Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2857/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1.İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə 100.000 manat məbləğində kredit vermiş, borc alan isə krediti qəbul edərək bu müqaviləsə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə görə kredit təsərrüfatın inkişafı məqsədilə verilir. 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17% olmaqla cərimə faizi ödəyir. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. 3.4.1 və 3.4.3-cü bəndlərinə görə kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək və bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir. 6.4 və 6.5-ci bəndinə görə bu müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borc alan tərəfindən əsas borcu, faizlər, cərimə və dəbbə pulu banka tam həcmdə ödənildikdən sonra müqavilə öz qüvvəsini itirir. Kredit müqaviləsi hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsinin ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 100.000 manat, faizin məbləği 35.658,78 manat, cəmi ödəniləcək məbləğ 135.658,78 manat məbləğində müəyyən edilmişdir. Ödəniş qrafiki bank və borc alan tərəfindən imzalanmışdır. 3.İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipotekaqoyan) və Cavabdeh1 (borc alan) arasında xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəlikərn icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 2.1-ci bəndinə əsasən ipoteka predmeti ünvan 1 ünvanında, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m. olan, qeyri-yaşayış binası ipoteka qoyulur. 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti: xx.xx.2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsi 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü(məbləği): 12 ay güzəşt dövrü olmaqla, 36 aylıq, illik 17 faiz olmaqla 100.000 manat; 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: kredit müqaviləsi üzrə vəsaitin borcalana verildiyi tarixdən xx.xx.2024-cü il tarixədək. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil olmaqla tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə (cərimə) pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmeti ipoteka saxlayanda qaldıqda onun saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə, icra qeydi verilməsi üçün notarius xərcləri və digər xərclərin (icra, hərrac, qiymətləndirmə və s.) ödənilməsi. 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir. 9.2-ci bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə annuitet ödənişlər 90 gün və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranması üçün əsas verən haldır. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyan və borcalan imzalanmaqla notariat qaydasında təsdiq edilmişdir. 4.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m. olan, qeyri-yaşayış bina üzərində Cavabdeh2 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2021-ci il tarixli, MKOS3635-21 saylı müqaviləyə istinad edilmişdir.
5. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh1 100.000 manat kredit verilmiş, xx.xx.2021-ci il tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2021-xx.xx.2024-cü il tarixləri (sonuncu ödəniş tarixi xx.xx.2023-cü il) aralığında əsas və faiz borcundan ödənişlər edilmişdir. 6.Maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 63.241,95 manat, cərimə hesablanmamış faiz borcu 3.183.94 manat və cərimə ilə birlikdə faiz borcu 15.753,58 manat məbləğində göstərilmişdir.
7. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsi barədə bildiriş ünvanlanaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. "xxxx" MMC-nin 09 iyul 2024-cü il tarixli, LP-107/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 Ünvanında yerləşən qeyri-yaşayış binasının real bazar dəyərinin 265.000 manat, likvid qiymətinin isə 238.000 manat dəyərində müəyyən edilmişdir. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4572 saylı ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 63.241,95 manat, faiz borcu 3345,77 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № MKOS3635- 21 saylı kredit müqaviləsi üzrə banka olan 63.241,95 manat əsas, 3.183,94 manat faiz, 12.569,64 manat cərimə borcu olmaqla, cəmi 78.995,53 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 135 manat məbləğində rüsumun, 326,99 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh1, ipoteka qoyan – Cavabdeh2) tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.molan, qeyri-yaşayış binasına yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli № MKOS3635-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh1, ipotekaqoyan – Cavabdeh2) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № MKOS3635-21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17 % olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi BanklaCavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS3635- 21saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m olan, qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 200.000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli № MKOS3635-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 63.241,95 manat əsas, 3.183,94 manat faiz, 12.569,64 manat cərimə borcu olmaqla, cəmi borcu 78.995,53 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli № MKOS3635-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir 12.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1,448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 472.1-ci maddələrinə, «İpoteka haqqında» AR Qanununun 33 və 39.1-ci maddələrinə əsasən istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
13.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
14. İddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
15. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - AR Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
20. “İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
21. AR MPM-in: -103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh X2 illik 18% dərəcəsi ilə 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
24. İddianın kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə pretenziyada və iddia ərizəsində tələb edilən tarixə) əsas kredit borcunun 63.241,95 manat, faiz borcunun 3345,77 manat təşkil etdiyi müəyyən edilmişdir.
25. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
26. Belə olan halda işə iddia tələbi həddində baxılmalı olması barədə MPM-in tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməli, Cavabdeh1 63.241,95 manat əsas, 3.183,94 manat faiz borcu tutulmalıdır.
27. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
28. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
29. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
30. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m. olan, qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
31. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
32. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m. olan, qeyriyaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1 qaydada tutulmalıdır.
33. İddianın kredit borcunun borc alan Cavabdeh1 ilə yanaşı ipoteka qoyan Cavabdeh2 tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması gedişində Cavabdeh2 digər Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinə görə birgə məsuliyyətinin yaranması üçün əsasların mövcudluğu (məsələn, zaminlik müqaviləsi) müəyyən edilməmişdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.
34. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
35. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış və həmin rəyə əsasən ünvan 1, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m. olan, qeyri-yaşayış binasının real bazar dəyərinin 265.000 manat, likvid qiymətinin isə 238.000 manat dəyərində müəyyən edilmişdir.
36. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən müəyyənləşdirilməlidir.
37. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 326 manat məbləğində dövlət rüsumu və 135 manat məbləğində işə baxılması ilə bağlı digər məsrəflər (bildirişin qeydiyyata alınması üçün rüsum) ödənilmişdir.
38. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 326 manat təşkil edir.
39. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
40. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
41. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 287 manat məbləğində pul vəsaiti, digər məhkəmə xərclərinin əvəzi olaraq 117 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.
42. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 126 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 19 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 29 noyabr 2021-ci il tarixli, MKOS3635-21 saylı kredit müqaviləsi üzrə 63.241,95 manat məbləğində əsas krеdit bоrcu, 3.183,94 manat məbləğində faiz borcu və 3000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 69.425,89 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 287 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 117 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 0.01085 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 88.6 kv.m. olan, qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 238.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1 tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 126 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 19 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva