Məhkəmə qərarları › İş №e-2-2(113)-2843/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2843/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2843/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Kurt Erdala qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Kurt Erdala (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Kurt Erdaldan müştərək qaydada xx.xx.2023-cü il tarixli, 060CRLN22000012-5 nömrəli “Əlavə razılaşma” üzrə 158,916.99 AZN əsas, 7050.72 AZN faiz və 526.56 AZN cərimə, cəmi 166,494.27 AZN və xx.xx.2023-cü il tarixli, 060CRLN22000012-4 nömrəli “Əlavə razılaşma” üzrə 84,172.5 AZN əsas və 3710.42 AZN faiz cəmi 87,882.92 AZN borcun, ümumilikdə hər iki müqavilə üzrə cəmi254,377.19 (iki yüz əlli dörd min üç yüz yetmiş yeddi manat 19 qəpik) AZN məbləğindən borcun, məhkəməyə iddia ərizəsi veriləsinə görə ödənilmiş 544.43 AZN dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 AZN dövlət rüsumunun və 36 AZN xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulmasına; Tutmanın Cavabdeh2məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; Tutmanın xx.xx.2022-ci il tarixli, 006EQU122000065 nömrəli “Girov Müqaviləsi” üzrə girov predmetlərinə yönəldilməsinə, həmin girov predmetlərinin İddiaçı ASC-yə sahibliyinə verilməsinə, sahibliyə qəbuledildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmasına,əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; Hərracda,açıq auksionda və ya istənilən üsulla satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti,Cavabdeh2, Cavabdeh3 əv Kurt Erdaldan müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Kurt Erdala qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 544,50 (beş yüz qırx dörd manat əlli qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar