Məhkəmə qərarları › İş №e-2-2(113)-284/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-284/2020

16.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-284/2020 16.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndələri X5 və X3, Cavabdehin nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin nin Cavabdeh şirkətinin filialına qarşı sənədlərin götürülməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Cavabdeh şirkətinin filialına qarşı “Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********193993 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq olunmuş surətlərinin cavabdehdən götürülməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaçının tələb etdiyi sənədlərin əksəriyyətinin həm məhkəməyə qədər, həm də məhkəmədən sonra tərəfə təqdim olunduğunu, bəzi sənədlərin texniki problemlər, format səbəbindən təqdim oluna bilmədiyini və yaxın müddətdə istənilən bütün sənədlərin Milli Gəlirlər Baş İdarəsinə təqdim olunacağını bildirdi, ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, digər nümayəndənin göstərdiyi əsaslarla iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1, 23.1.2, 23.1.5 və 23.1.7-ci maddələrinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüquqlarıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 42.1-ci mаddəsinə əsаsən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci mаddəsinə əsаsən vergi ödəyicisinin həmin maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı olan vergi orqanının cavabdehdən sənədlərin götürülməsi zamanı sonuncu tərəfindən şəraitin yaradılmaması hərəkətini vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirərək səyyar vergi yoxlaması üçün tələb olunan sənədlərin götürülməsi tələbinə dair iddiası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaması səbəbi ilə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Belə ki, iddiaçının inzibati orqan olmaqla səyyar vergi yoxlamasının keçirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi baradə qərar qəbul edərək bu qərarın icra olunmaması ilə bağlı məhkəməyə müraciət etdiyi iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, iddiaçının fəaliyyətinin həyata keçrilməsi ilə bağlı olan və onun məcburi iradəsinə əsaslanan münasibətlərdən yarandığından bu münasibətlər fiziki və ya hüquqi şəxslərlə dövlət qurumu arasındakı iradələrin statuslarının bərabərliyi əsasında həyata keçirilən sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin nin Cavabdeh şirkətinin filialına qarşı sənədlərin götürülməsi tələbinə dair mülki üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin nin Cavabdeh şirkətinin filialına qarşı İddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********193993 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətlərinin cavabdehdən götürülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar