Məhkəmə qərarları › İş №e-2-2(113)-285/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-285/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-285/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdeh X2 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) X3 qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi, icarə müqaviləsi üzrə yaranmış borcun, cərimənin və elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin, X2 İddiaçınə qarşı icarə müqaviləsinə xitam verilməsi, əşyaların qaytarılması, artıq ödənilmiş pulun qaytarılması barədə qarşılıqlı iddiaları üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ofis icarəsinə dair müqaviləyə xitam verilməsi, həmin müqaviləyə əsasən 5664 manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcunun, 1699,20 manat gecikdirilmiş günlər üçün cərimə borcunun, 72,30 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ofis icarəsinə dair müqaviləyə və 1 saylı əlavəyə əsasən, icarəyə verən - İddiaçı MMC Bakı şəhəri Cəfər Cabbarlı 44 üinvanında yerləşən “Caspian Plaza”nın 13-cü mərtəbəsində 85 saylı sahəni, xx xxxxxx 2019-cu il tarixədək 1416 manat icarə haqqı ödənilmək şərtilə icarəçi - X3 icarəyə vermişdir. Ödəniş aylıq olaraq, hər ayın əvvəlində, elektron hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməli idi. İcarə müqaviləsinin 8.2-ci maddəsində tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməli olduğu, əks halda müqavilənin müddətinin daha 1 il daha uzadılmış hesab olunması razılaşdırılmışdır. Bu maddəyə əsasən, hazırki icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış hesab olunur. Hazırki müqavilə üzrə cavabdeh 2020-ci ilin aprel ayından etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə 5664 manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcu, 1699,20 manat gecikdirilmiş günlər üçün cərimə borcu, 72,30 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borcun yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. Eyni zamanda xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə Pretenziya məktubu göndərilmiş və 5 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində X4 heç bir ödəniş etməmiş, zənglərə də cavab verməmişdir. Buna görə də, cavabdehlə xx xxxxxxx 2018-ci il tarixli ofis icarəsinə dair müqaviləyə xitam verilməsi barədə iddiaçı tərəfindən müqavilənin 7.1-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixində xitam bildirişi göndərilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 14,16 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 120 gün üçün 1699,20 manat təşkil edir. Həmçinin, X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2018-ci il tarixli ofis icarəsinə dair müqaviləyə xitam verilməsi, ofis sahəsində qalan mebel və əşyaların saz vəziyyətdə ona təhvil verilməsi, zədələndiyi və itirildiyi halda dəyərinin əvəzinin ödənilməsi, istifadə olunmamış aylar üçün hesablanmış kommunal xidmətlərə dair hesab – fakturaların ləğv edilməsi, 3100 manat qeyri – rəsmi alınan məbləğ, 1416 manat mart ayı üçün icarə haqqı, 433 manat aprel ayı üçün icarə haqqı olmaqla ümumilikdə artıq ödənilmiş 4749 manat məbləğində pul vəsaitinin qaytarılması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə, həmçinin, qeyri-rəsmi icarə haqlarının yığılmasına görə cavabdehin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin mart ayından pandemiya səbəbilə ölkə ərazisində karantin rejimi tətbiq olunduğundan X4 tam olaraq fəaliyyətini dayandırmış və gəlir əldə edə bilməmişdir. Lakin buna baxmayaraq İddiaçı MMC tərəfindən heç bir güzəşt olunmamış, 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ödəniş tələb olunmuş, mart ayı üçün 1416 manat, aprel ayı üçün 433 manat icarə haqqı alınmışdır. Buna görə də aralarında narazılıq yaranmış, ofisdə yerləşən aşağıdakı əşyalar girov saxlanılmış və qaytarılmamışdır: dəyəri 140 manat olan, qeydiyyat stolunun altında süd rəngli 2 siyirtməli 1 ədəd tumba, ümumi dəyəri 120 manat olan 3 ədəd qara rəngli qonaq stulu, dəyəri 140 manat olan 1 ədəd süd rəngli 1 ədəd təkərli tumba, dəyəri 149 manat olan 1 ədəd təkərli, qara rəngli müəllim kreslosu, dəyəri 235 manat olan 1 ədəd ağyaşıl dizaynda təkərli kreslo, dəyəri 1180 manat olan 1 ədəd 2x2,40 m ölçüdə böyük qara rəngdə parta stol (alt hissəsi şkaflı, siyirtməli), dəyəri 690 manat olan 1 ədəd orq şüşədən üzərində led işıqlarla yazı olan lövhə, dəyəri 760 manat olan 1 ədəd süd rəngli qeydiyyat stolu, ümumi dəyəri 298 manat olan 2 ədəd qara rəngli təkərli qeydiyyat kreslosu, dəyəri 9 manat olan 1 ədəd zibil qutusu, dəyəri 160 manat olan 1 ədəd süd rəngli asılqan, dəyəri 380 manat olan 1 ədəd krem rəngli hündürlüyü tavana qədər olan 6 siyirtməli 2 qapılı şkaf, dəyəri 675 manat olan 1 ədəd qızılı rəngli yastıqlı divan, dəyəri 355 manat olan 1 ədəd qızılı rəngli yastıqlı kreslo, dəyəri 320 manat olan 1 ədəd boz rəngli dispenser, ümumi dəyəri 320 manat olan 2 ədəd böyük dekorativ təbii ağac, dəyəri 40 manat olan 1 ədəd uzun qara rəngli güldan, dəyəri 150 manat olan 1 ədəd dairəvi divar güzgüsü, ümumi dəyəri 280 manat olan 2 ədəd qəhvəyi rəngli parta tipli stol, dəyəri 149 manat olan 1 ədəd kreslo, ümumi dəyəri 760 manat olan 2 ədəd iki qapılı hündürlüyü tavana qədər olan 2 ədəd qəhvəyi rəngli kitab rəfi, dəyəri 130 manat olan 1 ədəd qəhvəyi rəngli 3 siyirtməli tumba, ümumi dəyəri 160 manat olan 2 ədəd dekorativ təbii ağac, dəyəri 380 manat olan 1 ədəd qəhvəyi rəngdə hündürlüyü tavana qədər olan 2 qapılı kitab rəfi, ümumi dəyəri 120 manat olan 3 ədəd qara stul, dəyəri 380 manat olan 1 ədəd yeni stabilizator, ümumi dəyəri 750 manat olan sürücülük kursuna aid 75 ədəd yeni vəziyyətdə kitablar, ümumi dəyəri 11 manat olan 2 qutu A4 formatda kağız, ümumi dəyəri 25 manat olan 1000 ədəd dispenser üçün stəkan, ümumi dəyəri 90 manat olan 10 ədəd güllər üçün boş dibçəklər, ümumi dəyəri 200 manat olan arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, 20 ədəd boş qovluqlar, dəyəri 100 manat olan 1 ədəd tikiş üçün düymə vuran aparat, dəyəri 110 manat olan 1 ədəd böyük yazı lövhəsi, dəyəri 70 manat olan 1 ədəd qara təkərli asılqan, ümumi dəyəri 675 manat olan 15 ədəd dekorativ güllər, ümumi dəyəri 240 manat olan 6 ədəd qara stul, dəyəri 980 manat olan 1 ədəd böyük dərs stolu, ümumi dəyəri 575 manat olan 5 ədəd qızılı rəngli stul, ümumi dəyəri 630 manat olan 7 ədəd svetofor rənglərində parça stul, dəyəri 900 manat olan 1 ədəd “Jack” markalı professional tikiş maşını, dəyəri 900 manat olan 1 ədəd “Jack” markalı professional overlok tikiş maşını, ümumi dəyəri 840 manat olan qapılı dolab və həmin dolabda olan şəxsi əşyalar, dəyəri 560 manat olan 1 ədəd kiçik ölçülü ağ rəngdə soyuducu, dəyəri 45 manat olan 1 ədəd kiçik lövhə, dəyəri 120 manat olan 1 ədəd uşaq paltarı üçün maniken. Bundan başqa, 2012-ci ildən son aylara kimi ondan rəsmi icarə haqqından əlavə qeyri – qanuni olaraq hər ay 200 manat məbləğində pul alınmışdır. İddiaçının nümayəndəsi Vəkil ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 72,30 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borc İddiaçı MMC tərəfindən quraşdırılmış sayğac göstəricilərinə əsasən hesablanmışdır. Hər ay alınan 200 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. Belə ki, X4 artıq vergi ödənilməsin deyə, 1416 manat məbləği rəsmi, 200 manatı isə qeyri – rəsmi ödənilməsini xahiş etmiş, İddiaçı MMC bununla razılaşmış və buna görə də 200 manat məbləğində pul vəsaiti qeyri – rəsmi alınmışdır. Bundan başqa, H.F.Quliyeva tərəfindən ödənişlər vaxtında edilmədiyinə görə icarəyə verən girov hüququndan istifadə edərək ofisdə olan əşyaları təminat kimi saxlamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, X4 ilə birlikdə “Caspian Plaza”-da icarəyə götürdüyü ofisdə sürücülük kurslarında tədrislə məşğul olmuşlar və ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar 2020-ci mart ayından fəaliyyət göstərmək mümkün olmamışdır. Təxminən xx xxxx 2020-ci il tarixdə onlar İddiaçı MMC-yə bununla bağlı müraciət etmiş və onlara bildirilmişdir ki, karantin bitdikdən sonra güzəştlər olunacaqdır. Buna görə də onlar 2020-ci ilin mart ayı üçün 1400 manat, aprel ayı üçün 433 manat icarə haqqını ödəmişlər. Hər ay onlardan qeyri – qanuni alınan 200 manat məbləğlə bağlı qəbzlər məhkəməyə təqdim olunmuşdur. Həmin pul məbləği onlardan gecikmə faizi kimi alınmışdır. İş materiallarında olan: - xx xxxxxxx 2018-ci il tarixli ofis sahəsinə dair icarə müqaviləsinin və həmin müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC ünvan 1 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzinin 13-cü mərtəbəsində 85 kv.m. sahədən ibarət ofis sahəsini X3 icarəyə verməyi, sonuncu isə xx xxxxxx 2019-ci il tarixədək 1416 manat (ƏDVdaxil) olan aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - X4 tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx xxxx 2020-ci il tarixli pretenziya məktubunda xüsusi karantin rejiminə görə ofis sahəsindən istifadə etməyin mümkünsüz olduğu bildirmiş və müqaviləyə xitam verilməsi, əşyaların qaytarılması və artıq ödəniliş pul vəsaitinin geri qaytarılması xahiş edilmişdir. - xx xxxx 2020-ci il tarixdə İddiaçı MMC tərəfindən X3 göndərilmiş pretenziya məktubunda 2020-ci ilin aprel, may, iyun və iyul ayları üçün 5664 manat icarə borcunun mövcud olduğu, həmçinin, H.F.Quliyeva tərəfindən xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət olunaraq müqaviləyə xx xxxx 2020-ci il tarixdən xitam verilməsinin xahiş olunduğu qeyd edilmişdir. - xx xxxxxx 2020-ci il tarixdə İddiaçı MMC tərəfindən X3 göndərilmiş bildirişdə müaqaviləyə xitam verildiyi qeyd olunmuşdur. - xəzinə mədaxil orderi qəbzlərindən görünür ki, X4 tərəfindən İddiaçı MMC-yə 2018ci – 2020-ci illər ərzində 3100 manat məbləğində pul vəsaiti ödənilmiş və ödənişin təyinatı icarə haqqı kimi qeyd olunmuşdur. - xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, “Caspian Plaza” iş mərkəzinin 13-cü mərtəbəsində X2 icarəyə götürdüyü ofis sahəsində olan əmlaklar siyahıya alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin məzmununa görə icarəyə verən - İddiaçı MMC Bakı şəhəri Cəfər Cabbarlı 44 üinvanında yerləşən “Caspian Plaza”-nın 13cü mərtəbəsində 85 saylı sahəni, xx xxxxxx 2019-cu il tarixədək 1416 manat icarə haqqı ödənilmək şərtilə icarəçi - X3 icarəyə vermişdir və ödənişin aylıq olaraq hər ayın əvvəlində, elektron hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, müqavilədə fors – major halı kimi müharibə, yanğın, təbii fəlakət qeyd olunmuş, pandemiya, karantin və digər hallar əksini tapmamışdır. Lakin işin mübahisəsiz hallarından görünür ki, X4 İddiaçı MMC-yə məxsus ofis sahəsində tədris, yəni, sürücülük kurslarının təşkili ilə məşğul olmuş, 2020-ci ilin mart ayından etibarən ölkədə elan olunmuş xüsusi karantin rejiminə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən onun cavabdeh olmadığı haldan irəli gələn səbəblərə görə həmin vaxtdan fəaliyyət göstərə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin icarə haqqının hesablanmasına dair hissəsinin ədalətli həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsində qeyd olunmuşdur ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. X2 nümayəndəsi izahatında 2020-ci ilin mart ayında İddiaçı MMC-yə bu barədə məlumat verdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. H.F.Quliyeva tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxx 2020-ci il tarixli pretenziya məktubunda xüsusi karantin rejiminə görə ofis sahəsindən istifadə etməyin mümkünsüz olduğu bildirilmiş və müqaviləyə xitam verilməsi, əşyaların qaytarılması və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması xahiş edilmişdir. Qeyd edilən xüsusat xx xxxx 2020-ci il tarixdə İddiaçı MMC tərəfindən X3 göndərilmiş pretenziya məktubunda da əksini tapdığından məhkəmə bu xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət verir. Yəni, H.F.Quliyeva pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini İddiaçı MMC-yə xx xxxx 2020-ci il tarixdə bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddianın icarə haqqının ödənilməsi ilə bağlı hissəsi qismən, yəni, 2020-ci ilin aprel, may ayları (1614+1614=3228 manat) və xx xxxx 2020-ci il tarixə kimi olan hissədə (1614:30x18=968 manat) təmin olunmalıdır. (3228+968=4196 manat). Həmçinin, 433 manat məbləğində pul vəsaitinin H.F.Quliyeva tərəfindən İddiaçı MMC-nin hesabına köçürülməsi bank hesabından çıxarışda əksini tapmışdır. Cavabdehin nümayəndəsi etirazında həmin pul vəsaitinin aprel ayı üçün ödənilmədiyini bildirsə də, 2020-ci ilin aprel ayına kimi icarə haqqının ödənilməsi mübahisələndirilmədiyindən və həmin vəsaitin digər ödəniş kimi ödənilməsi ilə bağlı sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, 433 manat məbləğində pul vəsaiti də icarə haqqından çıxılmalıdır. Hər 2 tələbdə müqaviləyə xitam verilməsi xahiş edilsə də, məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia bu hissədə rədd olunmalıdır. İcarə müqaviləsinin 8.2-ci bəndndə tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməli olduğu, əks halda müqavilənin müddətinin daha 1 il daha uzadılmış hesab olunması razılaşdırılmışdır. Bu bəndə əsasən, hazırki icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış hesab olunur, tərəflərin hər ikisi bu müddətdən əvvəl müqaviləyə xitam verilməsi ilə bağlı müraciətlər etdiyinə görə artıq müqavilə müddəti uzadılmamış və müddətin bitdiyinə görə müqaviləyə xitam verilmişdir. H.F.Quliyeva tərəfindən icarə haqqından əlavə qeyri – rəsmi olaraq hər ay 200 manat məbləğində pulun qeyri – rəsmi olaraq İddiaçı MMC-yə ödənilməsi həm işdə olan qəbzlərlə, həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiqini tapır. İddiaçı MMC-nin nümayəndəsi izahatında X2 artıq vergi ödənilməməsi üçün 1416 manat məbləği rəsmi, 200 manatı isə qeyri – rəsmi ödənilməsini xahiş etdiyini, cavabdehin bununla razılaşdığını və 200 manat məbləğində pul vəsaitinin qeyri – rəsmi alındığınıi göstərsə də, məhkəmə qeyd olunan xüsusatları inandırıcı hesab etmir. İddianın bu hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, təqdim olunmuş qəbzlər əsasında ödənilmiş 3100 manat məbləğində pul vəsaitinin H.F.Quliyevadan alınmasının nə qanuni, nə də müqavilə əsası mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, əsassız varlanma mövcud olduğuna görə 3100 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən H.F.Quliyevaya qaytarılmalı olduğundan ödənilməli olan icarə haqqından (4196 manat) həmin məbləğ və aprel ayı üçün ödənilmiş 433 manat məbləğində pul çıxılaraq 663 manat məbləğində pul vəsaiti H.F.Quliyeva tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 663 manat məbləğində əsas borca tənasübsüz olaraq 1699,20 manat manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, H.F.Quliyevaya məxsus 3100 manat məbləğində pulun heç bir qanuni və müqavilə əsası olmadan ondan alınması, həmin pul vəsaitinin də uzun müddət İddiaçı MMC-də qalması halı nəzərə alınaraq hesablanmış 1699,20 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. İlkin iddianın 72,30 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı hissəsini də məhkəmə əsassız hesab edir. Belə ki, həmin borc məbləğinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və iddianın bu hissəsi onunla əsaslandırılmışdır ki, həmin məbləğ İddiaçı MMC-nin quraşdırdığı sayğacın göstəricilərinə əsasən hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, heç bir əsas olmadan quraşdırılmış sayğacın göstəricilərinə əsasən hesablanmış borc cavabdehdən tələb oluna bilməz. Qarşlılıqlı iddianın ofisdə qalan əşyaların qaytarılması hissəsi ilə bağlı cavabdeh etirazını onunla əsaslandırmışdır ki, H.F.Quliyeva tərəfindən ödənişlər vaxtında edilmədiyinə görə icarəyə verən girov hüququndan istifadə edərək ofisdə olan əşyaları təminat kimi saxlamışdır. İddiaçıya məxsus əmlakların İddiaçı MMC-də olması sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxx 2020-ci il tarixli aktla da təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 698.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Lakin işin hallarından görünür ki, H.F.Quliyevanın icarəyə götürdüyü ofisdə olan əşyaları üzərində hüququ 2020-ci ilin mart ayından məhdudlaşdırılmışdır. Həmin ay üçün ödəniş həyata keçirildiyindən İddiaçı MMC faktiki olaraq girov hüququnu kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 698.1-ci maddəsinin tələbinə ziddir. Həmçinin hal – hazırda ödənilməli olan icarə haqqı borcu 663 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, borc tələbi ilə saxlanılan əşyaların dəyəri də mütənasib deyildir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddianın mebel və əşyaların qaytarılması barədə hissəsi də təmin edilməlidir. Lakin məhkəmə iddianın əmlakların dəyərinin ödənilməsi barədə hissəsini əsassız hesab edir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu hissədə iddianın əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. (Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.) Bundan başqa ərizədə əmlakların qiymətləri qeyd olunsa da, bu qiymətlərin hansı göstəricilərə əsasən müəyyən olunması barədə məhkəməyə heç bir sübut təqdim olunmur. Qeyri-rəsmi icarə haqlarının yığılmasına görə cavabdehin barəsində xüsusi qərardad çıxarılması barədə H.F.Quliyevanın xahişi ilə bağlı məhkəmə onu qeyd edir ki, hər artıq ödənilmiş 200 manat məbləğində pul vəsaitinin ondan alınmasında hər hansı bir məcburetmə halı mövcud deyildir və həmin pul məbləğinin ödənilməsi hər 2 tərəfin razılığı ilə baş vermiş, uzun müddət davam etmişdir və məhkəmə tərəfindən qeyd olunan xüsusata əsassız varlanma halı kimi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, tələblərin təmin edilmiş hissələrinə uyğun olaraq ilkin iddianın verilməsi üçün ödənilmş dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 3 manat məbləğində pul vəsaiti H.F.Quliyevadan tutularaq İddiaçı MMC-yə, qarşılıqlı iddianın verilməsi üçün ödənilmş dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq H.F.Quliyevaya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi, icarə müqaviləsi üzrə yaranmış borcun, cərimənin və elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin iddiası qismən təmin edilsin. X2 İddiaçınə qarşı icarə müqaviləsinə xitam verilməsi, əşyaların qaytarılması, artıq ödənilmiş pulun qaytarılması barədə qarşılıqlı iddiası qismən təmin edilsin. 663 manat məbləğində əsas borc, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 713 manat məbləğində pul vəsaiti X1 tutularaq İddiaçınə ödənilsin. 1 ədəd qeydiyyat stolunun altında süd rəngli 2 siyirtməli tumba, 3 ədəd qara rəngli qonaq stulu, 1 ədəd süd rəngli təkərli tumba, 1 ədəd təkərli, qara rəngli müəllim kreslosu, 1 ədəd ağ-yaşıl dizaynda təkərli kreslo, 1 ədəd 2x2,40 m ölçüdə böyük qara rəngdə parta stol (alt hissəsi şkaflı, siyirtməli), 1 ədəd orq şüşədən üzərində led işıqlarla yazı olan lövhə, 1 ədəd süd rəngli qeydiyyat stolu, 2 ədəd qara rəngli təkərli qeydiyyat kreslosu, 1 ədəd zibil qutusu, 1 ədəd süd rəngli asılqan, 1 ədəd krem rəngli hündürlüyü tavana qədər olan 6 siyirtməli 2 qapılı şkaf, 1 ədəd qızılı rəngli yastıqlı divan, 1 ədəd qızılı rəngli yastıqlı kreslo, 1 ədəd boz rəngli dispenser, 2 ədəd böyük dekorativ təbii ağac, 1 ədəd uzun qara rəngli güldan, 1 ədəd dairəvi divar güzgüsü, 2 ədəd qəhvəyi rəngli parta tipli stol, 1 ədəd kreslo, 2 ədəd iki qapılı hündürlüyü tavana qədər olan 2 ədəd qəhvəyi rəngli kitab rəfi, 1 ədəd qəhvəyi rəngli 3 siyirtməli tumba, 2 ədəd dekorativ təbii ağac, 1 ədəd qəhvəyi rəngdə hündürlüyü tavana qədər olan 2 qapılı kitab rəfi, 3 ədəd qara stul, 1 ədəd yeni stabilizator, sürücülük kursuna aid 75 ədəd yeni vəziyyətdə kitablar, 2 qutu A4 formatda kağız, 1000 ədəd dispenser üçün stəkan, 10 ədəd güllər üçün boş dibçəklər, arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, 20 ədəd boş qovluqlar, 1 ədəd tikiş üçün düymə vuran aparat, 1 ədəd böyük yazı lövhəsi, 1 ədəd qara təkərli asılqan, 15 ədəd dekorativ güllər, 6 ədəd qara stul, 1 ədəd böyük dərs stolu, 5 ədəd qızılı rəngli stul, 7 ədəd svetofor rənglərində parça stul, 1 ədəd “Jack” markalı professional tikiş maşını, 1 ədəd “Jack” markalı professional overlok tikiş maşını, qapılı dolab və həmin dolabda olan şəxsi əşyalar, 1 ədəd kiçik ölçülü ağ rəngdə soyuducu, 1 ədəd kiçik lövhə, 1 ədəd uşaq paltarı üçün maniken İddiaçındən alınaraq X3 qaytarılsın. İlkin və qarşılıqlı iddialar qalan hissələrdə rədd edilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 3 manat məbləğində pul vəsaiti X1 tutularaq İddiaçınə ödənilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmş dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar