Məhkəmə qərarları › İş №e-2-2(113)-2809/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2809/2024

02.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2809/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Səhliyalı Kiçik Müəssisəsinin Cavabdehnə (əvvəlki adı ilə "xxxx" ASC) qarşı “borcun silinməsi, əsasız silinmiş pulun balansa bərpa edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kommunal borcun silinməsi) X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdehnə (əvvəlki adı "xxxx" ASC) qarşı “borcun silinməsi, əsasız silinmiş pulun balansa bərpa edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" Kiçik Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 28332 manat və 12984 manat borcun qanunsuz hesab edilərək silinməsi, 41316 manat pul vəsaitinin onun Cavabdehndə (əvvəlki adı ilə "xxxx" ASC) olan sayğac balansına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993-cü il tarixdən etibarən Azərbaycan Respublikasında qida məhsulları istehsalı üzrə fəaliyyət göstərir. “1000 bərəkət, halal nemət” ət və ət məhsullarının istehsalçısıdır. Qida məhsullarının istehsalında suyun təmin edilməsi olduqca vacibdir. Müəssisəyə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi üçün cavabdeh hüquqi şəxslə aralarında xx.xx.2020-ci il tarixli 19355010 saylı müqavilə bağlanmışdır. "xxxx" Kiçik Müəssisəsinin abonent kodu: 130145-dir. Müqaviləyə əsasən qeyri-əhali istehlakçı qrupu olaraq suyun təchizatı və tullantı sularının kanalizasiya sisteminə qəbulu öhdəliyini "xxxx" ASC öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə təyin edir. İddiaçı cavabdeh tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəyir. Müəssisədə sudan istifadəyə görə ödənişlər ilk öncə onlar tərəfindən "xxxx" ASC-də olan balansa avans yükləmə aparılır. Müəssisənin aylıq suya olan ehtiyacı avans balansa yüklədiyi pulu daha sonra smart tipli sayğacın kartına yükləməklə həyata keçirilir. Bu köçürmə üçün X9 İdarəsinə əməkdaşları gedir, karta pul həmin balansdan onların vasitəsi ilə ödənilir. Yəni, sudan, smart tipli sayğacın balansına kartla əlavə edilən ödəmə əsasında istifadə olunur. Məlumat verir ki, qanunverciliyin tələblərinə zidd olaraq, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan cavabdehin əməkdaşları müəssisədə yoxlama aparmış, ********* nömrəli AlfaSU WS-50 markalı sayğac çıxarılaraq laborator sınaq baxışından keçirilmək üçün laborator yoxlamasına göndərilmişdir. Sayğacın dəyişdirilməsi haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilən aktdan görünür ki, bazadakı sayğac məlumatları ********* nömrəli AlfaSU WS- 50 markalıolan smart tipli sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılıb. Diametri 50 mm, sayğacın xx.xx.2023-cü il tarixdə sərfiyyatı 282893 m olmuşdur. Abonentin vəsaiti hesabına alınmış smart tipli su sayğacı dəyişdirildi. X5 İdarəsi tərəfindən plomb vurularaq abonentin nümayəndəsinə ********* nömrəli sayğac laborator baxışına göndərilməsi üçün təhvil verildi, zavod plombu sayğacın üzərindədir. xx.xx.2023-cü il tarixdə yeni ********* nömrəli CTB markalı sayğac quraşdırılmışdır. X5 İdarəsi X1 laboratoriyasının xx.xx.2023cü il tarixli 90966/0251660 saylı rəyində qeyd olunur ki, AlfaSU WS-50 markalı və modelli suölçən sayğacın yoxlamadan əvvəl mexaniki sərfiyyat göstəricisi 282893 m və elektrik sərfiyyat göstəricisi isə 282892,2 m olmuş, balansda qalan 13049 m-dir. Sayğacın laborator yoxlama üzrə ilkin nəticə kipliyə davamlılığı normadadır, su sərfiyyatı qeydə almır, mexaniki hissə işləmir, təmirə və istismara yararsızdır. Cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında qeyd olunur ki, "xxxx" ASC-nin verdiyi məlumata əsasən xx.xx.2023-cü il tarixdə sayğac üzərində mexaniki göstərici 279785 mikən xx.xx.2023-cü il tarixdə isə sayğac sökülərkən 282893 m olmuşdur. 282893- 279785=3108 m sərfiyyat qeydə alınmışdır. Həmin tarix aralığında sərf olunan suyun miqdarı əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən 17274 m olmalı idi. Yəni, xx.xx.2022-ci il tarixdən sayğac göstəricisi 160597 m və xx.xx.2023-cü il tarixə sayğac göstəricisi 279785 m qədər olan dövr 345 gün nəzərdə tutulmuşdur. 345 günə hesablanan sərfiyyat 119188 m təşkil edir. Günlük hesab nəzərə alınaraq 50 günə 17274 m olmalı idi. Sayğacın balansında olan 13049 m su üçün ödənilmiş pul vəsaiti nəzərə alındıqdan sonra əlavə 2234 manat borc hesablanmış, o da balansdan silinmişdir. (17274-13049-3108=1117 m ). Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə ********* nömrəli smart tipli sayğacın üzərindəki miqdara əsasən suyun sərfiyyatı 3108 m3 qeyd olunduğu halda, (13049+1117)=14166 m3 balansdan silinmişdir. 14166 (su və çirkab su) x 2 = 28332 manat təşkil edir. Bu borcla bağlı elektron və ya kağız qaimə də onlara təqdim edilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə heç bir məlumat və səbəbi bildirilmədən 2024-cü il fevral faktura No.259886387 ilə 12984 manata dair elektron qaimə göndərilmişdir. Guya 6492 m3 su, 6492 m3 çirkab su sərfiyyatına görə hesablanmışdır. Bu rəqəmin necə əmələ gəlməsi, bu ödəmə tələbinin əsasının nədən ibarət olması ilə bağlı heç bir məlumat verilməmişdir. Halbuki, su sərfiyyatı smart karta yüklənən ödəmə əsasında həyata keçirilir. Həm 28332 manat, həm də 12984 manat pul vəsaiti "xxxx" ASC və "xxxx" ASC-dəki "xxxx" ASC-nin balansına avans ödəmələrdən çıxılmışdır. Cavabdehin təqdim etdiyi məlumatlarda və hərəkətlərində olan ziddiyyət və qanunsuzluq ondan ibarətdir ki, cavabdeh sahibkar subyekti olan iddiaçını qanunvericiliyin tələblərinə əməl etməklə yoxlamaların vahid məlumat reyestrində qeydə almaqla yoxlamalı idi, sudan istifadə edilmə (cavabdehin özünün müəyyən etdiyi şəkildə) smart tipli sayğac kartına yüklənən pul vəsaiti həcmində (həddində) sudan istifadə olunduğu halda, əlavə borc hesablamışdır. Balansa avans şəklində yüklənən pul vəsaiti iddiaçıya məxsus olduğu halda, iddiaçının razılığını almadan balansdan silmişdir. Sayğacın üstündəki plomb zədələnməmişdir. İddiaçı tərəfindən hər hansı müdaxilə olunması öz təsdiqini tapmamışdır. Bundan əvvəlki ay cavabdehin əməkdaşı sayğaca nəzarət adı ilə baxışa gəlib baxarkən qüsur aşkarlamamışdır. Sayğacın hansı tarixdə mexaniki göstəricisinin işləmədiyi müəyyən edilə bilmədiyi halda, tam 50 gün üçün sudan istifadə və tullantının axıdılması həcmi müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən nəzərə alınan mart ayının demək olar ki, yarısı qeyri-iş günüdür, bu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən sudan istifadə sayğac göstəricisinə uyğun aparıldığı halda cavabdeh heç bir hüquqi əsası olmadan sanksiya tətbiq etmiş, bunu 12 aylıq dövrə uyğun hesablamışdır. Növbəti hesablanmış xx.xx.2024-cü il tarixdə heç bir məlumat və səbəbi bildirilmədən No.259886387 ilə 12984 (on iki min doqquz yüz səksən dörd) manata dair elektron qaimənin borc olaraq göndərilməsinin heç bir əsası cavabdeh tərəfindən bildirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 3.1,3.2, 31-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 12,34,49-cu maddələrinə, “Sudan istifadə qaydaları”nın 6.16, 6.17, 7.2, 7.4, 7.5-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə etiraz edərək qeyd etmişdir ki, "xxxx" ASC-nin verdiyi məlumata əsasən xx.xx.2023-cü il tarixli sayğac üzərində mexaniki göstərici 279785 m3-ikən xx.xx.2023-cü il tarixdə isə sayğac sökülərkən 282893 m3 olmuşdur. 282893-279785=3108 m3 sərfiyyat qeydə alınmışdır. Həmin tarix aralığında sərf olunan suyun miqdarı əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən 17274 m3 olmalı idi. Yəni, 2903, 2022-ci il tarixdən sayğac göstəricisi 160597 m3 və xx.xx.2023-cü il tarixə sayğac göstəricisi 279785 m3 qədər olan dövr 345 gün nəzərdə tutulmuşdur. 345 gün hesablanan sərfiyyat 119188 m3 təşkil edir. Günlük hesab alınaraq 50 günə 17274 m3 olmalı idi. Sayğacın balansında olan 13049 m3 su üçün ödənilmiş pul vəsaiti nəzərə alındıqdan sonra əlavə 2234 manat borc hesablanmış, o da balansdan silinmişdir. Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə ********* nömrəli smart tipli sayğacın üzərindəki miqdara əsasən suyun sərfiyyatı 3108 m3 qeyd olunduğu halda, (13049+1117)=14166 m3 balansdan silinmişdir. 14166 (su və çirkab su) x 2 = 28332 manat təşkil edir. Bu borcla bağlı elektron və ya kağız qaimə də, təqdim edilməmişdir. Sözügedən müəssisənin (abonent kodu 130145) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2020ci il tarixində quraşdırılan ALFASU-50 markalı, 49990966 nömrəli Smart tipli sayğac X5 İdarəsinin Laboratoriyasının 90966\0251660 №-li rəyinə əsasən su sayğacı təmirə və istismara yararsız hesab edilmişdir. Qeyd olunan tarix aralığında sərf olunan suyun miqdarı əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən 17274 m3 olmalı idi. Lakin qeyd olunan müddətə sayğacdan daha az su keçmiş (3108 m3), bu da öz növbəsində öncəki dövrlərdə olan aylıq sərfiyyatdan dəfələrlə aşağı olmuşdur. Köhnə sayğac yenisi ilə əvəz olunanda sayğacda qalan 13049 m3 balans da nəzərə alınaraq (17274-13049-3108=1117 m3) obyektin həmin dövr üçun "xxxx" ASC-yə 1117 m3, yəni 2234,00 manat borcu olduğu aydınlaşmışdır. xx.xx.2024-cü il tarixində təqdim edilən faktura ilə bağlı bildirir ki, 244317 nömrəli sayğac 2023-cü ilin avqust ayında laboratoriyada olmuş, bu səbəbdən birbaşa birləşmə müddətinə görə (xx.xx.2023xx.xx.2023) 1412 m3 olmaqla 2824.00 manat məbləğində sərfiyyat hesablanmışdır Həmçinin, 272707 nömrəli sayğaca xx.xx.2024-cü il tarixində baxış keçinlən zaman sayğacın mexaniki hissəsinin işləmədiyi aşkarlanmış, NÖCİ tərəfindən çıxarılaraq laboratoriyaya göndərilməsi üçün müəssisəyə - "xxxx" KM-nə təhvil verilmiş və su təchizatına birbaşa qoşulma təmin edilmişdir. NÖCİ-nin 72707/0312686 №-lı rəyinə əsasən sayğacın işləmədiyi məlum olmuşdur Bu səbəbdən sayğacın işləmədiyi və birbaşa qoşulma müddəti nəzərə alınmaqla 5080 m3 olmaqla 10160 manat dəyərində hesab faktura təqdim edilmişdir. 08.08 2023-cu ildə sayğac sökülərkən sayğacda qalan su - 780 m3 olmuşdur Birbaşa qoşulmaya görə hesablanan günlük orta su sərfi 2192 m3-dir. Fərq - 2192 m3-780 m3 = 1412 m3 Sayğacda qalan su nəzərə alınmaqla birbaşa qoşulmaya görə 1412 m3 hesabat verilmişdir. Bu yoxlama deyil, yoxlama olsa idi, tərəfə cərimə də yazılmalı idi, bunların heç biri tərəfə tətbiq edilməmiş, baxmayaraq ki, onların sayğacı ay yarım işləməmişdir. Sadəcə idiaçının iştirakı ilə sayğac çıxarılıb və daha sonra bu barədə heç bir pretenziyaları olmamışdır. Əgər iddiaçı tərəfin şikayətləri var idisə qanunvericiliklə nəzərdə tutulmuş 10 gün müddətində bununla bağlı narazlıqlarını onlara bildirə bilərdilər. Belə ki, sayğaca baxış keçirilən zaman aktı onların da nümayəndəsinin iştirakı olaraq və akt imzalanaraq plombu qırmamaq şərtilə sayğac çıxarılmış iddiaçıya təhvil verilmişdir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda qeyd edilir ki, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidirlər. Burada hələlik vizual baxışda heç nə müəyyən edilməmişdir. Çünki həmin gün yoxlama aparılmamış, sadəcə sayğaca növbəti baxış keçirilmişdir. Belə ki, əhali kateqoriyasına aid olan hər bir istehlakçılarda onlar sayğaca baxış keçirtdikdən sonra sayğacın sərfiyyata görə göstəricisi götürülür və onlar onu istehlakçıya bildiriş kimi təqdim edirlər. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə sayğaca baxış keçirilən zaman onun özünün, kreditorunda olan puluna uyğunluğun olub-olmamasını yoxlayırlar. Belə ki, sayğacın işləyib- işləməməsi, sayğacdakı sərfiyyatla onun balansındakı məbləğin düzgün gəlibgəlməməsi halını onlar yoxlamırlar. Sadəcə əvvəlcədən abonenə xəbərdarlıq edilirək nümayəndəsinin iştirakı ilə baxış keçirilir. Bir sözlə, onlar yoxlama aparmamışlar ki, onu da hazırda qeydiyyatdan keçib-keçmədiyi məsələsini aydınlaşdırsınlar. Sonda o, iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: "xxxx" Kiçik Müəssisəsi və "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 19355010 saylı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələbinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 üçün ƏDV ilə 1,00 manat və istehakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1,00 manat müqabilində müəyyən edilir. "xxxx" ASC tərəfindən "xxxx" Kiçik Müəssisəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 №-li Qərarına əsasən su təchizatının tarifi qeyri-əhali abonentləri üçün 1 m3 1 (bir) azn, tullantı suların axıdılması xidmətinə görə isə 1 m3 1 (bir) AZN təşkil edir. Sözügedən obyektin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2020-ci il tarixində quraşdırılan ALFASU - 50 markalı, 49990966 nömrəli smart tipli sayğacın göstəricisinə əsasən aparılmışdır. Abşeron rayonu Sukanal İdarəsinin nümayəndələri tərəfindən xx.xx.2023-ci il tarixində ünvana (kod-130145) baxış keçirilmiş, smart tipli su sayğacı laborator yoxlamadan keçirilməsi üçün 13121244 nömrəli iş əmri yaradılmışdır. X5 İdarəsinin nümayəndəsi tərəfindən su sayğacı xx.xx.2023-cü il tarixində çıxarılaraq təhvil verilmişdir. X5 İdarəsinin laboratoriyasının 90966/0251660 №-li rəyinə əsasən su sayğacı təmirə və istismara yararsızdır. xx.xx.2023-cü il tarixdə sayğac üzərindəki mexaniki göstərici 279785 m3 olduğu halda xx.xx.2023-cü il tarixdə sayğac sökülərkən göstərici 282893 m3 olub. Yəni 50 günə sayğacdan keçən suyun miqdarı 3108 m3 təşkil edib. Bu da öz növbəsində öncəki dövrlərdə olan aylıq sərfiyyatdan dəfələrlə aşağıdır. Köhnə sayağac yenisi ilə əvəz olunanda sayğacda qalan 13049 m3 balans da nəzərə alınaraq, obyektin Azərsu ASC-yə 1117 m3, yəni 2234 manat borcu olduğu aydınlaşır. "xxxx" ASC tərəfindən "xxxx" Kiçik Müəssisəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən müəssisənin (abonent kodu-130145) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2020-ci il tarixində quraşdırılan ALFASU - 50 markalı, 49990966 nömrəli smart tipli sayğac X5 İdarəsinin laboratoriyasının 90966/0251660 Na-li rəyinə əsasən su sayğacı təmirə və istismara yararsız hesab edilmişdir.Qeyd olunan tarix aralığında sərf olunan suyun miqdarı əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən 17274 m3 olmalı idi. Lakin qeyd olunan müddətə sayğacdan daha az su keçmiş (3108 m3), bu da öz növbəsində öncəki dövrlərdə olan aylıq sərfiyyatdan dəfələrlə aşağı olmuşdur. Köhnə sayğac yenisi ilə əvəz olunanda sayğacda qalan 13049 m3 balans da nəzərə alınaraq (17274 -13049 - 3108 =1117 m3) obyektin həmin dövr üçün “Azərsu" ASC-yə 1117 m3, yəni 2 234,00 manat borcu olduğu aydınlaşmışdır. Qeyd edilən xx.xx.2024-cü il tarixində təqdim edilən faktura ilə bağlı bildiririk ki, 244317 nömrəli sayğac 2023-cü ilin avqust ayında laboratoriyada olmuş, bu səbəbdən birbaşa birləşmə müddətinə görə (xx.xx.2023-xx.xx.2023) 1412 m3 olmaqla 2824,00 manat məbləğində sərfiyyat hesablanmışdır. Həmçinin, 272707 nömrəli sayğaca 30.01,2024-cü il tarixində baxış keçirilən zaman sayğacın mexaniki hissəsinin işləmədiyi aşkarlanmış, X5 İdarəsi tərəfindən çıxarılaraq laboratoriyaya göndərilməsi üçün təhvil verilmiş və su təchizatına birbaşa qoşulma təmin edilmişdir. NÖCl-nin 72707 / ******* №-li rəyinə əsasən sayğacın işləmədiyi məlum olmuşdur. Bu səbəbdən sayğacın işləmədiyi və birbaşa qoşulma müddəti nəzərə alınmaqla 5 080 m3 olmaqla 10160,00 manat dəyərində əlavə sərfiyyat hesablanmış, ümumilikdə 6 492,00 m3 olmaqla, 12984,00 manat dəyərində hesab faktura təqdim edilmişdir. "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2024-cü il tarixinə qalıq borcu 12983,45 manat məbləğində hesablanmışdır. "xxxx" ASC X5 idarəsi “X1 Laboratoriyası”nın xx.xx.2023-cü il tarixli, 90966/0251660 saylı rəyinə əsasən SC-nin su sərfiyyatının qeydə alınmaması və mexaniki hissənin işləməməsinin aşkar olunduğu və SC təmirə və istismara yararsız olduğu qeyd olunmuşdur. "xxxx" ASC X5 idarəsi “X1 Laboratoriyası”nın 72707/0312686 saylı rəyinə əsasən SC-nin Labarator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlılığı normadadır. SC-nin turbin hissəsinə yad cisimlər yığıldığından su sərfiyyatı hesablanmır. Mexaniki hissə işləmir. SC təmirə yararlıdır. "xxxx" ASC X5 idarəsi “X1 Laboratoriyası”nın 72707/0312687 saylı rəyinə əsasən SC-nin ilkin rəyində qeyd olunan qüsurlar aradan qaldırıldı. SC-nin buraxıla bilən nisbi xəta faizi 1.73 % faiz norma çərçivəsindədir. "xxxx" ASC 13 smart-kart tipli su sayğacının Laborator yoxlamadan keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixində 244317 saylı smart tipli su sayğacı tərəfindən sökülərək dövrü Laborator baxışdan keçirmək üçün NÖCİ-nə göndərildi. Sayğac abonentə təhvil verildi. Sayğacın Azərsu ASC və zavod plombları üzərindədir. Abonentin su təchizatına birbaşa qoşulma verildi. Laboratoriyadan verilmiş yarasız rəy əsasında NÖCİ tərəfindən yeni su sayğacı quraşdırıldı. "xxxx" ASC 13 smart-kart tipli su sayğacının Laborator yoxlamadan keçirilməsi barədə xx.xx.2024-cü il tarixli aktından görünür ki, xx.xx.2024-cü il tarixində 272707 saylı smart tipli su sayğacının pəri işləmədiyi üçün NÖCİ tərəfindən çıxarılaraq Labarator baxışdan keçirmək üçün abonentə təhvil verildi. Sayğacın Azərsu ASC və zavod plombları üzərindədir. Abonentin su təchizatına birbaşa qoşulma verildi və NÖCİ tərəfində sayğac Labaratoriyadan verilmiş yararlı rəy əsasında yerinə bağlandı. tərəfindən sökülərək dövrü Laborator baxışdan keçirmək üçün NÖCİ-nə göndərildi. Sayğac abonentə təhvil verildi. Sayğacın Azərsu ASC və zavod plombları üzərindədir. Abonentin su təchizatına birbaşa qoşulma verildi. Laboratoriyadan verilmiş yarasız rəy əsasında NÖCİ tərəfindən yeni su sayğacı quraşdırıldı. "xxxx" ASC tərəfindən 27 Smart-kart tipli su sayğacının dəyişdirilməsi aktında abonentin vəsaiti hesabına alımış smart tipli su sayğacının dəyişdirildiyi, plomb vurularaq abonentin nümayəndəsinə təhvil verildiyi, “49990966” saylı smart tipli su sayğacı labarator baxışına göndərilməsi üçün abonentə təhvil verildiyi, smart tipli su sayğacının "xxxx" ASC zavod plombunun üzərində olması qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli 4849 saylı ödəniş tapşığından görünür ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən 214 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında mütəxəssi qismində dindirilmiş X2 bildirmişdir ki, bütün respublika üzrə dəyişilən sayğacların qeyri-əhali üzrə hesabatı həmişə ona gəlir, bu zaman qoşulma dövrü, sayğaca müdaxilə olunan dövr, sayğac üzərindəki fərqlər, qaytarılası sular nəzərə alınır. İlk dəfə "xxxx" Kiçik Müəssisəsinin sayğacı 2023-cü ilin avqust ayında dəyişilmiş, xx.xx.2023-cü il tarixdə sayğac söküldükdə elektron və mexaniki sayğacdakı göstəricilər eyni olmuş, həmin sayğacın üzərində 780 ton su var idi. 21 avqustda qaytarıb yerinə quraşdırmışlar. Sayğac onlarda stenddə olarkən vintili biraz sıxdıqda sayğac 96% az yazmış, onlar, heç bunu sayğaca rəy verərkən nəzərə almamışlar. Onlar birbaşa qoşulma dövrünə və sayğac üzrəində qalan suya nəzər yetirmişlər. Belə ki, sayğac söküldükdə üzərindəki göstərici 127249 m3 idi, keçən il 24 avqust 2022-ci ildə bu rəqəm, yəni nəzarətçinin oxuması 68403 m3 idi, 349 günə abonent 58846 m3 su istifadə etmiş, 1 günə 168,6 m3 düşmüşdür. Onlar da həmin bir günlük göstəricini 13 günə vurub məbləği hesablamışlar. Əgər abonentin sayğacı üzərində olsaydı 2192 m3 istifadə etmiş olacaqdı, əvvəlki istifadəsinə uyğun olaraq. Sayğacın üzərində 780 ton su qalmışdı, 2192 m3-dən 780 t çıxdıqda yerdə 1412 m3 qalır, bu məbləğ sırf avqust ayına verilən hesabatdır. Daha sonra 30 yanvar 2024-cü ildə sayğaca baxış keçirilən zaman mexaniki göstəricinin işləmədiyi aşkar edilmiş, laboratoriyaya göndərilməsi üçün sökülmüşdür. Rəydə sayğacın turbin hissəsinə yad cisimlər yığıldığından su sərfiyyatının qeydə almadığını, mexaniki hissənin işləmədiyi göstərilərək, faktura abonentə təqdim olunmuşdur. Sayğacın işləmədiyi və birbaşa qoşulma müddəti nəzərə alınmaqla 5080 m3 olmaqla 10,160 manat dəyərində faktura hesablanmışdır. xx.xx.2024-cü ildə sayğacın göstəricisi 19427 m3 idi və 1 ay əvvəl 29 dekabr 2023-cü ildə də sayğacın göstəricisi eyni rəqəm idi. Halbuki tərəf bu bir aylıq müddət ərzində sudan istifadə etdiyi halda sərfiyyatda dəyişiklik yox idi. xx.xx.2024-cü il tarixində sayğac sökülərkən sayğacda qalan 4777 m3 laboratoriyada təmir zamanı sayğaca qaytarılmışdır. 29 dekabr sayğac çıxarıldıqdan sonra xx.xx.2024-cü ildə sayğac yenidən quraşdırılmışdır. 1 günə düşən sərfiyyatı 149.4 m3 ilə hesabladıqda 34 gün üçün birbaşa birləşmiş gün sayına düşən sərfiyyat 5079,6 m3 müəyyən edilmişdir. Bu sərfiyyatla avqust ayında hesablanmış sərfiyyatı toplamışlar, 47 gün sayğacın işləmədiyi dövr üçün 6492 m3 su sərfiyyatının dəyəri 12984 manat təşkil etmişdir. "xxxx" ASC-nin verdiyi məlumata əsasən xx.xx.2023cü il tarixdə sayğac üzərində mexaniki göstərici 279785 m3-ikən xx.xx.2023-cü il tarixdə isə sayğac sökülərkən 282893 m3 olmuşdur. Həmin tarix aralığında sərf olunan suyun miqdarı əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən 17274 m3 olmalı idi. Yəni, xx.xx.2022-ci il tarixdən sayğac göstəricisi 160597 m3 və xx.xx.2023-cü il tarixə sayğac göstəricisi 279785 m3 qədər olan dövr 345 gün nəzərdə tutulmuşdur. 345 günə hesablanan sərfiyyat 119188 m3 təşkil edir. Günlük hesab nəzərə alınaraq 50 günə 17274 m3 olmalı idi. Sayğacın balansında olan 13049 m3 su üçün ödənilmiş pul vəsaiti nəzərə alındıqdan sonra əlavə 2234 manat borc hesablanmış, o da balansdan silinmişdir. Bu məsələ ilə bağlı iddiaçı tərəflə 3 dəfə görüşmüşlər və bu məsələ həll olunmuşdu, bu başqa xətt üzrə hesablanmışdır. 28332 manat borcun əsası, 28 aprel 2023-cü il tarixdə sayğacı sökmüşlər və sayğac düz işləməmiş, sayğacsız dövür üzrə orta sərfiyyat hesablanmışdır. Konkret bu işlə bağlı sənədlərə nəzər yetirməmiş, lakin bildiyi qədər bu məsələ həllini tapmışdır. 2 ildən sonra yenidən bu məsələni qaldırmaqda tərəfin məqsədi başadüşülən deyildir. Məktuba gec cavab verilsə də, artıq bu məsələ 2023-cü ildə həll edilmiş, heç kəsin narazılığı olmamışdır. Tərəf susuz qalmasın deyə 3108 m3 su kartına qaytarmışlar. Abonentə hesabladıqları məbləğ sırf sayğacın olmadığı dövr üçün birbaşa qoşulmaya görə hesablanmış məbləğ olmuşdur, heç bir cərimə məbləği hesablanmamışdır. Sayğaca baxış keçirdilən zaman düzgün işləmədiyi aşkar edildikdə onların bazasına bu barədə məlumat verilir ki, müvafiq sayğac işləmir. Onlar da bu zaman iddiaçının nümayəndələrinin biri ilə əlaqə saxlayaraq sayğacın işləmədiyi barədə məlumat verirlər. Sayğaclara baxış vaxtı həmin müəssisənin əməkdaşlarının iştirakı ilə birgə foto, video çəkiliş aparılır. Həmçinin suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə və yaxud istehlakçının istismarında olan su qurğularına 6 ayda bır dəfədən az olmayaraq texniki baxış keçirilməsi məqsədilə müəssisənin əməkdaşlarının iştirakı ile qeyd olunduğu kimi foto, video çəkilişlə sayğac çıxarılaraq aktlaşdırılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun: 12-ci maddəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. 49.4-cü maddəsinə əsasən səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.3-cü maddəsinə görə fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. 2.1.4-cü maddəsinə görə istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-in vəzifəsidir. 2.1.7-cü maddəsinə görə istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir. 6.10-cu maddəsinə görə zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 6.12-cu maddəsinə görə hər hansı səbəbdən istismara yararsız smart-kart tipli suölçən cihazın və ya sərfiyyat yükləmə kartının istifadə olunmamış sərfiyyat göstəriciləri yeni veriləcək kartın balansına köçürülür. 6.15-ci maddəsinə görə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1 istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16-cu maddəsinə görə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17-ci maddəsinə görə tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. 7.9-cü maddəsinə görə suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsini, həmçinin mütəxəssisi dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Çünki iddiaçı qanunsuz və əsassız olaraq ona borc yazıldığını, cavabdehin qanunsuz yoxlama apardığını bildirsə də, cavabdehin nümayəndəsinin və mütəxəssisin məhkəmə iclasındakı izatlarından məlum olmuşdur ki, həmin borc cavabdeh tərəfindən yoxlama aparılması və nəticədə iddiaçı cərimə yazılması ilə hesablanmamış, iddiaçının, düzgün ölçməyən sayğacların çıxarıldığı müddət ərzində iddiaçı tərəfindən birbaşa qoşulduğu dövr üçün hesablanmış məbləğdir. Belə ki, iddiaçıya məxsus 244317 nömrəli sayğac 2023-cü ilin avqust ayında 13 gün (xx.xx.2023-xx.xx.2023) müddətində olmamış, su xətti sayğacsız birbaşa qoşulmuşdur. Həmin müddət üçün su sərfiyyatı 12 ayda sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilmişdir. Yəni xx.xx.2022-ci il tarixdəki 68403 m3 sərfiyyatla xx.xx.2023-cü il tarixindəki 127249 m3 sərfiyyatın 349 günə olan fərqi 58846 m3 müəyyən olunmuş, sonra həmin sərfiyyat 349 günə bölünərək 1 günlük sərfiyyat 168,6 m3 tapılmış, bundan sonra həmin 1 günlük sərfiyyat sayğacsız 13 günə vururlaraq 2192 m3 müəyyən edilmişdir. Daha sonra sayğacda qalan 780 m3 həmin 2192 m3 çıxılmış və sayğacsız 13 günlük dövr üçün birbaşa qoşulmaya görə 1412 m3 hesablanmışdır. Həmçinin eyni qaydada ilə su sayğacı sərfiyyatı ölçmədiyi və su xətti birbaşa qoşulduğu müddətə, 29 dekabr 2023-cü il tarixindən 01 fevral 2024-cü il tarixədək 34 gün müddətinə 5079 m3 su sərfiyyatı hesablanmışdır. Eyni zamanda həmin qayda ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi sayğac düzgün ölçmədiyi müddətə, yəni 50 günə görə, balansda olan 13049 m3 və sayğacın həmin dövrə ölçdüyü 3108 m3 nəzərə alınmaqla, 1117 m3 hesablanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən sayğac olmadığı dövrlərdə istifadə edilmiş suyun həcmi qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçının əvvəlki 12 aylıq dövrdə istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirilmiş, heç bir yoxlama aparılmamışdır. Cavabdehin sahibkarlıq subyekti olan iddiaçının fəaliyyət göstərdiyi yerə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti olmamış, cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxiləsi və ya kənar xəttdən istifadə etməsi halı aşkar edilməmişdir ki, bunun nəticəsində qanunvericilikdə nəzərdə tutulmuş qayada müvafiq qeydiyyatdan keçməklə yoxlama aparılsın. Beləliklə məhkəmə işin faktiki hallarını, qanunvericilik normalarını, iddiaçının tələbində haqlı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdehnə (əvvəlki adı "xxxx" ASC) qarşı “borcun silinməsi, əsasız silinmiş pulun balansa bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar