Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2860/2020 27.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X2 X1 Cəmiyyəti (İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 əsas kredit borcu üzrə 7454,47 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1013,13 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2370 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10837,60 ABŞ dolları borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 10837,60 ABŞ dolları borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərti İlə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX № 1341956, Reyestr № **********31- 05101-093020, Qeydiyyat № **********, tarix xx.xx.2018) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxx 2018-ci il tarixli, 2018/00262-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya RX № 1336902). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri FM Consulting tərəfindən xx.xx.2018-ci il tarixinə 47000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmtş faizlər ödənilməmişdir. Bunlara baxmayaraq, İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın İpoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixinə əsas kredit borcu üzrə 7454,47 ABŞ dolları, ona hesablanmış 1013,13 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2370 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10837,60 ABŞ dolları məbləğində borc yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tariхli, 2018/00262-01 saylı kredit müqaviləsinə əsasən bank borc alana 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə faktik illik faiz dərəcəsinin 30,38% təşkil etməsi razılaşdırılmışdır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. - İddiaçı BOKT ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tariхli, 2018/00262-01İP saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX № 1341956, Reyestr № **********31-05101-093020, Qeydiyyat № **********, tarix xx.xx.2018) ipoteka predmeti kimi İddiaçı BOKT ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tariхli, 2018/00262-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 hesabına 10000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. -xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2018-ci il tariхli, 2018/00262-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə xx xxxxxxxx 2020-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 7454,47 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 1013,13 ABŞ dolları, cərimə (dəbbə) 2370,00 ABŞ dolları olmaqla, cəmi borcu 10837,60 ABŞ dolları təşkil edir. -xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 07.2018-ci il tariхli, 2018/00262-01 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən umumilikdə 5897,59 ABŞ dolları (2545,53 ABŞ dolları əsas, 3352,06 ABŞ dolları faiz borcu üzrə ödəmə) ödəniş edilmişdir. - xx xxxx 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə yuxarıda qeyd olunan müqavilə üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müqavilənin ləğv olunması, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edəcəkləri bildirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx xxxx 2018-ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx xxxx 2018-ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsi üzrə 7454,47 ABŞ dolları əsas, 1013,13 ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, Cavabdeh2 xx xxxx 2018ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, İddiaçı BOKT ASC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas kredit borcuna görə 7454,47 ABŞ dolları, faiz borcu görə 1013,13 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı xx xxxx 2018-ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 2370 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin bir hissəsini də borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tariхli, 2018/00262-01İP saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX № 1341956, Reyestr № **********31-05101-093020, Qeydiyyat № **********, tarix xx.xx.2018) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, borc üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmeti olan əmlakın qiymətinin 47000 manat olması razılaşdırılmışdır. Həmin razılaşmaya müvafiq olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzilin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka” haqqında Qanunun 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin normaya əsaslanaraq tələbin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmalıdır. İddia tələbinin digər hissəsini tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Ona görə də tələb həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 2018/00262-01 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 əsas kredit borcu üzrə 7454,47 ABŞ dolları, 1013,13 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 8667,6 ABBŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə olan məzənnə ilə və 30,40 manat dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.2 kv.m ümumi sahədən ibarət 41 saylı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı X2 X1 Cəmiyyətinə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ Cavabdeh1 qaytarılsın. Əmlakın ilkin satış qiyməti 47000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2860/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2860/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver