Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-283/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı EİM-nin nümayəndəsi, Vəkil1, nümayəndələr X1 və X2, Cavabdeh ATSCnin nümayəndəsi, Vəkil3 iştirakı ilə, İddiaçı EİM-nin Cavabdeh ATSC-nə qarşı pul və digər tələbləri barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin təqsirli hərəkəti nəticəsində İddiaçı EİM-nə vurulmuş 645370 manat məbləğində maddi ziyanın, əldən çıxmış fayda olaraq 39888 manat, mediasiya xərci 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 576 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı EİM-nin ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən tikinti materialları bazarı İddiaçınə məxsusdur. Bazarın yerləşdiyi torpaq sahəsi 1997-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə İddiaçınə ayrılmış və həmin ildə də torpaq sahəsi hasarlanmışdır. Bazarın ərazisi tərəfimizdən hissələrə bölünərək, Quliyev Şamil, Bəkirov Şirasər, Hüseynov Nurəddin, Hacıyev Mübariz və “X19” MMC-yə icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin tikinti üzrə rəisi Səməd İslamov və Cavabdeh ASC-nin Bakı şəhəri üzrə rəisi Adil Əliyevin başçılıq etdiyi dəstə əvvəlcədən heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan ağır texnikalarla bazara gələrək ərazini darmadağın etmişdirlər. Tərəfimizdən əraziyə dair rəsmi sənədlər təqdim edilsə də həmin vəzifəli şəxslər buna heç bir əhəmiyyət verməyib, Cavabdeh ASC-nin rəhbərinin göstərişidir deyərək öz işlərinə davam etdilər. Bazarın dağıdılması nəticəsində İddiaçınə 645370 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi və sərbəst auditor X3 xx.xx.2021-ci il tarixli auditor rəyi ilə müəyyən olunmuşdur. Dəymiş ziyanın ödənilməsi məqsədilə tərəfimizdən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra cavabdeh orqana pretenziya məktubu göndərilərək dəymiş ziyanın ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh orqan məsələnin həlli istiqamətində heç bir addım atmamış, əksinə xx.xx.2021-ci il tarixli məktub göndərərək məhkəmədə iddia qaldıracağımız təqdirdə bizə qarşı qarşılıqlı iddia irəli sürəcəklərini bildirdiklərindən hazırda məhkəmə müdafiəsi hüququmuzdan istifadə olunmasına zərurət yaranmışdır. Qeyd olunan mübahisə ilə bağlı tərəfimizdən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, məhkəmənin İş № e-2-2(113)- 6386/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı pul tələbi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra tərəfimizdən inzibati məhkəməyə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsinine-2- 1(112)-4757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verdik və Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1891/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı şikayət təmin edilməyərək izah olunmuşdur ki, Cavabdeh ASC-yə qarşı xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi vurulmuş ziyanla bağlı kompensasiya tələbini mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə qaldırılmalıdır. Yekun olaraq tərəfimizdən Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin e-2(009)- 1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı pul tələbi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək qeyd olunan tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin qərardaddan şikayət vermişik v ə Azərbaycan Respublikası Ali Məhkəməsinin e- 2(102)-5387/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməyərək, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə gəldiyi qənaətin qanuni və əsaslı olması qeyd olunmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirik. Cavabdeh ATSC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, İddiaçının məhkəməyə təqdim etdiyi sərəncamlardan və ayrıc aktından görünür ki, Bala şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli Sərəncamına əsasən, istifadəyə (icarəyə) verilən torpaq sahəsinin xx.xx.1999-cu il tarixli 252 nömrəli Ayrıc Aktı ilə "Dərk" EİM-ə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Btinyadov prospekti, 2062-ci məhəllə ünvanında kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi üçün cizgidə göstərilən sərhədlər daxilində 0,31+0,4 hektar torpaq sahəsi ayrılmış, daha sonra Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli Sərəncamı ilə "Dərk" EİM tərəfindən həmin torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhədindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayişi zalının tikintisinə icazə verilmişdir. Sözügedən torpaq sahəsi "xxxx" ASC-yə məxsus olan, 1947-ci ildə inşa edilmiş 110 kV luq 4 cü "Ramana" və l ci "Dərnogül" yüksək gərginlikli hava elektrik verilişi xətlərinin (bundan sonra - YGHEVX) mühafizə zonasındadır (koridorundadır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na (bundan sonra - Qaydalar) əsasən: 1. elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur; elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililərdir; hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; xəttin trası — kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş, paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahədir; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasım təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. 2. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. 5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir. a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >1 9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə "Tikinti Normaları və Qaydaları"na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yemdən qurulması və sökülməsi; Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. 18. Elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. 31. Elektrik şəbəkələrinin mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələr elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısım almağa yönələn tələblərini yerinə yetirməlidirlər. Göründüyü kimi, adı çəkilən Qaydalarla YGHEVX-nin mühafizə zonaları müəyyən edilməklə, həmin zonalarda binaların və qurğuların layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi zamanı mütləq bu Qaydalara və şəbəkələrin qorunmasını təmin edən şərtlərə riayət edilməsi, elektrik şəbəkələrinin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan göstərilən işlərin yerinə yetirilməsinin qadağan olunması və mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələrin elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə yetirməli olması təsbit edilmişdir. Təsadüfi deyildir ki, İddiaçının təqdim etdiyi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cti il tarixli 559 nömrəli sərəncamında da tikintisinə icazə verilən tikililərin YGHEVX-dən uzaqlaşdtnlmasmın məqsədəmüvafiqliyini nəzərə almaq və tikinti işlərini razılaşdırılmış layihə sənədlərinə uyğun aparmaq tapşırılmışdır. Lakin İddiaçı tərəfindən Qaydaların və Sərəncamın tələblərinə əməl edilməmiş, müvafiq torpaq sahəsi ayrılmasının təyinatı kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi, sonradan isə inzibati və hazır məhsulların nümayişi zalının tikintisi olmasına baxmayaraq, o, həmin torpaq sahəsində istehsalat tikililəri tikməmiş, mülkiyyətində deyil, istifadəsində olan bu sahədən təyinatı üzrə istifadə etməmiş, əksinə, özünün də iddia ərizəsində göstərdiyi kimi sözügedən ünvanda yerləşən tikinti materialları bazarının ərazisi bunun üçün hər hansı razılıq alınmadan hissələrə bölünərək ayrı-ayrı şəxslərin icarəsinə verilmişdir. Bundan başqa, Sərəncamda "Dərk" EİM Nərimanov RİH-ə etdiyi müraciətinə əsasən ona ayrılmış torpaq sahəsində xx.xx.1998-ei il tarixli 18/04 F-352 saylı məktubla razılaşdırılmış inzibati və hazır məhsulların nümayişi zalının binalarının yerinin dəyişdirilərək təqdim olunan layihəyə uyğun tikilməsinə icazə verilməsi nəzərdə tutulsa da, bu tikintinin razılaşdırlıdğı yeni eskiz layihəsi məhkəməyə təqdim edilməmişdir. "xxxx" ASC-yə məxsus 110 kV-luq 4-cü "Ramana" və 1-ci "Dərnəgül" YGHEVXnin mühafizə zonasının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən "Taxta bazarı"nın işbazları tərəfindən zəbt edilməsi nəticəsində son dövrlər ardıcıl baş verən qəza açılmalarının qarşısının alınması məqsədilə xətlərə texniki xidmət göstərilməsi mümkün olmamış və baş vermiş qəza açılmaları nəticəsində "xxxx" ASC-yə və istehlakçılara külli miqdarda maddi ziyan dəymişdir. "Bazar"ın rəhbərliyinə mühafizə zonasının boşaldılması ilə əlaqədar ötən dövr ərzində dəfələrlə edilən rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə 110 kV-luq 4-cü "Ram ana" və 1-ci "Dərnəgül" YGHEVX-də baş verən ardıcıl açılmalara səbəb olan problemlərin aradan qaldırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki "taxta bazan" adlanan ("Hyundai" servislə üzbəüz) ərazidə YGHEVX-nin mühafizə zonasında mövcud obyektlərin istifadəçiləri ilə görüş keçirilmiş, onlara elektrik şəbəkələrinin mühafizəsi qaydalarının tələblərinin pozulması izah edilmiş, aparılmış izahat işləri nəticəsində həmin şəxslər ərazidə quraşdırdıqları yüngül konstruksiyalı ticarət talvar və piştaxtalarını 2 gün müddətində özləri söküb aparmış, avadanlıq və mal-materiallarını yığışdırıb ərazidən çıxaraq sahəni könüllü şəkildə boşaltmışlar. Lakin heç bir problem olmadığı halda bir aydan sonra, xx.xx.2021-ci il tarixdə çox güman ki, elə "bazar" rəhbərliyinin məsləhət və tövsiyələri ilə Qarabağ müharibəsi veteranı və qazilərindən ibarət bir qrup idarə olunan şəxs tərəfindən sahənin darvazası sındırılaraq, ərazi yenidən zəbt edilmiş və tikinti işlərinə başlanılmış, ASC-nin ərazidə YGHEVX-nin istismarım təşkil etmək üçün baxış keçirmək istəyən əməkdaşları əraziyə buraxılmamış onlara qarşı təhqiramiz ifadələr işlədilmiş, əraziyə xüsusi təyinatlı nəqliyyat vasitələrinin daxil olunacağı təqdirdə yandırılacağı bildirilmiş, ancaq onların bu provakasiyalarma adekvat cavab verilməmiş, provakasiya cəhdlərinin nəticəsiz qaldığını görərək, həmin şəxslər bir neçə dəfə Ziya Bünyadov prospektində magistral avtomobil yolunu bağlamaq istəmiş, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının düzgün və vaxtında gördüyü tədbirlər nəticəsində bu qanunsuz cəhdin də qarşısı alınmışdır. Bununla əlaqədar göstərilən ərazidə YGHEVX-nin mühafizə zonasında yenidən inşa edilən qeyri-qanuni tikililərin sökülməsi və qanunvericiliyin tələblərini pozan şəxslərin ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün "xxxx" ASC-nin prezidenti tərəfindən xx.xx.2021-ci il tarixli xx-xx-1785 saylı məktubla Azərbaycan Respublikasının Daxili işlər nazirinə müraciət edilmişdir. Bundan sonra bir neçə gün ərzində Nərimanov rayon Polis İdarəsində həmin şəxslərlə gərgin danışıqlar aparılmış, təkrar görüşlər keçirilərək, narazılıqlarının səbəbləri araşdırılmaqla aradan qaldırılmış, onların Qarabağ müharibəsi veteran və qaziləri olduqları nəzərə alınaraq və sosial gərginlik yaratmamaq məqsədilə 37 nəfər şəxsə "xxxx" ASC tərəfindən ümumilikdə 63.100 manat kompensasiya ödənilmiş və YGHEVX-nin mühafizə zonasının tələbləri bərpa edilmişdir. Azərbaycan Respublikası Daxili işlər nazirinin "xxxx" ASC-nin prezidentinə ünvanladığı, ASC-nin müraciətinə baxılmasının nəticəsi barədə xx.xx.2021-ci il tarixli 001-74236-122 saylı məktubunda göstərilir ki, "Mdlıını olmuşdur ki, 25 oktyabr 2021-ci il tarixdə bir qrup Qarabağ müharibəsi iştirakçısı Azərenerji" Açıq Səhnıdar Cəmiyyətinə məxsus Bakı şəhəri Nərimanov rayonu Ziya Biinyadov prospektində yüksək gərginlikli hava elektrik verilişi xətlərinin yerləşdiyi mühafizə olunan ərazinin boşaldılmasına etiraz əlaməti olaraq avtomobil yolunu bağlamağa cəhd göstərmiş, polis əməkdaşları tərəfindən vaxtında göriilmiiş tədbirlərlə ictimai asayişin pozulmasının qarşısı alınmış, həmin şəxslərlə profilaktiki söhbətlər aparılaraq narazılığı doğuran səbəblər ətraflı araşdırılmaqla aradan qaldırılmış və ərazi boşaldılaraq "xxxx" ASC-yə təhvil verilmişdir." Süni şəkildə yaratdığı bu insidentin də fayda vermədiyini gördükdən sonra, "Dərk" EİM həmin ərazinin özünə məxsus olduğunu bildirərək, "xxxx" ASC-nin hərəkətlərinin qanunsuz hesab olunması və təqsirli hərəkəti nəticəsində vurulmuş ziyana görə 645.370 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmələrə, həmçinin müxtəlif dövlət qurumlarına müraciətlər etmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, iddiaçı "Dərk" EİM-in iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997- ci il tarixli 160 nömrəli, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli Sərəncamları və istifadəyə (icarəyə) verilən torpaq sahəsinin xx.xx.1999-cu il tarixli 252 nömrəli Ayrıc Aktı təyinatına uyğun icra edilməmiş, həmin torpaq sahəsində Sərəncamlara müvafiq istehsalat tikililəri tikilməmiş, sahədən təyinatı üzrə istifadə edilməmiş və torpağın ayrılması zamanı YGHEVX-mn qorunması tələbləri nəzərə alınmadan ciddi pozuntuya yol verilmişdir. Ayrılmış torpaq sahəsinə İddiaçının mülkiyyət hüququ yoxdur, torpaq sahəsində məhz onun tərəfindən ticarət obyektlərinin tikintisini təsdiq edən sənədlər mövcud deyil, mal-materiallarının qiymətləri isə ehtimal xarakterlidir. İddiaçının guya cavabdehin təqsirli hərəkətləri nəticəsində 645.370 manat maddi ziyana məruz qalmasının sübutu kimi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə və sərbəst auditor Adıgözəl Musayevin xx.xx.2021-ci il tarixli auditor rəyinə istinad etməsi əsassızdır. Çünki bu rəylərdə həmin torpaq sahəsində məhz "Dərk" EİM-in tikinti işləri aparmasım və tikililərin ona məxsus olmasını təsdiq edən sənədlərə istinad olunmamış, sadəcə malmateriallarm ehtimal xarakterli qiymətləri göstərilmişdir. Halbuki, torpaq sahəsində istifadəçiyə məxsus hər hansı tikili və avadanlıqların olması vergi uçotu üzrə mühasibat balansında öz təsdiqini tapmalı və həmin sənədlər məhkəməyə təqdim olunmalıdır. Odur ki, sözügedən mütəxəssis və auditor rəyləri iddia tələbini təsdiq edən sübutlar kimi çıxış edə bilməz. Göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, iddia edilən maddi zərərin tutulması üçün əsas olan delikt, eləcə də İddiaçının Cavabdehə qarşı sözügedən zərər tələbi ilə çıxış etməyə ümumiyyətlə subyektiv hüququ belə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1.-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, deliktin yaranması üçün: a) ziyan (zərər) mövcud olmalı; b) bu ziyan (zərər) təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulmalı; c) ziyanla (zərərlə) əməl arasında səbəbli əlaqə müəyyən edilməlidir. Lakin hazırkı işdə İddiaçı deliktin bu ünsürlərinin heç birinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı EİM-nin nümayəndəsi, Vəkil1, nümayəndə X5, direktor X2 iddia ərizəsinə uyğun izahatlar vermişlər, bununla yanaşı xx.xx.2021-ci il tarixdə ərazidə söküntü işlərinin Cavabdeh ATSC-nin əməkdaşları tərəfindən aparıldını, həmin tarixdən İddiaçı EİM və icarə müqavilələri əsasında fəaliyyət göstərən şəxslərin həmin ərazidən çıxdıqlarını, Azərenerji “ATSC-nin etirazında qeyd edilən təxminən 1 aydan sonra avtomagistral yolunu kəsən və 63000 manat kompensasiya ödənilən şəxslərin İddiaçı EİM-ə və icarə müqavilələri əsasında fəaliyyət göstərən şəxslərə heç bir aidiyyatı olmadığını bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh ATSC-nin nümayəndəsi, Vəkil3 etiraza uyğun izahat verərək tələbin rədd edilməsini xahiş etmişdir. Bununla yanaşı izahatında söküntü işlərinin Cavabdeh ATSC-nin əməkdaşları tərəfindən aparılmadığını və sökülən tikinti materiallarının iddiaçıya məxsus olduğunu, həmçinin ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində söküntü işləri aparılmış əraziyə yaxın bir yerdə ticarət fəaliyyəti ilə məşgul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü üzərlərində Cavabdeh ATSC yazısı olan xüsusi geyim formasında olan şəxslərin gətirdikləri ekskavator tipli buldozer ilə İddiaçı EİM-nin tikinti materialları bazarında olan bütün tikililəri sökdüklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində söküntü işləri aparılmış ərazidə İddiaçı EİM-nə məxsus bazarda icarəyə götürdüyü dükanda tikinti materiallarının satışı ilə məşğul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü Cavabdeh ATSC-nin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozer ilə İddiaçı EİM-nin tikinti materialları bazarında olan onun və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini bildirmişdir. Həmçinin izahatında söküntü işləri aparan şəxslərin üzərində Cavabdeh ATSC yazısı olan xüsusi geyim formasında olduqları, bir nəfərin hətta əvvəllər həmin əraziyə gəlib yüksək gərginlik xəttində təmir işləri apardığını, ağır texnikaların bəzilərinin üzərində Cavabdeh ATSC yazılarının olduğunu bildirmişdir. Bununla yanaşı Cavabdeh ATSC-yə məxsus ekskavatorun söküntü işləri apararkən dükanların inşası üçün istifadə edilmiş tikinti materiallarını yararsız vəziyyəti saldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində söküntü işləri aparılmış ərazidə İddiaçı EİM-nə məxsus bazarda icarəyə götürdüyü dükanda tikinti materiallarının satışı ilə məşgul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü Cavabdeh ATSC-nin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozer ilə İddiaçı EİM-nin tikinti materialları bazarında olan onun və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materiallarının Cavabdeh ATSC-yə məxsus yük avtomobilləri ilə aparıldığını bildirmişdir. Həmçinin izahatında ATSC tərəfindən heç bir kompensasiyasının ödənilmədiyini bildirmişdir. İİ. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.1997-ci il tarixli 160 nömrəli torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 591 saylı məktubu nəzərə alınaraq K.Marks prospekti 2062 saylı məhəllədə İddiaçı elmi-istehsalat mərkəzinə kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2000-ci il tarixli 18/04P-421 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Dərk X8 ünvanlanmış məktubundan görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamı ilə Nərimanov rayonu K.Marks prospekti 2062 saylı məhəllədə İddiaçı elmi-istehsalat mərkəzinə qənd zavodunun tikintisi üçün ayrılmış sahənin şərqində əsaslı tikinti yerləşdirməmək şərtilə abadlaşdırılması və yaşıllaşdırılması nəzərdə tutulan ərazinin təqdim etdiyiniz baş planı ilə tanış olaraq onu razılaşdırır. xx.xx.2003-cü il tarixli 559 nömrəli Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, Dərk X13 tərəfindən onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir. xx.xx.1999-cu il tarixli 99/252 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamı ilə Nərimanov rayonu 2062-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,31+0,45 hektar kiçik qənd zavodunun tikintisi üçün verilib. xx.xx.2021-ci il tarixli JoggiqejoG nömrəli auditor rəyindən görünür ki, Dərk X8 məxsus Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645370 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan məlumatları, təqdim edilmiş video və foto görüntüləri, o cümlədən xx.xx.2021-ci il tarixli auditor rəyini nəzərə alaraq Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645370 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 3-xx-xx/240068/2023 nömrəli Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, DİN Baş dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl- 264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən Şimal Elektrik MMC-nin adında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli 3-22-1/2-504/2023 nömrəli AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlə Agentliyinin məktubundan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən AZ10J- 083 dövlət qeydiyyat nişanlı NEW Holland B110B markalı ekskavator hüquqi şəxs “Azərişıq ASC-yə məxsusdur. xx.xx.2021-ci il tarixli 2021-006569 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Dərk EİM 400 manat mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, Dərk EİM 536 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Dərk EİM 17 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Dərk EİM 23 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin95.1.3-1-ci,95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallardamüvafiq icra hakimiyyəti orqanıtikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5ci maddəsində,58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci,82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda),92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində(Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci(birinci halda)maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Məhkəmənin gəldiyi nəticə Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamına əsasən İddiaçı EİM-nə kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün Z.Bünyadov prospekti 2062 saylı məhəllədə torpaq sahəsi ayrılmış, xx.xx.2003-cü il tarixli 559 nömrəli Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən isə İddiaçı EİM tərəfindən onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir. İddiaçı EİM xx.xx.1999-cu il tarixli 99/252 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktında abadlaşdırma sahəsi kimi qeyd edilmiş hissəsində yüksək gərginlik xətlərin altında tikinti materialları satışı bazarı inşa etmiş və həmin bazarda olan dükanları icarəyə vermişdir. xx.xx.2021-ci il tarixdə həmin əraziyə gələn şəxslər ekskavator tipli buldozer texnikası ilə bazarda olan dükanları sökərək, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materıallarını özlərinə məxsus yük avtomobilləri ilə aparmışlar. Cavabdeh ATSC etirazında söküntü işlərinin cavabdeh deyil, məhz İddiaçı EİM tərəfindən aparıldığını bildirsələr də, bununla bağlı sübut təqdim etməmişlər, məhkəmə baxışında isə həmin söküntü işlərinin məhz Cavabdeh ATSC-nin əməkdaşları tərəfindən aparıldığı sübuta yetirilmiş, belə ki, söküntü işləri aparan şəxslərin üzərində Cavabdeh ATSC-nin yazısı olan xüsusi geyim olmuş, ağır texnikanın üzərində Cavabdeh ATSC yazıları, hətta “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl-264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin tabeliyində olan "xxxx" MMC-nin adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, yüksək gərginlik xətlərin altında tikinti materialları satışı bazarı inşa etmiş və həmin bazarda olan dükanlar şahid ifadələrinə əsasən icarəyə verilmişdir. Göründüyü kimi ünvan 2 ünvanda yerləşən tikinti materialları bazarı kimi fəaliyyət göstərmiş İddiaçı EİM tərəfindən inşa edilmiş dükanlar xx.xx.2021-ci il tarixində heç bir qanuni əsaslar olmadan Cavabdeh ATSC-nin əməkdaşları tərəfindən sökülmüş və nəticədə xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli ekspert rəyinə əsasən İddiaçı EİM-ə 645370 manat məbləğində zərər dəymişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 645370 manat məbləğində maddi ziyan, 400 manat məbləğində mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə əldən çıxmış fayda olaraq 39888 manatın tələb edilməsi ilə bağlı bildiri ki, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı EİM-nin ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh ATSC-yə qadağan edilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, söküntü işləri aparılmış ərazi xx.xx.1999-cu il tarixli 99/252 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən abadlaşdırma sahəsinə aiddir və Cavabdeh ATSC-nin yüksək gərginlik xətlərinin altında yerləşir. Məhkəmə dövlət rüsumu ilə bağlı hissədə qeyd edir ki, iddianın təmin olunan hissəsi iddianın 94,17%-ni təşkil etdiyi üçün, cəmi ödənilmiş 976 (ondan 400 manat mediasiya xərci və 576 manat dövlət rüsumu) manatın 94,17%-i 919,09 manat təşkil etdiyindən, mediasiya xərci çıxandan sonra dövlət rüsumu 519,09 manat hissəsində təmin edilməlidir. İddia tələbinin 94,17%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 94,17 manatı Cavabdeh ATSC-dən, 5,83 manatı İddiaçı EİM-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ATSC-dən 645370 manat məbləğində maddi ziyan, 400 manat məbləğində mediasiya xərci, dövlət rüsumu üçün ödənilmiş 519,09 manat alınaraq İddiaçı EİM-ə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ATSC-dən 645370 manat məbləğində maddi ziyan, mediasiya xərci kimi 400 manat, dövlət rüsumu kimi ödənilmiş 519,09 manat məbləğində pul alınaraq İddiaçı EİM-ə ödənilsin. Ekspertiza xərcinin 94,17 manatı Cavabdeh ATSC-dən, 5,83 manatı İddiaçı EİM-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-283/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-283/2023
05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver