Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2851/2022 18.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X4 qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh İB-ə qarşı aktın ləğv edilməsi, sayğacın yararlı hala gətirilməsi və yerinə quraşdırılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.07.2021-ci il tarixli Cavabdeh İB-nin Metrologiya Departamentinin 00694 saylı qüsur aktını ləğv edərək iddiaçının mülkiyyətində olan sayğacın yararlı hala gətirilməsi və yerinə quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “12.07.2021-ci il tarixli Cavabdeh İB-nin Metrologiya Departamentinin 00694 saylı qüsur aktını ləğv edilməsi” tələbinə məhkəmə baxılmamalı, “iddiaçının mülkiyyətində olan sayğacın yararlı hala gətirilməsi və yerinə quraşdırılması” tələbi isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair tələb olmaqla inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tələblərdən birinə məhkəmədə baxılmaması, digər tələbə isə məhz inzibati məhkəmə icraatı qaydasında baxılması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı X1 Cavabdeh İB-ə qarşı aktın ləğv edilməsi, sayğacın yararlı hala gətirilməsi və yerinə quraşdırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı X1 iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 40 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə 08.04.2022-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı X2 izah edilsin ki, Cavabdeh İB-ə qarşı sayğacın yararlı hala gətirilməsi və yerinə quraşdırılması tələbi ilə bağlı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərsiniz. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2851/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2851/2022
18.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver