Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2829/2021 27.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, cavabdehin qanuni təmsilçisi X5, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10/03/2021 tarixə qeyd olunan borc məbləğindən 5849,63 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 89.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10/03/2021 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10/03/2021 tarixə yaranan 15565.63 manat borcuna görə 89000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 17/03/2021 tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 02.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 10/03/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən 5849,63 manat məcburi dövlət sosial siğorta haqları üzrə ödənilməmiş borcu qalmışdır. 31.05.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehin 29/12/2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 75.058,50 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 89.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə , Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 29/12/2020 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 29/12/2020 tarixə yaranan 75058.5 manat borcuna görə 89000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 17/03/2021 tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 02/04/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 29/12/2020 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 75.058,50 manat ödənilməmiş vergi borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli e-2-2(113)-2863/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)-2863/2021 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)-2829/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən 22 yanvar 2021-ci il tarixdə cavabdehə vergi borclarının ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, 22.01.2021-ci il tarixinə ümumilikdə 25.311,99 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə 19,715.66 manat, faizlər üzrə 5.596,33 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Vergi orqanının əmlakın siyahıya alınması haqqında 29.12.2020-ci il tarixli **********6 nömrəli qərarı ilə Cavabdeh MMC-nin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 10.03.2021-ci il tarixdə həmin qərara dəyişiklik edilərək siyahıya alınmanın həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Vergi orqanının əmlakın siyahıya alınması haqqında 10.03.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə Cavabdeh MMC-nin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 11.03.2021-ci il tarixdə həmin qərara dəyişiklik edilərək **********802200 nömrəli qərarı ilə Cavabdeh MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Həmin qərarlara əsasən Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yeni tikilən yaşayış binasının 1-ci blokunda yerləşən 2 otaqlı 89 m2 olan 57 saylı mənzil siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********6 saylı, 17.03.2021-ci il tarixli protokol və protokola əlavə, **********9 saylı, 17.03.2021-ci il tarixli protokol və protokola əlavə tərtib edilmişdir. 27.11.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən Cavabdeh MMC vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 10/03/2021 tarixli **********9 nömrəli Qərarına əsasən 17/03/2021 tarixində 89.000 manat dəyərində olan ünvan 2 ünvanında 1 nömrəli binanın birnci blokunda yerləşəm 2 otaqlı 57 saylı mənzil siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. İş materiallarına əlavə olunmuş sənədlərdən həmçinin müəyyən edilir ki: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 03.04.2008-ci il tarixli sərəncamına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 03.04.2008-ci il tarixli 026224 saylı orderinə əsasən X8, 1 nəfər ailə tərkibi ilə, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 93,0 kv.m yaşayış sahəsi 46.8 kv.m olan 2 otaqlı 52 saylı mənzil verilmişdir. -Bakı şəhəri 51 saylı xüsusi notariusu tərəfindən verilmiş 27.08.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən , X9 və X3 Ayaz Hidayət oğlunun vərəsələridirlər. -Bakı şəhəri 51 saylı xüsusi notariusu tərəfindən verilmiş 29.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Qədirli X3 Tahirə Səfxan qızının yeganə vərəsəsidir. -20.04.2020-ci il tarixli, RX seriyalı ********** saylı çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 57 – yeni qaydalarla : AZ1008, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək bildirdi ki, siyahıya alınmış ünvan 1 ünvanında yeni tikilən yaşayış binasının 1-ci blokunda yerləşən 57 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 03.04.2008-ci il tarixli sərəncamına əsasən A.Qədirliyə verilmiş mənzildir. Həmin mənzilin tikinti nömrəsi 52 olmuş, hazırda isə yeni qaydalarla nömrəsi 57-dir. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ünvan 1 saylı evin 52 nömrəli mənzil A.Qədirliyə verilmişdir. A.Qədirli və həyat yoldaşı vəfat etdikdən sonra, mənzil A.Qədirlinin yeganə vərəsəsi olan X2 vərəsəlik qaydasında keçmişdir. Üçüncü şəxsin 57 nömrəli mənzil ilə bağlı hər hansı məlumatı yoxdur. Əmlakın siyahıya alınmasında B.Allahverdiyeva iştirak etməyib. Mənzil 2008-ci ildən bugünədək üçüncü şəxsin istifadəsindədir. Üçüncü şəxs mənzildən istifadə etdiyi vaxtdan etibarən həmin mənzilin nömrəsinin 52 olduğunu hesab edib. Təqdim edilən hesab-fakturalarda da mənzil 52 nömrəli mənzil kimi qeyd olunub. Lakin həqiqətən də mənzilin hazırkı nömrəsi 57-dirsə, həmin mənzilin açıq hərracdan satılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan Cavabdeh vergilərin, eləcə də dövlət sığorta haqlarının və işsizlikdən sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də dövlət sığorta haqlarına və işsizlikdən sığorta haqlarına görə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 17.03.2021-ci il tarixdə Cavabdeh dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 89.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vergiləri və dövlət sosial sığorta haqqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi - siyahıya alınmış mənzilin cavabdehə məxsus olmaması, həmin mənzilin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə A.Qədirli adlı şəxsə verilmiş 52 saylı mənzil olması barədə - dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi 20.04.2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən də göründüyü kimi siyahıya alınmış Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 5, 57 saylı mənzil hazırda cavabdehin xüsusi mülkiyyətindədir. Belə olan halda isə həmin mənzilin əvvəllər A.Qədirliyə verilmiş 52 saylı mənzillə eyni olması müəyyən edilsə belə, həmin hal A.Qədirlinin vərəsəsi olan üçüncü şəxsin hazırda həmin mənzil üzərində hər hansı əmlak hüququna malik olmasını təsdiq etmir və belə olan halda hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5849,63 manat (beş min səkkiz yüz qırx doqquz manat altmış üç qəpik) məbləğində Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 89.000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 5849,63 manat (beş min səkkiz yüz qırx doqquz manat altmış üç qəpik) məbləğində borcu tutulmalı, satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.03.2020-ci il tarixə olan 5849,63 manat (beş min səkkiz yüz qırx doqquz manat altmış üç qəpik) məbləğində Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 89.000 (səksən doqquz min) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 5849,63 manat (beş min səkkiz yüz qırx doqquz manat altmış üç qəpik) məbləğində borc tutularaq Dövlət Sosial Müdafiə Fonduna və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2829/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2829/2021
27.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver