Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2839/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasimov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Dalğa Plaza” İş Mərkəzi) 4-cü mərtəbəsində sahəsi 70 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, həmçinin Binanın yerüstü avtoduracağında 2 ədəd ödənişsiz dayanacaq yerinin icarəyə/istifadəyə verilməsi haqqında 01 aprel 2018-ci il tarixli, 309 saylı Müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 05 fevral 2019cu il tarixli üçtərəfli Razılaşma üzrə son ödənişin edildiyi 04 mart 2021-ci il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 5,500.00 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 5,530.40 manat məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə birgə/müştərək qaydada tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Dalğa Plaza” İş Mərkəzi) 4-cü mərtəbəsində sahəsi 70 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, həmçinin Binanın yerüstü avtoduracağında 2 ədəd ödənişsiz dayanacaq yerinin icarəyə/istifadəyə verilməsi haqqında 01 aprel 2018-ci il tarixli, 309 saylı Müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 05 fevral 2019cu il tarixli üçtərəfli Razılaşma üzrə son ödənişin edildiyi 04 mart 2021-ci il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 5,500.00 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 5,530.40 manat məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə birgə/müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia məbləği tam ödənildiyindən iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Dalğa Plaza” İş Mərkəzi) 4-cü mərtəbəsində sahəsi 70 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, həmçinin Binanın yerüstü avtoduracağında 2 ədəd ödənişsiz dayanacaq yerinin icarəyə/istifadəyə verilməsi haqqında 01 aprel 2018-ci il tarixli, 309 saylı Müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 05 fevral 2019cu il tarixli üçtərəfli Razılaşma üzrə son ödənişin edildiyi 04 mart 2021-ci il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 5,500.00 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 5,530.40 manat məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə birgə/müştərək qaydada tutulması tələbinə dair iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2839/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2839/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver