Məhkəmə qərarları › İş №e-2-2(113)-2840/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2840/2020

09.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2840/2020 09.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdeh “xxxx” QSC-yə qarşı bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC-nin Sumqayıt filialında şirkətin hesabına mədaxil edilən 1,055,050 ABŞ dolları məbləğində pulun təyinatının dəyişdirilərək 01/03 saylı xx.xx.2019-cu il tarixli, 01/04 saylı xx.xx.2019-cu il tarixli, 01/09 saylı xx.xx.2019-cu il tarixli , 01/07 saylı xx.xx.2019-cu il tarixli , 01/05 saylı xx.xx.2019-cu il tarixli, 01/10 saylı, xx.xx.2019-cu il tarixli, 01/08 saylı xx.xx.2019-cu il tarixli, 01/06 saylı, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin cəmiyyətin hesabından təsisçisi X1 borcunun qaytarılması üçün X1 bank köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 687179103 nömrəli qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar