Məhkəmə qərarları › İş №e-2-2(113)-2848/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2848/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2848/2023 13.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17, X2 LPO QSC "xxxx" KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: ipoteka müqaviləsi, hərrac protokolu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Üçüncü şəxslərin nümayəndələri və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17, X2 LPO QSC "xxxx" KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağı satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X16 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 377B/7 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 350.000 ABŞ dolları məbləğində, xx.xx.2007-ci il tarixli 19B/07 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 500.000 ABŞ dolları məbləğində, xx.xx.2008-ci il tarixli 146B/8 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 225.000 manat məbləğində, xx.xx.2008-ci il tarixli 126B/8 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 100.000 manat məbləğində, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 107.380 manat məbləğində, xx.xx.2009-cu il tarixli 500VH9 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 5.000 ABŞ dolları məbləğində, xx.xx.2010-cu il tarixli 008VH10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 5.000 Avro məbləğində, xx.xx.2009-cu il tarixdə 146p/9 saylı kredit müqaviləsi üzrə 23247.75 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" KB ASC ilə X17 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 266VH8 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3.000 ABŞ dolları məbləğində və xx.xx.2008-ci il tarixli 267VH8 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli 377B/7, xx.xx.2007-ci il tarixli 19B/07 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehlər X6 mülkiyyətində olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, X14 mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, xx.xx.2008-ci il tarixli 146B/8 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X6 mülkiyyətində olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, X6 mülkiyyətində olan Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, xx.xx.2008- ci il tarixli 126B/8 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X14 mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehlər X7 mülkiyyətində Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzildə ona məxsus payını-1 (bir) otağı (14kv.m) və X7 mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, X14 mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclular tərəfindən qeyd olunan kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün "xxxx" KB ASC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən borcunu ödənilməsini tələb etmişdir. Səbail Rayon Məhkəməsininxx.xx.2011-ci il tarixdə 2(009)-2295/2011 saylı qətnaməsinə əsasən cavabdeh X3 xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 121703.83 ABŞ dolları, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 198814.26 manat, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 66749.94 manat, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 45145.76 manat məbləğində iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun; Cavabdeh X4 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 3979.55 ABŞ dolları, həmçinin xx.xx.2008- ci il tarixli kredit müqaviləsi üzrə cəmi 9699.90 ABŞ dolları məbləğində iddiaçı"xxxx" KB ASC-nin xeyrinə tutulsun, iddianın qaldırılması ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Kredit müqavilələri üzrə yaranmış tələbin Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzildə ona məxsus payını-1 (bir) otağı (14kv.m) və X7 mülkiyyətində Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, X14 mülkiyyətində Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzillərinə yönəldilməsi qərara alınmışdır. Bildiririk ki, xx.xx.2012-ci il tarixində "xxxx" KB ASC və QSC "xxxx" KB arasındatələbin güzəşti haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Kreditor borcalanlar ilə bağladığı kredit müqavilələrinə, həmçinin mülki iş üzrə Səbail rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən borcalanlara qarşı irəli sürə biləcəyi bütün tələblərini qətnamədə göstərilən məbləğlərində borcun ona ödənilməsi müqabilində Yeni kreditora güzəşt edir, Yeni kreditor isə həmin borcu bu müqavilə ilə müəyyən edilmiş müddətdə Kreditora ödəməyi öhdəsinə götürür. Kreditorun kredit müqavilələri və qətnamə üzrə tələb hüququ, həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliyin təminatı olan mənzillərinin ipoteka hüququ tam həcmdə və istisnasız olaraq Yeni kreditora keçir. Bildirirəm ki, QSC "xxxx" KB ilə X17 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/15824/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 2.400.000 manat məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə X17 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/15826/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə X17 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/15828/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 3.620.000 manat məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə X16 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/15832/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 6.000.000 manat məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə X10 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/15830/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 4.225.000 manat məbləğində kredit verilmişdir. QSC "xxxx" KB ilə X18 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/15834/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 4.225.000 manat məbləğində kredit verilmişdir. Borclular tərəfindən qeyd olunan kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün QSC "xxxx" KB iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən borcunu ödənilməsini tələb etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixdə 2(009)- 2091/2014 saylı qətnaməsinə əsasən X3 cəmi ******* (altı milyon altı yüz səksən iki min) manat, X1 cəmi ******* (dörd milyon iki yüz iyirmi beş min) manat, X5 cəmi 5185483,33 (beş milyon bir yüz səksən beş min dörd yüz səksən üç manat otuz üç qəpik), X4 cəmi 16189448,58 (on altı milyon bir yüz səksən doqquz min dörd yüz qırx səkkiz manat əlli səkkiz qəpik) borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin X3, X1, X5, X4 müştərək qaydada tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi qərara alınmışdır. Daha sonra, qeyd olunan qətnaməyə əsasən Səbail Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi tərtib edilərək icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Səbail rayon İcra Şöbəsi icra vərəqəsini icraata qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etmiş və iddiaçıya könüllü icra üçün müəyyən müddət vermişdir. Cavabdehlər könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün, icra məmuru Hərrac Mərkəzinə ipoteka predmetlərinin hərracdan satılması ilə bağlı məktubla müraciət etmişdir. Səbail rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixə tutma yönəldilmiş mənzilin satılması ilə bağlı ilkin hərracın keçirilməsi təyin edilmiş, lakin hərracda iştirakçı olmadığı səbəbindən hərrac baş tutmamış elan edilmişdir. Bundan sonra, "xxxx" MMC tərəfidən xx.xx.2019-cu il tarixə təkrar hərrac təyin edilmiş, lakin təkrar hərracda iştirakçı olmadığı səbəbindən baş tutmamış elan edilmişdir. Hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC “İpoteka haqqında” Qanunun 43.7-cü maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə tələbkara təklif edir. "xxxx" MMC tərəfindənLPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixli 028 saylı məktub ünvanlayaraq ipoteka predmetini almağı təklif etmişdir. LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-ninxx.xx.2019-cu il tarixli 028 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, “QSC "xxxx" KB-nin xeyrinə yüklü edilmişBakı şəhəri Bülbül prospekti 53 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 11, 15 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağı əldə edilməsi təklifi qəbul edilir. Həmin mənzillər ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsi xahiş edirik”. Lakin sonradan Bakı şəhəri Bülbül prospekti 53 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 11, 15 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağı üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC “BankStandard” KBnin adına rəsmləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə tərəfimizdən dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş etməyimizə baxmayaraq hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC "xxxx" KB-yə təqdim olunmamışdır “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 43.7- 1-ci maddəsinə əsasən Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Lakin qanunverciliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən protokol təqdim edilməmiş və bankın iradəsinə zidd olaraq ipoteka predmeti tərəfimizdən əldə edilə bilməmişdir. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi qanunvericiliklə müəyyən edilmiş hüquqlarımız kobud şəkildə pozularaq ipoteka predmetinin tərəfimizdən əldə edilməsi məhdudlaşdırılmışdır.

3. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17 və X15 cavabdeh "xxxx" Kommersiya Bankı QSC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X17 və X8 məxsus Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53 və 54 saylı mənzillərə dair bağlanmış 221bi/3-130b/5 saylı 15 dekabr 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçılar X17 və X8 məxsus Bakı şəhəri, Bülbül pr. 63 saylı evin 47/48/49 saylı mənzillərə dair bağlanmış 221bi/3 saylı 5 dekabr 2003cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçı X11 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 saylı mənzilə dair bağlanmış 136p1/8-1 saylı xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçı X11 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 45 saylı mənzilinii 1 otağına dair mənzilə dair bağlanmış 136p1/8-2 saylı xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçı X19 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 44/45 saylı mənzillərə dair bağlanmış 221bi2/3 18 dekabr 2003-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olmuş əmlaklar müstəqil tələb irəli sürən üçüncü şəxslərin xüsusi mülkiyyətindədir. Səbail rayon Məhkəməsinin icraatında olmuş 2(009)-2295/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin X11 və digərlərinə qarşı aşağıdakı iddia tələbləri təmin edilmişdir. xx.xx.2007-ci il tarixli 377B/7 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 121.703.83 (yüz iyirmi bir min yeddi yüz üç ABŞ dolları səksən üç sent) məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin xx.xx.2008-ci il tarixli 146B/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 198.814.26 (yüz doxsan səkkiz min səkkiz yüz on dörd manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti, xx.xx.2008-ci il tarixli 126B/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 66.749.94 (altmış alu min yeddi yüz qırx doqquz manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 45.145.76 (qırx beş min yüz qırx beş manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti cavabdeh X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması; xx.xx.2008-ci il tarixli 266VH8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 2.897.50 (iki min səkkiz yüz doxsan yeddi ABŞ dolları əlli sent) məbləğində, faiz borcuna görə 89.42 (səksən doqquz ABŞ dolları qırx iki sent) məbləğində, cərimə borcuna görə 1.022.55 (bir min iyirmi iki ABŞ dolları əlli beş sent) məbləğində, cəmi isə 3.979.55 (üç min doqquz yüz yetmiş doqquz ABŞ dolları əlli beş sent) məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta 267VH8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 6.985.69 (altı min doqquz yüz məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin xx.xx.2008-ci il tarixli səksən beş ABŞ dolları altmış doqquz sent) məbləğində pul vəsaiti, faiz borcuna görə 221.98 görə 2.492.23 (iki min dörd yüz doxsan iki ABŞ dolları iyirmi üçüncü sent) məbləğində, cəmi isə 9.699.90 (doqquz min al u yüz doxsan doqquz ABŞ dolları doxsan sent) məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdeh X4 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması; xx.xx.2007-ci il tarixli 377B/7saylı kredit müqaviləsi üzrə yaranmış tələbin (121.703.83 ABŞ dolları məbləğində) Bakı şəhəri, Bül-Bül prospektində yerləşən, 63 saylı evin 47,48,49 saylı mənzillərinə, Bakı şəhəri, R. Behbudov küçəsində yerləşən 59 saylı evin 53,54 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44-45 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 146B/8 saylı kredit müqaviləsi üzrə yaranmış (198.814.26 AZN) tələbin Bakı şəhəri, Bül-Bül prospektində yerləşən, 63 saylı evin 47,48,49 saylı mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53,54 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 126B/8 saylı kredit müqaviləsi üzrə yaranmış (66.749.94 AZN) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44-45 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsi üzrə yaranmış (45.145.76 AZN) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 45 saylı mənzilinin 1 (bir) otağına (14 kv.m) v ə Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 46 saylı mənzilinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44 -45 saylı mənzillərinə yönəldilməsi qət olunmuşdur. Unibank" ASC ilə "xxxx" KB QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli tələbin güzəşti haqqında müqaviləyə əsasən "xxxx" ASC Səbail rayon Məhkəməsinin icraatında olmuş 2(009)-2295/2011 saylı xx.xx.2011 ci il tarixli qətnaməsi üzrə tələblərini "xxxx" QSC-yə güzəşt etmişdir. İpoteka predmenti olmuş əmlakların iddiaçılar üzrə mülkiyyət məxsusluğu aşağıdakı kimidir: X12 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54; X12 məxsus olan Bakı şəhəri, Bül-bül pr, ev 63, mənzil 47/48/49; X19 məxsus olan Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44/45; X11 Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46; X11 Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağı. Həmçinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 5226/2015 saylı 11 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı-X2 hərracın predmenti olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53,54 saylı mənzil, Bakı şəhəri, Bül-bül pr, ev 63, 47/48/49 saylı mənzil və digər əmlaklar üzərində pay hüququ müəyyən edilib və onun xüsusi mülkiyətindədir. Yuxarıda qeyd olunan İpoteka predmenti olmuş əmlaklar 2017-ci ildə hərraca çıxarılmış və hərracın alıcısı olmadığı üçün hərracın yekunlarına dair 10 oktyabr 2017-ci il tarixli protokollarla borcun əvəzi olaraq kreditor LPO QSC "xxxx" KB Bankının ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən götürülmüşdür. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005) 290/2018 saylı 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə hərracın yekunlarına dair 10 oktyabr 2017-ci il tarixli protokollar və onun nəticəsində bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Həmçinin hərraca çıxarılan daşınmaz əmlakların əvvəlki "əmlakların qiymətləndirilməsi barədə hesabat" ləğv edilmiş və hərraca çıxarılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi verilmişdir. Bundan sonra hərrac nəticələrinin ləğv olunması barədə qətnamədə göstərilən qiymətlərlə Bakı şəhəri Səbail rayon icra şöbəsi xx.xx.2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı sifarişlə "xxxx" MMC-yə müraciət edib. "xxxx" MMC tərəfindən icra şöbəsinin sifarişi əsasında tərəflərə 16 noyabr 2018-ci il və 07 dekabr 2018-ci il tarixli bildirişlər göndərərək hərraclar keçilirilmişdır. Hər iki hərrac nəticəsində əmlaklar satılmamışdır. "xxxx" MMC xx.xx.2019-cu il tarixdə "Bank Standart KB Bankına bildiriş göndərərək xx.xx.2019-cu il tarixədək hərraca çıxarılmış əmlakları almadığı halda icra şöbəsinə geri qaytaracağını bildirmişdir. LPO QSC "xxxx" KB Bankı bildirişdə göstərilən tarixədək hərraca çıxarılmış əmlakları əldə etmədiyi üçün sifariş icra şöbəsinə geri qaytarılmışdır. İşin hallarından göründüyü kimi LPO QSC "xxxx" KB Bankı hərraca çıxarılmış əmlakları əldə etməkdə maraqlı olmamışdır. Əvvəlki hərracın keçirilməsindən 3 il 3 ay müddət keçdikdən sonra Bakı şəhəri Səbail rayon icra şöbəsi xx.xx.2022-ci il tarixli sifarişlə yenidən həmin əmlakların təkrar hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə müraciət edib. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-201/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X12, X11 və X19 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Bül-bül pr, ev 63, 47/48/49 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 44/45 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 46 saylı mənzilinə və Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağına dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 43.8ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından göründüyü kimi LPO QSC "xxxx" KB Bankı hərraca çıxarılmış əmlakları xx.xx.2019-cu il tarixədək əldə etməmişdir. Artıq hərracın baş tutmamış elan olunmasından 4 dən artıq vaxt keçib. Nəticə etibarilə, müəyyən olunmuş müddətdə tələbkar ipoteka predmentini qəbul etməkdən imtina etdiyi üçün ipoteka müqavilələrinə xitam verilməli və ipoteka qeydləri ləğv edilməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Zeynalova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ikinci hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı cavabdeh onlara təklif ünvanlamış, həmin təklif qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülmədən cavablandırılsa da, onlarla hərrac protokolu imzalanmamışdır. Bu barədə cavab məktubu cavabdehə birbaşa təqdim edilmiş, cavabdehin ştampı ilə təsdiq edilmişdir, lakin hazırda məktubun əslini təqdim edə bilmirlər.

6. Məhkəmə iclasında üçüncü şəxslərin nümayəndəsi və vəkili Nümayəndə2 üçüncü şəxslər tərəfindən verilmiş iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək həmin iddianın təmin edilməsi, iddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ikinci hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbir görülməmişdir, bundan əlavə nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın 3 illik iddia müddəti ötürülməklə verilməsi səbəbindən rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

8. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********362600 nömrəli məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən cavabdehin fəaliyyəti və digər vergi tutulan əməliyyatları hal-hazırda aktiv vəziyyətdədir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli 2(009)- 2295/2011 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X24 Səhmdar Cəmiyyətinin cavabdehlər X17, X16 və X19 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iş üzrə iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixli 377B/7 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 121703,83 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin xx.xx.2008-ci il tarixli 146B/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 198814,26 manat məbləğində pul vəsaiti, xx.xx.2008-ci il tarixli 126B/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 66749,94 manat məbləğində pul vəsaiti, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 45145,76 manat məbləğində pul vəsaiti cavabdeh X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, xx.xx.2008-ci il tarixli 266VH8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 2897,50 ABŞ dolları məbləğində, faiz borcuna görə 89,42 ABŞ dolları məbləğində, cərimə borcuna görə 1022,55 ABŞ dolları məbləğində, cəmi isə 3.979,55 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin xx.xx.2008-ci il tarixli 7VH8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 6985,69 ABŞ dolları məbləğində pul vəsaiti, faiz borcuna görə 221,98 ABŞ dolları məbləğində və cərimə borcuna görə 2492,23 ABŞ dolları məbləğində, cəmi 9699,90 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdeh X4 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pul vəsaiti cavabdehlər X17, X16 və X13 müştərək qaydada tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, xx.xx.2007-ci il tarixli 377B/7 saylı kredit müqaviləsi üzrə yaranmış tələbin 121703,83 ABŞ dolları məbləğində Bakı şəhəri, Bül-Bül prospektində yerləşən, 63 saylı evin 47,48,49 saylı mənzillərinə, Bakı şəhəri, R.Behbudov küçəsində yeriləşən 59 saylı evin 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 146N/8 saylı kredit müqaviləsi üzrə yaranmış (198814,26 manat) tələbin Bakı şəhəri, Bül-Bül prospektində yerləşən 63 saylı evin 47,48,49 saylı mənzillərinə və Bakı şəhəri,R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53,54 saylı mənzillərinə, xx.xx.2008ci il tarixli 126B/8 saylı kredit müqaviləsi üzrə yaranmış (66749,94 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44-45 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsi üzrə yaranmış (45145,76 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 45 saylı mənzilinin 1 otağına (14kv.m) və Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzilinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzillərə yönəldilməsi, ipoteka predmeti olan əmlaklar açıq hərracda açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti (hər bir kredit müqaviləsinə uyğun müvafiq ipoteka predmetləri adi edilməklə) yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq hissəsi) müvafi olaraq ipoteka predmeti olan əmlakların mülkiyyətçilərinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Bül-Bül prospektində yerləşən, 63 saylı evin 47,48,49 saylı mənzillləri, Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53,54 saylı mənzilləri, Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44-45 saylı mənzilləri, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilinin 1 otağı (14 kv.m) və Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzili hərracda satıldıqdan sonra X16, X17 və X21 ən geci 1 ay ərizində həmin yaşayış sahələrindən çıxarılması qərara alınmışdır.

12. 29 noyabr 2012-ci il tarixli tələbin güzəşti haqqında müqavilədən görünür ki, "xxxx" X24 Səhmdar Cəmiyyəti borcalan X16 ilə bağladığı xx.xx.2007-ci ili tarixli 377B/7 saylı xx.xx.2008-ci il tarixli 126B/8 saylı, xx.xx.2008-ci il tarixli 146B/8 saylı və xx.xx.2008ci il tarixli 136p/8 saylı kredit müqavilələrinə, borcalan X17 ilə bağladığı xx.xx.2008-ci il tarixli 266VH8 saylı və xx.xx.2008-ci il tarixli 267VH8 saylı kredit müqavilələrinə, həmçinin 2(009)-2295/2011 saylı mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən borcalanlar X11 və X12 qarşı irəli sürə biləcəyi bütün tələblərini qətnamədə göstərilən 310709,96 manat və 135383,28 ABŞ dolları məbləğində borcun ona ödənilməsi müqabilində yeni kreditora güzəşt edir, yeni kreditor isə həmin borcu bu müqavilə ilə müəyyən edilmiş müddətdə kreditora ödəməyi öhdəsinə götürür.

13. "xxxx" KB ASC (kreditor) ilə iddiaçı (yeni kreditor) arasında bağlanmış 29 noyabr 2012-ci il tarixli tələbin güzəşti haqqında müqaviləyə əsasən kreditorun kredit müqavilələri və qətnamə üzrə tələb hüququ, həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliyin təminatı olan Bakı şəhəri, Bül-Bül prospekti, 63 saylı evin 47,48,49 saylı mənzillərinə, Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53,54 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 44-45,46 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilinin bir otağına dair ipoteka hüququ tam həcmdə və istisnasız olaraq yeni kreditora keçir.

14. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən verilmiş 16 noyabr 2018-ci il tarixli 1067 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2016-16-6 9393 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-Bül prospekti, 63 saylı evin 47,48,49 saylı mənzillərin ilkin satış qiyməti 215000 manat, Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53,54 saylı mənzillərin ilkin satış qiyməti 900000 manat, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin ilkin satış qiyməti 240000 manat, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 saylı mənzilin ilkin satış qiyməti 92000 manat, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilin 1 otağının ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə açıq hərracın 05 dekabr 2018-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi bildirilmişdir.

15. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən verilmiş 07 dekabr 2018-ci il tarixli 1363 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2016-16-6 9393 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-Bül prospekti, 63 saylı evin 47,48,49 saylı mənzillərin ilkin satış qiyməti 182750 manat, Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53,54 saylı mənzillərin ilkin satış qiyməti 765000 manat, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzilinin ilkin satış qiyməti 204000 manat, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 saylı mənzilinin ilkin satış qiyməti 78200 manat, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilin 1 otağının ilkin satış qiyməti 46750 manat müəyyən edilməklə açıq hərracın 09 yanvar 2019cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi bildirilmişdir.

16. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019-cu il tarixli 028 nömrəli ipoteka predmetinin alqı-satıqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, kredit borcu olan X16, X21 və X6 Bakı şəhəri, Bülbül pr., ev 63, m. 47,48,49, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, m. 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 44-45, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 46, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağı əmlakı keçirilən hərrac zamanı satılmamışdır. xx.xx.2019-cu il tarixədək əmlakı almadığınız halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır.

17. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 18 yanvar 2019-cu il tarixli **********323 nömrəli məktubdan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Bülbül pr., ev 63, m. 47,48,49, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, m. 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 44, 45, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 46, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağı olan əmlakın ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetlərinin ləğv prosesində olan QSC "xxxx" KB-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur.

18. Bakı şəhəri Səbail rayonu İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 77979/2015-16-12/812 nömrəli məktubdan görünür ki, Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2295/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53, 54 saylı mənzillərin; X12 məxsus olan Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, X19 məxsus olan Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, X11 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 45 saylı mənzilin bir otağının, X11 məxsus olan Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzilinin açıq hərrac yolu ilə satılmasının təşkil edilməsi xahiş olunmuşdur.

19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 152/22 nömrəli hərrac bildirişindən görünür ki, Səbail rayon İcra Şöbəsinin 77979/2015-16-12/812 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən X12 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53, 54 (ilkin satış qiyməti 900000 manat); X12 məxsus olan Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 (ilkin satış qiyməti 215.000 manat), X19 məxsus olan Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 (ilkin satış qiyməti 240000 manat), X11 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 (ilkin satış qiyməti 92000 manat), X11 məxsus olan Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağı (ilkin satış qiyməti 55000 manat) əmlaklar hərraca çıxarılmışdır. Hərracın tarixi 04 may 2022-ci il saat 11:00 müəyyən edilmişdir.

20. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(009)-201/2022 saylı qərardadından görünür ki, borclular X12, X11 və X19 məxsus olan daşınmaz əmlaklara dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və əmlakların hərracdan geri çağırılması barədə borcluların şikayət ərizəsi üzrə şikayət təmin edilmiş, borclular X12, X20 və X19 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Bül-Bül pr., ev 63, 47/48/49 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 44/45 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86,46 saylı mənzilinə və Bakı şəhəri, Nizami küçəsi ev 86, 45 saylı mənzilin 1 otağına dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilməsi və daşınmaz əmlakların hərracdan geri çağırılmasını qərara almışdır.

21. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 18 yanvar 2015-ci il tarixli **********323 nömrəli məktubdan görünür ki, ipoteka predmeti olan əmlakların ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən əldə olunması məqsədilə X16, X21 və X12 məxsus Bakı şəhəri Bülbül pr. ev 63, mənzil 47,48,49, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, m 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m.44,45, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m.46, Bakı şəhəri, Nizami küçəsi. Ev 86, 45 saylı mənzilin 1 otağı ilə bağlı müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tələb olunması və həmin ipoteka predmetlərinin ləğv prosesində olan QSC Bank Standart KB-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur.

22. Cavabdeh tərəfindən verilmiş 10 aprel 2019-cu il tarixli 08 nömrəli vəkil sorğusuna cavabdan görünür ki, Səbail rayon İcra və Probasiya Şöbəsinin 2593/2016-16- 6-9392 nömrəli 22.10.18-ci il sifariş məktubu ilə hərracı sifariş edilmiş əmlakların 05.12.18ci il tarixdə 1-ci hərracı 09.01.19-cu il tarixdə 2-ci hərracı keçirilmişdir. Keçirilən hərraclar zamanı əmlaklar satılmamışdır. Həmin əmlakları almaq üçün iddiaçının rəhbərliyinə müraciət olunmuşdur. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İcra işi materiallarına əlavə edilmiş:

23. Səbail rayon Məhkəməsinin 2(009)-2295/2011 saylı 03 oktyabr 2011-ci il tarixli icra vərəqəsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2295/2011 saylı 03 oktyabr 2011-ci il tarixli icra vərəqəsi 04 fevral 2013-cü il tarixdə icraya yönəldilmişdir.

24. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynli tərəfindən verilmiş 09 iyun 2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2295/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır.

25. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən borculu və iddiaçıya ünvanlanmış 17/64 114-6 saylı xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, 09 iyun 2015-ci il tarixli qərarla icraata başladığı Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2295/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədində göstərilmiş tələbin icrası üçün 10 gün müddətində vaxt verilmişdir.

26. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynli tərəfindən verilmiş 09 iyun 2015-ci il tarixli tərəfin onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqında qərardan görünür ki, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" QSC ilə əvəz edilməsi qərara alınmışdır.

27. Bakı şəhəri Səbail rayonu İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri, Bülbül prospekti, ev 63, mənzil 47, 48, 49 saylı mənzil, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzil, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 44-45 saylı mənzil və Bakı şəhəri, Nizami küçəsi, ev 86, 46 saylı mənzilin X7 mülkiyyətində olub-olmaması, olmadığı təqdirdə hansı sənədə əsasən kimin mülkiyyətinə rəsmiləşdirilməsi barədə sorğu göndərilmişdir.

28. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli **********709 nömrəli məktubdan görünür ki, iddiaçı icra sənədi üzrə görülmüş icra tədbirləri barəsində məlumat verilməsini xahiş etmişdir.

29. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən borclulara, iddiaçıya, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi və Səbail Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, X12 məxsus Bakı şəhəri, Bülbül prospektində yerləşən, 63 saylı evin 47, 48, 49 saylı mənzillərin və Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53,54 saylı mənzillərini qiymətləndirilməsi barədə 507/1 saylı xx.xx.2015-ci il tarixli və 508/4 saylı. xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətlərini göndərərək mənzillərin açıq hərrac yolu ilə satılmasının təşkil olunması xahiş olunmuşdur.

30. Azərbaycan Respublikası Respublika Xammal və X25 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi tərəfindən tələbkar və borclulara göndərilmiş xx.xx.2015-ci il tarixli 01/3506 nömrəli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-2295/11 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Bül-Bül pr. 63 saylı binanın 47, 48, 49 saylı mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53,54 saylı mənzillərinə tutuma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 04 dekabr 2015-ci il tarixdə saat 11:00-da müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası Respublika Xammal və X25 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi tərəfindən tələbkar və borclulara göndərilmiş xx.xx.2015-ci il tarixli 01/3703 nömrəli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildirişdən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-2295/11 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Bül-Bül pr. 63 saylı binanın 47, 48, 49 saylı mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53,54 saylı mənzillərinə tutuma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 04 dekabr 2015-ci il tarixdə saat 11:00-da müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası Respublika Xammal və X25 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi tərəfindən tələbkar və borclulara göndərilmiş xx.xx.2015-ci il tarixli 01/3684 nömrəli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-2295/11 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Bül-Bül pr. 63 saylı binanın 47, 48, 49 saylı mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53,54 saylı mənzillərinə tutuma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı 28 yanvar 2016-ci il tarixdə saat 11:00-da müəyyən edilmişdir.

33. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş 15 yanvar 2016-cı il tarixli xx/xx-2593-6/878/15 nömrəli məktubdan görünür ki, X12 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən 63 saylı binanın 47, 48, 49 saylı mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53,54 saylı mənzillərinin açıq hərrac yolu ilə satılmasını müvəqqəti dayandıraraq şöbəyə məlumat verilməsi xahiş olunmuşdur.

34. Bakı şəhər Səbail rayon İcra Şöbəsi tərəfindən iddiaçı, cavabdeh, borclulara, Səbail Rayon Məhkəməsi göndərilmiş xx.xx.2017-ci il tarixli 2593/2015-16-6/11523 nömrəliə məktubdan görünür ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X6 mülkiyyətində olan mənzillərin hərrac vasitəsilə satışının təmin edilməsi xahiş olunmuşdur.

35. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli 3274 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2015-16-6/1/523 saylı xx.xx.2017-ci i tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 mənzilin, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağının satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın 09 avqust 2017-ci il tarixdə saat 11:00da ünvan 4 ünvanında keçirilməsi barədə məlumat verilmişdir.

36. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli 3874 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2015-16-6/1/523 saylı xx.xx.2017-ci i tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, X11 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 mənzilin, X11 məxsus olan Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağının satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın 13 sentyabr 2017-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçirilməsi barədə məlumat verilmişdir.

37. Bakı şəhər Səbail rayon İcra Şöbəsi tərəfindən iddiaçı, cavabdeh, borclulara, Səbail Rayon Məhkəməsi göndərilmiş xx.xx.2018-ci il tarixli 2593/2015-16-6/3462 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə şöbəyə daxil olmuş bildirişlərdə əmlakların satılması üçün hərraca çıxarıldıqları göstərilmiş, lakin bu barədə şöbəyə məlumat daxil olmamışdır. Odur ki, hərracın yekun nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur.

38. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçı, cavabdeh, borclulara, Səbail Rayon Məhkəməsi göndərilmiş xx.xx.2018-ci il tarixli 2593/2016-16-6- 9392 nömrəli məktubdan görünür ki, hərracın Nərimanov rayon Məhkməsinin 2(005)- 290/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən həyata keçirilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur.

39. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli 1067 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2016-16-6 9393 saylı 20.10.18-ci i tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53, 54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 mənzilin, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağının satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın 05 dekabr 2018-ci il tarixdə saat 11:00da ünvan 1 ünvanında keçirilməsi barədə məlumat verilmişdir.

40. Azərbaycan Respublikas Vəkillər Kollegiyası Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmiş 08 sentyabr 2021-ci il tarixli 546 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli, 2(009)-2295/2011 saylı icra sənədi üzrə (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(005)-290/2018 saylı icra sənədində göstərilən ilkin satış qiyməti nəzərə alınmaqla) keçirilmiş hərracdan sonra həmin icra sənədində nəzərdə tutulan ipoteka predmetlərinin tələbkar Bank Standar QSC-nin ləğvedicisi tərəfindən əldə edilib-edilməməsi, əgər edilmişsə əmlakların əldə edilməsindən sonra əmlakın qalan dəyərinin hansı hesaba ödənilməsi, əgər əldə edilməmişsə icra sənədinin "xxxx" MMC tərəfindən icra edilmədən Səbail rayon İcra Şöbəsinə qaytarılıb-qaytarılmaması barədə məlumat verilməsi xahiş olunmuşdur.

41. Cavabdeh tərəfindən Səbail rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2018-ci i tarixli 3406 nömrəli məktubdan görünür ki, borclular X11, X19 və X12 məxsus əmlaklar Y- 556, Y-557, Y-558, Y-559 və Y-560 saylı xx.xx.2017-ci il tarixli protokollarla tələbkar "xxxx" QSC-yə satılmışdır.

42. "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 152/22 saylı hərrac bildirişindən görünür ki, Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, X19 məxsus olan Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, X11 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 mənzilin, X11 məxsus olan Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağı açıq hərraca çıxarılmışdır. Hərracın 23 may 2022-ci il tarixdə saat 11:00-da ünvan 6 ünvanında keçirilməsi barədə məlumat verilmişdir.

43. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2295/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə keçiriləcək hərracın geri çağırılması xahiş olunmuşdur.

44. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli 855 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2016-16-6 9393 saylı 22.10.18-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54 saylı mənzillərin, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 mənzilin, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağının satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın 05 dekabr 2018-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçirilməsi barədə məlumat verilmişdir.

45. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli 1544 nömrəli bildirişdən görünür ki, Səbail rayon İcra Şöbəsinin 2593/2016-16-6 9393 saylı 22.10.18-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bül-bül prospekti, ev 63, mənzil 47, 48,49 saylı mənzillərin, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54 saylı, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 mənzilin, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin 1 otağının satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın 09 yanvar 2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçirilməsi barədə məlumat verilmişdir.

46. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş xx.xx.2021-ci il tarixli 77979/2015-xx-xx/8429 nömrəli məktubundan görünür ki, icra sənədi xx.xx.2015-ci i tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə bağlı sözügedən əmlakların bank tərəfindən balansa götürülməsi və eyni zamanda ipoteka predmeti olan əmlakların girovda olması, girovda olmadığı halda hansı sənədə əsasən girovdan azad edilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur.

47. "xxxx" MMC tərəfindən Səbail Rayon İcra Şöbəsinə göndərilmiş 07 iyun 2022-ci il tarixli 152/22 nömrəli məktubdan görünür ki, Səbail rayon İcra Şöbəsinin 77979/2016-xxxx/1390, 02 iyun 2022-ci il tarixli məktubuna əsasən iş icra şöbəsinə geri qaytarılmışdır.

48. Cavabdeh tərəfindən tərtib edilmiş 10 oktyabr 2017-ci il tarixli Y-556 nömrəli hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasən X11 məxsus ünvan 7 ünvanında yerləşən əmlak 86063 manata iddiaçıya satılmışdır.

49. İddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 məxsus ünvan 7 ünvanında yerləşən əmlak 86063 manata iddiaçıya satılmışdır.

50. Cavabdeh tərəfindən tərtib edilmiş 10 oktyabr 2017-ci il tarixli Y-557 nömrəli hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasən X11 məxsus ünvan 8 ünvanında yerləşən əmlak 92438 manata iddiaçıya satılmışdır.

51. İddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 məxsus ünvan 8 ünvanında yerləşən əmlak 92438 manata iddiaçıya satılmışdır.

52. Cavabdeh tərəfindən tərtib edilmiş 10 oktyabr 2017-ci il tarixli Y-558 nömrəli hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasən X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində 86 saylı evin 45 saylı mənzilinin 1 otağı (14kv.m) 26138 manata iddiaçıya satılmışdır.

53. İddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində 86 saylı evin 45 saylı mənzilinin 1 otağı (14kv.m) 26138 manata iddiaçıya satılmışdır.

54. Cavabdeh tərəfindən tərtib edilmiş 10 oktyabr 2017-ci il tarixli Y-559 nömrəli hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasən X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində 86 saylı ev, mənzil 44, 45 saylı əmlak 111563 manata iddiaçıya satılmışdır.

55. İddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində 86 saylı ev, mənzil 44, 45 saylı əmlak 111563 manata iddiaçıya satılmışdır.

56. Cavabdeh tərəfindən tərtib edilmiş 10 oktyabr 2017-ci il tarixli Y-560 nömrəli hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişi əsasən X11 məxsus Bakı şəhəri, R.Behbudov küçəsi,ev 59, mənzil 53, 54 saylı əmlak 363375 manata iddiaçıya satılmışdır.

57. İddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 məxsus Bakı şəhəri, R.Behbudov küçəsi,ev 59, mənzil 53, 54 saylı əmlak 363375 manata iddiaçıya satılmışdır.

58. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları və Səbail Rayon İcra Şöbəsi tərəfindən təqdim edilmiş 77979/2015-16-12 saylı icra işini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO QSC "xxxx" KB tərəfindən verilmiş iddia təmin edilməli, üçüncü şəxslərin verdikləri iddia isə təmin edilməməlidir.

59. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə iddiaçı LPO QSC "xxxx" KB tərəfindən verilmiş iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunub-olunmamasından asılı olaraq üçüncü şəxslərin verdikləri iddia tələbi araşdırılmalıdır.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

61. Həmin Məcəllənin 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.

62. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

63. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

64. 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir.

65. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

66. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

67. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[86]

68. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

69. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir (bənd 55). Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir (57-60-cı bəndlər).

71. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-2295/2011 saylı 03 oktyabr 2011-ci il tarixli icra vərəqəsi əsasında Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən 09 iyun 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, sonuncunun sifarişi əsasında cavabdeh tərəfindən icra sənədində göstərilmiş ipoteka predmetləri bağlı hərrac təşkil edilmişdir. İpoteka predmetləri ilə bağlı birinci hərrac 05 dekabr 2018-ci il tarixə təyin edilmiş, baş tutmadığı üçün cavabdeh tərəfindən ikinci hərrac 09 yanvar 2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş hərrac baş tutmadığı üçün iddiaçıya cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 028 nömrəli ipoteka predmetinin alqı-satıqısı üçün müqavilə bağlanması barədə bildiriş (c.2, i.v.133) ünvanlanaraq kredit borcu olan X16, X21 və X6 ünvan 9Behbudov küçəsi, ev 59, m. 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 44, 45, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 46, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağının alması təklif edilmişdir. İddiaçı tərəfindən cavabdehə 18 yanvar 2019-cu il tarixli **********323 nömrəli məktub ünvanlanaraq ipoteka predmeti olan ünvan 9Behbudov küçəsi, ev 59, m. 53,54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 44, 45, Bakı şəhəri, Nizami küçəsi, ev 86, m. 46, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağı olan əmlakın ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetlərinin ləğv prosesində olan QSC "xxxx" KB-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Həmin məktub cavabdeh tərəfindən xx.xx.2029-cu il tarixdə qəbul edilmişdir (c.2, i.v.132).

72. Bu səbəbdən məhkəmə hesab edir ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından ipoteka saxlayan olan iddiaçı ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur, iddiaçı tərəfindən verilmiş həmin iddia əsaslıdır və təmin edilməlidir.

73. Məhkəmə üçüncü şəxslər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə razılaşmır, belə ki, üçüncü şəxslərin iddiaçının 3 il sonra məhkəməyə müraciət etməsi ilə bağlı dəlilləri 10 illik iddia müddəti ötürülmədiyindən əsassızdır.

74. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, üçüncü şəxslərin iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.

75. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan olan iddiaçı tərəfindən ipoteka predmetləri əldə edildiyindən həmin ipoteka predmetlərinə dair ipoteka müqavilələlərinə xitam verilməsi və ipoteka qeydlərinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

76. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağı satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokol imzalanmış hesab edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17, X15 LPO QSC "xxxx" KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri təmin edilməməlidir.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

78. Məhkəmə hesab edir ki, iddiaçı LPO QSC "xxxx" KB tərəfindən verilmiş iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməli, digər iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17, X2 özlərinə aid edilməlidir.

V. Nəticə:

79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağının satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokol imzalanmış hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17, X2 LPO QSC "xxxx" KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X21, X17, X2 özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar