Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2851/2023 21.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı “müqavilə üzrə borcun və ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, cərimə borcu, mediasiya xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və ziyanın ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ”Prokon”MMC-dən ”Heavy Crane FZE” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tərəflər arasında bağlanmış 03 Mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqıların xidmət icarə müqaviləsi”üzrə 160700.47 manat əsas borcun, cərimə kimi 38300 manat, mediasiya xərcləri üçün - 500 manat, dövlət rüsumuna görə - 500 manat olmaqla, ümumilikdə 200000 manat məbləğində pulun tutulması barədə barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Məhkəməyə bildiririk ki, “Heavy Crane FZE" şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 03 Mart 2021-ci il tarixli, **********088 saylı ‘‘Avadanlıqların xidmət və icarə müqaviləsi” barədə Müqavilə bağlanmışdır. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı “Avadanlıqların icarə müqaviləsi barədə bağlanmış müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Qeyd olunanlar sübut kimi məhkəmyə təqdim edilən müqavilə, maliyyə və digər mühasibatlıq sənədləri ilə də təsdiq olunur. “Avadanlıqların xidmət və icarə müqaviləsi” üzrə bağlanmış Müqaviləyə və göstərilən xidmətə görə Cavabdeh MMC 03 mart 2021-ci il tarixindən bu günə qədər “Heavy Crane FZE" şirkətinin Azərbaycan Respublikasındakı Filialına 160700.47 manat məbləğində pulu ödəməmişdir. İcarə və xidmət müqaviləsi üzrə öhdəliklərinin yerinə yetrilməsi ilə əlaqədar tərəflərindən Cavabdeh MMC-yə dəfələrlə şifahi və yazılı müraciət olunsada, cavabdeh tərəfindən müqavilə üzrə 160700.47 manat məbləğində pul bu günə qədər ödənilməmişdir. Bu barədə 10 Mart 2023-cii il tarixdə Cavabdeh MMC-yə Pritenziya məktubu və Mediasiya təklifi göndərilmiş, 20 Mart 2023-cli il tarixdə Mediasiya Təşkilatında baxılması üçün və işin sülh yolu ilə həll olunması üçün Mediasiya Ərizəsi ilə müraciət edilmişdir. Lakin tərəflər arasında olan bu mübahisə cavabdeh tərəfindən sülh yolu ilə həll olunmamış, eyni zamanda mübahisənin sülh yolu ilə həll olunmaması barədə Mediasiyanın Qərarı da qəbul edilmişdir. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 10 Mart 2023-cü il tarixdə Cavabdeh MMC-yə Pritenziya məktubu və Mediasiya təklifi göndərilmiş, Pritenziya məktubu ilə 7 gün, Mediasiya təklifi ilə 10 gün müddətində mübahisənin sülh yolu ilə həll edilməsini bildirmiş, 20 Mart 2023-cıi il tarixdə Mediasiya Təşkilatında baxılması üçün və işin sülh yolu ilə həll olunması üçün Mediasiya Ərizəsi göndərilmişdir. Pritenziya məktubunda, Mediasiya təklifində və Mediasiya təşkilatında göstərilənlərə baxmayaraq, “Avadanlıqların xidmət və icarə müqaviləsi” üzrə bağlanmış Müqaviləyə və göstərilən xidmətə görə Cavabdeh MMC 03 mart 2021-ci il tarixindən bu günə qədər İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialına 160700.47 manat məbləğində pulu ödəməmişdir. Pritenziya məktubunda, Mediasiya təklifində və Mediasiya təşkilatında “Avadanlıqların xidmət və icarə müqaviləsi” üzrə bağlanmış Müqaviləyə və göstərilən xidmətə görə Cavabdeh MMC tərəfindən 03 mart 2021-ci il tarixindən bu günə qədər İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialına 160700.47 manat məbləğində pulun 10 gün müddətində İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabına ödənilməsi xahiş edilmişdir. Əks halda, Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi halda İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehə qarşı İddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə xəbərdar edilmişdir. İddiaçı şirkəti müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və cavabdeh şirkətə müqavilədə göstərilən qaydada xidmət göstərmişdir. Cavabdeh MMC isə, İddiaçı şirkəti ilə bağlanmış Müqavilə şərtlərinə əməl etməmiş və xidmət haqqı üzrə 160700.47 manat məbləğində pulu İddiaçı şirkətinə ödəməmişdir. Bununla da Cavabdeh MMC Heavy Crane FZE” şirkətinə maddi ziyan vurmuşdur. Eyni zamanda Cavabdeh MMC Müqavilə şərtlərinə əməl etməmiş və xidmət haqqı üzrə 160700.47 manat məbləğində pulu vaxtnda və müqavilədə göstərilən müddətdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödəməmiş və maddi ziyan vurmuşdur.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdehndən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tərəflər arasında bağlanmış 03 Mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqıların xidmət icarə müqaviləsi” üzrə: 160.700,47 manat əsas borcun, cərimə kimi 38300 manat, mediasiya xərcləri üçün 500 manat, dövlət rüsumuna görə 500 manat olmaqla, cəmi 200000 manat məbləğində pulun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Statistika Komitəsinin hesabatına əsasən 2022-ci ildə Azərbaycan Respublikasında inflyasiya həddi 13.9 faiz olmuşdur. Tərəflərindən Müqavilədə göstərilən borclar yarandığ tarixdən hesablansa bu daha böyük məbləğdə ola bilər. Belə ki, cavabdehin borcu 13 Fevral 2022-ci ildən yaranıb. Bu müddətdən aylar üzrə borc müqavilədə göstərilən qaydada hər gecikdirilən gün həmin müddətdən başlayaraq bu günə qədər 0.1 faiz hesablansa, cavabdehin borcu hal hazırkı, iddia üzrə daha böyük məbləğdə yaranır. İddiaçı isə bu dəymiş ziyanı Müqavilədə göstərildiyi kimi xx.xx.2022-ci il tarixdən deyil, daha sonrakı tarixdən, yəni, yalnız borcun ümümi məbləği olan 160700,47 manat və Maliyyə Arayışında göstərildiyi kimi ödənməli olduğu xx.xx.2022-ci il tarixindən hesablamaqla bu dəymiş ziyanı cavabdehdən tələb edir. Cavabdeh ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 03 Mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqıların icarə müqaviləsi”nin 5.7-ci maddəsinə əsasən icarəçi bu Müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini bu Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirməzsə, İcarəyə verən gecikdirilən hər gün üçün ödənişin 0.1 faizi məbləğində cərimə ödənilməsini tələb edə bilər. Cavabdeh ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 03 Mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqların icarə müqaviləsi”nin 2.3-cü maddəsinə əsasən icarəci, icarəyə verənin hesab fakturalarını, onların təqdim edildiyi gündən 15 gün müddətində ödəməlidir. Digər gecikdirmələri və buna görə cərimlər nəzərə alınmazsa belə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər, ən azı 240 gün gecikdirməyə görə cavabdeh, iddiaçıya dəymiş ziyanın əvəzini ödəməyə borcludur. Cavabdeh ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 03 Mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqların icarə müqaviləsi”nin 2.3-cü və 5.7-ci maddəsinə əsasən iddiaçı cavabdehdən gecikdirilən 240 gün üçün, ümumi məbləğin 0.1 fazi (160 manat) olan 38.400 manat (240 gün X 160 manat = 38. 400 manat) cərimə tələb etmək hüququ yaranır. "Heavy Crane FZE” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “Avadanlıqların icarə müqaviləsi barədə bağlanmış müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Qeyd olunanlar sübut kimi məhkəməyə təqdim edilən müqavilə, maliyyə və digər mühasibatlıq sənədləri ilə də təsdiq olunur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, əsas borc məbləğini qəbul edirlər. Cərimə məbləği müqavilənin bəndlərinə uyğun olaraq hesablanmamışdır. Cərimə hissəsində iddia tələbini qəbul etmirlər.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı “Avadanlıqların icarə müqaviləsi”nə əsasən:
9. 1.Müqavilənin predmeti
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən mülkiyyətində olan və bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavədə göstərilən icarə obyektini icarəçinin yazılı sifarişi əsasında icrəçiyə verməyi, icarəçi isə hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən tərəfindən icarəçiyə veriləcək icarə obyektinin siyahısı, təsviri və həmin icarə obyektinin icarə qiyməti icarəçi tərəfindən verilən və icarəyə verən tərəfindən təsdiq edilən bu müqaviləyə əlavə olunmuş 01 saylı X1 Protokolundan təsbit edilir.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən icarəyə verən bu müqaviləyə əsasən icarə obyektini tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən icarə obyekti icarəçinin icarəsinə verilmiş hesab edilir.
13. 2.Haqlar və ödənişlər
14. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən ay ərzində icarəçiyə icarəyə verilmiş icarə obyekti müqabilində icarəçi icarəyə verən tərəflərlə imzalanan qiymət razılaşdırma protokoluna müvafiq olaraq hesablanmış icarə haqqı ödəyir.
15. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən hər ay bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq icarə haqqı üçün hesab-fakturanı həmin ay başa çatdıqdan sonra 5 gün ərzində təqdim edir. Hesab-faktura tərəflərlə imzalanan təhvil-təslim aktı ilə müşayiət olunur.
16. Müqavilənin 2.3-cü bəndinə əsasən İcarəçi icarəyə verilən hesab-fakturalarının tam məbləğini, yaxud onun mübahisə edilməyən hissəsini, onların təqdim edildiyi tarixdən 15 təqvim günündən gec olmayaraq ödəməlidir.
17. Müqavilənin 2.4-cü bəndinə əsasən bütün ödənişlər icarəyə verənin bu müqavilədə və ya hesab-fakturada göstərilmiş bank hesabına köçürülür.
18. 4.Tərəflətin hüquq və vəzifələri
19. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verənin hüquq və vəzifələri: - Müqavilədə nəzərdə tutulmuş ödənişlərin müqavilənin şərtləri əsasında vaxtında ödənilməsini icarəçidən tələb etmək; - İcarəyə verilən icarə obyektini müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçiyə təvhil vermək.
20. Müqavilənin 4.2-ci bəndinə əsasən icarəçinin hüquq və vəzifələri: - İcarə obeyktindən müqavilə ilə müəyyən həddə sərbəst istifadə etmək; - Müqavilədə nəzərdə tutulmuş ödənişləri vaxtında həyata keçirmək.
21. 5.Tərəflərin məsuliyyəti və dəyən zərərin ödənilməsi
22. Müqavilənin 5.5-ci bəndinə əsasən icarəyə verən bu müqavilə ilə icarə obyektini tərəflər arasında razılaşdırılmış müddətlərdə ə vaxtında təmin etməzsə, icarəçi icarə obyektinin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən icarə obyektinin icarə haqqının 0.1% məbləğində cərimənin ödənilməsini icraçıdan tələb edə bilər.
23. Müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icarəyə verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən ödənişin 0.1%-i həddində cərimə ödənilməsini tələb edə bilər.
24. 12.Müqavilənin müddəti və xitam verilməsi qaydası
25. Müqavilənin 12.1-ci bəndinə əsasə bu müqavilə tərəflərlə bağlandığı andan hüquqi qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklər tam icra olunanadək qüvədə qalır.
26. 1 saylı əlavə də qeyd olunmuş qiymətlərin razılaşdırılması protokoluna əsasən Terex AC 160-2 mobil kranın 1 aylıq icarə haqqı 17,000.00 manat müəyyən edilmişdir.
27. “03 mart 2021-ci il tarixli, **********088 saylı icarə müqaviləsinə” dair bağlanmış xx.xx.2021-ci il tarixli, 01 saylı əlavə razılaşmaya əsasən müqavilənin 4.2-ci bəndi dəyişdirilərək yeni redaksiyada verilmişdir.
28. “03 mart 2021-ci il tarixli, **********088 saylı icarə müqaviləsinə” dair bağlanmış xx.xx.2022-ci il tarixli, 02 saylı əlavə razılaşmaya əsasən müqavilənin əlavə №01-də qiymətlərin razılaşdırılması protokoluna yeni icarə obyektləri əlavə edilərək Terex AC100- 100tn texnikasının 1 aylı icarə haqqı 15300 manat, Terex RT45-45tn texnikasının 1 aylıq icarə haqqı 8500 manat və Terex AC160-160tn texnikasının bir aylıq icarə haqqı 15300 manat müəyyən edilmişdir.
29. “03 mart 2021-ci il tarixli, **********088 saylı icarə müqaviləsinə” dair bağlanmış xx.xx.2022-ci il tarixli, 03 saylı əlavə razılaşmaya əsasən müqavilənin əlavə №01-də qiymətlərin razılaşdırılması protokoluna yeni icarə obyektləri əlavə edilərək Terex AC100- 100tn texnikasının 1 aylıq icarə haqqı 16150 manat müəyyən edilmişdir.
30. 29.04.2022-ci il tarixli, PR012 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex AC160-2 texnikasınısın aprel ayı üzrə 10589,44 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
31. 17.05.2022-ci il tarixli, EBBW seriyalı, 420825 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 10589,45 manat dəyərində texnika icarəyə verilmişdir.
32. 29.04.2022-ci il tarixli, PR013 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex AC160-2 texnikasınısın aprel ayı üzrə 15241,84 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
33. 17.05.2022-ci il tarixli, EBBW seriyalı, 421415 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 15241,84 manat dəyərində texnika icarəyə verilmişdir.
34. 29.04.2022-ci il tarixli, PR014 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex AC100/4Ls/n 10297; H028 894 texnikasının aprel ayı üzrə 12047,65 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
35. 17.05.2022-ci il tarixli, EBBW seriyalı, 421652 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 12047,66 manat dəyərində texnika icarəyə verilmişdir.
36. 29.04.2022-ci il tarixli, PR015 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507432, H029 804 texnikasının aprel ayı üzrə 2546,04 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
37. 17.05.2022-ci il tarixli, EBBW seriyalı, 421751 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 2546,04 manat dəyərində texnika icarəyə verilmişdir.
38. 29.04.2022-ci il tarixli, PR016 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507617, H029 662 texnikasının aprel ayı üzrə 9952,69 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
39. 17.05.2022-ci il tarixli, EBBW seriyalı, 422040 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 9952,69 manat dəyərində texnika icarəyə verilmişdir.
40. 29.04.2022-ci il tarixli, PR017 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507678, H029 663 texnikasının aprel ayı üzrə 10184,13 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
41. 17.05.2022-ci il tarixli, EBBW seriyalı, 422260 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 10184,13 manat dəyərində texnika icarəyə verilmişdir.
42. 21.06.2022-ci il tarixli, PR018 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507678, H029 663 texnikasının may ayı üzrə 15006,07 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
43. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 442355 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 15006,07 manat dəyərində texnika icarəyə verilmişdir.
44. 21.06.2022-ci il tarixli, PR019 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex AC100/4Ls/n 10297; H028 894 7 texnikasının may ayı üzrə 694,38 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
45. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 442563 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 694,38 manat dəyərində texnika icarəyə verilmişdir.
46. 21.06.2022-ci il tarixli, PR020 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507617, H029 662 texnikasının may ayı üzrə 8216,73 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
47. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 443345 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 8216,73 manat dəyərində texnika icarəyə verilmişdir.
48. 21.06.2022-ci il tarixli, PR021 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex AC160-2 texnikasının may ayı üzrə 18193,12 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
49. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 445042 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 18193,12 manat dəyərində texnika icarəyə verilmişdir.
50. 21.06.2022-ci il tarixli, PR022 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex AC160-2 texnikasının may ayı üzrə 23331,67 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
51. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 447733 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 23331,67 manat dəyərində texnika icarəyə verilmişdir.
52. 21.06.2022-ci il tarixli, PR023 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex RC45 s/n 408208 texnikasının may ayı üzrə 6905,11 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
53. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 448422 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 6905,11 manat dəyərində texnika icarəyə verilmişdir.
54. 21.06.2022-ci il tarixli, PR024 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507432 texnikasının may ayı üzrə 1658,79 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
55. 06.07.2022-ci il tarixli, EBBZ seriyalı, 448826 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 1658,79 manat dəyərində texnika icarəyə verilmişdir.
56. 08.07.2022-ci il tarixli, PR025 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507678, H029 663 texnikasının iyun ayı üzrə 10415,67 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
57. 15.07.2022-ci il tarixli, EBCA seriyalı, 011775 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 10415,67 manat dəyərində texnika icarəyə verilmişdir.
58. 03.08.2022-ci il tarixli, PR026 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507678, H029 663 texnikasının iyun ayı üzrə 10030 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
59. 08.08.2022-ci il tarixli, EBCB seriyalı, 494191 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 10030 manat dəyərində texnika icarəyə verilmişdir.
60. 07.09.2022-ci il tarixli, PR027 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex A600s/n 507678, H029 663 texnikasının avqust ayı üzrə 5014,96 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
61. 07.09.2022-ci il tarixli, EBCD seriyalı, 372677 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 5014,96 manat dəyərində texnika icarəyə verilmişdir.
62. 13.02.2023-cü il tarixli, PR028 saylı invoysa əsasən Cavabdeh MMC tərəfindən Terex R100s/n, H 029810 texnikasının dekabr ayı üzrə 672.19 manat məbləğində icarə haqqı ödənişi edilməlidir.
63. 13.02.2023-cü il tarixli, EBCO seriyalı, 031389 saylı elektron qaiməyə əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə 672,18 manat dəyərində texnika icarəyə verilmişdir.
64. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli, GM/SG23/033 saylı pretenziya məktubunda Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, **********088 saylı “Avadanlıqların icarəsi müqaviləsi” üzrə 160700,47 manat məbləğində pulun 7 gün müddətində şirkətinin hesabına ödənilməsi xahiş edilmişdir.
65. Cavabdeh MMC-nin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli, PN-L-OUT-1195 saylı məktubunda MMC-nin alacaqlarında müşahidə edilən gecikmələr qeyri-ixtiyari subpodratçılara/ təchizatçılara/ icraçılara ediləcək ödənişlərə də yansıdığı və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ediləcək (ƏDV daxil) 160028,29 manat məbləğində ödənş onlar üçün prioritet olduğu və 2023-cü ilin may ayından başlayaraq ödəmələr hissə-hissə həyata keçiriləcəyi və yaranmış durumun anlayışla qəbul edilməsi xahiş olunmuşdur.
66. xx.xx.2023-cü il tarixli, GM/SG23/094 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayına qədər olan borcu 160700,47 manat təşkil edir.
67. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
69. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
70. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
71. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
72. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
73. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
74. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
75. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 160.700,47 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.
76. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.
77. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
79. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (iki tərəfli imzalanmış təhvil-təslim aktları, elektron qaimələrlə və cavabdehin özünün həmin avadanlıqların icarəsinə görə 160.700,47 manat borcun olmasını məhkəmədə və iddiaçıya ünvanladığı cavab məktubunda etiraf etməsi) təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcuddur.
80. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı müqavilənin 5.7-ci bəndinə əsasən hesablanmış 38300 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
81. Mülki Məcəllənin 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
82. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
83. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
84. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC icarə müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
85. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
86. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 03 mart 2021-ci il tarixli, **********088 saylı müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 8035 manat məbləğində müəyyən edilməlidir.
87. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 160700,47 manat əsas bоrcu, 8035 manat cərimə borcu, cəmi 168.735,47 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən cəmi 168.735,47 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
89. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
90. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (168.735,47 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 459 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:
91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 03 mart 2021-ci il tarixli **********088 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 160.700,47 (yüz altmış min yeddi yüz manat, 47 qəpik) manat əsas borc məbləği, 8035 (səkkiz min otuz beş) manat məbləğində dəbbə pulu, cəmi 168.735,47 manat (yüz almış səkkiz min yeddi yüz otuz beş manat, 47 qəpik) və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 459 (dörd yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova