Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-284/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik, ipoteka) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “A X8" MMC, Cavabdeh2 birgə qaydada - K5687 saylı kredit müqaviləsinə əsasən 96,920.11 (doxsan altı min doqquz yüz iyirmi manat on bir qəpik) manat əsas borc, 4,458.32 (dörd min dörd yüz əlli səkkiz manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 101,378.43 (bir yüz bir min üç yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat məbləğində borcun: - 40060AZNHK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 4.22 (dörd manat iyirmi iki qəpik) manat cərimə borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi: tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilə yönəldilməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilin hərracdan ilkin satış qiymətinin 72,000 (yetmiş iki min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər “A X7" MMC, Cavabdeh2 İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi; əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər “A X8" MMC, Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İddia ərizəsinin verilməsi üçün 391.38 (üç yüz doxsan bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “A X8" MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 08134LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2022ci il tarixdə GL5687 saylı Kredit limiti müqaviləsi imzalanmış və limit çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli K5687 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş xx.xx.2023-cü il tarixli 01 sayl əlavəyə əsasən borcalana xx.xx.2023-cü il tarixədək, dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Qeyd olunan kredit xətti çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli DC00461146-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 159,260 (bir yüz əlli doqquz min, iki yüz altmış) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış GL5687 saylı Kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə: - Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Z5420 saylı zaminlik müqaviləsi imzalanmış; - Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********216 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə İddiaçı ASC ilə “A X8" MMC arasında bağlanmış GL5687 saylı Kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 04.110.2022-ci il tarixli İ4438 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********38-05101-093031, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək K5687 saylı kredit üzrə 86 gün, DC00461146-03 saylı kredit üzrə 118 gün həyata keçirməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-284/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia “Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 30.6.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08134LE/2019 saylı Razılaşma imzalanmışdır.
11. Daha sonra tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsi əsasında İddiaçı ASC birdəfəlik və ya hissələrlə verilən kreditlər üçün Cavabdeh3 MMC-yə xx.xx.2032-ci il tarixədək, illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 (on milyon) manat məbləğində kredit limiti ayırır.
12. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsindən irəli gələn borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə X5 (zamin) arasında xx.xx.2022-ci il tarixli, Z5420 saylı zaminlik müqaviləsi bağlanmışdır.
13. Daha sonra xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank, Cavabdeh1 (ipoteka qoyan), Cavabdeh3 MMC (borc alan) arasında ipoteka qoyana məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin ipotekaya qoyulması ilə bağlı xx.xx.2022-ci il tarixli İ4438 saylı ipoteka müqaviləsi bağlanmışdır.
14. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsi daxilində İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli K5687 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında bank tərəfindən xx.xx.2023-cü il tarixədək illik 15% dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir.
15. xx.xx.2022-ci il tarixli K5687 nömrəli Maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı Əlavə ilə kreditin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.
16. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
20. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
22. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.
23. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh3 MMC-nin banka əsas borc məbləği 96.920,11 manat, cərimə borcu 4.458,32 manat, cəmi 101.378,43 manat təşkil edir.
24. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.
25. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
26. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, əsas borc üzrə 96.920,11 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.
28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
29. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 4.458,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
30. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4794/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabata əsasən ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin bazar qiyməti 120.000, likvid qiyməti 110.000 manat dəyərində dəyərində müəyyən edilmişdir.
32. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli K5687 nömrəli Kredit müqaviləsi üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilə ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
33. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.
34. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 391,38 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
35. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
36. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli K5687 saylı Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 96.920 (doxsan altı min doqquz iyirmi) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 4.458 (dörd min dörd yüz əlli səkkiz) manat, 32 (otuz iki) qəpik olmaqla, cəmi 101.378 (bir yüz bir min üç yüz yetmiş səkkiz) manat, 43 (qırx üç) qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh3 MMCdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli K5687 saylı Kredit müqaviləsi üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilə ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Dövlət rüsumunun əvəzi olaraq 391 (üç yüz doxsan bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh3 MMCdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov