Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2815/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunaraq Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 16205,64 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İlkin İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayının 23-də Ağsu RQİİ-nin əməkdaşları İddiaçı MMC-yə məxsus olan istixananın qaz sayğacını yoxlamaq üçün xətdən çıxartmışlar. Sayğaca Cavabdeh İB-nin Metrologiya Departementinin sayğacların müayinəsi labaratoriyasında baxış keçirərkən guya minimal sərfiyyatda sayğac hesabat aparmadığı üçün bu barədə 28 dekabr 2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən 16250 manat cərimə yazmışlar. Cavabdeh İB-nin X6 İstismar İdarəsinin nümayəndələri tərəfindən istixanaya yazılmış 28 dekabr 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akta əsasən hesablanmış 16250 manat cərimə qanunsuzdur. Qeyd etmək istəyirəm ki, qeyriəhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı cüzi qırıqdır. Göstəricilər arasında fərq var. Pər səslə işləyir. Korrektor tərəfimizdən açıldı, yapışqan plomb (********) və daxili impuls xəttləri normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P-2.52 bar, korreksiya olunmuş maksimal qaz həcmi 880 m, korreksıya olunmamış qaz həcmi 383 m qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci iLtarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 59 ay (2021) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 172 m çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Pbaza=1.01325 bar, T aza=20 C. Qaz sayğacının yoxlanılması barədə aktdan da görünür ki, sayğac normal işlək vəziyyətdə olmuş, hesablayıcı mexanizmi işlək vəziyyətdə, yapışqan plomb və daxili impuls xəttləri normal olmuşdur. Nəzərinizə çatdırım ki, aparılmış yoxlamanın nəticəsinə əsasən minimal sərfiyyatda sayğacın hesabat aparmamasının günahkarı istehlakçı deyildir və həmin nöqsan istehlakçı tərəfindən törədilən nöqsan deyildir. Həmin nöqsan sayğacın özündə mexaniki olaraq yaranmış bir nöqsandır. Əlavə olaraq bildirmək istəyirəm ki, İddiaçı MMC-yə məxsus olan istixana tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Eyni zamanda Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aqro Teknoser“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktının əsasında hesablanmış 16250 manat cərimənin silinməsi tələbinə dair ilkin iddia tələbinin rədd edilməsinə, Cavabdeh “Aqro-Teknoser “ Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşı 18980,92 manat məbləğində borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə, həmin məbləğin və ödənilmiş 146,94 manat dövlət rüsumun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh Ağsu X4 İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********087 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC **********00087 saylı qaz hesabında 18980,92 borcu vardır ki, həmin borcdan 16205,64 manat hissəsi xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-400 markalı 80127185 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə qaz xətti üzərindən çıxarılmışdır. Sözügedən qaz sayğacına xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi labaratoriyasında yoxlamadan keçirilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlıanılması barədə xx.xx.2022-ci il tarixdə müvafiq qaydada təqdiq edilmiş SS 29/1640-03528 nömrəli akta əsasən (1) ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsünün qulaqcığı cüzi qırıqü olduğu, göstəricilər arasında fərq olduğu, pərin səslə işlədiyi müəyyən edilmişdir. Korrektor tərəfimizdən açılmış, yapışqan plomb və daxili impuls xətlərinin normal olduğu müəyyən edilmiş, sayğaca hava vurulmuş, hesablayıcı mexanizmin işlədiyi. (2).Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexniki hissənin işlək olduğu müəyyən edilmişdir. (3) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P =2.52 bar, korreksiya olunmuş qaz maksimal qaz həcmi 880 m3, korreksiya olunmamış qaz həcmi 383m3 bar qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixinə qeydə alınmışıır. Batareyanın istismar müddətinin sonuna 59 ay (2021) qalıb,Təzyiq borusu yoxlanıldı, sızma olmadığı, Temperatur və təzyiq ceviriciləri normal olduğu, Elektron göstərici Vt meaxiniki göstəricidən 172 m2 çox olduğu, impuls ötürücü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı, İmpuls ötürücü işləyir.Pbaza=1.01325 bar, T baza=20 C Yoxlamanın nəticəsi olaraq sayğacın minumal sərfiyyatda hesabat aparmadığı müəyyən edilmişdir.Beləliklə son 22 gün ərzində 73662 m3 qazın dəyəri 16205.64 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar Cavabdeh əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və müqavilədə zərərin əvəzinin daha az miqdarı ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn; pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludu. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 136.4-cü maddəsində kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqların daxil olması göstərilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində limitlərdən artıq istifadə edilməsinə yol verməsinlərqeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ünvanladığı etirazda qeyd edilmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial rifahının artırılması daim dövlətin diqqət mərkəzində olub. İqtisadiyyatımızın formalaşdığı keçid dövründən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilmiş, müvafiq normativ hüquqi aktlar qəbul edilmiş, genişmiqyaslı islahatlar aparılmışdır. Məlumdur ki, 2010- cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementidir. Əsasnaməyə uyğun olaraq sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər yoxlamaları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu müddəa yoxlamaların keçirilməsi ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək sahibkarların mənafelərinin qorunmasına dövlətin verdiyi əhəmiyyətin birmənalı təzahürüdür. Təcrübədə mövcud olan və müxtəlif adlar altında keçirilən yoxlamaların qeydiyyatından yayınma hallarının qarşısının alınması vacib amillərdən biridir. Bununla əlaqədar Əsasnamədə bütün yoxlama növləri (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) dəqiq sadalanmış və adından asılı olmayaraq onların hamısının reyestrdə qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi yoxlayıcı orqanların üzərinə qoyulmuşdur. Əsasnaməyə uyğun olaraq reyestr elektron formada aparılır və buraya yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir. Yoxlayıcı orqanlar növbəti il üzrə yoxlamaların keçirilməsi haqqında zəruri məlumatları, yəni yoxlanılan şəxsin adı, onun barəsində aparılan sonuncu yoxlama, yoxlamanın hüquqi əsası, predmeti, növü, müddəti, yoxlanılan dövr və s. məlumatları hər il 1 noyabr tarixinədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bütün hallarda yoxlamaların qeydiyyata alınması üçün bu barədə məlumatlar, ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim edilməli və ya onlayn rejimində göndərilməlidir. Yoxlama 1 iş günü müddətində qeydiyyata alınır, ona vahid və təkrarlanmayan yoxlama kodu verilir. Aidiyyəti orqanın vəzifəli şəxsi yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Hesab edirəm ki, bu müddəa sahibkarın hüquqlarının əlavə təminatı olaraq olduqca mütərəqqi və vacibdir. Əvvəla, həmin çıxarışın yoxlayıcı orqan tərəfindən təqdim edilməsi məcburidir. Çünki bu hüquq deyil, vəzifə kimi müəyyən olunur və bununla da həmin orqanın üzərinə öz tədbirinin qanunauyğun olduğunu sübuta yetirmək öhdəliyi qoyulur. Həmçinin, qeyd olunanlar yoxlamanın qanuni əsaslarla aparılması, buna ciddi dövlət nəzarətinin həyata keçirilməsi baxımından sahibkarda əminlik yaradır. Bu, sahibkara yoxlamanın qanunvericiliyə uyğun təşkil edilməsini qiymətləndirməyə və bundan asılı olaraq onun öz hüquqlarından istifadə etməsinə imkan verir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Nəzərinizə çatdırım ki, hazırki iş üzrə yoxlayıcı orqan olan cavabdeh yoxlamanın keçirilməsi barədə hər hansı bir məlumat verməmiş və yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı təqdim etməmişdir. Ayrıca qeyd etməliyəm ki, Reyestrə həmçinin, yoxlamanın nəticələri, o cümlədən qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyət tədbirləri haqqında məlumatlar daxil edilir. Aşkarlığın təmin olunması məqsədilə yoxlamalar barədə məlumatlar internet şəbəkəsində yerləşdirilir. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri yalnız özlərinə aid olan yoxlamalarla bağlı məlumat bazasına daxil edilən informasiyalardan istifadə edə bilərlər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 33.6-cı maddəsinə əsasən yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir: Göründüyü kimi cavabdeh tərəfindən keçirilmiş yoxlamanın nəticələri reyestrə daxil edilməmişdir. Bununla da qanunun və əsasnamənin tələbləri pozulmaqla yoxlama aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin Qaydaların 5.2- ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan görünür ki, iddiaçı 2022-ci ilin yanvar ayında sərf etdiyi qazın məbləğinə görə 81629,02 manat ödəniş etmiş, sayğac xx.xx.2023-cü il tarixdə yoxlandıqdan sonra 2023-cü ilin yanvar ayında sərfə görə 67862,96 manat məbləğ ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə hər hansı bir ziyan dəyməmiş, əksinə yoxlamadan əvvəl qaz sərfi artıq olmuşdur. Belə ki, abonent saldosuna diqqət yetirdikdə görmək olur ki, iddiaçı yoxlamadan əvvəlki müddətlərdə yoxlamadan sonrakı müddətə əsasən qaz sərfinə görə ödədiyi məbləğlər çox olmuşdur. Belə olan halda yoxlama nəticəsində aşkar olunmuş nöqsan iddiaçının ziyanına olmuşdur. Həmin nöqsana görə də iddiaçı maddi ziyan çəkmişdir. Cavabdeh qarşılıqlı iddia tələbində 18980,92 manat məbləğində borcun ödənilməsini tələb edir. Nəzərinizə çatdırım ki, həmin məbləğin 16205,64 manatı Cavabdeh tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2022-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış məbləğdir. Qalan 2775.28 manat məbləğ isə işlədilmiş qazın sərfidir. Halhazırda da həmin məbləğ artıqlaması ilə 2777 manat 02 iyun 2023-cü il tarixdə ödənilmişdir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi əsassızdır və yuxarıda qeyd olunanları nəzərə alıb Cavabdeh qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, İddiaçı MMC-nin isə iddia tələbinin təmin edilməsi barədə qətnamə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ərizəyə və etiraza uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Azəriqaz” İB-nin nümayəndəsi X3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, müqavilə paylayıcı adlanacaq Azəriqaz İb ilə istehlakçı Aqro Teknoser arasında bağlanır və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2022-ci il tarixli KY221878175 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” çıxarışından görünür ki, İddiaçı MMC-nin sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Aqro Teknoser MMC-nin abonent saldosunun sürətindən görünür ki, qalıq və aktlar qrafasında 2022-ci ilin dekabr ayı üçün sərf edilən 383616 m3 qaza görə 16205,64 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın sürətindən görünür ki, 29/1640-03520 nömrəli akta əsasən ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı cüzi miqdarda qırıqdır. Göstəricilər arasında fərq var. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P-2.52 bar, korreksiya olunmuş maksimal qaz həcmi 880 m, korreksıya olunmamış qaz həcmi 383 m qeydə alınmışdır. Yoxlamanın nəticəsi: minimal sərfiyyatda sayğac hesabat aparmır. xx.xx.2021-ci il tarixli, SS 29/1640-03528 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X03528 saylı 23 dekabr 2020-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Kürdəmir rayon xidmət sahəsinin Aqro Teknoser MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G400 markalı 80127185 nömrəli turbin tipli “İtron” qaz sayğacı xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir:
1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı cüzi qırıqdır. Göstəricilər arasında fərq var. Pər səslə işləyir. Korrektor tərəfimizdən açıldı, yapışqan plomb (********) və daxili impuls xətlərinin normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. 2.Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexniki hissənin işləkdir.
3. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P =2.52 bar, korreksiya olunmuş qaz maksimal qaz həcmi 880 m3, korreksiya olunmamış qaz həcmi 383m3 bar qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixinə qeydə alınmışıır. Batareyanın istismar müddətinin sonuna 59 ay (2021) qalıb,Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq ceviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 172 m2 çoxdur, impuls ötürücü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı, İmpuls ötürücü işləyir.Pbaza=1.01325 bar, T baza=20 C Audit normaldır. Yoxlamanın nəticəsi: minimal sərfiyyatda sayğac hesabat aparmır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Aqro Teknoser MMC Azəriqaz İB-nin hesabına 2777 manat köçürmüşdür. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, Cavabdeh İB məhkəməyə müraciət etmək üçün 147 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İİİ.Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.4-ci bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.18-ci bəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması). Həmin Əsasnamənin 3.1.19-cu bəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir.
İV.Məhkəmənin gəldiyi nəticə
Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınsa da, xx.xx.2022-ci il tarixdə aparılan yoxlamanın nəticələri sonrakı 15 iş günü ərzində sözügedən reyestrdə göstərilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, yoxlama İddiaçı MMC-nin sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi məqsədi ilə aparılsa da, sözügedən nöqsanlar aşkar edilməmiş, laborator yoxlamanın nəticəsində isə sayğacda hər hansı qüsur aşkar edilməmiş, sadəcə olaraq “minimal sərfiyyatda sayğac hesabat aparmır” kimi qeyd aparılmış və İddiaçı MMC-yə 16205,64 manat məbləğində cərimə yazılmış, halbuki həmin cərimənin hansı qaydalara uyğun olaraq hesablanması ilə bağlı Cavabdeh İB-yi heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə bildirir ki, İddiaçı MMC-nin istifadəsində 1 ədəd 92 m2 həcmində qazan mövcuddur və onun qızdırılması üçün qazın minimal sərfiyyatla istifadə edilməsi inandırıcı deyil. Göründüyü kimi reyestrdə qeydə alınmış “sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” aşkar edilməmiş, yoxlamanın nəticələri reyestrdə qeydiyyata alınmamış, yazılan cərimənin hansı qaydada hesablanması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli və 28 dekabr 2022-ci il tarixli ******* nömrəli aktla hesablanmış 16205,64 manat məbləğində cərimə silinməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir, belə ki, Cavabdeh tərəfindən tələb olunan 18980,92 manat məbləğində vəsaitin 16205,64 manat hissəsi silinmiş, 2777 manatı isə xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən borc əvəzi kimi ödənilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və Cavabdeh İB-i tərəfindən **********00087 abonent kodu olan İddiaçı MMC-yə 28 dekabr 2022-ci il tarixli ******* nömrəli aktla hesablanmış 16205,64 manat məbləğində cərimə silinməlidir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh “Aqro-Teknoser“ MMC-yə qarşı 18980,92 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 146,94 manat məbləğində vəsaitin xeyrinə tutulması barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İlkin iddia təmin edilsin. Cavabdeh İB-i tərəfindən **********00087 abonent kodu olan İddiaçı MMC-yə 28 dekabr 2022-ci il tarixli ******* nömrəli aktla hesablanmış 16205,64 manat məbləğində cərimə silinsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh “Aqro- Teknoser“ MMC-yə qarşı 18980,92 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 146,94 manat məbləğində vəsaitin xeyrinə tutulması barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Emin Əliyev