Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2856/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, maliyyə arayışı, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının və cavabdehin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X5 arasında bağlanmış - xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3.226,60 (üç min iki yüz iyirmi altı, 60) manat məbləğində əsas borc, 379,07 (üç yüz yetmiş doqquz, 07) manat məbləğində faiz borcu, 296,70 (iki yüz doxsan altı, 70) manat məbləğində cərimə, ümumilikdə isə 3.902,37 (üç min doqquz yüz iki, 37) manat pul məbləğinin; xx.xx.2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixə Banka borclu olduğu 2.352,61 (iki min üç yüz əlli iki, 61) manat məbləğində əsas borc, 294,86 (iki yüz doxsan dörd, 86) manat məbləğində faiz borcu, 242,60 (iki yüz qırx iki, 60) manat məbləğində cərimə, ümumilikdə 2.890,07 (iki min səkkiz yüz doxsan, 07) manat pul məbləğinin və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat məbləğində xərcin əvəzinin X2 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə fərdi sahibkar olan fiziki şəxs (VÖEN **********) X5 (bundan sonra mətndə M.A.Cəfərov və ya cavabdeh) arasında bağlanmış 08 iyun 2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsinə əsasən M.A.Cəfərova dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3.500 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Həmçinin, Bank ilə M.A.Cəfərov arasında bağlanmış 18 iyul 2022-ciil tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsinə əsasən M.A.Cəfərova dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2.500 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs M.A.Cəfərov xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.226,60 manat məbləğində əsas borc, 379,07 manat məbləğində faiz borcu, 296,70 manat məbləğində cərimə, ümumilikdə isə 3.902,37 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.352,61 manat məbləğində əsas borc, 294,86 manat məbləğində faiz borcu, 242,60 manat məbləğində cərimə, ümumilikdə 2.890,07 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Bu səbəbdən iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin tələbə riayət edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və müvafiq arayış verilmişdir. Bakı 12 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 11 aprel 2023-cü il tarixli № MŞB/12/2023- 00302 arayışından müəyyən olunur ki, M.A.Cəfərova kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, M.A.Cəfərov ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən (xx.xx.2022- ci il tarixli 347061-CNS-35963 saylı və xx.xx.2022-ci il tarixli 347061-CNS-37218 saylıkredit müqavilələri üzrə cəmi 6.792,44 manat) iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 87,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən mediasiya xərcləri ödənildiyindən iddiaçı hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun ödənilməsindən azaddır. Bu səbəbdən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Həmçinin, Bank tərəfindən mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Cavabdeh M.A.Cəfərov fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN **********), həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: mal-materialın alınması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 347061- CNS-35963saylı kredit müqaviləsinin 10.6-cı bəndinin tələbinə əsasən qarşılıqlı razılıq ilə həll edilməyən mübahisələr qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə həll edilir
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə iddiaçı tərəfindən olan bütün sübutların məhkəməyə təqdim edildiyini və bununla əlaqədar olaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyib və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 347061-CNS-35963 saylı kredit müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizlər bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təyinatı üzrə istifadə edilməlidir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası:3500 manat.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi Bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 08 iyun 2025-ci il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir.
12. Müqavilənin 2.4-cü bəndinə əsasən faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24% olmaqla və bu Müqavilənin 4.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.
13. Müqavilənin 2.5-ci bəndinə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1)
14. Müqavilənin 2.5.2-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlanır.
15. Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin vaxtından əvvəl ödənişi, kreditin müddətinin bitməsinə qədər Bankı vaxtından əvvəl ödəniş tarixinə ən geci 1 iş günü qalmış xəbərdar etməklə (elektron məktub/tapşırıq, ərizə və sair) kredit alanın/zaminin müraciəti əsasında nağd və ya kredit alanın bankda olan cari hesabına köçürmə yolu ilə həyata keçirilir. Kredit alan/zamin kreditin vaxtından əvvəl qismən ödənişini etdikdən sonra, bank ödəniş cədvəlinə düzəliş edir.
16. Müqavilənin 5.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək.
17. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə və ya qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda bank kredit alana kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimələrin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir, o cümlədən:
18. Müqavilənin 6.1.3-cü bəndinə əsasən bu müqavilənin 2.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə.
19. Müqavilənin 6.1.11-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə istənilən digər öhdəliklərin pozulması.
20. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə Bank tərəfindən Vİ bölmə ilə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qayda vaxtından əvvəl ləğv edilə bilər.
21. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənlışdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir.
22. xx.xx.2022-ci il tarixli, 347061-CNS-35963 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kreditin illik faiz dərəcəsi 24%, faiz borcu 1444,58 manat, əsas borc 3500 manat və ödəniş məlbəği cəmi 4944,58 manat qeyd olunmuşdur.
23. İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 347061- CNS-37218 saylı kredit müqaviləsinə əsasən:
24. Müqavilənin 2.1-ci bəndinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizlər bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür.Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təyinatı üzrə istifadə edilməlidir.
25. Müqavilənin 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası: 2500 manat.
26. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi Bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir.
27. Müqavilənin 3.3-cü bəndinə əsasən kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 18 iyul 2025-ci il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir.
28. Müqavilənin 3.4-cü bəndinə əsasən-3.4.1- faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24% olmaqla və bu Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.
29. Müqavilənin 3.5-ci bəndinə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1).
30. Müqavilənin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlanır.
31. Müqavilənin 5.1-ci bəndinə əsasən kreditin vaxtından əvvəl ödənişi, kreditin müddətinin bitməsinə qədər Bankı vaxtından əvvəl ödəniş tarixinə ən geci 1 iş günü qalmış xəbərdar etməklə (elektron məktub/tapşırıq, ərizə və sair) kredit alanın/zaminin müraciəti əsasında nağd və ya kredit alanın bankda olan cari hesabına köçürmə yolu ilə həyata keçirilir. Kredit alan/zamin kreditin vaxtından əvvəl qismən ödənişini etdikdən sonra, bank ödəniş cədvəlinə düzəliş edir.
32. Müqavilənin 6.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək.
33. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə və ya qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda bank kredit alana kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimələrin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir, o cümlədən:
34. Müqavilənin 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə.
35. Müqavilənin 7.1.15-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə istənilən digər öhdəliklərin pozulması.
36. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə Bank tərəfindən Vİİ bölmə ilə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qayda vaxtından əvvəl ləğv edilə bilər.
37. Müqavilənin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir.
38. xx.xx.2022-ci il tarixli, 347061-CNS-37218 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kreditin illik faiz dərəcəsi 24%, faiz borcu 1031,66 manat, əsas borc 2500 manat və ödəniş məlbəği cəmi 3531,66 manat qeyd olunmuşdur.
39. Bank "xxxx" (Azərbaycan) ASC tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 389P saylı pretenziyada Bank ilə borclu arasında 08 iyun 2022-ci il tarixində kredit verilməsi haqqında 347061-CNS-35963 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin borclu tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Belə ki, bunun nəticəsində xx.xx.2023 tarixinə Banka 3226.6 manat məbləğində əsas borc, 163.97 manat məbləğində faiz borcu, 34.9 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3425.47 manat məbləğində borc yaranmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, borcludan 3425.47 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsini tələb olunmuşdur. Eyni tarixli 390P saylı pretenziyada Bank ilə borclu arasında 18 iyul 2022-ci il tarixində kredit verilməsi haqqında 347061-CNS- 37218 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin borclu tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Belə ki, bunun nəticəsində xx.xx.2023 tarixinə Banka 2352.61 manat məbləğində əsas borc, 138.02 manat məbləğində faiz borcu, 42,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2533.13 manat məbləğində borc yaranmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, borcludan 2533.13 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsini tələb olunmuşdur. Qeyd olunan məktublar xx.xx.2023-cü il tarixdə çavabdehə çatdırılmışdır.
40. xx.xx.2023-cü il tarixli arayışa əsasən X3 xx.xx.2022-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu 3902,37 manat (əsas borc-3226,60 manat, faiz borcu 379,07 manat, cərimə 296,70 manat) müəyyən edilmiş və müqavilə üzrə öhdəliyin xx.xx.2022-ci il tarixdən icra edilmədiyi qeyd olunmuşdur. Eyni tarixli arayışa əsasən X3 xx.xx.2022-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu 2890,07 manat (əsas borc-2352,61 manat, faiz borcu 294,86 manat, cərimə 242,60 manat) müəyyən edilmiş və müqavilə üzrə öhdəliyin xx.xx.2022-ci il tarixdən icra edilmədiyi qeyd olunmuşdur.
41. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə -"xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı və 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqavilələri üzrə aparılmış ödənişlər nəzərə alınmaqla ilk pretenziya məktublarının cavabdehə çatdırıldığı xx.xx.2023-ci il tarixə, maliyyə arayışlarının verildiyi xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləğinin nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/5155/2023 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsi üzrə X3 xx.xx.2022-cü il tarixə banka olan əsas borcu 3234,79 mana, faiz borcu 122,87 manat, xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 3234,79 manat, faiz borcu 332,05 manat, 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 2358,48 manat, faiz borcu 124,93 manat, xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 2358,48 manat və faiz borcu 254,45 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı və 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqavilələri üzrə cərimə hesabı ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə X4 cərimə hesablanmadığı ekspert tərəfindən qeyd olunmuşdur.
42. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
45. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
47. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
48. İlk olaraq məhkəmə yaranmış borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
49. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
50. İşdən göründüyü kimi iddiaçı bank tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2023-cü il tarixli iki xəbərdarlıq məkubu göndərilmiş və həmin məktublar cavabdeh tərəfindən işdə olan poçt qəbzlərinə əsasən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin məktublarda da hər iki müqavilələr üzrə gecikdirilmiş öhdəliyinin icrası deyil, borc məbləğlərinin hamısı (əsas, faiz və cərimə) tələb olunmuşdur.
51. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə müddətləri bitmədən əvvəl bütün borc məbləğlərinin tələb edilməsinə dair xəbərdarlıq məktubu ilk olaraq cavabdehə xx.xx.2023-cü il tarixdən çatdığından və həmin tarixdən bir tərəfli qaydada müqavilə münasibətləri sonlandırıldığından əsas borc və faiz borcu üzrə məbləğlərin də həmin tarixə uyğun hesablanması qanunayğundur.
52. İddiaçı tərəfindən cavabdehə elektron karğüzarlıq qaydasında göndərilən ikinci pretenziya məktubu isə məhkəmə tərəfindən sadəcə məhkəməyə müraciət etməzdən əvvəl prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi kimi giymətləndirilir.
53. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
54. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsi üzrə 296,70 manat və 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsi üzrə 242,60 manat məbləğində cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
55. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
56. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
57. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının cərimə pulu olaraq ödənilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsi üzrə 296,70 manat və 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsi üzrə 242,60 manat məbləğlər cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı kredit müqaviləsi üzrə 162 manat və 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsi üzrə 118 manat həddində müəyyən edilməlidir.
58. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə iddiaçıya xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı krеdit müqaviləsi üzrə 3226,60 manat məbləğində əsas bоrc, 122,87 manat məbləğində faiz bоrcu və 162 manat məbləğində dəbbə pulu, 18 iyul 2022-ci il tarixli 347061-CNS- 37218 saylı kredit müqaviləsi üzrə 2352,61 manat məbləğində əsas bоrc, 124,93 manat məbləğində faiz bоrcu və 118 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən yaranmış borc məbəği tutularaq iddiaçıya ödənilməlidir. (Ekspert rəyində hər iki müqavilə üzrə əsas borc məbləğləri iddia ərizəsində olan məbləğlərlə təximi uyğun olsa da, faiz borcu məbləğləri ekspert rəydə daha az müəyyən edilmişdir. Ona görə də əsas borc məbləğləri məhkəmə tərəfindən iddia tələbində göstərilən məbləğlər (tələbin artırılması barədə ərizə verilməmiş) kimi nəzərə alınmış, faiz borcu məbləğləri isə ekspert rəyinə uyğun olaraq).
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2022-ci il tarixli 347061-CNS-35963 saylı krеdit müqaviləsi üzrə 3226,60 manat məbləğində əsas bоrc, 122,87 manat məbləğində faiz bоrcu və 162 manat məbləğində dəbbə pulu, 18 iyul 2022-ci il tarixli 347061-CNS-37218 saylı kredit müqaviləsi üzrə 2352,61 manat məbləğində əsas bоrc, 124,93 manat məbləğində faiz bоrcu və 118 manat məbləğində dəbbə pulu və mediasiya xərclərinin əvəzi olaraq 100 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova