Məhkəmə qərarları › İş №e-2-2(113)-286/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-286/2023

10.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-286/2023 10.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq İddiaçı ASC-yə hesablanmış 6.052 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cəmiyyət 23 aprel 1998-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Bakı Ayaqqabı-1” ATSC-nin hüquqi varisidir. Daha sonra cəmiyyət Ədliyyə Nazirliyində S-74 saylı şəhadətnamə ilə 28 iyul 1999-cu il tarixdə İddiaçı ASC kimi dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti əhaliyə pullu xidmət göstərmək, kommersiya fəaliyyəti və s. xidmətlərin göstərilməsi təşkil edir. Abonent kimi cəmiyyətlə Cavabdeh Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Səhmdar Cəmiyyətinə məxsus su təchizatı sistemindən tələbatına uyğun miqdarda içməli suyun buraxılması və tullantı sularının kanalizasiya sisteminə qəbul edilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Cəmiyyət isə öz növbəsində abonent kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Sudan istifadə edən istehlakçı qruplar üzrə qiymətlərə və çirkab suyun axıdılması xidmətlərinin tarifləri”nə müvafiq olaraq xidmət haqqının ödənilməsini öz öhdəsinə götürmüş və hər ay cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə əsasən vaxtlı-vaxtında xidmət haqqını ödəmişdir. Tərəflər arasında yaranmış münasibətlər Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ “Su təchizatı və tullantı suları haqında” Qanunu ilə və “Su təchizatı və kanalizasiya sistemlərindən istifadə qaydaları” ilə tənzimlənir. Cavabdeh cəmiyyətdə olan su sayğacının elektron hissəsi işləmədiyi üçün sayğacı Nöci tərəfindən sökülərək təmir olunması abonentlə laboratoriyaya göndərilmiş və Cavabdeh ASC X4 idarəsi “X1 Laboratoriyası” xx.xx.2022-ci il tarixli 30567/0204602 saylı rəyə əsasən S.C.-in hesablayıcı mexanizmini kipləşdirən plastik halqanın üzərində olan 3 ədəd qurğuşun möhürlərin olmması S.C-in hesablayıcı mexanizminin alt hissəsində müdaxilə izlərinin olması, S.C-in hesablayıcı mexanizmində müdaxilənin olamsı, S.C. təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Cavabdeh ASC Səbail rayon Sukanal İdarəsinin təqdim etdiyi hesab fakturaya əsasən Çirkab su sərf -3026 kub.m, su 3026 kub.m, Məbləğ (ƏDV-siz) -2564,41 manat, 2564,41 manat, cəmi 5128,81 manat, ƏDV 18 % 451,59 manat, 451, 59 manat, cəmi 923,19 manat, cəmi məbləğ-3026,00 manat, 3026,00 manat, 6052,00 manat. xx.xx.2022ci il tarixə qalıq borcları 8615,6 manat təşkil edir. Bildirmək istəyirlər ki, cəmiyyət olaraq tərəflərindən su sayğacına hər hansı müdaxilə olunmamışdır. Bu sayğac cavabdehin nümayəndələri tərəfindən sökülərək təmir olunması üçün laboratoriyaya göndərilərkən abonent və dövlət plomblarının üzərində olduğu öz təsdiqini tapmışdır. Tərəflərindən cavabdehin strukturuna daxil olan bölmələrə (müştəri xidməti bölməsi və s) bir neçə dəfə müraciət edilməsinə baxmayaraq heç kim cəmiyyət üçün cavabdeh tərəfindən süni şəkildə yaradılan bu problemi həll etmək istəmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyət öz fəaliyyətini normal həyata keçirə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəs A.Nuhov mübahisəli borcun aktla rəsmiləşdirilməsə də, sayğaca müdaxilə edilməsi ilə bağlı hesablandığını, eləcə də yoxlamanın qeydiyyata alınmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixli sənəddən (aktdan) görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı ASC-yə məxsus obyektin su sayğacına baxış keçirilmiş və baxış nəticəsində xx.xx.2022-ci il tarixdə sayğacın mexaniki göstəricisinin 15077 olması, elektron sərfiyyat göstəricisinin işləməməsi aşkarlanmış və Sayğac NÖCİ tərəfindən sökülərək təmir olunması üçün abonentlə laboratoriyaya göndərilmişdir. Sayğac çıxarılarkən Azərsu və dövlət plombunun sayğacın üzərində olunmuşdur. Aktda həmçinin sayğac göstəricisinin əvvəlki oxunma tarixinin xx.xx.2022-ci il tarixi olduğunu və həmin tarixdə sayğacın göstəricisinin 15035 olduğu qeyd edilmişdir. Cavabdeh ASC X4 İdarəsi (NÖÇİ) “X2 Laboratoriyası”nın xx.xx.2022-ci il tarixli 30567/0204602 nömrəli rəydən görünür ki, S.C-ın hesablayıcı mexanizmini kipləşdirən plastik halqanın üzərində olan 3 ədəd qurğuşun möhürlər yoxdur. S.C-ın hesablayıcı mexanizminin alt hissəsində müdaxilə izləri var. S.C-ın hesablayıcı mexanizmində müdaxilə aşkar olundu. S.C təmirə və istismara yararsızdır. 215488899 saylı xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, əvvəlki və son oxunma tarixi xx.xx.2022-ci il olmaqla 3026 m3 sərf edilmiş su və çirkab suya görə Cavabdeh ASC tərəfindən İddiaçı ASC-yə (su - 3026 m3 + çirkab su - 3026 m3 x1 manat) 6052 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında məlumatlardan görünür ki, abonent İddiaçı ASC-nin sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2022-ci ilin iyun ayında borcu 6396 manat (o cümlədən 6052 manat) borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı ASC-nin istifadəsində olan obyektin su sayğacına baxış zamanı sayğacın elektron hissəsinin işləmədiyi müəyyən edildiyindən sayğac sökülərək təmir olunması üçün laboratoriyaya göndərilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli rəyi ilə sayğaca müdaxilə edilməsi müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçıya 6052 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı ASC xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC tərəfindən ona hesablanmış 6052 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş mübahisəli borca dair xx.xx.2022-ci il tarixli hesab-fakturadan göründüyü kimi sözügedən borc sayğac göstəricilərinə əsasən hesablanmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi borcun su sayğacına müdaxilə ilə bağlı hesablandığını bildirsə də, borcun hesablanması üçün əsas olmuş sənədləri (X3nın pozulması barədə akt və dəymiş ziyanın məbləği barədə hesabatı) məhkəməyə təqdim etməmiş, həmin borcun hesablanması qaydası barədə məhkəməyə məlumat verməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, Cavabdeh ASC mübahisəli borcu hesablamaqla sayğacın yararsız olması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Əksinə iş materiallarına xx.xx.2022-ci il tarixli sayğacın yoxlamadan keçirilməsi barədə akt və xx.xx.2022-ci il tarixli laboratoriya rəyindən da göründüyü kimi laboratoriya rəyində sayğacın plombların sınıq olması və sayğaca müdaxilə izlərinin olması qeyd olunduğu halda aktda sayğac çıxarılarkən Cavabdeh və dövlət plomblarının yerində olması göstərilmişdir. Qeyd olunan hal isə su sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini faktiki olaraq istisna edir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, sayğacın yoxlamadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan da göründüyü kimi xx.xx.2022-ci il tarixdən 14 gün əvvəl - xx.xx.2022-ci il tarixdə də Cavabdeh ASC-nin əməkdaşları tərəfindənmübahisəli sayğaca baxış keçirilmiş və göstəriciləri yoxlanılmışdır. Odur ki, sayğacın yalnız xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövrdə yararsız vəziyyətdə olması ehtimalı mövcuddur. Digər tərəfdən xx.xx.2022-ci il tarixli sayğac göstəriciləri (15035) ilə xx.xx.2022-ci il tarixli sayğac göstəriciləri (15077) arasında fərqin 42 kub metr (84 manat) olmasını, eləcə də abonentin əvvəlki aylarda su sərfiyyatını (2022-ci ilin aprel ayında 150 manat, may ayında isə 200 manat) nəzərə aldıqda İddiaçı ASC-nin su sayğacının xx.xx.2022-ci il -xx.xx.2022-ci il tarixləri arası dövrdə qeydiyyata aldığı 84 manat dəyərində su sərfiyyatının İddiaçı ASC-nin əvvəlki aylar üzrə orta sərfiyyatla təxminən eyni səviyyədə olması aydın olur. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya hesablanmış borcun əsaslı olması iş materiallarına əsasən öz təsdiqini tapmır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, mübahisəli borcun sayğaca müdaxilə ilə bağlı hesablanması iddia edilsə də, həmin müdaxilə halının müəyyən edilməsi ilə bağlı keçirilmiş yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 6052 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən İddiaçı ASC-yə hesablanmış 6052 manat məbləğində borc silinməlidir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hazırkı halda iddiaçının mediasiya xərclərini ödəməklə dövlət rüsumunu ödəməkdən azad edildiyini, eyni zamanda hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixdə hesablanmış 6052 (altı min əlli iki) manat məbləğində borc silinsin. Mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar