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin müştərisi "xxxx" MMC ilə bağlanmış kredit müqaviləsi üzrə KRK-nin 199 saylı protokoluna dəyişiklik edilməsi üzrə 204 saylı protokol ilə müvafiq qərarlar qəbul olunsa da, lakin bütün bunlara baxmayaraq onlara ödəniş cədvəli və protokol təqdim edilməmiş, yəni iddiaçı bilərəkdən öz öhdəliyini icra etməmişdir. Məhkəməyə təqdim olunan protokol foto ilə çəkilmiş formada tərəflərindən əldə edilmişdir. Protokoldan da göründüyü kimi səlahiyyətli şəxslər tərəfindən də imzalanmışdır. Protokoldan da göründüyü kimi tərəflərindən 7500 manat məbləğində vəsait 30 iş günü ərzində ödənilməli olduğu qeyd olunmuşdur. Buna baxmayaraq onlara nə protokol, nə də ödəniş cədvəli təqdim edilmədiyindən onlar o məbləği şifahi olaraq iddiaçının nümayəndəsinin onlara müraciətlərininin müsbət həll olunmasını bildirməsindən sonra dərhal ödəmişlər. Yəni o öhdəlik də tərəflərindən pozulmamış hesab olunmalıdır. Belə görünür ki, kredit öhdəliyində güzəştin tətbiq edilməsinə dair aralarında müqavilə olmasa da, müraciətləri əsasında Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə tətbiq olunmalı olan güzəşt iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əsassız varlanma məqsədilə tətbiq olunmamışdır. Lakin tərəflərindən kredit müqaviləsi üzrə olan öhdəliyin yerinə yetirilməsində yaranan çətinliklər dərhal qarşı tərəfə bildirilmiş və güzəştin tətbiqi ilə bağlı yazışmalar olmuşdur. İddaiçının son məktubunda da bu güzəştin tətbiq edilməsində razılıq bildirilsə də bu öhdəlik onlar tərəfindən yerinə yetirilməmişdir.

22. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 445.2.1, 445.2.2, 445.3 və 448.1-ci maddələrinə istinad etmişdir.

d) Qarşılıqlı iddiaya qarşı etirazın dəlilləri

23. Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmamışdır

e) İşdə iştirak edən şəxslər və onların izahatları

24. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etmiş, ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

25. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, Cavabdeh2 iş üzrə cavabdeh siyahısından çıxarılması barədə qərardad qəbul edilməklə və eyni zamanda iddia müddəti ötürüldüyü üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

27. İş üzrə ilkin iddia üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışında səhhətində yaranan problemlərlə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsinə etiraz etmdəyini bildirmiş, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 isə məhkəməyə ərizə ilə müraciət edərək, hal hazırda Bakı Ağır Ciinayətlər Məhkəməsində (hakim Anar Sadıqov) prossesdə olduğu üçün 14:45-ə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də iclasın təxirə salınmasını xahiş etmişdir.

28. Məhkəmə işə ilkin iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

29. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

30. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

31. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cu maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

32. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia isə rədd edilməlidir.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 01 saylı kredit sazişi və xx.xx.2020-ci il tarixli 02 saylı kredit sazişindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC Cavabdeh1 MMC-yə kredit müqaviləsində (xx.xx.2020-ci il tarixli 01 saylı və xx.xx.2020-ci il tarixli 02 saylı kredit sazişlərində) müəyyən edilmiş şərtlərlə müvafiq olaraq 32500 manat və 20000 manat məbləğində olmaqla cəmi 52500 manat kredit verməklə, göstərilən müqavilə (sazişlər) ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi (sazişlər) üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

36. Kredit müqaviləsi üzrə ilkin iddia üzrə Cavabdeh1 MMC-dən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 MMC-nin kredit müqaviləsi (sazişləri) üzrə ilkin iddia üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 MMC-nin "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 52500 manat, faiz borcu 4.876,67 manat, bundan sonra -xx.xx.2022-ci il tarixdə borcalan tərəfindən 7500 manat məbləğində ödəniş edildikdən sonra xx.xx.2023-cü il tarixə isə əsas borcun 49.860 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcunun 0 və müqavilə bitdiyi tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illi 5 %-lə hesablanmış 7.241,35 manat məbləğində olması müəyyən edilmişdir.

37. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

38. Belə olan halda məhkəmə ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixdə edilmiş 7500 manat məbləğində ödəniş nəzərə alınmaqla borcalanın mübahisəli kredit müqaviləsi əsas borcunun 49.860 manat təşkil etdiyini nəzərə olaraq hesab edir ki, mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən tutulacaq əsas borc 49.860 manat məbləğində müəyyən edilməlidir.

39. Mübahisəli kredit müqavilə üzrə faiz borcunun və kreditin verilmə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

40. Göründüyü kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır.

41. Odur ki, ekspert rəyində kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün hesablanmış faiz borcunun xx.xx.2022-ci il tarixdə tam ödənilməsi müəyyən edildiyindən faiz borcunun tutulması hissəsində iddia rədd edilməlidir.

42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ekspert rəyində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmaqla banka maliyyə arayışında göstərilən tarixə olan faiz borcunun 7.241,35 manat məbləğində olması müəyyən edilmişdir, ilkin iddiaçı "xxxx" ASC isə AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 6.826,05 manat faiz borcu tələb edir.

43. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, xx.xx.2020-ci il tarixdən (müqavilənin bitmə tarixindən) xx.xx.2023-cü il tarixədək olan AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 6.826,05 manat məbləğində faiz borcu ilkin iddia üzrə Cavabdeh1 MMC-dən bankın xeyrinə tutulmalıdır.

44. Bununla yanaşı iş materiallarından görünür ki, "xxxx" ASC (kredit verən) ilə Cavabdeh1 MMC (kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" ASC (kredit verən) ilə Cavabdeh1 MMC (borclu) və Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

45. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, zaminlik müqaviləsinin 4-cü bəndinə görə həmin müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədə kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur.

46. Mübahisəli kredit xətti müqaviləsinin 10.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz hüquq, vəzifə və öhdəliklərini tam şəkildə yerinə yetirənədək qüvvədədir.

47. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 4-cü bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Kredit xətti müqaviləsində kredit müqaviləsinin qüvvədə olma müddətinin tərəflərın öz hüquq, vəzifə və öhdəliklərini tam şəkildə yerinə yetirdiyi vaxtadək davam etməsi müəyyən edildiyindən həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq bağlanmış zaminlik müqaviləsində nəzərdə tutulmuş “müqavilənin Kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində qüvvədə olması” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, kredit öhdəliyinin tam icra olunması anı və belə olan halda isə kredit müqaviləsinin qüvvədə olma müddəti əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.

48. Bu baxımdan məhkəmə hesab edir ki, zamin Cavabdeh2 arasında ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı ASC (borcverən) ilə Cavabdeh1 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsində kreditin xx.xx.2020-ci il tarixindək müddətə verilməsi razılaşdırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ləğv prosesində olan "xxxx" ASC zamin Cavabdeh2 qarşı hazırkı iddianı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni xx.xx.2021-ci il tarixədək irəli sürmədiyindən Cavabdeh2 zaminliyə xitam verilmişdir. Odur ki, Cavabdeh2 qarşı olan hissədə ilkin iddia rədd edilməlidir.

49. İddia müddətinin tətbiqi barədə Cavabdeh2 verdiyi ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh2 qarşı olan hissədə iddia Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət tətbiq edilməklə rədd edildiyindən həmin hissədə iddia tələbinə iddia müddətinin tətbiqinə zərurət yoxdur.

50. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində mübahisəli kredit xətti müqaviləsinin dəyişdirilməsini tələb etsə də, tələbinin hüquqi əsasını göstərməmiş, faktiki əsası kimi sözügedən müqavilə ilə faiz dərəcəsinin endirilməsi və güzəşt tətbiq edilərək həmin müqavilə üzrə borcun aylara bölünməklə hissə-hissə ödənilməsi barədə Əmanətlərin Sığortalanması Fondunun Kredit komitəsinin xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 421-ci və 422-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi əsasları aşağıdakılardır: 1)Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə. 2) Tərəflərdən biri müqavilənin icrasından hissə-hissə birtərəfli imtina etdikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə; 3)Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. 4) tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişdikdə.

51. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, hazırkı halda tərəflər arasında mübahisəli kredit müqavilənin dəyişdirilməsi barədə razılaşma mövcud deyildir. Qarşılıqlı iddiaçının istinad etdiyi Əmanətlərin Sığortalanması Fondunun Kredit komitəsinin qərarına gəldikdə həmin qərar tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin dəyişdirilməsi ilə bağlı bankın (ləğvedicinin) daxilində müzakirələr aparılması və müvafiq qərar qəbul edilməsini təsdiq etsə də, ikitərəfli sənəd olmadığından müqavilənin dəyişdirilməsi barədə razılaşma kimi dəyərləndirilə bilməz. Bundan əlavə həmin sənəd şirkətdaxili sənəd olmaqla qarşı tərəfə yönəlmədiyindən sözügedən sənədin tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin dəyişdirilməsinə yönəldilmiş kontragentə təklif kimi qiymətləndirilməsi üçün də əsas yoxdur. Bununla yanaşı tərəflərdən hər hansı birinin müqavilənin icrasından hissə-hissə birtərəfli imtina etməsi də iş materialları ilə öz təsdiqini tapmır, eləcə də belə bir imkan Mülki Məcəllədə və mübahisəli kredit xətti müqaviləsində nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, yuxarıda göstərilən iki əsasla müqavilənin dəyişdirilməsi məhkəmədənkənar qaydada həyata keçirildiyindən həmin əsaslarla müqavilənin dəyişdirilməsi məsələsinə məhkəmə tərəfindən baxıla heç mümkün də deyil. Üçüncü və dördüncü əsaslara gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin kredit müqaviləsi üzrə öhdəliklərin əhəmiyyətli pozuntusuna yol verilməsi, eləcə də müqavilənin məhkəmə qaydasından dəyişdirilməsinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən müqavilənin göstərilən əsaslarla dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 404 manat məbləğində mediasiya prosesinə dair xərclər ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmişdir. 52.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 283,06 manat təşkil edir.

53. Göründüyü kimi ilkin iddia üzrə üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

54. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 55.Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin və qarşılıqlı iddia rədd edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 360 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə çəkilmiş məhkəmə xərcləri isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. 56.Məhkəmə hazırkı qətnamə ilə hazırkı qətnamə ilə ilkin iddia qismən təmin və qarşılıqlı iddia rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə ilkin iddia üzrə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. 57.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh1 MMC-dən xx.xx.2019-cu il tarixli, 04/0323/HBK saylı kredit xətti (kredit xəttinin açılması barədə) müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 01 saylı kredit sazişi və xx.xx.2020-ci il tarixli 02 saylı kredit sazişi üzrə 49860 manat məbləğində əsas borc, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 6.826,05 manat məbləğində faiz borcu, ümumilikdə 56.686,05 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı cavabdeh LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı faiz hesablanması illik 5 faiz dərəcəsində təyin edilməklə müqavilə şərtlərində dəyişikliyin edilməsinin cavabdeh tərəfindən təmin edilməsi tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə çəkilmiş məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi İlkin iddia üzrə cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə ilkin iddia üzrə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar